Lev Tolstoy – “Hərb və Sülh"
Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir.
Ceyn Ostin – “Qürur və qərəz"
Klassik dövr romanları arasında əhəmiyyətli bir yerə sahib olan “Qürür və qərəz”, 18-ci əsr İngiltərədə keçən unudulmaz bir eşq hekayəsindən bəhs edir. Orta səviyyəli bir ailənin ağıllı və şən qızı ilə qürurlu və məğrur olması ilə yanaşı son dərəcə dürüst və varlıqlı gənc bir adamın haradasa nifrətlə başlayan əlaqələrinin böyük bir eşqə dönüşünü izah edən bu kitabda, biri qürurlu digəri ön mühakiməli iki insanın zaman irəlilədikcə yanıldıqlarına və bir-birlərinə etdikləri o qədər haqsızlığın yalnız eşqlə düzəldə biləcəyinə şahid olacaqsınız.
Uilyam Şekspir – “Romeo və Cülyetta”
16-cı əsrdə yazılmasına baxmayraq aradan keçən əsrlər “Romeo və Cülyetta”nın ölümsüz sevgisini əskiltməmiş, əksinə parlaqlığını daha da artırmışdır. Uilyam Şekspirin gənclik illərində qələmə aldığı əsər, iki düşmən ailənin bir-birini sevən uşaqlarının ölümlə nəticələnən faciəvi sevgisindən bəhs edir.
Boris Pasternak – “Doktor Jivaqo”
“Doktor Jivaqo” 1945-ci ildən 1955-ci ilə qədər olan müddətdə yazılmışdır və yazıçının fikrinə görə onun yaradıcılığının ən yüksək nöqtəsi sayılır. Roman onun baş qəhrəmanı Yuri Andreyeviç Jivaqonun şeirləri ilə müşaiyət olunur. Yüzilliyin başlanğıcında Böyük Vətən Müharibəsinə qədər olan faciəvi mərhələdə rus ziyalılarının həyatını təsvir etməklə, kitab həyatın sirri, ölüm, rus tarixinin problemləri, ziyalılar və inqilab, xristianlıq, yəhudilik kimi məslələri işıqlandırır. Kitab sovet ədəbi dairəsində kəskin şəkildə pis qarşılanır və müəllifin 1917-ci il Oktyabr inqilabına və ölkənin sonrakı həyatına dair bir mənalı mövqe tutmadığına görə çapdan imtina edilir.
Fyodor Dostoyevski – “Karamazov qardaşları”
Dostoyevskinin şah əsəri sayılır. Roman hansısa ictimai, mənəvi, epoxal, milli problemi deyil, qlobal ümumbəşəri, əbədi problemləri: Allah və İnsan, din və fəlsəfə və digər bu kimi problemlərin həllinə cəhd göstərir. Əsərin də dəyəri və bənzərsizliyi məhz bundadır. O, praqmatikadan uzaq ruhi məsələlərin həllinə yönəlmişdir. Dostoyevski sosial ideyalara da öz münasibətini bildirir, onları ötəri hadisələr kimi milli və bəşəri ruhda kökləri olmayan bir proses kimi dəyərləndirir. Ona görə də bu cür ideyalar tarixdə qələbə çalsa da, sonda iflasa məhkumdur. Bu mənada Rusiyada sosializmin aqibətini Dostoyevski qabaqcadan görmüş və xəbər vermişdi.
Dante Aliqyeri – “İlahi komediya”
Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən “İlahi komediya” adlandırılmış “Komediya” poemasıdır. “Röya” formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən (“Cəhənnəm”, “Əraf (təmizlik)”, “Cənnət”) ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü göstərir.
Mixail Bulqakov – “Master və Marqarita”
“Master və Marqarita” romanı görkəmli rus yazıçısı Mixail Bulqakovun ən məşhur əsəridir. Yazıçı bu romanında Ponti Pilat və İeşua obrazları vasitəsi ilə mənəvi-əxlaqi problemlərə toxunur, hər kəsin öz əməllərinə görə cavabdeh olduğunu, haqq-ədalət qarşısında məsuliyyət daşıdığını göstərir. Əsərdə Master və Marqaritanın ağrılı, ürək sızıldadan məhəbbət macərasına da böyük yer ayrılıb; həmçinin keçən əsrin 20-ci illər Moskvası, meşşanlıq, ikiüzlülük satirik bir dillə tənqid olunur.
Marqaret Mitçell – “Küləklə sovrulanlar”
“Küləklə sovrulanlar” romanı ABŞ tarixində çox dərin izlər qoyan vətəndaş müharibəsinin geniş bir əhvalatıdır. Romanın baş qadın qəhrəmanı Scarlett O’Haradır. Sərt bir xarakterə malik gənc, gözəl və eqoist qadının başına gələnlər aydın dildə yazılmışdır. Roman əsasında eyni adlı film çəkilmiş və əsərin özü qədər uğurlu olmuşdur. Əsərə görə Marqaret Mitçell “Pulitser mükafatı” almışdır.
Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran ma sı, yük sə lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə qi qətən, mifik xarakter daşıyır.
Aleksandr Düma – “Üç muşketyor”
Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiy ya tının ən gözəl əsərlərindən biridir. Gənc DArtagnan (Dartanyan) atasının tapşırığı ilə muşketyor olmaq və krala xidmət etmək üçün Parisə gəlir. Burada o üç muşkeyor Atos, Portos və Aramisə rastlayaraq bir çox macəralar yaşayır.
Aynur Alimuradbəyli