Qadin.NET / F.Kafka "Məhkəmə"-22

F.Kafka "Məhkəmə"-22

 

F.Kafka "Məhkəmə"-22

 

Kişi bir anlığa susdu. K. qapını dinşədi: görəsən Leni gəlir, yoxsa yox... Bir tərəfdən gəlməsini

istəmirdi, çünki soruşmağa hələ çox şey vardı və həm də qıızın onu tacirlə belə mərəhəm söhbət etdiyini görməsini istəmirdi, digər tərəfdən də K. burda olduğunu bilə-bilə vəkilin yanında belə çox qaldığına acığı tuturdu, axı şorba yedirtmək bu qədər çəkməzdi.

– Vax dəqiq yamdadır,–vəkil yenə zə, K. da diqqətlə ona qulaq asmağa başladı,–onda mənim məhkəməm də elə sizinki kimi yarım il olardı ki, başlamışdı. O vaxt vəkilim təkcə bu idi, ondan da çox razı deyildim...

“Aha, indi hər şeyi öyrənəcəm”,–deyə K. ürəyindən keçirdi və razılıqla başını tərpətdi, sanki bununla taciri nəsə lzımlı bir şey deməyə həvəsləndirmək istədi. 

– Məhkəmə irəli getmirdi,–tacir sözünə davam etdi,–düzdür, istintaqlar olurdu və mən də hamısına gedirdim, sənədlər toplayırdım, haqq-hesab kağızlarının hamısını təqdim etmişdim, ancaq sonralar öyrəndim ki, bunlar heç lazım deyilmiş, tez-tez vəkilin yanına qaçmağa başladım, o da bir neçə vəkalətnamə yazdı...

– Bir neçə vəkalətnamə? 

– Əlbəttə! 

– Bu mənim üçün çox vacibdir. Mənim işimlə bağlı birinci vəkalətin üstündə hələ də işləyir. Heç nə eləməyib. İndi görürəm ki, məni necə rüsvay edib.

– Vəkalətnamə bir neçə üzürlü səbəbdən hazır olmaya bilər. Yeri gəlmişkən, sonralar bilindi ki, mənimkilərin hamısı mənasız imiş. Hətta birini məhkəmə xidmətçisinin sayəsində özüm də oxudum. Düzdür, savadlı yazılmışdı, ancaq mənası yox idi. Hər şeydən əvvəl, çoxlu latın sözləri işlənmişdi, mən də onları başa düşmədim, sonra bir neçə səhifə məhkəmənin ünvanına yazılmış ümumi sözlər gəlirdi, sonra bir neçə məmur təriflənirdi, adları çəkilməsə də, bu ağıl sahiblərinin kimlər olduğu bilinirdi, sonra özünü tərifləyirdi, it kimi məhkəməyə şırvanırdı və axırda da mənim işimə bənzəyən keçmiş məhkəmə işlərindən söhbət açılırdı. Bu təhqiqatlar mən bildiyim qədər diqqətlə aparılmışdı. Əlbəttə, mən bu deyilənlərlə vəkilin işini heçə endirmək istəmirəm və mənim oxuduğum vəkalətnamə də çoxlu vəkalətnamələrdən biri idi, ancaq yalnız onu demək istəyirəm ki, o vaxt işimdə heç bir irəliləyiş hiss eləmədim. 

– Siz hansı irəliləyişi görmək istəyirdiniz ki?–K. soruşdu. 

– Çox ağıllı sualdır,–tacir gülümsədi,–bu məhkəmədə irəliləyişi nadir hallarda görmək olur. Ancaq onda bunu bilmirdim. Mən tacir adamam, onda da indikindən yaxşı tacir idim, gözəgörünən irəliləyiş istəyirdim, bütün bunlar sona çatmalı, ya da ən azı, əsil inkişaf olmalı idi. Bunun əvəzində, çox vaxt da eyni məzmunda dindirmələr olurdu. Hamısının cavabını da dua kimi əzbər bilirdim. Məhkəmə xidmətçiləri həftədə bir neçə dəfə işə, evə, ya da məni tapa biləcəkləri yerə gəlirdilər. Əlbəttə, bu mənə heç əl vermirdi (indi heç olmasa bu baxımdan vəziyyət xeyli yaxşılaşıb, telefonla çağırılmaq adama az mane olur), iş qurduğum dostlarım, xüsusilə də qohumlarım arasında məhkəmə barədə şayiələr yayılmağa başladı, hər tərəfdən ziyana düşdüm, ancaq bunula belə, yaxın günlərdə ilk məhkəmə dinləmələrinin başlanacağını göstərən heç bir əlamət görünmürdü. Belə olan halda vəkilin yanına gəlib şikayət etdim. Düzdür, uzun-uzadı izahat verdi, ancaq mənim istədiyim istiqamətdə hər hansı bir addımın atılmasını qətiyyətlə rədd etdi, dedi ki, heç kəs məhkəmənin gedişinə təsir edə bilməz və mənim vəkalətnamə ilə çıxış etmək tələbimi də ağılasığmaz hesab elədi ki, ikimizi də məhv edər. Elə onda fikirləşdim ki, bu vəkilin istəmədiyi, bacarmadığı bir işi başqası istəyər də, bacarar da... Beləliklə, başqa vəkillər axtarmağa başladım. Elə bəri başdan deyim ki, heç biri əsas dinləmənin başlanmasını tələb etmədi və buna da nail ola bilmədi. Yeri gəmişkən, bir məsələ nəzərə alınmazsa,–bu barədə sonra danışacam–doğrudan da, bu mümkün olan iş deyil, deməli, bu məsələdə vəkil məni aldatmayıb. Ancaq bununla belə, başqa vəkillərə müraciət etdiyimə görə də peşman deyiləm. Yəqin ki, ara vəkilləri barədə doktor Hulddan eşitmiş olarsınız və məlum məsələdir ki, onlardan nifrətlə danışıb. Onlar doğrudan da nifrətə layiqdirlər. Ancaq onların

haqqında danışanda, öz həmkarlarını onlarla müqayisə edəndə, kiçicik bir səhvə yol verir və mən də, yeri gəlmişkən, sizin diqqətinizi həmin səhvə yönəltmək istəyirəm. O öz dairəsindəki hakimləri fərqləndirmək üçün onları həmişə “böyük hakimlər” adlandırır. Bu səhvdir, çünki kimin könlündən keçirsə, özünə “böyük” deyə bilər, ancaq bu yalnız məhkəmə qaydası ilə müəyyənləşdirilə bilər. Bu qaydalara görə ara vəkillərindən başqa balaca və böyük vəkillər var. Bu vəkil və onun həmkarları. əslində, balaca vəkillərdir, ancaq bizim haqqında eşidib üzünü görmədiyimiz o böyük vəkillər bunlarla nifrətəlayiq ara vəkilləri arasındakı müqayisədən qat-qayüksəkdə dayanırlar. 

– Böyük vəkillər? Onlar kimlərdir? Onların yanına necə getmək olar? 

– Deməli, siz onların haqqında hələ eşitməmisiniz. Elə müttəhim tapılmaz ki, onların haqqında eşidəndən sonra şirin xəyallara dalmamış olsun. Ancaq yaxşısı budur, belə şeylərə uymayın. Bu böyük vəkillərin kim olduğunu heç mən də bilmirəm və onların yanına getmək mümkün də deyil. Mən elə bir hala rast gəlməmişəm ki, onlar kimisə dəqiq müdafiə etmiş olsunlar. Əlbəttə, kimisə müdafiə edirlər, ancaq bu, həmin adamın istəyi ilə olmur, onlar yalnız öz istədiklərini müdafiə edirlər. Ancaq onların götürdükləri iş yəqin ki, aşağı instansiyaları adlamış olmalıdır. Yaxşısı budur, bu barədə heç fikirləməyəsən, yoxsa başqa vəkillərlə elədiyin söhbətlər, onların məsləhətləri, köməkləri gözündən düşür, hamısına nifrət eləyirsən. Mən öz təcrübəmdə görmüşəm, adam istəyir hər şeyə tüpürsün, gedib evdə uzansın, heç nə görməsin, heç nə eşitməsin. Ancaq bunun özü də ən böyük səfehlikdir, çünki heç evdə də rahat uzana bilmirsən... 

– Belə çıxır ki, siz o vaxtlar böyük vəkillər haqqında düşünməyibsiniz? 

– Çox düşünməmişəm,–tacir yenə də gülümsədi,–ancaq təəssüf ki, onları tamam unutmaq olmur. Xüsusilə də gecələr yatanda... Ancaq mən onda tez uğur qazanmaq istəyirdim, ona görə də ara vəkillərinin yanına getdim. 

– Nə yaxşı belə mehriban oturubsunuz!–Əlində fincan qapının ağzında dayanmış Leninin səsi gəldi. Doğrudan da bir-birinə çox yaxın oturmuşdular, başlarını azacıq geri döndərsəydilər, toqquşardılar. Onsuz da balaca olan tacir çiyinlərini bir az da qısmışdı və K. da onu yaxşı eşitmək üçün ikiqat əyilməyə məcbur olmuşdu. 

– Bircə dəqiqə!–K. Leniyə işarə etdi ki, gəlməsin və hələ də tacirin əlinin üstündə olan əlini səbirsizliklə tərpətdi. 

– İstəyir mən ona məhkəməmdən danışım,-tacir Leniyə baxdı.

– Yaxşı, danış, danış!–Leni tacirlə yumşaq danışsa da, ona yuxarıdan aşağı baxdığı hiss olunurdu. Bu, K.-nın xoşuna gəlmədi. İndi görmüşdü ki, tacir o qədər mənasız adam deyil, ən azı təcli idi öz təcbəsindən də danışmağı bacardı. Leni onun haqqında düz fikirləşmirdi. Və indi o, tacirin bütün vax əlində bərk-bərk saxladığı şamı alanda, önlüyü ilə onun əlin siləndə, yanında diz cök şalvana damcılamış piyi təmizləyəndə, acıqla za baxdı. 

– Siz mənə ara vəkillərindən danışmaq istəyirdiniz,–deyə K. özünə heç nə demədən Leninin əlini geri itələdi. 

– Sən məndən nə istəyirsən?–Leni əlini yavaşca K.-ya toxundurdu və işinı davam etdi. 

– Bəli, ara vəkillərindən...–tacir alnını ovuşdurdu, sanki fikrə getdi. 

K. ona kömək etmək istədi: 

– Siz tez uğur qazanmaq istəyirdiniz və ona görə də ara vəkillərinin yanına getdiniz... 

 

F.Kafka "Məhkəmə"-22

 

– Tamamilə düzdür...–deyən tacir sözünə davam etmədi.

Bəlkə də Leninin yanında bu barədə danışmaq istəmir”–deyə ürəyindən keçirən K. indi tacirə qulaq asmaq həvəsində olsa da, səbrini basa bildi, çox dərinə getmədi. 

– Gəldiyimi ona dedin?–Lenidən soruşdu. 

– Əlbəttə! İndi səni gözləyir. Blokla sonra da danışarsan, o hələ burdadır. 

K. tərəddüd etdi: 

– Hələ burdasınız?–Tacirin özündən cavab eşitmək istəyirdi. İstəmirdi ki, Leni onun haqqında burda olmayan adam kimi danışsın, onsuz da bu bu gün, üzə vurmasa da, qıza çox acığı tutmuşdu. Ancaq yenə də cavab verən Leni oldu: 

– O tez-tez burda yatır. 

– Burda yatır?–K. elə bilmişdi ki, tacir yalnız oturub onu gözləyəcək, özü də vəkillə söhbəti tez qurtaracaq, sonra ikisi də bir yerdə çıxacaq, bütün məsələləri arxayınca hərtərəfli müzakirə edəcəklər. 

– Elədir,–Leni dilləndi,–hamı sənin kimi deyil, Yozef, istədiyin vaxt vəkilin yanına gəlirsən. Deyəsən, heç buna da təəccüblənmirsən ki, nə yaxşı vəkil xəstə ola-ola gecə saat on birdə səni qəbul edir. Dostlarının sənin üçün gördükləri işi onların borcu hesab eləyirsən. Ancaq dostların, ən azı mən, bu işləri məmnuniyyətlə görürük. Mənə təşəkkür lazım deyil, heç nə də istəmirəm, bircə onu istəyirəm ki, məni sevəsən. 

Səni sevmək?”–K. o dəqiqə ürəyindən keçirdi, ancaq sonra da özlüyündə bununla razılaşdı: “Elədir, mən onu sevirəm...”. Buna baxmayaraq, heç nəyə fikir vermədən dedi: 

– Məni ona görə qəbul edir ki, müştərisiyəm. Bunun üçün mənə başqasının köməyi lazımdırsa, deməli, addımbaşı həm dilənçilik, həm də təşəkkür etməliyəm. 

– Görürsən, o bu gün necə pis adamdır, düz demirəm?–Leni tacirə baxdı. 

“ İndi burda olmayan mənəm!”–K. ürəyindən keçirdi və hətta tacirə acığı tutdu ki, o da Leni kimi nəzakətsizliyə başladı:

– Vəkil onu başqa səbəblərə görə qəbul edir. Yəqin onun işi mənimkindən maraqlıdır. Bundan əlavə də, bu iş hələ başlanğıc mərhələsindədir və ona görə də çox qarışıq deyil, vəkil də məmnuniyyətlə onunla məşğul olur. Sonralar başqa cür olacaq. 

– Bəli, bəli,–Leni gülə-gülə tacirə baxdı,–gör nə yaxşı çərənləyir!–Sonra K.-ya tərəf döndü:–Sən ona inanma... Nə qədər mehriban adam olsa da, bir o qədər də çərənçidir. Bəlkə də elə buna görə vəkilin ondan xoşu gəlmir. Yalnız kefi yuxarı olanda, qəbul edir. Çox çalışmışam ki, bunu dəyişim, ancaq mümkün olmayıb. Təsəvvür elə ki, Blokun gəldiyini deyirəm, ancaq iki gündən sonra onu qəbul edir. Yanına çağıran anda Blok yerində olmasa, hamısı heçə dönür, təzədən qəbula gəlməlidir. Ona görə də Bloka burda yatmağa icazə vermişəm, çünki elə olub ki, onu gecə yanına çağırıb. Deməli, Blok indi gecələr də hazır vəziyyətdə olur. Bu gün də həmişəki kimi olacaq: Blokun burda olduğunu hiss etsə, çağırmayacaq.

K. sualedici nəzərlərlə tacirə baxdı. O da başını tərpətdi, bayaqkı kimi açıq danışmağa başladı, sanki untandığından özünü itirmişdi: 

– Bəli, bir az keçəndən sonra adam öz vəkilindən çox asılı olur. 

– Üzdə belə şikayətlənir,–Leni sözə qarışdı,–mənə neçə dəfə deyib ki, burda məmnuniyyətlə yatır,–o, balaca qapıya tərəf gedib, onu açdı.–Onun yataq otağına baxmaq istəmirsən? 

K. ora yaxınlaşıb astanadan pəncərəsiz alçaq otağa baxdı: ensiz bir çarpayı içərini tamam tutmuşdu. Yatağa girmək üçün çarpayının başından aşmaq lazım idi. Çarpayının baş tərəfindəki divarda bir oyuq vardı və oraya da pinti şəkildə şam, mürəkkəbqabı, qələm düzülmüşdü. Orda bir bağlama kağız da vardı–yəqin ki məhkəmə sənədləri idi. 

– Siz qulluqçu qızın otağında yatırsınız?–deyə K. tacirə tərəf döndü. 

– Oranı mənim üçün Leni düzəldib, şox rahatdır. 

K. taciri uzun-uzadı süzdü. Deyəsən, taciri ilk dəfə görəndə yaranmış təəssürat özünü doğruldurdu. Düzdür, təcrübəsi vardı, çünki məhkəməsi çoxdan davam edirdi, ancaq bu təcrübə ona çox baha başa gəlmişdi. Qəflətən K. tacirin bu görünüşünə dözə bilmədi, Leniyə tərəf qışqırdı: 

– Onu yatırt! 

Qız, deyəsən, heç nə başa düşmədi. K. isə indi vəkilin yanına getmək, ondan imtina etməklə kcə vəkildən deyil, m də Lenidən, tacirdən canını qurtarmaq istəyirdi. Ancaq o, qapıya çatar-çatmaz tacir pıçıldadı:

Cənab prokurist...–K. qəzəblə geri döndü.–Verdiyiniz zü unutdunuz,–tacir oturduğyerdən dilək dolu nəzərlər K.-ya tərəf meylləndi,–bir sirrinizi məmalı idiniz...

– Düzdür!–K. diqqətlə ona baxan Leniyə ötəri bir nəzər saldı:–Elə isə qulaq asın! Əslində bu, demək olar ki, artıq sirr deyil. İndi vəkilin yanına gedirəm ki, ondan imtina edim.

– Ondan imtina edir!–deyə tacir oturduğu yerdən sıçrayıb qalxdı, əllərini göyə qaldıraraq mətbəxdə dövrə vurmağa başladı. Elə hey də qışqırırdı: “Vəkildən imtina edir!” Leni o dəqiqə K.-ya tərəf cumdu, ancaq tacir onun yolunu kəsdi, qız yumruğu ilə onun sinəsindən vurub geri itələdi və elə yumruqları düyünlənmiş halda da K.-nın arxasınca qaçdı. K. isə cəld tərpənmişdi və Leni ona çatanda, artıq vəkilin otağında idi. Qapını arxasınca tam bağlaya bilmədi, Leni ayağını onun arasına qoydu, K.-nın qolundan tutub geri çəkmək istədi. Ancaq K. dəstəkdən elə bərk çəkdi ki, Leni ufuldayıb əlini geri çəkdi və onun arxasınca içəri girməyə cəsarət etmədi, K. isə qapını içəridən açarla bağladı.

Ardı var...

 

22 may 2016
GO BACK