Bu zaman cavan bir zabit əlində möhkəm surğuclanmış məktubla otağa daxil oldu və onu Lord Esteyrə tərəf uzatdı.
- İndicə Fransadan gəlib, ser. Siz idarədən çıxan kimi birbaş ardınızca gəlmişəm.
Nazir məktubu səliqə ilə cırdı və həyəcanlı halda oxudu. Zabit geri çəkildi.
- Burada sonuncu xəbər verilmişdir. Bu teleqram indicə qəbul edilib. İkinci maşın da tapılıb. Maşının yanından xloroformlu əski tapıblar. Daniyel isə heç bir şey xatırlamır. O ancaq arxadan qəflətən ağzının dəsmalla bərk tutulduğunu hiss edib. Nə qədər çalışıbsa, xilas ola bilməyib. Polis onun bu məlumatının yalan olduğunu qənaətbəxş hesab etmişdir.
- Bəs daha heç bir şey tapılımayıb?
- Xeyr.
- Baş nazirin meyidi də? Onda buradan işıq ucu görünür, ancaq çox qəribədir, əgər ona bu səhər atəş açmağa çalışıblarsa, bəs nə üçün indiyə kimi diri saxlayıblar, yəni Baş nazirlə niyə qurtarmayıblar?
Mister Doc başını tərpətdi.
- Bir şey tamamilə aydındır. Onlar Baş nazirin konfransda iştirak etməsinə mane olmuşlar.
- Əgər insanpərvərlik mümkünsə, onda Baş nazir konfransda hökmən iştirak edəcək. Allah eləsin ki, bu çox gec olmasın. İndi, cənablar, hər şeyi əvvəldən axıradək yenidən nəql edin. Mən bu atışma barəsində ətraflı bilməliyəm.
- Keçən gecə, Baş nazir, onun katibi kapitan Daniyel tərəfindən müşaiyət olunmuşdur.
- Naiziri Fransaya müşaiyət edən adam?
- Bəli, dediyim kimi onlar maşınla Uindsora gediblər. Bu səhər, tezdən şəhərə qayıdanda yolda bu qəsd baş vermişdir.
- Bağışlayın, bir dəqiqə. Bu kapitan Daniyel kimdir? Onun haqqında nə deyə bilərsiniz?
Lord Esteyr gülümsündü.
- Mən bildim ki, bunu məndən soruşacaqsınız. Biz onun haqqında o qədər də çox bilmirik, şəxsən tanış deyildir. O, İngilis ordusunda xidmət edib, bacarıqlı katib olmasından savayı, həm də gözəl dilçidir. Mən onun yeddi dildə danışmasına inanıram. Buna görə də Baş naziri Fransaya müşaiyət etmək üçün o seçilmişdi.
- Onun İngiltərədə qohumları varmı?
- İki xalası var. Misis Everard Hampstiddə, Miss Daniyelz isə Askotda yaşayır.
- Askot? O ki, Uindsorun yaxınlığındadır, elə deyilmi?
- Bunu nəzərə almaq da heç bir nəticə verməyibdir.
- Görürəm ki, siz kapitan Daniyelə hörmət bəsləyirsiniz, ondan heç şübhələnmirsiniz?
Lord Esteyr bu suala cavab verərkən səsində kəskin dəyişiklik hiss olundu.
- Xeyr, Cənab Puaro. Bu günlərdə, mən hər hansı adam barəsində şübhələnməyi özümdən kənar etməyə çalışacağam.
- Çox yaxşı. Milord, mən başa düşürəm ki, güclü polis nəzarəti altında Baş azirə hücum etmək mümkün olan iş deyil. Bu elədirmi?
Lord Esteyr başını yırğaladı.
- Elədir. Baş nazirin maşınını sadə geyimli polis nəfərlərinin maşını onun arxasınca izləyirdi. Mister Mak Adam isə bu barədə heç bir şey bilmirdi. Bu bir növ onun xəbəri olmadan nazirin təhlükəsizliyini təmin etmək idi. Mak Adam özü qorxunun nə olduğunu bilmirdi, ona görə çox vaxt yavərsiz hərəkət edirdi. Ancaq bundan asılı olmayaraq polis öz vəzfələrini yerinə yetirirdi. Nazirin sürücüsü, O`Marfi Cinayət axtarışı idarəsinin işçisidir.
- O`Marfi? Bu ki irlandiyalı adıdır, elə deyilmi?
- Bəli, O`Marfi özü İrlandiyalıdır.
- Məncə, Klare qraflığındandır.
- Görürsünüz, milord! Davam edin.
- Nazir Londona yola düşmüşdü. Maşında sürücüdən başqa kapitan Daniyel də əyləşmişdi. İkinci maşın adəti üzrə onların arxasınca gedirmiş. Ancaq nə səbəbdənsə Baş nazirin maşını enişdə əsas yoldan çıxmışdı...
- Yolun burulduğu yerdə? - deyə Puaro mane oldu.
- Bəli. Ancaq siz bunu necə bildiniz?
- Bu aydındır ki! Davam edin!
- Naməlum səbəbdən, - Lord Esteyr sözünə davam etdi.- Nazirin maşını əsas yoldan çıxmışdır. Polis maşını isə əsas yolda davam
etmiş, qısa bir məsafə getdikdən sonra Baş nazirin maşını maskalı adamlar tərəfindən dayandırılmışdır. Sürücü...
- Hə, o cəsur O`Marfi! - Puaro fikirli halda dilləndi.
- Sürücü geri dönərək dərhal əyləci basmışdır. Baş nazir başını maşının pəncərəsindən bayıra çıxarmış, bu zaman birinci, daha sonra ikinci atəş açılmışdır. Birici güllə Nazirin yanağını yalamış, ikinci güllə isə xoşbəxtlikdən yan keçmişdir. Sürücü təhlükəni bu anda başa düşərək maşını birbaş irəli, quldurları dağıtmaq üçün düz onların üstünə sürmüş və aradan çıxmağa nail olmuşdu.
- Aradan çıxmağa lap az qalıbmış, - titrək səslə ucadan dilləndim.
- Mister MakAdam isə aldığı yüngül yara haqqında təlaş keçirməyin əhəmiyyətsiz olduğunu bildirmişdi. O, üzünün sadəcə olaraq cızıldığını söyləmiş, yerli bir kənd xəstəxanasının qarşısında dayanmış, kimliyini bildirmədən, yalnız paltarını dəyişmişdir. Sonra Dover limanına getmək üçün Çarinq Kross stansiyasında onu gözləyən xüsusi qatara əyləşmişdir. Daha sonra nə baş verdiyini kapitan Daniyel polisə bildirib. Onlar Fransaya ikilikdə yola düşüblər. Dover limanında onu gözləyən eskadra minonosuna minmişlər. Bildiyiniz kimi Buloyn limanında isə onu “qondarma” maşın gözləyirdi, hər şey planlı şəkildə gedirmiş.
- Siz mənə hamısını danışdınız?
- Bəli.
- Yaddan çıxan bir şey qalmadı ki, milord?
- Yaxşı yadıma düşdü, bir dənə də qəribə bir şey vardır.
- Doğrudan?
- Baş nazir Çarinq Krossdan yola düşəndən sonra onun maşını geri qayıtmayıb. Polis O`Mafinin axtarışı haqqında dərhal məlumat vermişdir. Maşın alman agentlərinin həmişə keçirdikləri iclas yeri olan “Soho” restoranının qarşısında tapılıb.
- Bəs sürücü?
- Sürücü isə heç yerdə tapılmayıb. O, da yoxa çıxıb.
- Deməli, - Puaro fikirli halda dilləndi - yoxa çıxmış iki nəfər: Fransada Baş nazir, Londonda isə O`Marfi.
Sonra Puaro ümidsiz halda əlini yellədən Lord Esteyrə nəzər saldı.
- Cənab Puaro, mən ancaq onu deyə bilərəm ki, əgər dünən desəydilər ki, O`Marfi satqındır, mən onu deyən adamın üzünə
sadəcə olaraq gülümsərdim.
- Bəs bu gün?
- Bu gün isə nə düşündüyümü bilmirəm.
Puaro ciddi görkəmdə başını tərpətdi. O, yenidən saatına baxdı.
- Mən başa düşürəm ki, cənablar, bu işdə sərbəst hərəkət etməliyəm. Mən lazım gələn yerə necə olursa-olsun, getməliyəm.
- Tamamilə, sərbəst hərəkət edə bilərsiniz. Bir saatdan sonra Doverə xüsusi qatar yola düşür. Qatarda Şotland Yard idarəsinin
bir qrup işçiləri də gedəcək. Sizi müşayiət etmək üçün sizə bir hərbi zabit və bir Cinayət axtarışı idarəsi işçisi veriləcək. Onlar
tamamilə sizin sərəncamınızda olacaq. Bu kifayətdirmi?
- Tamamilə. Bağışlayın, getməmişdən əvvəl bir sualıma da cavab verin, cənablar. Sizi mənim yanıma gəlməyə nə məcbur etdi?
Axı sizin bu böyük Londonda mən naməlum bir adamam.
- Biz ancaq sizi axtardıq, çünki siz öz ölkənizin böyük oğlusunuz, bizə sizin haqqınızda belə zəmanət vermişdilər.
- Nə? Çox güman ki, köhnə dostum polis komissarı mənim haqqımda sizə məlumat vermişdir.
Lord Esteyr başını silkələdi.
- Ondan da böyük birisi. Bir dəfə Belçikada dediyiniz o sözü yenidən işlədəksiniz - qanun! Bu söz İngiltərə üçün də ən müqəddəs sözdür!
Puaronun əli havada yelləndi və dramatik tərzdə onlarla xudahafizləşdi.
- Arxayın olun, cənablar! Ancaq müəllimim unutmur ki, mən, Herkuli Puaro ona sədaqətlə xidmət edəcəyəm. Bu iş isə çox qaranlıqdır, hələlik işıq ucu görünmür.
- Yaxşı, Puaro, - deyə nazirlər otağı tərk edəndən sonra mən səbirsizliklə ucadan dilləndim. - Nə düşünürsən?
Dostum cəld hərəkətlərlə çamadanını qablaşdırmaqla məşğul idi. O, fikirli halda başını yırğaladı.
- Nə düşündüyümü bilmirəm. Hələlik düşüncülərim çox qarma-qarışıqdır.
- Nə üçün, əvvəl dediyin kimi bu uşaq-muşaq işinə bənzəyir. Başını bir balaca silkələsən, hər şey düzələr, - deyə fikrə getdim.
Ardı var...