Qadin.NET / F.Kafka "Məhkəmə"-23

F.Kafka "Məhkəmə"-23

 

F.Kafka "Məhkəmə"-23

 

– Sizi çoxdan gözləyirəm,–deyə vəkil çarpayıda uzanaraq şam işığında oxuduğu kağızı tumbanın üstünə qoydu, eynəyini taxaraq K.-nı kəskin nəzərlərlə süzdü. K. üzr istəmək əvəzinə dedi: 

– İndi gedirəm...

Vəkil üzrxahlıq olmadığına görə K.-nın dediklərinə fikir vermədi: 

– Gələn dəfə də belə gec gəlsəniz, qəbul etməyəcəm. 

– Elə bu niyyətlə gəlmişəm... 

Vəkil sualedici nəzərlərlə ona baxdı: 

– Oturun,–dedi. 

– Siz istədiyinizə görə otururam,–deyən K. kreslolardan birini tumbaya yaxın çəkib oturdu.

– Mənə elə gəldi ki, qapını açarla bağladınız. 

– Bəli, Leniyə görə bağladım.–İndi heç kəsə yazığı gəlmirdi. 

– Yenə də sizə girişmişdi? 

– Girişmişdi? 

– Bəli,–vəkil güldü, öskürək onu boğdu, hər şey keçib gedəndən sonra yenə güldü.–Yəqin özünüz də hiss eləmiş olarsınız ki, adama yaman girişir,–vəkil bu sözləri deyib əlini K.-nın tumbaya söykədiyi əlinə toxundurdu, K. tez əlini geri çəkdi.–Yaxşı ki ona çox fikir vermirsiniz,

– K.-nın susduğunu görən vəkil sözünə davam etdi,–yoxsa mən özüm bəlkə də sizdən üzr

istəməli olacaqdım. Yeri gəlmişkən, bu qəribəliyini ona çoxdan bağışlamışam və əgər qapını

içəridən bağlamasaydınız, bu haqda danışmazdım. Əslində, bu qəribəlik haqqında heç bu qədər danışmalı deyildim, ancaq mənə elə pərt halda baxırsınız ki, danışmalıyam: bu qəribəlik ondan ibarətdir ki, müttəhimlərin çoxu Leninin xoşuna gəlir. Hamısına vurulur, hamısını sevir və yeri gəmişkən, deyəsən, hamı tərəfindən də sevilir. Sonra da məni əyləndirmək üçün–əlbəttə, icazə verəndə– onlardan danışır. Mən bunların heç birinə sizin kimi təəccüblənmirəm. Doğrudan da, bir az diqqətlə baxanda, onlar çox vaxt gözəl görünür. Yeri gəlmişkən, çox qəribə, müəyyən mənada da təbii bir olaydır. Əlbəttə, ittiham olunmaqla adamın zahiri görkəmində elə bir aydın, nəzərəçarpacaq dəyişiklik yaranmır. Burda başqa məhkəmə işlərindən fərqli olaraq, müttəhimlərin çoxu öz adi həyat tərzini davam etdirir, əgər yaxşı vəkilləri varsa, bütün işləri boyunlarına götürürlərsə, onda məhkəmə onların işlərinə mane olmur. Ancaq bununla belə, təcrübəli adamlar böyük bir dəstənin içindən müttəhimləri bircə-bircə seçə bilir. Soruşacaqsınız ki, nədən bilirlər? Cavabım sizi təmin etməyəcək. Müttəhimlər onların arasında ən gözəlləri olurlar. Onları gözəlləşdirən günahları ola bilməz, çünki–mən indi, ən azı, vəkil kimi danışmalıyam–hamısı cünahkar deyil və onları gözəlləşdirən aldıqları layiqli cəza da deyil, çünki hamısı cəzalandırılmır, deməli, belə çıxır ki, bunun sirri onların barəsində qaldırılan işdədir. Yeri gəlmişkən, bu gözəllərin arasında daha çox gözəl olanlar da var. Ancaq hamısı gözəldir, hətta Blokun özü də... O iyrənc soxulcan da... 

Vəkil danışıb qurtaranda, K. artıq hər şeyə hazır idi, hətta onun son sözlərini başını tərpətməklə təsdiqlədi, sanki bununla özünün o vaxtdan gəldiyi bir fikri təsdiqləyirdi ki, vəkil həmişə olduğu kimi yenə də işə heç bir dəxli olmayan ümumi şeylərdən danışaraq onu azdırır, K.-nın məhkəməsilə bağlı konkret hansı işlərin görüldüyünü deməkdən yayınır. Yəqin vəkil də hiss eləmişdi ki, K. bu dəfə həmişəkindən çox narazıdır və buna görə susdu, özü dilə gəlmək üçün

K.-ya şərait yaratdı, onun dinmədiyini görüb soruşdu:

– Bu gün gəlməkdə nəsə bir niyyətiniz var?

– Var, deyə K. vəkili daha yaxşı görmək üçün əlini şamın qarşısına tutdu,–gəldim deyəm ki, sizin vəkilliyinizdən imtina edirəm. 

– Sizi düz başa düşdüm?–Vəkil yatağında bir az dikələrək bir əlini yastığa dayadı. 

– Mənə elə gəlir, düz başa düşdünüz...–K. kresloda elə dimdik oturmuşdu ki, sanki marıta yatmışdı. 

– Olsun... Biz bu planı da müzakirə edə bilərik. 

– Bu, artıq plan deyil! 

 

F.Kafka "Məhkəmə"-23

 

– Ola bilər... Ancaq biz gərək tələsməyək. 

Biz” sözünü işlətməklə sanki ondan əl çəkmək niyyətində olmadığını, əgər vəkili olmayacaqsa, ən azı, məsləhətçisi kimi qalmaq niyyətində olduğunu demək istədi. 

– Burda tələsiklik yoxdur,–K. yavaş-yavaş yerindən durub kreslonun arxasına keçdi,–yaxşı- yaxşı götür-qoy edilib... Bəlkə də həddən artıq götür-qoy olunub... Qərar qətidir! 

– Elə isə icazə verin sizə bir neçə söz deyim...–Vəkil tük yorğanı kənara çəkərək çarpayının kənarında oturdu. Çılpaq, ağ tük basmış qıçları soyuqdan titrəyirdi. K.-dan xahiş etdi ki, divanın üstündəki örtüyü ona versin. K. örtüyü gətirib ona uzatdı və dedi: 

– Siz boş yerə özünüzü soyuğa verirsiniz. 

– Boş yerə deyil!–deyə vəkil yorğana büründü, örtüyü də ayağının üstünə saldı.–Əminiz dostumdur, özünüz də bu vaxt ərzind mənim üçün doğma oldunuz. Mən bunu açıq etiraf edirəm. Özü də utanmıram... 

Qocanın bu riqqətli sözləri K.-nın xoşuna gəlmədi, indi gərək ona geniş izahat verəydi, halbuki bunu heç istəmirdi və bundan əlavə də, çaş-baş qalırdı, ancaq onu da dəqiq bilirdi ki, bu sözlər onu qərarından döndərə bilməz. 

– Bu xoş sözlərə görə təşəkkür edirəm,–dedi,özüm də bilirəm ki, imkanınız daxilində, mənim üçün çox çalışdınız, mənim üçün xeyirli hesab elədiyiniz bütün işləri gördünüz . Ancaq mən son anda belə qərara gəldim ki, bunlar kifayət etmir. Əlbəttə, mən heç vaxt sizin kimi yaşlı, təcrübəli bir adamı bu qərarın doğruluğuna inandırmağa çalışmayacam. Əgər nə vaxtsa buna qeyri-ixtiyari çalışmısamsa, məni bağışlayın, ancaq məsələ, özünüzün də dediyi kimi, kifayət qədər ciddidir və mənim fikrimcə, məhkəməyə indiyə qədər olduğundan çox müdaxilə etmək lazımdır.

– Sizi başa düşürəm... Ancaq səbrsizsiniz... 

– Səbirsiz deyiləm!–K. bir qədər əsəbiləşdi, bundan sonra dediyi sözlərə çox da fikir vermədi,–axı əmimlə birinci dəfə buraya gələndə dediniz ki, mən bu məhkəməyə ciddi yanaşmıram, necə deyərlər, kimsə zorla yadıma salmasa, onu tamamilə unuduram. Onda əmim dedi ki, siz mütləq mənim vəkilim olmalısınız, mən də onun xətrini xoş eləmək üçün buna razılıq verdim. Gözləmək olardı ki, işim əvvəlkinə nisbətən yüngülləşəcək, axı vəkili ona görə tutursan ki, məhkəmənin yükündən bir az azad olasan. Ancaq bunun əksi alındı! Əvvəllər be deyildi, yalnız siz mənə vəkillik eləməyə başlayandan sonra məhkəmə sarıdan narahatçılığım artdı. Tək olandməhkəməm üçün heç bir görməsəm də, elə bir narahatçılıq keçirmirdim, ancaq indi əksinə, vəkilim oldu və hər şey də buna hesablanmışdı ki, nə bir irəliləyiş olacaq, bütün vax rginlik içində sizin ə qarışacağınızı gözlədim, ancaq qarışmadınız. Düzdür, məhkə barə sizdəe məlumatlar aldım ki, bunları başqasından ala bilməzdim, ancaq məhkəmənin məni gizli-gizliyavaş-yavaş öz caynağına keçirdiyi bir anda bunlar kifayət etmir. 

K. kreslonu bir az özündən aralayaraq əli pencəyinin cibində vəkilin qabağında dimdik dayanmışdı. Vəkil isə sakitcə, astadan dedi: 

– Təcrübə göstərir ki, məhkəmənin müəyyən mərhələsində eyni şeylər baş verir. Çoxlu müştərim məhkəmənin təxminən eyni mərhələsində sizin kimi qarşımda dayanıb eyni sözləri deyiblər. 

– Deməli, o müştərilər də mənim kimi haqlı imişlər. Sizin bu sözləriniz məni yolumdan döndərə bilməz!

– Mən bu sözlərlə sizi yolunuzdan döndərmək istəmirdim, yalnız onu demək istəyirdim ki, o birilərə nisbətən sizdən daha yaxşı mühakimə qabiliyyəti gözləyirdim, çünki məhkəmə sistemi, mənim ordakı fəaliyyətim barədə o biri müştərilərə demədiklərimi sizə demişdim. İndi görürəm ki, bütün bunlara baxmayaraq, mənə etibar eləmirsiniz. Bununla da işimi çətinə salırsınız...

Gör vəkil onun qarşısında özünü necə alçaldırdı! Axı öz peşəsinin şərəfini məhz indi qorumalı idi! Görəsən niyə belə eləyirdi? Hiss olunurdu ki, işi çoxdur, üstəlik də varlıdır, işin birini itirməsi, müştərilərindən birinin əldən çıxması ona bu qədər təsir etməməli idi. Bundan əlavə də, xəstəhal idi, gərək özü bu işdən imtina edəydi. Ancaq yenə də K.-dan əl çəkmək istəmirdi! Axı niyə? Bəlkə əmisinə görə? Yoxsa K.-nın məhkəməsində nəsə bir qeyri-adilik görür, burda uğur qazanacağına ümid edərək özünü K.-ya, ya da elə – bu da istisna deyildi–məhkəmədəki dostlarına göstərmək istəyirdi? K. onu sınayıcı nəzərlərlə nə qədər süzsə də, üz-gözündən heç nə oxuya bilmədi. Adama elə gəlirdi ki, vəkil qəsdlə üzünün ifadəsini gizlədir ki, sözlərinin təsirini öyrənsin. Və K.-nın susmasını əlverişli fürsət hesab edərək yenidən sözə başladı: 

– Yəqin görmüş olarsınız, mənim böyük bir dəftərxanam var, ancaq orda heç kəsi işlətmirəm. Əvvəllər başqa cür idi, onda mənə bir neçə hüquqşünas kömək edirdi, indi isə tək işləyirəm. Bu, bir tərəfdən iş təcrübəmin dəyişməsilə bağlıdır, belə ki, son vaxtlar yalnız sizin iş kimi işləri götürürəm, digər tərəfdən də bu cür işlərə daha yaxşı bələd olmuşam, öyrənmişəm. Fikirləşdim ki, əgər müştərilərim, eləcə də boynuma götürdüyüm vəzifə qarşısında pis vəziyyətə düşmək istəmirəmsə, onda bu işi başqasına etibar etmək olmaz. Bütün işləri öz boynuma götürməyim də axırda öz təbii nəticəsini verdi: demək olar ki, işlərin çoxundan imtina etdim, yalnız ürəyimcə olanları saxladım. Qalanları da... Böyür-başda nə qədər desən alçaq var, mən tulladığım qır- qırıntıları göydəcə qapırlar. Üstəlik də gərginlikdən xəstələndim. Bütün bunlara baxmayaraq, qərarımdan peşman deyiləm, ola bilsin, gördüyüm işlərin çoxundan imtina etməli idim, ancaq məlum oldu ki, özümü bütünlüklə boynuma götürdüyüm işə həsr etməyim vacib imiş və qazandığım uğur da bunun mükafatı oldu. Nə vaxtsa yazıların birində adi işlərə vəkillik etməklə belə işlərə vəkillik etməyin fərqi barədə gözəl bir fikir oxumuşam. Orda yazılmışdı: birinci halda vəkil öz müştərisini tükdən də nazik bir iplə məhkəmənin hökmünə qədər aparır, ikinci halda isə çiyninə alıb düşürtmədən hökm oxunana qədər, hələ ondan o yana da aparır. Doğrudan da elədir... Ancaq bayaq söyləyəndə ki, gördüyüm böyük işlərin heç vaxt peşmançılığını çəkməmişəm, düz demirdim. Məsələn, sizin kimi başqaları da onun qədrini bilməyəndə, deməolar ki, peşmançılıq çəkirəm...

Vəkilin bu cür danışmağı K.-nı inandırmaq əvəzinə daha da hövsələdən çıxardı. Dediyi sözlərin ahəngindən hiss elədi ki, təslim olsa, onu nə gözləyə bilər: yenə o təsəllilər, vəkalətnamə üzərində işin uğurla davam etdirilməsi, məhkəmə məmurlarının ona münasibətinin yaxşılaşması və əlbəttə, qarşıya şıxan böyük çətinliklər... Sözün qısası, K.-nı yenə də yalançı ümidlərlə çaşdırmaq, qeyri-müəyyən hədə-qorxularla incitmək üçün o məlum iyrənc nağıllar... Bütün bunlara qəti şəkildə son qoymaq lazım idi və ona görə də dedi: 

- Vəkillikdə qalsanız, mənim işimlə bağlı nələri edəcəksiniz?

Vəkil hətta bu sualdakı təhqiramiz ahəngə də dözərək cavab verdi: 

– İndiyəcən elədiklərimi davam etdirəcəm. 

– Belə də bilirdim... Əlavə sözə ehtiyac yoxdur.

– Mən yenə də sizi başa salmağa çalışacam...–Vəkil elə danışırdı ki, sanki K.-nı həyəcanlandıran bütün bu işlər müştərisinin deyil, onun öz başına gəlib,–mənə elə gəlir ki, hüquqi cəhətdən göstərdiyim köməkləri düzgün qiyməyətləndirə bilmədiyiniz, özünüzü belə aparmağınız, müttəhim olmağınıza baxmayaraq, sizinlə yaxşı rəftar edilməsinin, daha doğrusu, işinizə süni şəkildə başdansovdu yanaşılmasının nəticəsidir. Başdansovdu yanaşmanın da öz səbəbi var: çox vaxt qandalda olmaq azadlıqda olmaqdan qat-qat yaxşıdır. Ancaq mən indi sizə başqa müttəhimlərlə necə rəftar olunduğunu göstərərəm, özünüz nəticə çıxararsınız. Daha doğrusu, indi Bloku bura çağıracam, qapını açın, özünüz də tumbanın yanında oturun! 

– Məmnuniyyətlə,–deyə K. vəkilin istədiklərini elədi. Öyrənməyə həmişə hazır idi! Ancaq özünü hər təsadüfə qarşı sığortalamaq üçün, yenə də soruşdu: 

– Vəkilliyinizdən imtina etdiyimi nəzərə almısınız?

– Bəli, ancaq siz elə bu gün qərarınızı dəyişə bilərsiniz,–deyə vəkil təzədən yerinə girdi,

yorğanı çənəsinə qədər çəkdi, üzünü divara çevirdi. Sonra zəngi çaldı. 

Zəngin səslənməsi ilə Leninin qapıda görünməsi bir oldu, baxışları ilə burda nə baş verdiyini öyrənmək istədi. K.-nın sakitcə vəkilin çarpayısının yanında oturması onu sakitləşdirdi. Qız K.-nın diqqətlə ona baxdığını görüb təbəssümlə başını tərpətdi.

Vəkilin səsi eşidildi: 

 – Bloku bura gətir!

Ardı var...

25 may 2016
GO BACK