Qadin.NET / Haruki Murakami "Küləyin nəğməsini dinlə"

Haruki Murakami "Küləyin nəğməsini dinlə"

 

Haruki Murakami "Küləyin nəğməsini dinlə"

 

Kitabın ingiliscə adı: Hear the Wind Sing

Kitabın rusca adı: Слушай песню ветра

Janr: Roman

Ümumi xarakteristika: Fəlsəfə, Psixologiya, Sosiologiya 

Qısaca süjet – Romanın konkret süjet xətti yoxdur. Roman, demək olar ki,  obrazların fəlsəfi dialoqlarından ibarətdir. Həyatları kəsişən maraqlı, fərqli insanlar. Murakaminin ilk romanı (1979-cu ildə yazılıb) olan “Küləyin nəğməsini dinlə”, sizi düşüncə dalğalarında sörfinqə dəvət edir. Vaxtaşırı dalğalar gəlir və sizi göylərə qaldırır. Kitabı oxumaq yox , hiss etmək lazımdır.

Təəssüratlarım - Kitabı vərəqlədikcə Haruki Murakami, Viktor Pelevin, Çingiz Aytmatov və Riçard Bax kimi yazıçıların, mənim üçün etalon funksiyasını icra etdiklərini bir daha yaxşı başa düşürdüm, çünki bu yazıçılar mənə gələcək qiraətlərimdə nəyin keyfiyytəli, nəyin keyfiyyətsiz olduğunu seçməyə köməkçi olacaqlar. Haruki Murakaminin obrazları yalnız obrazlardır. Elə bu aspekt məni çox qane edir və zövq verir. Bu yazıçının əsərləri gəncliyimin dinamik tələblərinə cavab verir.

Bilirsən, belə bir oyun var, stulların ətrafında hamı qaçır sonra isə otururlar və bir nəfər ayaqda qalır.

Xəyalınızda bir tort canlandırın. Bu tortu insan həyatı ilə eyniləşdirin. “Küləyin nəğməsini dunlə” romanını oxuyun və həmin insanın həyatından bir hissəni iştahla yeyin. Hər hansısa bir insan. Bu insan yeyir, içir, qadınlarla görüşür və plastinkalara qulaq asır. Əslində xüsusi bir şey yoxdur burda, amma, bəlkə də, elə xüsusilik onun yoxluğundadır. Paradoks. Bu Murakaminin dünyasıdır. Fəlsəfi dialoqlu, intellektual musiqi məlumatları ilə zəngin, sadəcə bu anın olduğu, gələcəyin olmadığı dünya.

Romanı oxuyarkən yazıçının naşılığı hiss olunurdu. Buna baxmayaraq, yenə də fərqli və insanı alıb aparan roman yazmağa müvəffəq olmuş bir gənc yazıçı ilə qarşı-qarşıyayıq.

 

-         Qulaq as, bəlkə biz bir komanda olaq? Biz birlikdə nə eləmək istəsək alınır.

-         Nədən başlayaq?

-         Gəl pivə içək.

 

Roman obrazlarının həyata baxışları, davranışları, düşüncələri, hissləri, başqa sözlə həyatları tamamilə fərqlidir. Bunu çox sevirəm. Görəndə ki, yazıçı məhz sənin ifadə etmək istədiyin fikirləri ifadə edib, adama həqiqətən də, ləzzət eliyir.

Kitabdan seçmələr:

1)    Varlı olmaq üçün bir balaca baş lazımdır. Varlı qalmaq üçünsə artıq lazım deyil. Sputnik kimi. Ona benzin lazım deyil, amma mən də, sən də belə deyilik. Yaşamaq üçün bizə sabahkı hava durumundan, vannadakı tıxacın ölçüsünə qədər hər şey haqqında düşünmək lazımdır.

2)    Siçovulun (obrazlardan birisi belə adlanır) romanında iki müsbət məqam var idi. Birincisi orada seks yox idi. İkincisi isə heç kim ölmürdü. İnsanları ölməyə və qadınlarla yatmağa məcbur etməyə ehtiyac yoxdur. Onsuz da onlar bunu edirlər.

3)    Həkim deyirdi ki, sivilizasiya məlümat mübadiləsidir. Ötürməyə və ifadə etməyə heç nə qalmayanda sivilizasiya da məhv olacaq. Çık! və söndü.

 

Haruki Murakami "Küləyin nəğməsini dinlə"

 

 

4)    Qəribədir ki, dənizə uzun müddət baxanda insanlar üçün, insanlara da uzun müddət baxanda dəniz üçün darıxırsan.

5)    Mən “Ceysin Barı”-nın qapısına belimlə söykənərək və kondisianer havasını udaraq, ağır-ağır açdım.

6)    Böyük Böhranla əlaqədar olan bir filmdə mən belə bir maraqlı zarafat eşitmişdim: “Empayr Strit Bildinq”-in yanından keçəndə həmişə çətirimi açıram. İnsanlar göydən yağış kimi tökülür.”

7)    Zibilxanadan nə isə qurdalayıb götürüsən və gözüvə yenə də nə isə maraqlı bir şey toxunur.

8)    Üçüncü rəfiqəm haqqında danışmaq istərdim. Artıq mövcud olmayan insanlar haqqında danışmaq həmişə çətindir. Cavanlığında vəfat etmiş qadınlar haqqında danışmaq isə lap çətindir. Həyatda qalaraq biz qocalırıq. Hər il, hər ay, hər gün. Hərdən mənə elə gəlir ki,mən hər saat keçdikcə qocalıram. Ən qorxulusu odur ki, bu həqiqətən də belədir.

9)    Yalan danışmağı heç sevmirəm. Yalan danışmaq və susmaq, bu burulğanlı insan cəmiyyətində inkişaf edib oturuşmuş iki böyük günahdır. Biz çox yalan danışır və susuruq. Bir tərəfdən də gəlin düşünək ki, əgər biz bütün il boyunca ancaq və ancaq həqiqəti danışsaydıq, bəlkə də, o öz dəyərini tirərdi.

10)           Birlikdə çox yaşayanda hətta zövqlər də eyniləşir.

11)           Niyə insanlar ölürlər? Ona görə ki, təkamül gedir. Fərdlərin hər şeyi etmək üçün enerjiləri yoxdur. Buna görə də onlar bunu yeni nəsillərin hesabına edirlər.

12)           İnsan girdabı və zaman axını onu izsiz-tozsuz uddu.

Niftiyev İbrahim

24 mart 2015
GO BACK