Qadin.NET / A.Kristi "Baş nazirin oğurlanması" - 3

A.Kristi "Baş nazirin oğurlanması" - 3

 

A.Kristi "Baş nazirin oğurlanması" - 3

 

- Bağışla, dostum, mən heç də elə demədim. Bu uşaq oğurlanması işinə daha yaxındır.

- Nə üçün?

- Çünki qeyri-adi hay-küy yaranır. Nazir yenidən üzə çıxacaq, yoxsa yox? O, öldürülüb, yoxsa sağdır? Bunu heç kəs bilmir. Müəyyən bir iş görməyincə, bu haqda heç bir şey söyləyə bilməyəcəyəm. Sənə dediyim kimi, naməlum hay- küylər buna mane olur. Bu hay- küylərin əsas iştirakçıları almanlardır. Əgər Naziri haradasa, gizli yerdə saxlayırlarsa, onda hər iki tərəf konfransda öz istəklərinə nail olmağa çalışacaqdır. Alman hökuməti liberal kassir deyildir. O, bu işdə şübhəsiz ki, istənilən qədər pul buraxa bilər. Onlar Naziri öldürməyə risk etməzlər,onu sadəcə olaraq oğurlamaq qərarlaşdırılıb.

- Onda əgər belədirsə, nə üçün əvvəlcə ona atəş açmağa çalışıblar?

Puaro əsəbi halda əl-qolunu atdı.

- A, indi mənim də başa düşmədiyim budur. Bu anlaşılamazlıqdır, alçaqlıqdır. Onlar Naziri oğurlamaq üçün bütün imkanlardan istifadə ediblər. Kinoda olduğu kimi hələ onlar melodramik hücum təhlükəsinə tamamilə məruz qalmayıblar. Buna inanmaq qeyri-mümkündür. Necə ola bilər ki, Londonun iyirmi mil yaxınlığında maskalı quldurlar öz istəklərinə belə asanlıqla nail ola bilsinlər!

- Ola bilsin ki, onlar ayrı-ayrılıqda tamamilə başqa iki qrup olublar, bir-birlərinə qarşı hörmətsizlik ediblər, - deyə mən təklif etdim.

- Xeyr, bu həddindən artıq uyğunsuzluq olardı! Onda bəs satqın kimdir? İlk cəhd göstəriləndə, orada kimsə satqın olubdur. Ancaq

o, kim olmuşdur: Daniyel, yoxsa O`Marfi? Bu iki nəfərdən biri olmalı idi. Maşın nə üçün əsas yoldan çıxıbdır? Biz ona şübhə edə bilmərik ki, Baş Nazir öz qəsdinə imkan yaratsın! Bunu O`Marfi özü edib, yoxsa Daniyel ona belə etməyi tapşırıbdır?

- Yəqin ki, bu O`Marfinin işidir.

- Bəli, əgər Daniyel olsaydı, Baş nazir onun verdiyi əmri eşidərdi və bu halda o da əsas yoldan çıxmağın səbəbini soruşa bilərdi. Ancaq bu işdə bir-birinə zidd olan həddindən çox “nə üçün”-lər vardır. Əgər O`Marfi vicdanlı adamdırsa, nə üçün əsas yoldan çıxıbdır? Yox əgər vicdansızdırsa, nə üçün iki atəş açılan kimi maşını dərhal yenidən işə salıbdır, şübhəsiz, bu da Baş nazirin həyatını xilas edibdir? Bəs əgər o, vicdanlı adam idisə nə üçün Çarinq Krossu dərhal tərk edərək maşını birbaş alman casuslarının yığışdığı yerə sürmüşdür?

- Bu bir az yaxşı çıxmır,- mən dedim.

- Gəl, bu işə metodik baxımdan yanaşaq. Bu iki adama qarşı bizdə hansı bəraətləndirici əsas vardır? Gəl, əvvəlcə O`Marfini götürək. Ona qarşı mənfi əsaslar: onun əsas yolu tərk etməsi, İrlandiyanın Kral Qraflığından olması, naməlum vəziyyətdə yox olması. Bəraətləndirici faktlar: onun Baş nazirin həyatını xilas etməyə cəhd göstərməsi, Şotland Yard işçisi olması, həm də ona inanıb belə bir postu tutmağa zəmanət verilməsi. İndi isə Daniyelə qarşı göstərilən mənfi faktorlara nəzər salaq: ona əks olan o qədər də mənfi fakt yoxdur. Yeganə fakt onun əsl İngilisə məxsus çoxlu dil bilməsidir! Bağışla, mon ami, ancaq siz bir dilçi kimi fərsizsiniz! İnandırıcı fakt isə onun ağzı bağlı halda sərhəd yaxınlığında tapılmasıdır, baxmayaraq ki, bu işdə onun əlindən heç şey gəlməmişdi.

- O, şübhəni özündən kənar etmək üçün özü, öz ağzını bağlaya bilərdi.

Puaro başını yellədi.

- Bu cəhətdən Fransa polisi səhv etməzdi. Bundan başqa, o, bir dəfə də öz vəzifəsini yerinə yetirmişdi; Baş Nazirin həyatını xilas etmişdi. Mən düşünürəm ki, Daniyelin ağzının xloroformlu əski ilə bağlanması ilə onlar hansı məqsədi yerinə yetirməyə ümid

bəsləyiblər. İndi Baş nazir üzə çıxana kimi o, hər nə desə, inandırıcı görsənə bilər.

- Ola bilsin ki, o, polisin yalnış izə düşdüyünə ümid edib?

- Onda bəs o, nə üçün belə etməyib? O deyir ki, nəsə bir şey mənim ağzımı və burnumu tutdu, daha sonra heç bir şey xatırlaya bilmirəm. Onda heç bir yalnış iz yoxdur. Bu həqiqətə tamamilə uyğun gəlir.

- Yaxşı, - deyə divardakı saata nəzər saldım. – Mən güman edirəm ki, vağzala yola düşsək, daha yaxşı olar. Sən Fransada bu tapmacaya daha çoxlu cavablar tapa bilərsən.

 

A.Kristi "Baş nazirin oğurlanması" - 3

 

 

- Mümkündür, dostum, ancaq mən buna şübhə edirəm. Mən Baş nazirin göstərilən o ərazidə tapılmasına hələlik inanıram. Onun

orada gizlədilməsi qorxulu olmalı idi. Əgər hər iki ölkənin hərbiçiləri və polisləri onu tapa bilməsələr, onda bəs mən nə

edəcəyəm?

Bizi Çarinq Krossda Mister Doc qarşıladı.

- Bu, Şotland Yard təhqiqatçısı Barnes, bu isə mayor Normandır.

- Onlar sizin sərəncamınızda olacaqlar. Yaxşı yol sizə! Bu çox çətin işdir, ancaq mən buna o qədər də ümid bəsləmirəm. İndi

yola düşülməlidir, - deyə Nazir sürətlə onlardan uzaqlaşdı.

Biz Mayor Normanla bir az ordan-burdan çərənlədik. Mən platformada bir qrup adamların arasında dayanıb söhbət edən  ucaboylu, xoş görkəmli xəfiyyəni dərhal tanıdım. O, Puaronun köhnə tanışı, Axtarış İnspektoru Çəp idi. Çəp Şotland Yard zabitləri arasında ən ağıllı işçilərdən biri hesab olunurdu. O, bizə yaxınlaşadı və dostumu gülərüzlə salamladı.

- Mən eşitdim ki, siz də bu işlə məşğulsunuz. Üzücü işdir. Uzaq olmasına baxmayaraq yaxşı məlumat alıblar, ancaq mən inanıram ki, cinayətkarlar onu uzun müddət gizlədə bilsinlər. Adamlarımız Fransaya əliboş gedirlər. Bəs Fransızlar? Mən bu işdə onların bizə nəsə bir kömək edəcəklərinə ümid bəsləmirəm.

- Əgər, o sağ olarsa? - ucaboylu bir xəfiyyə tutqun halda qeyd etdi.

- Bəli, ancaq mən hiss edirəm ki, o sağdır. - Puaro təsdiq etdi.

- Bəli, bəli. O sağdır, ancaq o vaxtında tapıla biləcəkmi? Mən sizin fikrinizlə tamamilə şərikəm. Onun uzun müddət gizlədilməsinə mən də inanmadım.

Fit verildi və biz hamımız Pulman (hər cür rahatlığı olan hərbi maşın) maşınına doluşduq. Sonra maşın asta-asta stansiyadan uzaqlaşdı.

Bu çox gülünc səyahət idi. Şotland Yard işçiləri bir yerə yığışımışdılar. Şimali Fransanın xəritəsi onların qarşısında açılmışdı. Xəritədə göstərilən hər yol, hər kənd üzərində barmaqlar gəzişirdi. Hər kəs öz nəzəriyyəsini irəli sürüdü. Puaro isə sakitcə oturub bu mənzərəni seyr edirdi. Onun üzünün ifadəsi qəzəbdən tutulmuş uşağın sifətini xatırlatdı mənə. Mən zarafatcıl Normanla həmsöhbət olmuşdum. Puaro Doverə yola düşəndən bəri mən də özümə həmsöhbət axtarmağa məcbur oldum, çünki o nə dinir, nə danışırdı. İndi onun davranışı anasından ayrı düşmüş quşa bənzəyirdi. O, qayığa minəndə ümidsiz halda qolumdan tutdu. Güclü külək əsirdi.

- Aman Allah! - Puaro gileyləndi. – Bu dəhşətdir.

- Özünü ələ al, Puaro, - deyə mən ona təsəlli verdim.

- Sən müvəffəqiyyət qazanacaqsan. Sən onu tapacaqsan. Mən buna əminəm.

- Ah, dostum, sən mənim emosiyamı səhv başa düşürsən. Bu yaramaz dəniz məni incidir! Mal de-mer(dəniz xəstəliyi) - bu zəhrimara qalmış qorxulu şeydir!

- O-o! – dedim.

Əvvəl ürəyin vurması eşidildi, Puaro inildədi və gözlərini yumdu.

- Mayor Normanda Şimali Fransanın xəritəsi var, baxmaq istərdin?

Puaro narahat halda başını yırğaladı.

- Yox, yox! Məni tək burax, dostum. Sən bax, fikirləş, mədə və beyin harmoniyada olmalıdır.

- Mal de-merin qarşısını almaq üçün Laverquyern əla bir metodu var.Əvvəlcə nəfəs alırsan, sonra yavaş-yavaş nəfəsini buraxırsan,

başını soldan sağa döndərirsən, hər nəfəs alanda altıya kimi sayırsan.

Mən Puaronu gimnastika ilə məşğul olduğu halda tərk edib göyərtəyə getdim.

Ardı var...

29 iyul 2015
GO BACK