Qadin.NET / "Məhəbbət üç il yaşayır" F.Beqeder(1)

"Məhəbbət üç il yaşayır" F.Beqeder(1)

"Məhəbbət üç il yaşayır" F.Beqeder(1)

Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marroneydir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi ondan qaynaqlanır, görünür, Mark heç zaman üç ildən artıq sevməmişdir.

Əsərdən seçmələr

 ***

Məhəbbət – döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş.

***

 Sərxoş olan zaman əsas odur ki, gözün bir binanı iki görəndə onların arasından düz keçəsən.

***

Düşünürdüm ki, məhəbbət axtarıram. Ancaq bir gün anladım ki, bunun tam əksidi – ondan uzaq durmaq istəyirəm.

***

Sakit mələk namünasib vaxtda yanından uçur.

***

Olduqca çox xatirələr var, xeyli şeyi unutmaq lazımdır, bunların hamısını yaddaşdan silmək cəhənnəm əzabıdır, əvvəlki xoş anların əvəzinə hələ neçə belə an yaşamaq lazımdır.

***

Hamıya salam, mən müəllifəm. Beynimə xoş gəlmisiniz, zorla soxulduğuma görə üzr istəyirəm.

***

Çox vaxt deyirlər: “Simanı xilas etmək lazımdır.” Mən isə deyirəm ki, simanı öldürmək lazımdır, ancaq bu yolla özünüz xilas olacaqsınız.

***

Ağcaqanadın əsri – bir gündür, qızılgülün – üç. Pişiyin əsri 13 ildir, məhəbbətin üç il. Heç nə də yaza bilməzsən. Əvvəl ehtiras ili, sonra nəvaziş, nəhayət sıxıntı ili.

 

"Məhəbbət üç il yaşayır" F.Beqeder(1)

 

 

***

Heç kim sizə xəbərdarlıq etməyəcək ki, məhəbbət ancaq üç il yaşayır. Bütün bu məhəbbət fırlıdağı sirrin ciddi şəkildə qorunması ilə qurulur.

***

Cəmiyyət bizi aldadır: sizə böyük məhəbbəti sırıyırlar, əslində isə elmi cəhətdən sübut olunub ki, bu hormonlar ancaq üç il fəaliyyət göstərir.

***

Ehtiras-Nəvaziş-Sıxıntı, hər biri bir il uzunluğunda üç pilləli dövr – "Müqəddəs Üçlük" kimi sarsılmaz triada.

Birinci il mebel alirlar.

İkinci il mebelin yerini dəyişirlər.

Üçüncü il mebeli bölürlər.

***

Qazanda daşan süddən başqa yerdə məndən miskin mənzərə tapmaq çətin olar..

***

Həyat belə qurulub: özünü bir balaca xoşbəxt hiss edən kimi o dərhal sizdən intizam tələb edəcək.

***

Nağıllar ancaq nağıllarda olur. Həqiqət xeyli xoşagəlməzdir. Həqiqət, ümumiyyətlə, həmişə xoşagəlməzdir, ona görə də hamı yalan danışır.

***

Elə gecələr var ki, yatmaq yolverilməz dəbdəbədir. Pis yuxudan ayılmaq üçün yatmaq. Bunun, ümumiyyətlə, olmaması üçün. Bunların heç birinin olmaması üçün. Öz həyatını silib atmaq istəyirsən. Çünki başqasına əzab verəndə özünü daha pis edirsən.

***

Niyə boşanmalara heç kim gəmir? Mən evlənəndə ətrafımda dostlarım var idi. Ancaq boşandığım gün təkəm, dəli olmaq olar.

***

 

"Məhəbbət üç il yaşayır" F.Beqeder(1)


 

Boşanma – mənəvi günahsızlığın itirilməsidir.

***

Nəyə görə kimsə kimisə aeroportda gözləyəndə həmişə gözləri yaşarır?

***

Heç kim özünə bu tip sual vermir: həyatdan yaxşı nəsə götürə bildikmi? Başqa cür yaşamaq olmazdımı? Lazımi adamla lazımi yerdə yaşayırıqmı? Bu dünya bizə nə təklif edə bilər?

***

İyirmi yaşımda düşünürdüm ki, həyat barədə hər şey bilirəm. Otuz yaşımda məlum oldu ki, heç nə öyrənməmişəm. On il sərf etdim ki, sonradan başımdan atacağım şeyi öyrənim.

***

Məhəbbət əsasında qurulan nikahda ən pisi odur ki, o çox yuxarıdan başlayır. Məhəbbət əsasında qurulan nikahla baş verə biləcək yeganə təəccüblü iş onun dağılmasıdır.

***

Evlilik – özün üçün etmədiyin hərəkətdir.

 

 

Ən yaxşı bayramlar – içimizdə baş verənlərdir.

***

Biz artıq səfərə hazırıq və bilir ki, keçmiş arxamızda bir qalaq zibildən başqa heç nə deyil və onu tez yaddan çıxarmaq lazımdır, çünki biz indi dünyaya gəlirik.

***

Sıfırdan başlamaq. Ağ kağız o qədər çox şey vəd edir ki. Sanki, siz bu vaxta qədər nəfəsinizi kəsib suyun altında oturmuşdunuz..

***

Birinci nikhada kamillik axtarırsan, ikincidə həqiqətən istəyirsən.

***

Ən əla qadın – sağlam qadındır.

***

Deyirlər pis vaxtlar əla xatirə olur – istərdim bu belə olsun.

***

Hər bir gözəllik eybəcərliyə çevrilir. Gəncliyin qisməti – solmaq, bizim həyatımız – asta-asta çürüməkdir, biz hər gün ölürük. Xoşbəxlikdən bizə həmişə Mosart qalır. Mosart neçə adamın həyatını xilas edib?

***

Nahaq fikirləşirlər ki, zamanla hər şey yaxşılığa doğru dəyişəcək – heç nə dəyişmir.

***

Mən birdən yenə də on altı yaşlı oldum. Mən hətta ona ətir aldım ki, onun haqqında düşünəndə qoxusunu çəkim, ancaq onun dərisinin məhəbbətdə həzverici ətri deyildi, qarayanız, yuxulu, uzun ayaq, məftunedici qaməti, su pərisinə xas süzgün dağılmış saçlarının ətri deyildi. Hamısını bir flakona doldurmaq olmaz.

***

 

"Məhəbbət üç il yaşayır" F.Beqeder(1)


 

XX əsrdə məhəbbət – zəng çalmayan telefondur.

***

Məhəbbət yalnız alternativ deyil : əziyyət çəkirsən, ya da əziyyət çəkməyə məcbur edirsən. Hər ikisi də ola bilər.

***

Tənhalıq hansısa biabırçı bir xəstəlik olub. Niyə hamı ondan elə qaçır? Çünki o düşünməyə vadar edir.

***

Bizim dövrümüzdə Dekard yazmazdı: “Düşünürəmsə - deməli, mövcudam”. O deyərdi: “Təkəmsə-deməli, düşünürəm”.

***

Heç kim təklikdə qalmaq istəmir, çünki bu, düşünmək üçün xeyli boş vaxt deməkdir. Nə qədər çox düşünürsən o qədər ağıllı olursan – deməli həm də kədərli.

***

Biz yer üzündə ona görə yaşayırıq ki, valideynlərimizin yaşadığı hadisələri həmin ardıcıllıqla yaşayaq – eynilə onlar da bizə qədər öz valideynlərinin etdikləri səhvləri təkrarlayıb və beləcə... sonsuzluğa qədər.

***

Öz bədbəxtçiliyimi sevim, çünki o təkrarlara səxavətlidir.

***

Ölümdən qorxanlar hər şeyi bilmək istəyənlər deyil.

***

Mənim problemim ondadır ki, sən onun həllisən.

***

Məhəbbəti elə daha çox ona ehtiyacı olanlar inkar edir.

***

Baxın görün mən nəyə çevrilmişəm... Mən hamının yazdığı kitabdan yazıram... Məhəbbət qarışıqlığı...

***

Məhəbbət ona qoyulmuş müddət qədər yaşayır, mənim üçün bunun fərqi yoxdur. Ancaq əgər sən onun daha çox yaşamağını istəyirsənsə, düşünürəm sən necə lazımdır darıxmağı öyrənməlisən. Elə adam tapmaq lazımdır ki, onunla darıxmaqdan ölmək istəyəsən. Əbədi ehtiras olmadığından hec olmasa ləzzətlə darıxasan.

***


Biz ayrılırıq ki, fərqli yollarla gedək, hərə öz tərəfinə.

***

Həyatımız pyes olduğu üçün maraqlı deyil – maraqlı olan orda bu qədər az iştirak edən şəxs olmasıdır.

***

Ağrının elə həddi var ki, qürurunu itirirsən.

***

Onda anladım ki, insan eşqə düşəndə sonu olmayan sözlər yazır, nöqtə qoymağa vaxtı yoxdur, yazmaq, yazmaq lazımdır, öz ürəyindən öndə qaçmaq lazımdır, cümlə uzanır, uzanır, məhəbbətdə punktuasiya yoxdur, ehtirasın göz yaşları axıb tökülür; sevəndə mütləq yazırsan və dayana bilmirsən.

***

Sənsiz heç kim idim, nəhayət ki, mən nəfəs alıram..


Abdullayeva...

25 yanvar 2015
GO BACK