Qadin.NET / F.Kafka "Məhkəmə"-15

F.Kafka "Məhkəmə"-15

 

F.Kafka "Məhkəmə"-15

 

Yeddinci fəsil

Vəkil. Fabrik sahibi. Rəssam

Bir qış günü nahardan əvvəl–bayırda hava tutqun idi, qar yağırdı–hələ tez olsa da, K. çox yorğun halda iş otağında oturmuşdu. Heç olmasa, aşağı vəzifəli məmurlardan canını qurtarmaq üçün xidmətçiyə tapşırmışdı ki, yanına adam buraxmasın, vacib işlə məşğuldur. Ancaq işləmək əvəzinə kresloya söykəndi, yavaş-yavaş əlinin altındakı şeyləri bir tərəfə çəkdi, özü də bilmədən qollarını geniş açaraq stolun üstünə qoydu, başını aşağı əydi, beləcə də oturub qaldı...

Artıq məhkəmə məsələsini beynindən çıxara bilmirdi. Bir neçə dəfə fikirləşmişdi ki, bəraət məktubu hazırlasın, onu məhkəməyə təqdim etsin. Bu məktubda da qısa şəkildə keçdiyi həyat yolunu təsvir etsin, vacib hesab elədiyi bəzi anları önə çəksin, nə üçün belə hərəkət elədiyinin səbəbini göstərsin, həmin hərəkətləri indi necə qiymətləndirdiyini açıqlasın, nəyi niyə elədiyinin izahını versin. Şübhəsiz ki, belə bir bəraət məktubunun vəkilin o qədər də qüsursuz olmayan adi müdafiəsindən üstünlükləri çox idi. Axı K. indi də bilmirdi ki, vəkil onun üçün nə iş görür, hər halda, çox iş görmürdü, bir ay idi ki, heç yanına da çağırmırdı, elə əvvəlki söhbətlərində də K. hiss etmişdi ki, bu adam onun üçün cox iş görə bilməyəcək. Hər şeydən əvvəl də, K.-dan işi barədə, demək olar ki, heç nə soruşmamışdı, halbuki soruşulmalı çox şey vardı. K.-ya elə gəlirdi ki, burda vacib olan sualları o özü verməlidir. Vəkil isə, əksinə, sual vermək əvəzinə özü nəsə danışır, ya da lal-dinməz onunla üzbəüz otururdu, hərdən də ona tərəf əyilirdi, yəqin pis eşitdiyi üçün belə eləyirdi, saqqalını dartışdırırdı, xalçaya–bəlkə də elə onun Leni ilə uzanmış olduğu yerə baxırdı. Bəzən də onu uşaq kimi qabağına qoyub mənasız nəsihətlər verirdi. Haqq-hesab çəkiləndə, K. nə bu mənasız nəsihətlərə, nə də cansıxıcı nitqlərinə görə ona bircə qəpik də verməyəcək! Vəkil əmin olanda ki, onu kifayət qədər alçaldıb, adəti üzrə, bir az ürəkləndirməyə başlayırdı. Deyirdi ki, dəfələrlə buna bənzər işləri ya tamamilə ya da qismən udub. Hətta mahiyyət etibarilə belə ağır iş olmasalar da, ilk baxışda ümidsiz görünən məhkəmləri də... Hamısının da siyahısı onun siyirməsindədir–belə deyəndə əlini çəkməcələrdən birinə vurudu , ancaq təəsüf ki, onları göstərə bilməz, çünki söhbət burda məhkəmə sirrindən gedir. Buna baxmayar belə məhkəmlər toplağı crübə, şübhəsiz ki, K.-nın xeyrinə olacaq. Əlbəttə, o e həmin dəqiqədən bu iş üzərində çalışmağa başlayıb və ilkin vəkalətnamə hazırdır. Bu vəkalətnamə çox vacibdir, çünki onun yaratdığı təəssürat əksər hallarda məhkəmənin istiqamətini tamamilə dəyişir. Ancaq təəssüf ki, K.-nın diqqətini bir məsələyə də cəlb etmək isyir ki, bəzən ilkin vəkalətnamələri məhkəmə heç oxumurlar. Onları, sadəcə olaraq işə tikirlər və deyirlər ki, hələlik müqəssirin istintaqı, müşahidənin nətiləri orda yazılanlardan daha vacibdir. Şikayətçi əl çəkməyəndə əlavə edirlər ki, bununla bağ bütün sənədlətoplanandan sonra, hökm çıxarılmazdan əvvəl bunlara da baxılacaq. Təəssüf ki, əksər hallarda bu sözlər də düz çıxmır, çünki ilkin vəkalətnamə, adətən ya başqa sənədlərin arasına düşür, ya da heç tapılmır, hətta sona qədər orda olsa da, eşitdiyi şayiələrə görə, oxunmur. Bütün bunların hamısı təəssüf doğurur, ancaq əsassız da deyillər. K. unutmamalıdır ki, istintaq qapalı şəkildə aparılır və belə də ola bilər ki, məhkəmə lazım bilsə, açıq da aparılar, ancaq qanunda onun açıq aparılması nəzərdə tutulmayıb. Buna əsasən də məhkəmənin materialları, hər şeydən əvvəl də ittihamnamə nə müttəhimə nə də onun müdafiəçisinə verilir, ona görə də adam bilmir, ya da dəqiq bilmir ki, ilk vəkalətnaməni hansı istiqamətdə yazsın və belə olan halda, orada yalnız təsadüfən işin xeyrinə nəsə ola bilir. Əsil təqdimatlar, dəlil-sübutlar müqəssirin istintaqı zamanı ittihamın səbəbləri, onları əsaslandıran məqamlar üzə çıxandan və ya təsəvvür ediləndən sonra yazılır. Belə bir şəraitdə müdafiəni qurmaq, əlbəttə, çətinləşir. Bunu da qəsdlə eləyirlər. Əslində, qanunla müdafiəyə icazə verilmir, sadəcə olaraq, ona dözürlər, ancaq qanunun həmin maddəsində dözmək haqqında nəyinsə olduğu da mübahisəlidir. Ciddi götürəndə, elə buna görə də, məhkəmə tərəfindən tanınan vəkil yoxdur və orda vəkil kimi çıxış edənlərin hamısı, əslində, ara vəkilləridir. Bu da ordakı durumu gözdən salır və K. gələn dəfə dəftərxanaya yolu düşəndə, bütün bunları öz gözləri ilə görmək üçün vəkillər otağına baxsın. Yəqin ki ora toplaşanları 

görəndə dəhşətə gələcək. Elə onlara ayrılmış o dar, alçaq hücrə məhkəmənin vəkillərə necə nifrət etdiyindən xəbər verəcək. Oraya işıq lap hündürdə qoyulmuş deşikdən düşür, kimsə çölə baxmaq istəyəndə, onun yaxınlığındakı sobanın tüstüsü burnuna dolur, üz-gözü qapqara olur, gərək bir adm tapasan ki, onu çiyninə alıb apara. Döşəməsi bir ildən çoxdur ki, deşilib–oradakı vəziyyətə ən yaxşı misal!– əlbəttə, elə böyük deyil ki, adam ordan aşağı düşə, ancaq bir ayağı düşər. Vəkillər otağı ikinci çardaqdadır, kiminsə ayağı ora düşündə, birinci çardaqda necə sallandığı görünür. Özü də müştərilər gözləyən dəhlizdə... Vəkillər öz aralarında bu şəraiti rüsvayçılıq

hesab eləyirlər və onları qınamaq da olmaz. Rəhbərliyə verilən şikayətlərin hamısı nəticəsiz qalıb, bunun əvəzində vəkillərə öz hesablarına bu otaqda hər hansı bir dəyişiklik etmək ciddi şəkildə yasaq olunub. Ancaq vəkillərlə bu cür rəftar etməyin də öz səbəbləri var. Bununla, imkan daxilində, müdafiənin qarşısını alırlar, hər şeyi müttəhimin öz boynuna atırlar. Əslində, pis mövqe deyil, ancaq bundan belə nəticə çıxarmaq olmaz ki, bu məhkəmədə müttəhimə vəkil lazım deyil. Əksinə, bu məhkəmədə vəkil o biri məhkəmələrdəkinə nisbətən daha çox lazımdır. Məsələ burasındadır ki, məhkəmə materialları yalnız ictimaiyyət üçün deyil, həm də müttəhim üçün qapalıdır. Düzdür, bunu müəyyən həddə qədər eləmək mümkündür, ancaq onlar istədiklərini çox geniş miqyasda həyata keçirə bilirlər. Müttəhim məhkəmə materialları ilə tanış ola bilmir və xüsusilə də, istintaqlar vasitəsilə həmin materiallardan nəticə çıxara bilmir, çünki qorxur, bundan əlavə də, qayğıları çox olduğuna görə fikri dağılır. Belə vəziyyətdə vəkil işə qarışır. Ümumiyyətlə götürəndə, vəkillər istintaqda iştirak etmir, ona görə də istintaqdan sonra, imkan daxilində, müttəhimin çıxdığı qapının ağzındaca onu sorğu-suala tutmalı olurlar və onların çox dolaşıq məlumatlarından nəsə öyrənib müdafiə qururlar. Ancaq bu, əsas məsələ deyil, çünki belə üsulla çox şey öyrənmək olmur, başqa yerlərdəki kimi, burda da yalnız ağıllı adamlar başqalarına nisbətən çox şey öyrənə bilər. Bütün bunlara baxmayaraq, vəkilin şəxsi əlaqələri burda çox böyük rol oynayır, müdafiənin dəyəri onlardan asılı olur. Yəqin ki K. orda gördüklərindən başa düşüb ki, bu məhkəmənin lap aşağı vəzifələrində xain, rüşvətxor məmurlar işləyir və elə onlara görə də çox qapalı saxlanılan sistemdə zəif yerlər əmələ gəlir.

 

F.Kafka "Məhkəmə"-15

 

Çoxlu vəkil həmin zəif yerlərdən istıfadə edərək oraya yol tapır, rüşvətxorluq, qapı pusmaq başlayır, hətta bəzən, ən azı əvvəlki dövrlərdə, məhkəmə sənədlərinin oğurlanması halları da olub. Onu da danmaq olmaz ki, bu yolla, bəzən müvəqqəti də olsa, müttəhim üçün gözlənilməz müsbət nəticələr əldə etmək mümkündür və o vəkil kimilər də döşlərinə döyə-döyə gəzir, özlərinə təzə müştərilər tapırlar, ancaq məhkəmənin sonrakı gedişində məlum olur ki, hamısı boş şeydir, hətta bəzən də nəticəsi pis olur. Yalnız səmimi şəxsi minasibətlər nəyəsə yarayır, özü də yüksək vəzifəli–əlbəttə, aşağı səviyyədəki yuxarı vəzifəli məmurlarla... Yalnız bu yolla məhkəmənin gedişinə, əvvəlcə hiss olunmasa da, sonralar aydın şəkildə təsir etmək olur. Bunu da, şübhəsiz ki, hər vəkil bacarmır və bu baxımdan K.-nın seçimi çox əlverişli olub. Doktor Huldun əlaqələri bəlkə də bir-iki hakimdə ancaq olar. Belə vəkillər həmin otağa yığışanlara qarışmırlar, onlarla heç bir əlaqələri yoxdur. Ancaq məhkəmə məmurları ilə əlaqələri çox yaxşıdır. Məsələn, doktor Hulda həmişə məhkəməyə getmək, təhqiqat müstəntiqlərinin gözləmə otaqlarında təsadüfi bir görüşə ümid etmək, onların ovqatından asılı olaraq zahiri bir uğur qazanmaq, bəzən heç bunu da qazanmamaq lazım gəlmir.

Xeyr, K. özü də gördü ki, həmin məmurlar–aralarında kifayət qədər yüksək vəzifəlilər də olur–özləri gəlib könüllü şəkildə məlumat verirlər, bunu kimisi açıq şəkildə, kimisi də aydınca başa düşülən işarələlə edir, məhkəminin sonrakı gedişi barədə danışırlar, bəli, hətta bəzi hallarda onları nəyəsə inandırmaq da olur, Huldun fikrini qəbul edirlər. Ancaq, yeri gəlmişkən, sononcu məsələdə onlara çox da etibar etmək olmaz, çünki burda müdafiənin xeyrinə olan yeni fikirlər söyləyir, çıxan kimi də birbaşa dəftəxanaya gedir və səhəri gün dediklərinin tam əksi olan hökm çıxarırlar. Bəlkə də bu cəza müttəhim üçün əvvəlcə nəzərdə tutduğundan qat-qat ağır olur, halbuki burda fikirlərindən tamamilə daşındıqlarını deyirlər. Əlbəttə, buna qarşı çıxmaq da olmur, çünki ikilikdə olan söhbət o iki nəfərin də arasında qalmalıdır, hətta müdafiə o cənabların xeyrinə nəsə etmək niyyətində olsa da, müzakirəyə çıxarıla bilməz. Digər tərəfdən bu da düzdür ki, həmin cənablar yalnız insanlara məhəbbətdən, səmimiyyətdən müdafiə ilə–əlbəttə, söhbət əsil müdafiədən gedir–əlaqə yaratmırlar, həm də bu zaman daha çox öz xeyirlərini güdürlər. Elə əvvəlindən qapalı keçirildiyi üçün məhz bu anda məhkəmə sistemindəki çatışmazlıq üzə çıxır. Məmurların camaatla əlaqəsi yoxdur, ancaq adi, orta səviyyəlli məhkəmələrdə məlumatları yaxşı olur, belələri, demək olar ki, öz yolu ilə düz gedir, yalnız hərdən-birdən ona təkan vermək lazım gəlir, lakin bir də görürsən, adi hallarda, eləcə də çətin vəziyyətlərdə nə edəcəklərini bilmirlər, çünki insan münasibətlərinin mahiyyətinə varmaq əvəzinə bütün vaxtı gecəli– gündüzlü öz qanunlarına qapanıb qalırlar, ona görə də belə anlarda çətinə düşürlər. Onda məsləhət üçün vəkilin yanına gəlirlər və arxasınca da xidmətçiləri hamıdan gizli saxlanılan sənədələri gətirir. Bu pəncərənin önündə elə adamları görərəsən ki, heç birindən belə şey gözləməzsən: vəkil onlara yaxşı bir məsələhət vermək üçün bu stolun arxasına keçib həmin sənədləri nəzərdən keçirəndə, orda yazıq-yazıq dayanıb küçəyə baxırlar. Yeri gəlmişkən, məhz belə anlarda onların öz vəzifələrinə necə dəhşətli dərəcədə ciddi yanaşdıqları, öz təbiətlərinə uyğun olaraq, üzləşdikləri çətinliklərin öhdəsindən gələ bilməyəndə necə ümidsizliyə qapıldıqları aydınca görünür. Onların işi də asan deyil, onlara qarşı ədalətsizlik eləyib, “işləri asandır” demək də olmaz. Bu məhkəmədə kimin nə vəzifədə olduğu, burda nə qədər adamın işlədiyi bilinmir, hətta münəccim də bundan baş tapa bilməz. Məhkəmə istintaqları bütövlükdə aşağı çinli məmurlardan gizli saxlanılır, buna görə də özləri apardıqları işləri sonrakı mərhələlərdə tam şəkildə izləyə bilmirlər, iş onlara çatanda, çox vaxt haradan gəldiyindən xəbərləri olmur, sonra haraya getdiyi barədə də onlara məlumat verilmir. Beləliklə də, məhkəmənin gedişindən, çıxarılan hökmdən, belə bir hökmün nə üçün verildiyindən nəsə öyrənmək imkanını itirirlər.

Onlar işin yalnız qanunun icazə verdiyi hissəsilə məşğul olur və çox vaxt onun sonrakı gedişi, gördükləri işin nəticəsi barədə, bir qayda olaraq, məhkəmənin axırına qədər müttəhimlə əlaqədə olan müdafiəçilərdən az bilirlər. Deməli, onlar bu istiqamətdə də, müdafiə vasitəsilə qiymətli məlumatlar əldə edə bilərlər. K. bütün bunları nəzərə alaraq, bəzən məmurların müştərilərlə necə əsəbi danışdıqlarına, xətirlərinə dəydiklərinə – bu, hamının başına gəlir–hələ çox təəccüblənəcək. Üzdən sakit görünsələr də, bütün məmurlar əsəbidir. Əlbəttə, bundan ən çox ziyan çəkən adi vəkilləridir. Məsələn, bütün bunların həqiqət olduğunu göstərən belə bir əhvalat danışırlar: sakit, yaxşı insan olan bir yaşlı məmurda vəkillərin öz vəkalətnamələrilə qarışdırdığı çətin bir məhkəmə işi olur.

Kişi bir gün–bir gecə həmin işin üzərində çalışır–çalışqanlıqda heç kim bu məmurlara tay ola bilməz–səhərə yaxın, yəni iyirmi dörd saatdan sonra, güman ki, çox da yaxşı olmayan bir nəticə ilə giriş qapısına yaxınlaşır, onun arxasında dayanıb içəri girmək istəyən vəkilləri pilləkəndən bir-bir geri itələyir. Vəkillər pilləkən xanasına yığışıb, nə edəcəkləri barədə məsləhətləşirlər. Bir tərəfdən içəri keçməyə ixtiyarları olmadığından həmin məmura hüquqi cəhətdən heç nə eləyə bilməzlər və bayaq deyildiyi kimi, məmurları da özlərinə qarşı qaldırmaq olmaz, digər tərəfdən də məhkəmədə olmadıqları gün itirilmiş gün sayılır, ona görə də bir yol tapıb içəri girməyə çalışırlar. Axırda belə qərara gəlirlər ki, qoca məmuru yorub əldən salsınlar. Vəkillər bir-bir pilləkənlə yuxarı qalxır, “ciddi” müqavimət göstərsələr də, geri yıxılır, aşağıdakı yoldaşları da onu tutur. Bu, təxminən bir saat çəkir və onsuz da bütün gecəni işlədiyi üçün əldən düşmüş qoca məmur doğrudan da yorulur , otağına çəkilir. Aşağdakılar buna inanmır, əvvəlcə bir nəfər göndərirlər ki, onun doğrudan da qapının arxasında olub-olmadığını öyrənsin. Yalnız bundan sonra içəri doluşurlar və məlum məsələdir ki, orda cınqırlarının da çəkə bilmirlər. Cünki vəkillər–hətta ən adisinin də burdakı münasibətlərdən, qismən də olsa xəbəri var–məhkəmədə nəyisə dəyişməkdən, yaxşılaşdırmağa çalışmaqdan çox-çox uzaqdırlar, ancaq–buna ciddi fikir vermək lazımdır–hər bir müttəhim, hətta ən gicbəsəri də, məhkəməyə ayaq basan kimi nəsə bir dəyişiklik etmək üçün təkliflər vermək barədə düşünür, buna görə çoxlu vaxt, güc itirir, halbuki bunları daha yaxşı şeylərə sərf etmək olardı. Burda ən düzgün yol, mövcud vəziyyətlə barışmaqdır. Hətta bəzi xırda məsələləri düzəltmək mümkün olsa da,–bunun özü də mənasız bir xəyaldır–ən yaxşı halda, gələcək üçün nəsə qazansan da, kinli-küdurətli məmurların diqqətini cəlb etməklə özünə böyük ziyan vurmuş olursan. Diqqəti cəlb etmək olmaz! Lap ağlına batmayan şeylər də olsa, sakit dayanmalısan.

Başa düşmək lazımdır ki, bu məhkəmə böyük bir orqanizm kimi həmişə müəyyən mənada göydən asılı vəziyyətdədir və əgər kimsə təkbaşına onun dayandığı yerdə nəyisə dəyişirsə, deməli, öz ayağının altını qazmış olur, ona görə də yıxılır, bu böyük orqanizm isə çox asanca başqa bir yerdə əvəz tapmaqla həmin xırda çatışmazlığın yerini doldurur, dəyişməz qalır, hətta bəlkə daha qapalı, daha diqqətli, daha ciddi, daha amansız olur. Yaxşı olar ki, vəkillərə mane olmaqdansa, bu işləri onların öhdəsinə buraxalar. İrad tutmaqla nəsə qazanmaq olmaz–ən çox da bu iradın səbəblərini açıqlaya bilməyəndə... Ancaq bununla belə, K.-ya deyilməlidir ki, dəftərxana müdirinə göstərdiyi o münasibətə görə öz işinə çox ziyan vurdu. Bu böyük mənsəb sahibinin adı, demək olar ki, K.-ya köməyi dəyə biləcək adamların siyahısından artıq silindi. Hətta o məhkəmənin adı ötəri çəkiləndə də, qəsdlə özünü eşitməzliyə vurur. Bəzi məsələlərdə bu məmurlar lap uşaq kimi olurlar. Bir də görürsən, adicə bir şeyin üstündə – təəssüf ki, K.-nın ondakı hərəkəti adi şey deyildi–elə inciyirlər ki, hətta ən yaxın dostları ilə də danışmırlar, rastlaşanda üzlərini çevirirlər, imkan düşən kimi onların əleyhinə gedirlər. Ancaq sonra da gözlənilmədən, heç nədən adicə bir zarafata–adətən adamın əli hər yerdən üzüləndə belə zarafata keçir–gülürlər və beləliklə də barışmış olurlar. Onlarla yola getmək həm çətindir, həm də asan və bunun da heç bir qayda-qanunu yoxdur. Bəzən adam lap təəccüb edir ki, orta bir insan ömrü burda, az da olsa, uğurla işləmək üçün bu qədər bilikləri əxz eləməyə necə çatır. Düzdür, hamı kimi onların da kədərli anları olur, elə bilirlər ki, indiyədək heç nəyə nail olmayıblar, elə düşünürlər ki, yalnız əvvəlində yaxşı sonluğu müəyyənləşdirilmiş məhkəmənin nəticəsi uğurlu alınıb, burda heç kəsin köməyinə ehtiyac olmayıb, qalanları uduzulub və deməli, bütün bu qaçhaqaçlar, əzab-əziyyətlər, o cüzi, yalançı uğurların böyük sevinci havayı imiş. Onda vəkil özünə əmin olmur və kimsə deyəndə ki, mahiyyət etibarı ilə yaxşı keçən məhkəmə onun “köməyindən” sonra başqa istiqamətə yönəlib, ona etiraz etməyə cəsarəti çatmır. Ancaq bu da özünəinamın bir növüdür və adama qalan da təkcə bu olur. Belə tutmalar–bəli, buna tutmadan başqa ad vermək olmaz-vəkilləri o vaxt haqlayır ki, xeyli müddət, kifayət qədər uğurla apardıqları işi qəflətən əllərindən alırlar. Bu, vəkilin başına gələn ən pis iş hesab olunur. Özü də müttəhimlərin vasitəsi ilə almırlar, heç vaxt belə olmur, müttəhim kimi özünə vəkil eləyibsə, o da işi axıra kimi aparmlıdır və həmişə də belə olub. Axı necə ola bilər ki, kiminsə köməyindən istifadə edəsən, sonra da hər şeyin öhdəsindən təkbaşına gəlməyə çalışasan? Deməli, bu mümkün deyil, ancaq bəzən məhkəmə elə bir istiqamətə yönəlir ki, vəkil daha orda iştirak edə bilməz. Sadəcə olaraq, vəkil məhkəmədən, müttəhimdən, ümumiyyətlə hər şeydən uzaqlaşdırılır. Belə hallarda məmurlarla çox yaxşı əlaqələrin də xeyri olmur, çünki onların özləri də heç nə bilmir. Məhkəmə onda elə bir mərhələyə çatmış olur ki, heç kimə kömək edə bilmirsən, onu əlçatmaz kollegiyalar aparır, vəkilin müttəhimə əli yetmir. Sonra da günlərin bir günü evə gələndə stolun üstündə böyük ciddi-cəhdlə, böyük ümidlərlə hazırladığın vəkalətnamələri görürsən, məhkəmənin yeni mərhələsində istifadə oluna bilmədikləri üçün hamısı rədd olunub, lazımsız kağız parçalarına çevrilib. Ancaq bu heç də məhkəmənin uduzulması demək deyil, yox, hələ uduzulmayıb, belə düşünmək üçün, ən azı, inandırıcı əsas yoxdur, sadəcə olaraq, məhkəmənin gedişindən xəbərdar olmursan və sonralar da heç nə öyrənə bilmirsən. Xoşbəxtlikdən, belə hallar istisnalıq təşkil edirlər və əgər K.-nın da məhkəməsində belə bir hal olacaqsa, eyib etməz, həmin mərhələyə hələ çox var. Burda müdafiə üçün çoxlu imkanlar var və K. əmin ola bilər ki, onların hamısından istifadə olunacaq. Deyildiyi kimi, vəkalətnamə hələ təqdim olunmayıb, heç tələsmək də lazım deyil, sözükeçən məmurlarla ilkin danışıqlar daha vacibdir və onlar da aparılıb. Düzünü desə, uğurlusu da olub, uğursuzu da... Ancaq yaxşısı budur, hələlik çox dərinə getməsin, çünki K.-ya pis təsir edə bilərya ümidlərini çox artırar, ya da qorxuya salar, indi bircə onu demək olar ki, bir neçəsi yaxşı danışıb, kömək etyə hazır olduqlarını bildirib, ziləri isə yaxşı danışmasalar da, köməkdən də imtina etməyiblər. Bütövlükdə götürəndə, nəticə çox sevindiricidir, ancaq nəticə şıxarmaq hə tezdir, çünki ilkin danışıqların hamısı bir-birinə oxşayır, yalnız onların sonrakı gedişi bu danışıqların nə dərə əhəmiyyətli olduğunu gösrir. Hər halda heç nə itirilməyib və bütün olub-keçənlərə baxmayaraq, dəftərxana müdirini öz tərəfinə çəkə bilartıq bu istiqamətdə əyyən lər görülüb–hər şey, cərrahlar demiş, tərtəmiz yara olac24 aprel 2016

GO BACK