Qadin.NET / Stefan Zveyq "Naməlum qadının məktubu"

Stefan Zveyq "Naməlum qadının məktubu"

Stefan Zveyq "Naməlum qadının məktubu"

Avstriya yazıçısı Stefan Sveyqdən təqdim etdiyimiz "Bir qadının həyatından 24 saat" əsərindən sonra növbəti əsəri "Naməlum qadının məktubu"-nu oxumağı qərara aldım. Yazıçının psixlogiya ilə olan bağlılığı marağımı çəkdi. Bildiyimiz kimi Sveyq Z. Freyd təliminə yaxından maraq göstərmiş və bu da onun yaradıcılığında insan xarakterlərinin dərindən analiz edilməsində ifadəsini tapıb. 

Stefan Zveyq "Naməlum qadının məktubu"

Novellanın süjeti

Novella belə başlayır ki, hansısa R. adlı məşhur bir yazıçı naməlum qadından qalın bir məktub alır. Novella bitənə qədər həmin yazıçı bu məktubu oxumaqla məşğul olur. Yazıçı məktubu oxuyarkən məlum olur ki, adı, üzü məlum olmayan naməlum bir qadın özünün bütün həyatı boyu yalnız onu sevib və məktubda da onların həyat yollarının kəsişdiyi bütün anlar təsvir edilib. Məktubda danışılır ki, qadın ilk dəfə onu 13 yaşında o, qonşu evə köçərkən görüb. İki il onunla eyni binada yaşayıblar, sonra qız ailəsi ilə başqa şəhərə köçməli olub və orda aşiq olduğu qonşu olan həmin yazıçısız keçirdiyi illər cəhənnəm əzabına dönüşüb. İllər sonra qadın yenidən Vyanaya qayıdır, ora gəldiyi üçün xoşbəxtdir, çünki sevgilisini yenidən görməyə ümidlidir. Bir il sonra onların arasında qısa bir "üç günlük roman" yaşanır, yazıçı qonşu qızı tanımır, qız isə ondan hamilə qalır. Qadın hamiləlik barədə sevgilsinə xəbər etmir, uşaq doğulur və onu təkbaşına böyüdür. 11 il sonra qadınla yazıçı arasında yenidən bir "roman" yaşanır, yazıçı yenə də qadını tanımır. Bir il sonra qadının uşağı ölür və özü də ağır hərarətli xəstəlikdən əzab çəkərək məktubu yazmağa qərar verir, bunu ruhunun sakitləşəcəyinə ümid edərək yazdığını bildirir. Qadının vəsiyyətinə görə məktub yazıçıya çatdırılır. Yazıçı məktubu oxuduğu zaman qadın artıq həyatda yox idi.
Novella haqqında düşündüklərim
Əsərin adı maraqlı seçilib, oxucunu cəlb edir. Süjet xətti də fərqlidir, uğurlu alınıb. Ən başlıcası novellanı oxuyub bitirəndə insana təsir edən məqam budur; necə olur ki, bir qadının keçirdiyi bu qədər sevgi, iztirab dolu hissləri bir kişi yazıçı qələmə ala bilib? Həqiqətən ilk təsir burda başlayır, Stefan Sveyqin qeyri-adi istedadı, qadını dərindən hiss etmək bacarığı oxucu üzərində təsirsiz qalmaya bilməz. Hətta, özüm də bir anlıq düşündüm ki, belə bir hekayəni kişi xarakterindən qələmə alsam, görəsən məndə necə alınar? Təbii ki, yoxlamadan nəsə söyləmək mümkün deyil. Burası belə. Keçək obrazlara.
1. Naməlum qadın obrazı
Novellanın başlanğıcında 13 yaşlı qızın yaşadıqları binaya köçən kişiyə (platonik) aşiq olması bəzi oxucuları təəccübləndirə bilər. Ancaq psixologiyadan bunu da bilirik ki, qız uşaqları oğlanlardan fərqli olaraq daha tez yetişirlər, sevib-sevilmək istəyinə novella qəhrəmanı erkən yaxalanıb. Sual yarana bilər ki, sevib-sevilmək istəyirsə, bəs niyə öz yaşıdını deyil, ondan daha böyük olan bir kişini seçir. Bu da zövq məsələsidir, necə ki, həyatda da baş verir, bəzən şahidi oluruq , gənc xanım yaşlı bir kişiyə aşiq olur, yaxud gənc bir oğlan özündən yaşda böyük qadını sevir və s. Yazıçı da novellada naməlum qadının sevgisinin başlanğıcını məhz yeniyetmə çağından başladıb. Bəlkə, insan psixologiyasını nəzərə alaraq həmin çağlarda qızların daha təmiz, daha ülvi hisslərlə yaşadığını, xəyal aləmində özlərinə məxsus sevgi dünyası yaratdıqlarını nəzərə alaraq Sveyq məhz hekayəsini o yaşdan başladıb. Novellada təsvir edilən qızın günlər keçdikcə sevdiyi şəxsə necə bağlanması və hətta hər gün onu güdməsi yazıçı tərəfindən olduqca gözəl stildə təsvir edilib. Ən çox xoşuma gələn hissə yazıçının evdə olmadığı gün qızın onun xidmətçisindən icazə alıb evindəki kitablara baxması və sonradan onlardan təsirlənib özü də kitablar oxumağa başlaması idi. Sonrakı mərhələdə qızın ailəsi ilə birlikdə başqa şəhərə köçmək məcburiyyətində qalması və kişidən (novellada R. adlı yazıçı) ayrı qaldığı xatirələrinin təsviri də təsirlidir. Üç il boyunca sevdiyi adamın kitablarını satın alması, qəzetlərdə onun haqqında çıxan xəbərləri izləməsi, özünün də novellada dediyi kimi "Mən bütün bu zaman müddətində yalnız səndə yaşadım" maraqlı təsvir edilib. Bütün novella boyu naməlum qadını görüşmələrində tanımadığına baxmayaraq yazıçını hələ də niyə sevməyə davam etməsini öyrənmək istəyirsinizsə, əsəri özünüz də oxumalısınız. Hamısını mən yazsam, oxumaq fikrindən daşınarsınız birdən. Bütövlükdə, naməlum qadın obrazı haqqında bunu qeyd edim ki, yəqin belə bir sevən qadını çox kişi həyatında arzulamış ola bilər. Kim istəməz ki, onu ölümünə sevən belə bir insan olsun? Amma xanımlar, nə badə novellanın təsiri altına düşüb siz də bu cür sevəsiniz, kişilərdən ötrü ölməyə dəyməz. wink Novellada bəyənmədiyim də bu oldu. Qadının ümidsizliyə qapıldığı anda məktubun davamında "Tanrıya inanmıram, dua edilməsini də istəmirəm, mən yalnız sənə inanıram, yalnız səni sevirəm və yalnız səndə bir az daha yaşamağa davam etmək istəyirəm" cümləsi mənim kimi inanclı bir oxucuya əks təsir etdi, bu yerində dedim elə sənə ölmək yaraşır mocking , amma inanmayan oxuculara insanın bu dərəcədə ilahiləşdirilməsi xoş gələ də bilər.
Stefan Zveyq "Naməlum qadının məktubu"
2. Yazıçı R. obrazı
Novellanın ikinci baş qəhrəmanıdır. Xoşuma gələn xüsusiyyətləri, daim öz üzərində işləməsi, kitablara aludə olması, yazıçı olmasının məsuliyyətini dərk etməsi və nəticə olaraq əsasən həyatında tutduğu yolu buraxmamasıdır.
Bəyənmədiyim xüsusiyyətləri, nəinki bir yazıçı, bir kişi, bir insan olaraq da, bir neçə dəfə görüşdüyü qadını xatirində saxlamamasıdır. Düzü, bu yeri bir qədər qəribə gəlir. Görümüşük ki, yazıçılar ətraflarında baş verən hadisələrə, insan davranışlarına qarşı daha həssas olurlar, xüsusi incəliklə yanaşırlar, ancaq əsərdə təsvir olunan yazıçı isə düz üç dəfə görüşdüyü (həm də çox yaxın) qadını hər dəfəsində tanımır. Belə bir sual yaranır, görəsən o necə yazıçıdır? Düzdür, kitablara olan münasibətini bəyənmişəm, ancaq insan tanıması barədə yanaşması bir oxucu kimi mənə qaranlıq qaldı. Yazıçı da olsa, həyat tərzi nümunəvi deyil, gecələri tanımadığı qadınlarla keçirməsi bir növ siqaret, içki alışqanlığı kimi onu da sarıb. Novellanın sonunda naməlum qadının məktubundan yazıçının təsirlənməsi şəklini hər oxucu özünəməxsus qavraya bilər.
Stefan Zveyq "Naməlum qadının məktubu"
Əsər əsasında çəkilmiş film
Son zamanlardakı vərdişimə sadiq qalaraq novella əsasında çəkilmiş filmlərdən birini də izlədim. Novella ilə eyni adlı fransız filmi seçdim, rejissoru Jak Dere olan 2011-ci il istehsalı "Lettre d'une inconnue" filmi. Maraqlı film alınıb, izləməyə peşman olmadım. Naməlum qadın rolunda fransız əsilli İsveçrə aktrisası İren Mari Jakob çəkilmişdir və rolunu da mənə görə uğurla oynaya bilib.

Novelladan seçdiyim hissələr

" Əgər həyata davam etmək məcburiyyətində qalsam, o zaman bu məktubu yırtacağam və hər zaman susduğum kimi bundan sonra da susmağa davam edəcəyəm. Lakin məktubum əllərində isə burada artıq ölmüş olan birisi sənə həyatından, ilk dəqiqəsindən son nəfəsinə qədər hər zaman sənin olmuş həyatından bəhs etməkdədir. Kəlmələrim səni qorxutmasın; ölmüş olan biri artıq heç bir şey istəməz, sevilməyi də, özünə acımağı da, təsəlli edilməyi də. Səndən tək istədiyim bu anda sənə gəlməkdə olan acım haqqımda ələ verdiyi hər şeyə inanmağındır. Hər şeyə inan, səndən sadəcə bunu istəyirəm: İnsan bir tək övladının ölüm anında yalan söyləməz".

 

"Artıq aradan çox zaman keçdi, on beş-on altı il, xeyr, artıq bilmədiyindən əminəm sevgilim, fəqət mən, ah bəli, mən hər detalı həvəslə xatırlayıram, səndən söz edildiyini ilk dəfə eşitdiyim, səni ilk dəfə gördüyüm günü, xeyr, hətta saatı belə bu günmüş kimi xatırlayıram və necə xatırlamayım ki, mənim üçün dünya (həyat) ilk o zaman başlamışdı. Səbr et sevgilim, sənə hər şeyi, hamısını başdan anlatdığım üçün, səndən xahiş edirəm, məni dinləyəcəyin bu qısa saat səbəbindən yorulma, çünki mən səni bütün bir həyat boyu sevməkdən yorulmadım".

 

"Sən sanki ikili şəxsiyyəti olan bir insan idin, həm istiqanlı, həyata həfif baxan, özünü bütününlə oyuna və macəraya vermiş bir gənc idin, həm də eyni zamanda sənətində acımasız bir ciddiyyət sərgiləyən, vəzifə məsuliyyəti daşıyan, son dərəcə oxumuş və bilikli biri idin. Zamanla hər kəsin səndə hiss etdiyi bir şeyi mən şüuraltımda qavramışdım, sən ikili bir həyat yaşayırdın, bir tərəfi aydınlıq, təmamən dünyaya açıq səth, digər tərəfi isə çox qaranlıq və sadəcə sənin bildiyin bir səth - bu dibsiz dərinliklərdə ikili quruluşu, sənin varlığının sirrini mən, yəni daha on üç yaşında olan uşaq sehirli bir cazibə qüvvəsinin təsiri ilə ilk baxışdan hiss etmişdim".

 

"Bilmirəm, ayrıca söyləməyə gərək varmı? Amma o gündən başlayaraq evimizdə, bütün o yazıq uşaq dünyamda məni səndən başqa heç kim, heç nə maraqlandırmadı, on üç yaşındakı bir uşağın bütün israrçılığı və inadcıllığı ilə yalnız sənin həyatının, sənin varlığının ətrafında dolanmağa başladım. Səni izlədim, vərdişlərini izlədim, sənə qonaq gəlib gedən insanları izlədim və bütün bunlar sənə olan marağımı azaltmaq əvəzinə sadəcə çoxaltdı".


"Onsuz da məni sənə xatırladacaq heç bir şey yoxdu: az danışdım, çünki yaxınımda olmağın, mənimlə danışdığını eşitmək mənim üçün sonsuz xoşbəxtlik demək idi. Söhbətimizin bir saniyəsini belə bir sualla, axmaqca bir sözcüklə ziyan etmək istəmirdim."


"Bir gün o zamanlar daxilimdə daşıdığım və bəlkə varlığını indi də sürdürən uşaqca bir qürurun təsiri ilə evindən uzaq qalmağı yoxladım; amma dirənməklə və başqaları ilə keçən o bomboş axşam qorxunc idi. Ertəsi axşam yenə taleyinə boyun əymiş olaraq evinin qarşısında gözləməkdə idim, uzun sürən qədərim boyunca mənə qapalı qalan həyatının qarşısında hər zaman etdiyim kimi yenə gözləyirdim".

 


"Sənə heç bir foto və heç bir işarə buraxmıram, sənin də mənə heç bir şey buraxmadığın kimi: məni əsla, heç bir zaman tanımayacaqsan. Həyatda ikən qədərim bu idi, ölümümdən sonra da belə olsun. Səni son saatımı paylaşmaq üçün də çağırmaq istəmirəm, sən adımı və üzümü bilmədən çıxıb gedirəm."

 

"Birdən gözləri önündəki yazı stolunun üstündəki göy vazaya sataşdı. O boş idi, uzun illərdən bəri ilk dəfə onun doğum günündə boş idi. O diksindi: ona elə gəldi ki, qəfildən görünməz bir qapı açıldı və başqa bir dünyadan soyuq külək onun sakit otağına doldu. O ölümün və ölümsüz sevginin nəfəsini hiss elədi; daxilində nəsə açıldı və o getmiş həyat haqqında keçmiş ehtiraslı bir musiqi kimi düşündü…."

30 dekabr 2014
GO BACK