- Görün, bir nə qədər istiqraz oğurlanıbdır!- deyə bir səhər qəzetdə çıxmış yazını dostuma göstərdim. – Puaro, gəl, təhqiqat elminin xatirinə bu cinayət işini açaq!
- Siz, onu necə deyirlər,- bir əldə iki qarpız tutmaq istəyirsiniz, dostum?
- Yaxşı, siz bir buna baxın. London və Şotland Bankının Nyu - Yorka göndərdiyi bir milyon dollar Liberti İstiqrazı (Bu, “Qızıl İstiqrazları” Birləşmiş Ştatlar hökuməti Konqresinin qərarı ilə 1917 - ci il aprelin 24-də və 1919 -cu il martın 3-də buraxılmışdı.), təəccüblü də olsa, “Olimpiya” gəmisində yoxa çıxmışdır.
- Əgər dəniz xəstəliyi və Laverquyerin uzun müddət apardığı təcrübənin çətinliyi olmasaydı, mən də bu böyük laynerdə Kanalı (La-Manş kanalı nəzərdə tutulur.) keçib, həvəslə səyahətə çıxardım,- deyə Puaro dodaqaltı mızıldadı.
- Bəli, doğrudur, - mən dedim. – Bu cür təmtəraqlara ancaq saraylarda rast gəlmək olar; üzmək üçün hovuz, restoranlar, barlar, palma ağacları, - həqiqətən də, bütün bunların dənizdə olmasına inanmaq çətindir.
- Mən dənizdə nə vaxt səyahətə çıxmağın lazım olduğunu yaxşı bilirəm, - deyə Puaro təəccüblə dilləndi. – Və saydığınız bu oyun-oyuncaqlar mənə heç bir şey demir, ancaq, dostum, bir anlığa hesab et ki, səyahətə çıxan dahilər bəzən, başqasının adı altında hərəkət edirlər! Suda üzən bu təmtəraqlı saraylara, indicə adlarını sadaladığınız o şeylərə, yalnız cinayət dünyasının ən yüksək aristokrat təbəqəsində rast gəlmək mümükündür!
Mən güldüm.
- Elə buna görə də siz entuziazist deyilsiniz! Siz Liberti İstiqrazlarını oğurlayan adamı şpaqaya keçirərdinizmi?
Bu vaxt ev sahibəsi bizə mane oldu:
- Mister Puaro, sizi bir xanım görmək istəyir. Buyurun, bu da onun görüş vərəqəsidir.
Vərəqədə qeyd edilmişdi: Miss Esmi Farkuhar.
Puaro yeməkdən sonra stolun altına tökülən çörək qırıntılarını yığdı, ehtiyatla onu kağız parçaları atılmış zibil səbətinə qoyaraq, başı ilə ev sahibəsinə Miss Farkuharı içəri buraxmasına işarə etdi.
Bir neçə dəqiqədən sonra otağa adamı ilk baxışda özünə əfsunlayan, adam üzünə baxmağa belə cəsarət etməyə utanan, füsunkar bir gözəl daxil old. O, təxminən iyirmi beş yaşlı, iri qəhvəyi gözləri olan bir qız idi. Onun səliqəli geyimi görkəminə xüsusi gözəllik verirdi.
- Buyurun, əyləşin xanım. Bu mənim dostum kapitan Hastinqsdir. O, mənə kiçik məsələlərdə kömək edir,- deyə mən dostum kapitan Hastinqsi qıza təqdim etdim.
- Məncə, bu gün sizə gətirdiyim xəbər böyük əhəmiyyətli məsələdir, Mister Puaro,- qız oturaraq sözə başladı. Cəsarətlə deyə bilərəm ki, siz artıq bu barədə qəzetlərdə oxumusunuz. Mən “Olimpiyadan” oğurlanmış Liberti İstiqrazlarını nəzərdə tuturam.
O, Puaronun üzündə bir neçə dəfə təəccüb ifadəsi gördü və söhbətini tez davam etdirməyə başladı:
- Şübhəsiz siz özünüzdən soruşa bilərsiniz ki, mən bu London və Şotland Bankı birliyi ilə niyə belə ciddi maraqlanıram. Bunun bir tərəfdən heç bir şey üçün, digər tərəfdən isə hər şey üçün əhəmiyyəti vardır.
- A!... Mister Filip Ricvey...
- Onlar istiqrazların oğurlanmasında ittiham olunmuşdur. Əlbəttə, onun müqəddəs olmasına heç bir sübut yoxdur, o heç vaxt belə iş tutmaz, bu işdə o, günahsızdır. Bununla belə, o, bu iş üstündə ağlını itiribdir, sərsəm olubdur. Mən bilirəm, onun dayısı ona təkid edirdi ki, gələcəkdə o, özü üçün müəyyən mülkə sahib olmalıdır. Bu mülkü yaratmaqda isə nişanlım çox aciz idi. Ümumiyyətlə, bu onun karyerasına əks təsir göstərən bir amildir.
- Onun dayısı kimdir?
- Mister Vavasour, London və Şotland Bank birliyinin baş müdiri.
- Miss Farkuhar, mən ümid edirəm ki, siz bu hekayənin hamısını əvvəldən axıra kimi nəql edəcəksiniz, eləmi?
- Yaxşı. Bildiyiniz kimi Bank Amerikada kreditləri genişləndirmək arzusunda idi. Bu səbəbə görə də ora bir milyon dollarlıq Liberti İstiqrazları göndərməyi qərara aldı. Mister Vavasour bu işdə uzun müddət etibarlı mövqe tutmuş, Nyu-Yorkda bank işlərindən yaxşı baş çıxara bilən öz bacısı oğlunu seçmişdir. Ayın 23- də “Olimpiya” gəmisi Liverpuldan yola düşdü. İstiqrazları Filipə Mister Vavasour, Mister Şou və iki nəfər də London və Şotland Bank birliyinin baş müdirləri vermişdilər.Onlar əvvəlcə istiqrazları saymış, bir bağlama düzəldib möhürləmişdilər. Filip də bağlamanı dərhal çamadana qoyub ağzını kilidləmişdi.
- Çamadanın kilidi adi kilid idi?
- Xeyr, Mister Şou bu xüsusi kilidi Habsda sifariş etmişdi. Filip bağlamanı sandığın dibində yerləşdirmişdi. Bağlama Nyu-Yorka çatmamamışdan əvvəl oğurlanıbdır. İstiqrazlar elə bil ki, bütünlüklə havaya buxarlanmışdır.
- Puaro üz-gözünü büzüşdürdü.
- Ancaq onlar tamamilə yoxa çıxmayıbdır. Mən belə qərara gəlirəm ki, “Olimpiya”nı doka qoyana qədər, yarım saat içərisində istiqrazları kiçik bağlamalarda satmışdılar! Yaxşı, şübhəsiz, növbəti işim Mister Ricveyi görmək olacaqdır.
- Mən sizi lanç yeməyinə, “Çeşire Çize” restoranına dəvət edirəm. Filip də orada olacaq. O, məni orada gözləyəcək. Amma Filip mənim onun tərəfindən sizinlə məsləhətləşməyimi bilmir.
Biz qızın təklifini qəbul edib dərhal taksi ilə oraya getdik. Mister Filip Ricvey bizdən qabaq orada idi. O, nişanlısını iki naməlum adamla görəndə, əlbəttə, təəccüblənməyə bilməzdi. O, xoş baxışlı, ucaboylu, şux geyimli bir adam idi. Boz rəngli tükləri gicgahına tökülmüşdü. Ona otuz yaşdan artıq vermək olmazdı. Miss Farkuhar irəli yeriyərək onun qoluna girdi.
- Filip, səninlə məsləhətləşmədən hərəkət etdiyim üçün məni bağışla, - deyə qız öz səhvini boynuna aldı, - icazə ver haqqında
tez-tez eşitdiyin Mister Herkuli Puaronu və onun dostu kapitan Hastinqsi sizə təqdim edim.
Ricvey çox təəccüblü görünürdü.
- Əlbəttə, mən sizin haqqınızda eşitmişəm, Mister Puaro,- deyərək Ricvey onların əllərini sıxdı, - ancaq Esminin mənim, daha doğrusu, bizim bu xoşagəlməz iş barəsində sizinlə məsləhətləşməyini ağlıma belə gətirməzdim.
- Filip, mən qorxurdum ki, sən razı olmayasan,- Miss Filip bunu təəccüblə qeyd etdi.
- Mən ümid edirəm ki, Mister Puaro bu qeyri-adi işdə bir işıq ucu tapacaqdır. Açıq-aydın boynuma alıram ki, öz fikirlərimi tamamlaya bilmir və bunun üçün narahatlıq hissi keçirirəm.
Onun sifətinə fikir verdim, üzündə ağır yük götürmüş adamların sifətində olduğu kimi tarım çəkilmiş cizgilər görünürdü.
- Yaxşı, - Puaro dedi, - gəlin, lanç edəyin, lançdan sonra bu məsələ barədə birlikdə baş sındırarıq. Mən baş vermiş hekayəni Mister
Ricveyin öz ağzından eşitmək istəyirəm.
Biz toqqaların altını bərkidəndən sonra Filip Ricvey baş vermiş hadisəni bütün təfsilatı ilə danışdı. Onun hekayəsi Miss Farkuharı tamamilə razı salmışdı, çünki hekayədə qızın danışdıqlarına heç bir əlavə edilməmişdi. Filip söhbətini qurtaran kimi Puaro suala başladı:
- Mister Ricvey, siz nədən bilirsiniz ki, istiqrazlar oğurlanıbdır?
Filip acı-acı gülümsədi.
- Açılmış sandıqdan bildim, Mister Puaro. Mən onu itirə bilməzdim ki. Kayutumdakı çarpayının altında yerləşdirdiyim sandığı yarı açılmış halda gördüm. Onlar kilidi sındırmağa çoxlu güc sərf etmişdilər. Bunu sandıqdakı cırmaq izləri də sübut edirdi.
- Bəlkə, sandığı açarla açıblar?
- Bu elədir. Onlar açarla açmağa çalışıblar, ancaq bacarmayıblar. Axırda isə necə olubsa, onu aça biliblər.
- Qəribədir,- Puaro dedi. Onun gözləri təəccübdən yaşıl işıq kimi alışıb yanırdı, – çox qəribədir! Onlar sandığı açmaq üçün çoxlu vaxt sərf ediblər. Vaxta bir bax! Sonra başa düşüblər ki, hər açar Habsın düzəltdiyi bu nadir kilidinə düşə bilməz. Sandıq da elə həmin bu açarla açılıbdır.
- Bu necə ola bilər, açar bütün günü məndə olubdur.
- Siz buna əminsiniz?
- Mən buna görə and içə bilərəm. Bundan başqa, əgər onlarda da həmin açardan var idisə, nəyə görə kilidi açmaq üçün bu qədər
vaxt və gün sərf ediblər?
- Belə... Əgər mənə qarşı hücuma keçmək fikriniz yoxdursa, onda icazə verin, daha bir sual da verim. Siz buna dəqiq əminsiniz ki, sandığı açıq qoymamısınız?
Filip Ricvey ona baxdı. Puaro əlinin işarəsi ilə üzr istədi və sonra əlavə etdi.
- A!... Bütün bunlar ola bilər, sizə inanıram! Çox yaxşı, deməli, istiqrazlar sandıqdan oğurlanıbdır. Oğru onları neyləyə bilər? O,
istiqrazlarla sahilə necə çıxa bilər?
- A!... – deyə Ricvey qışqırdı, – Necə? Söz gedib yüklərin saxlandığı yerin rəbərlərinə çatmışdı. Gəmidəki adamları diş şotkasına kimi yoxlayıb buraxırdılar.
- Məncə, istiqrazlar bir bağlamada olubdur.
- Əlbəttə. Onlar göyərtədə onu heç cür gizlədə bilməzdilər. Hər halda bizə məlumdur ki, istiqrazlar göyərtədə olmayıbdır, çünki “Olimpiya” gəmisinin ora çatmasına yarım saat qalmış ona qarşı üzməyə başlamışlar. Əvvəlcədən mən teleqram almışdım, sonra
məbləği göstərən rəqəmləri onlara göndərdim. Hətta bir dəllal and içdi ki, o da “Olimpiya”-ya minməmişdən əvvəl bu teleqramların bir neçəsini almışdır.
- Gəminin yanına dartı gəldimi?
- Dartıda ancaq xidmətçilər idi. Bu təhlükə siqnalı veriləndən sonra olmuşdu. Mən özüm də bu yola nəzarət edirdim. İlahi, Mister Puaro, bu iş məni dəli eləyəcək! Deyirlər ki, guya istiqrazları mən oğurlamışam.
- Düşdüyünüz yeri axtardınızmı? - deyə Puaro nəzakətlə soruşdu.
- Bəli.
Ardı var...