Qadin.NET / F.Kafka "Məhkəmə"-14

F.Kafka "Məhkəmə"-14

 

F.Kafka "Məhkəmə"-14

 

Qız hələ də əlində şam qapının ağzında dayanmışdı və qeyri-müəyyən nəzərlərlə əmisindən çox K.-ya tərəf baxırdı, sanki indi onun haqqında danışan K. idi. K. isə kreslolardan birini ona yaxın çəkib oturmuşdu.

– Mənim kimi xəstələrə sakitlik lazımdır, bura da pis deyil,–deyən vəkil sözünə azacıq ara verdi, sonra da əlavə etdi:–Leni mənə yaxşı baxır, qoçaq qızdır.

Bu sözlər kişini inandıra bilmədi, onsuz da elə əvvəlcədən qızdan xoşu gəlməmişdi, ancaq xəstəyə də etiraz etmədi və elə həmin anda çarpayıya yaxınlışıb əlindəki şamı tumbanın üstünə qoyaraq xəstənin yastığını düzəldə-düzəldə ona nəsə pıçıldayan qızı ciddi nəzərlərlə süzdü. Sonra sanki burda xəstə olduğunu unudaraq ayağa durdu, qulluqçunun arxasında elə bir görkəmdə gəzişməyə başladı ki, əgər onun ətəyindən tutub geri dartsaydı, K. buna heç də təəccüblənməzdi. Özü isə sakitcə dayanıb baxırdı, hətta vəkilin xəstə olmasına bəlkə də sevinirdi, çünki əmisinin bu tələskənliyinə qarşı çıxa bilməmişdi və indi K.-nın köməyi olmadan onun diqqətinin bir az yayınması ürəyincə oldu. Həmin anda əmisi bəlkə də yalnız qızı incitmək xatirinə dedi:

– Frölayn, lütfən bizi bir az tək buraxın, dostumla şəxsi bir məsələni müzakirə etmək istəyirəm.

Xəstəyə tərəf bir az da əyilib divar tərəfdən döşəkağını düzəldən qulluqçu yalnız başını geri döndərib acığından əvvəlcə kəkələyən, sonra rəvan danışmağa başlayan kişidən fərqli olaraq sakit səslə dedi:

– Görürsünüz ki, cənab xəstələnib, şəxsi məsələ müzakirə eləyə bilməz.

Güman ki, qız onun sözlərini qeyri-ixtiyari təkrarladı, ancaq bu işə qarışacağı olmayan adam da ondakı istehzanı duyardı və məlum məsələ idi ki, əmisi yerindən oynadı:

– Lənətə gəlmiş!–Hirsindən boğulduğu üçün bu sözləri elə dedi ki, heç başa düşülmədi. Təxminən buna bənzər nəsə gözləyən K. diksinərək ayağa durdu, əlləri ilə ağzını tutmaq üçün əmisinə tərəf tələsdi. Xoşbəxtlikdən, həmin anda xəstə dikəldi, üz-gözünü elə turşutdu ki, sanki nəsə acı bir şey uddu və sonra da sakitcə dedi:

– Əlbəttə, biz hələ ağlımızı itirməmişik, əgər mənim istədiyim mümkün deyilsə, onu istəmərəm. İndisə, xahiş edirəm, çıxın gedin! 

Qız çarpayının önündə dikələrək kişiyə tərəf döndü və K.-ya elə gəldi ki, bir əli ilə vəkilin əlini ğallayır. 

– Leninin yanında hər şeyi danışa bilərsən,–vəkilin səsində təhrikedici bir xahiş vardı. 

– Söhbət məndən getmir, mənim sirrim deyil,–deyə o geri döndü, sanki bununla heç bir güzəştə getməyəcəyini, ona fikirləşmək üçün vaxt verdiyini demək istədi. 

– Bəs kimdən gedir?–vəkil getdikcə zəifləyən bir səslə soruşdu və təzədən uzandı.

– Qardaşım oğlundan... Özünü də gətirmişəm. Və onu təqdim etdi:–Prokurist Yozef K.

– Belə dee...–xəstə bir az canlandı və əlini K.-ya uzatdı,–bağışlayın, sizi görmədim. Sən get, Leni.

Qız etiraz eləmədi, əlini vəkilə uzatdı, sanki uzun müddətə ayrılırdılar.

– Belə çıxır ki,–vəkil barışıq əlaməti kimi ona daha yaxınlaşan kişiyə tərəf döndü,–məni yoluxmaq üçün deyil, işin olduğu üçün gəlibsən. 

Deyəsən, səhərdən bəri vəkilin əl-qolunu bağlayan kiminsə onu yoluxmağa gəlməsi fikri imiş, ancaq indi əməlli-başlı dirilmişdi, çətin də olsa, yerində dirsəklənmişdi, saqqalını tumarlayırdı. 

– İfritə gedəndən sonra sağ-salamat adama oxşayırsan,–deyə sözə başlayan kişi qəflətən dayandı, sonra pıçıldadı:–Mərc gələrəm ki, indi qapıda dayanıb bizə qulaq asır!–yerindən sıçrayaraq qapıya tərəf cumdu. Ancaq orda heç kəs yox idi və geri qayıdan kişidə heç bir məyusluq əlaməti hiss olunmurdu, çünki qızın qulaq asmaması ona daha çox təsir eləmişdi–çünki bu əsl kin-küdurət, daha doğrusu, amansızlıq idi. 

 

F.Kafka "Məhkəmə"-14

 

– Sən onu yaxşı tanımırsan...–vəkil bu sözlərdən sonra qızı bir daha müdafiə etməyə çalışmadı, sanki bununla onun heç bir müdafiəyə ehtiyacı olmadığını göstərmək istəyirdi. Ancaq onların halına yanırmış kimi sözünə davam etdi:–Qaldı sənin cənab qardaşoğlunun işinə– bu çətin işin öhdəsindən gəlməyə gücüm çatsaydı, özümü ən xoşbəxt adam sanardım. Çox qorxuram ki, gücüm çatmaya... ancaq bununla belə çalışacam... Gücüm çatmasa, bir başqasını da qoşarıq. Düzünü desəm, bu iş məni o qədər maraqlandırır ki, yox deyə bilmirəm. Əgər ürək dözməsə, ən azı, imtina etmək üçün layiqli bir əsasım olacaq. 

K.-ya elə gəldi ki, onun danışığından heç nə başa düşmədi, əmisinin üzünə baxdı ki, bəlkə oradan nəsə anladı, ancaq o sakitcə oturmuşdu, bir əli ilə də tumbanın üstündəki şamdan yapışmışdı, yapışan kimi də ordakı dərman şüşəsinə toxunub xalçanın üstünə salmışdı və vəkil nə deyirdisə, başını tərpədirdi, hamısı ilə razılaşırdı, hərdən də K.-ya elə baxırdı ki, sanki “Sən də razılaş!”–deyirdi. Bəlkə əmisi vəkilə əvvəlcədən məhkəmə barəsində nəsə demişdi? Yox, bu mümkün deyildi, çünki indiyəcən olanlar bunun tam əksini deyirdi. Buna görə də dedi: 

– Başa düşmürəm...

– Bəlkə mən sizi düz başa düşmədim?–vəkil də K. kimi heyrətlə, pərt halda soruşdu,–bəlkə də tələsdim... Mənimlə nə barədə danışmaq istəyirdiniz? Elə bilirdim, söhbət sizin məhkəmənizdən gedir... 

– Əlbəttə!–deyən əmisi K.-dan soruşdu:–Özgə nə istəyirdin? 

– Mənim haqqımda, məhkəmə haqqında haradan bilirsiniz? 

– Belə de...–vəkil gülümsədi,–axı mən vəkiləm, məhkəmələrdə oluram, onlar haqqında deyilənləri eşidirəm və çox maraqlı olanlar, xüsusilə də dostunun qardaşı oğlu ilə bağlı deyilənlər yadımda qalır. Burda qəribə heç nə yoxdur. 

– Daha nə istəyirsən?–əmisi K.-dan bir də soruşdu,–narahatsan ...

– Məhkəmədə işləyənlərlə oturub-durursunuz?

– Bəli. 

– Sən lap uşaq sualı verirsən,–əmisi kənardan söz atdı. 

– Öz sahəmdə olan adamlarla oturub-durmayıb, bəs kiminlə oturub-durmalıyam?–vəkil əlavə elədi. Bu sözləri elə inamla dedi ki, K. cavab verəsi olmadı. İstədi desin ki, siz çardaqdakı məhkəmədə deyil, Ədliyyə məhkəməsində işləyirsiniz, ancaq bacarmadı. 

– Nəzərə alın ki,–vəkil elə bir tərzdə sözünə davam etdi ki, sanki adi bir məsələni yeri gəldiyi üçün ötəri izah edirdi,–nəzərə alın ki, mən bu münasbətlərin xeyrini çox görürəm... Özü də çox cəhətdən, ancaq hər şeyi deyə bilmərəm. Əlbəttə, indi xəstəliyimlə əlaqədar ora gedib-gələ bilmirəm, ancaq ordakı yaxşı dostlarım yanıma gəlirlər, mən də bəzi işlərdən xəbər tuturam. Bəlkə sağlam vaxtlarımda bütün günü orda oturub öyrəndiklərimdən çox öyrənirəm. Məsələn, indi çox əziz bir qonağım var...–o, otağın qaranlıq küncünü göstərdi. 

– Hardadır?–heyrətdən K.-nın səsi kobud çıxdı. Şübhəli-şübhəli ətrafına boylandı. Balaca şamın işığı üzbəüz divardan o tərəfə keçmirdi. Doğrudan da, küncdə nəsə bir tərpəniş hiss olundu.

Əmisi şamı bir az yuxarı qaldırdı və orda balaca stolun arxasında yaşlı bir kişinin oturduğu göründü. Sanki indiyəcən heç nəfəs də almamışdı, ona görə də gözə dəyməmişdi. İndisə çətinliklə ayağa durdu, yəqin onu gördüklərindən narazı qalmışdı. Balaca quş qanadına oxşayan əlini yellətdi, sanki bununla heç bir görüş səhnəsinə, təqdimata ehtiyac olmadığını bildirdi, sanki burda qalıb onlara mane olmaq istəmədiyini dedi, sanki şamı yerinə qoyub onu təzədən qaranlığın qoynuna qaytarmağı, burda olduğunu büsbütün unutmalarını xahiş etdi. Ancaq heç kəs bununla razılaşmadı. 

– Əslində, bizi təəccübləndirdiniz,–vəkil izahat verdi, əli ilə cənaba işarə etdi ki, çəkinməsin, yaxına gəlsin, o da yavaş-yavaş, tərəddüdlə, yan-yörəsinə baxa-baxa, ancaq qürurla irəli gəldi,–cənab dəftərxana müdiri... Ah, bağışlayın, sizi təqdim etmədim–bu mənim dostum Albert K., yanındakı da qardaşı oğlu Yozef K., prokurist, bu da cənab dəftərxana müdiri... Sağ olsun, məni yoluxmağa gəlib. Bu gəlişin qiymətini yalnız onun işinin başından aşdığını yaxşı bilən adamlar verə bilər. Buna baxmayaraq gəlib və biz sakitcə oturub söhbət edirdik, Leniyə də içəri adam buraxmamağı tapşırmamışdıq, çünki heç kəsi gözləmirdik, ancaq istəyirdik ki, tək qalaq, sonra da sən qapını yumruqlamağa başladın, Albert, cənab dəftərxana müdiri kreslosunu da, balaca stolu da küncə çəkdi, ancaq indi bəlli oldu ki, biz imkan daxilində, yəni siz istəyirsinizsə, hamımız üçün ümumi olan bir işi müzakirə edərik və ona görə də yaxın otursaq yaxşıdır. Buyurun, cənab dəftərxana müdiri,–deyə o itaətkar bir təbəssümlə təzim edərək çarpayının yaxınlığındakı hörmə kreslonu göstərdi.

– Təəssüf ki, mən yalnız bir neçə dəqiqə otura bim,–dəftərxana müdiri mehribanlıqla dilləndi, kresloya yayxanvə saata baxdı: İşr məni gözləyir, ancaq dostumun dostu ilə tanış olmaq fürsətini də əldən vermək istəmim.–O, təzə tanışlıqdan çox məmnun qalan, ancaq təbiətinə uyğun olaraq sədaqətini ifa etməyi bacarmayan, çətin vəziytə düşdüyü üçün dəftərxana müdirinin sözlərini uca bir gülüşlə qarşılayan kişiyə yüngülcə təzim etdi. Nə iyrənc səhnə idi! K. hər şeyi rahatca müşahidə e bilirdi, çünki ona fikir verən yox idi. Dəftərxana müdiri, deyəsən, buna adət etdiyi və bir də minnət dəvət olunduğu üçün təşəbbüsü ə almışdı, yalnız özü danışırdı, bəlkə təzə gələn qonaqlardan canını qurtarmaq üçün özünü zəif göstərən vəkil əlini qulağının dibinə qoyub diqqətlə qulaq asırdı, şamtutan əmisində – onu dizinin üsnə qoymuşdu, tez-tez zəldirdi ki, düşməsin və bundan narahat olan vəkil də gözünü ondan çəkmirdi,– bayaqkı rtlikdən əsər-əlamət qalmamışdı, dəftərxana müdirinin danışıq tərzinə, danışa-danışa əlini asta-asta, dalğavari şəkildə oynatmasına heyran olmuşdu. Dəftərxana müdiri bəlkə bilərəkdən çarpayının başına söykənmiş K.-ya fikir vermirdi və belə çıxırdı ki, onun vəzifəsi yalnız bu yaşlı cənablara qulaq asmaqdan ibarətdir. Yeri gəlmkən, heç söhbətin nədən getdiyini bilmirdi, gah qulluqçu qız, gah əmisinin onunla ne kobud rəftar etməsi, gah da dəftərxana müdirini haradasa görüb-görmədiyi barə düşünürdü. lkə ilk istintaq zamanı görmüşdü? Əgər belə deyildisə, onda tirakşıların arasında, birinci cərgədəki təkəsaqqal nabın yanında dayanan görşdü... 

Bu vaxt ön otaqdan sınan qab səsi eşidildi, hamısı o tərəfə baxdı. 

– Gedim görüm nə olub,–deyə K. yavaş-yavaş qapıya tərəf getdi, sanki bununla içəridəkilərə şərait yaradırdı ki, onu getməyə qoymasınlar. Ön otağa girib gözləri qaranlığa alışana kimi hələ qapını dəstəyində olan əlinin üstünə balaca bir əl qoyuldu və K.-nın əlindən çox kiçik olan həmin əl qapını yavaşca örtdü. Qulluqçu idi, onu gözləyirdi. 

– Heç nə olmayıb,–qız pıçıldadı,–boşqabı divara vurub sındırdım ki, siz gələsiniz. K. pərt oldu:

– Elə mən də sizin haqqınızda fikirləşirdim... 

– Daha yaxşı... Gəlin.

Bir neçə addımdan sonra tutqun şüşəli bir qapıya çatdılar, qız onu açdı:

– İçəri keçin,–dedi.

Şübhəsiz ki, bura vəkilin iş otağı idi. Otağın hər üç pəncərəsinin önünə kvadrat şəklində düşən ay

işığında onun ağır, köhnə dəbli mebellərlə bəzədildiyini gördü.

– Bura keçin,–qız arxasına taxtadan söykənəcək düzəldilmiş qara rəngli sandığı göstərdi

K. oturmamışdan əvvəl otağa göz gəzdirdi: hündür, geniş idi və kasıb-kusub vəkilinin müştəriləri burda itib-batardılar. K.-ya elə gəldi ki, müştərilərin xırda addımlarla bu nəhəng yazı stoluna necə yaxınlaşdıqlarını da gördü. Sonra hər şey yaddan çıxdı və indi yalnız lap böyründə oturub onu, demək olar ki, qoltuqaltına sıxan qıza baxırdı.

– Elə bilirdim, özünüz yanıma gələcəksiniz,–dedi qız,–çağırmaq lazım olmayacaq. Qəribə oldu... İçəri girən kimi gözlərinizi məndən çəkmədiniz, sonra da gözlətdiniz... Mənə, sadəcə olaraq, Leni deyin...–qız son sözləri tələsə-tələsə dedi, sanki vaxt itirmək istəmirdi.

– Məmnuniyyətlə...–K. cavab verdi.–Qaldı qəribəlik məsələsi–onu izah etmək çətin deyil, Leni. Birincisi, o qocaların nə çərənlədiklərinə qulaq asmalı idim, bəhanəsiz aralana bilməzdim, ikincisi də mən sırtıq adam deyiləm, əksinə, utancağam və siz də, Leni, doğrudan da tez yola gələnə oxşamadınız.

– Elə deyil...–Leni qolunu söykənəcəyin üstünə qoyub K.-ya baxdı,–xoşunuza gəlmədim... yəqin heç indi də gəlmirəm.

– Xoşa gəlmək məsələsi deyildi...–K. etiraz etdi.

– Hə..ə..–qız gülümsədi və K.-nın bu sözlərindən, həm də öz cavabından bir az ürəkləndi.

Ona görə də K. bir anlığa susdu. Artıq gözləri qaranlığa alışdığı üçün otaqdakı bəzi şeyləri seçə bilirdi. Ən çox diqqətini çəkən qapının sağ tərəfindəki iri şəkil oldu, onu daha yaxşı görmək üçün başını qabağa uzatdı. Hakim mantiyasında olan bir kişinin şəkli idi. Qızılı haşiyələri parıldayan uca bir kresloda oturmuşdu. Qəribəsi bu idi ki, o narahat idi, məğrurluq hiss olunmurdu, sol əlini qoltuqaltı ilə söykənəcəyə sıxmışdı, sağ əlində heç nə yox idi, qoltuqaltıdan tutmuşdu, sanki indicə sıçrayıb ayağa qalxacaq, nəsə vacib bir söz deyəcək, ya da elə hökm oxuyacaqdı.

Müttəhim də yəqin ki onun ayaqlarının ucundakı pilləkəndə oturmuş olardı və üstünə sarı rəngli xalça çəkilmiş həmin pilləkənin baş tərəfi şəkildə görünürdü. 

21 aprel 2016

GO BACK