Qadin.NET / O.Balzak "Qorio ata"-52 (Son)

O.Balzak "Qorio ata"-52 (Son)

 

O.Balzak "Qorio ata"-52 (Son)

 

Bu dəhşətli naləni eşidən Rastinyak, Byanşon, Silviya tez yuxarı yüyürdülər. Qrafinya bihuş olmuşdu. Onu özünə gətirib, darvazada dayanmış apardılar. Ejen Anastazini Terezaya tapşıraraq, onu madam de Nusingenin yanına aparmağı əmr etdi.

Byanşon aşağı endi.

– Öldü! – dedi.

Madam Voke :

– Cənablar, əyləşin, xörək soyuy r.

Tələbələr yanaşı oturdular.

Ejen Byanşondan soruşdu:

– İndi nə etmək lazımdır?

– Gözlərini , qayda ilə uzandırmışam. Bələdiyyə idarəsinin həkimi bizim bəyanatımıza ölümü təsdiq dikdən sonra qocanı kəfənə bürüyüb dəfn edəcəklər. Səncə, bəs nə etmək lazımdır?

Pansionerlərdən biri qocanı yamsılayaraq:

– O artıq, çörəyi belə, iyləyə cək, – dedi.

Repetitor etiraz etdi:

– Kifayətdir, cənablar, Qorio atadan əl çəkin, zəhləmi tökməyin. Düz bir saatdır hey ondan danışırsınız. Bu şanlı Paris şəhərinin ən gözəl məziyyəti budur ki, burada heç kəsin nəzər-diqqətini cəlb etmədən doğulmaq, yaşamaq və ölmək mümkündür. Mədəniyyətin yaratdığı bu əlverişli şəraitdən istifadə edək. Bu gün Parisdə üç yüz adam ölmüşdür; biz ki Paris gekatombaları* üçün dərd çəkməyəcəyik! Qorio ata ayaqlarını uzatmışdır: bu, onun xeyrinədir! Əgər o, sizin üçün çox əzizsə, gedib yanında əyləşə bilərsiniz, qoyun biz rahat xörəyimizi yeyək!

Dul arvad dedi:

– Əlbəttə, onun üçün ölmək daha yaxşıdır! Görünür, zavallının bu dünyada ömrü o qədər də xoş keçmirmiş!

Bu, Ejenin nəzərində atalıq məhəbbətinin timsalı olan bir insanın cənazəsi üzərində söylənilən yeganə nitq idi. On beş pansioner, həmişəki kimi, boşboğazlıq etməyə başladı. Byanşonla Rastinyak doyduqdan sonra bıçaqların və çəngəllərin cingiltisi, gurultulu laqqırtılar arasında səslənən qəhqəhələr, üzlərdə görünən qarınqululuq və laqeydlik əlamətləri birdən-birə onlarda insan qəlbini donduran ikrah hissi oyatdı. Dostlar mərhum üçün keşiş çağırmaq və dua oxutdurmaq məqsədi ilə evdən çıxdılar. Mərhuma son borclarını vermək niyyəti ilə bütün xərclərini ixtiyarlarında olan kiçik məbləğə görə uyğunlaşdırmağa məcbur idilər. Axşam saat doqquzda cənazəni yenə həmin yoxsul otaqda bir-birinə calaşdırılmış iki taxta və iki şam arasında qoydular, keşiş də cənazənin yanında əyləşdi. Rastinyak yatmazdan əvvəl dəfn mərasiminin və ibadətin neçəyə başa gələcəyini keşişdən soruşub, baron de Nusingen və qraf de Restoya məktub yazaraq, dəfn xərcini ödəmək üçün vəkillərini göndərməyi xahiş etdi. Məktubları Kristofla göndərib, yorğun, əldən düşmüş halda yatağına uzandı.

Ertəsi gün Rastinyakla Byanşon bələdiyyə idarəsinə Qorionun ölümünü şəxsən xəbər verməyə məcbur oldular. Saaat on ikidə artıq ölüm rəsmən müəyyən edilmişdi. Rastinyak iki saat sonra keşişin haqqını şəxsən özü verməyə məcbur oldu, çünki kürəkənlərin nə vəkilləri gəldi, nə də pul göndərdilər. Silviya cənazəni dəfnə hazırlamaq və kəfənə bürüyüb tikmək üçün on frank tələb etdi. Ejenlə Byanşon haqq-hesab çəkib gördülər ki, mərhumun qohumları heç bir kömək etməsələr, pulları çatmayacaq. Byanşon güzəştlə Kaşen xəstəxanasından aldığı yoxsullara məxsus tabuta cənazəni özü qoymağa qərar verdi. Rastinyaka dedi ki:

– Bu alçaqların başına bir oyun açmalısan: Per-Laşezdə beş il müddətinə yer al, kilsədə ibadət və dəfn idarəsində üçüncü dərəcə ilə dəfn mərasimi təşkil elə. Qocanın kürəkənləri və qızları xərcləri ödəmək istəməsələr, başdaşı üzərində bu sözləri yazdırarsan: “Burada iki tələbənin pulu ilə qrafinya de Resto və baronessa de Nusingenin atası cənab Qorio dəfn edilmişdir”.

Ejen dostunun məsləhəti ilə de Nusingen və de Restogilə getdi, ancaq onu qapıdan içəri belə buraxmadılar. Hər iki evdə qapıçılara ciddi tapşırıq verilmişdi. Qapıçılar deyirdilər ki:

– Cənablar heç kəsi qəbul etmirlər. Ataları vəfat etmişdir, bu saat matəm saxlayırlar.

Ejen Parisin kübarlar aləmini yaxşı tanıdığına təkid etmədi. Delfina ilə görüşmək belə mümkün olmadığını görüb məyus oldu, qapıçının yanında bu sözləri yazdı:

“Atanızı son mənzilinə ləyaqətlə üçün qiymətli şeylərinizdən birini satın”.

 

O, kağızın ağzını bağladı və baronun qapıçısına verdi ki, Tereza vasitəsilə baronessaya çatdırılsın, lakin qapıçı məktubu baronun özünə verdi, o isə kağızı buxarıya atdı. Ejen əlindən gələni etdikdən sonra saat üçdə pansiona qayıtdı və küçə qapısında iki stulun üstünə qoyulmuş, üstünə qara parça salınmış tabutu gördüyü zaman, ixtiyar gözləri yaşardı. Gümüşü mis tasın içindəki müqəddəs suda köhnə, əldən düşmüş buxurdan görünürdü; hələ heç kəs ona toxunmamışdı, belə qara çəkməmişdilər. Bu, bir dilənçi ölümü idi: nə təntənə, nə qohum, nə dost, nə aşna, heç nə, heç kəs yox idi. Xəstəxanada məşğul olan Byanşon Rastinyaka məktub yazaraq, ibadət haqqında danışmış olduğunu xəbər verirdi. Günorta ibadətinə gücləri çatmayacaq, ancaq daha ucuz qiymətə başa gələn axşam duası ilə kifayətlənməyə məcburdurlar. Bu xüsusda dəfn k ntoruna Kristof vasitəsilə məktub göndərmişdi. Ejen Byanşonun qara-qurasını yenicə oxuyub qurtarmışdı ki, birdən madam Vokenin əlində qızıl çərçivəli medalyonu gördü: Qorionun qızlarının saçı bu medalyonda idi.

Rastinyak soruşdu:

– Siz bunu necə cəsarət edib götürdünüz?

Silviya təəccüblə:

– Yoxsa onunla bərabər dəfn edəcəyik? Axı qızıldır.

Rastinyak hiddətlə:

– Əlbəttə, qızıldır! – dedi. – Qoy o, qızlarından qalan bu yeganə xatirəni özü ilə aparsın.

Matəm arabası gəldikdən sonra Ejen tabutun yenə yuxarıya qaldırılmasını əmr etdi, qapağını açıb, hələ Delfina ilə Anastazinin gənc, pak, günahsız olduqları, can verən qocanın söylədiyi kimi, “mühakimə mədikləri” zamanların maddi inikası olan bu medalyonu dərin ehtiramla qocanın sinəsi üstünə qoydu.

Bu zavallı atanın cənazəsini Nev-Sent-Jenevyev küçəsinin yaxınlığındakı Sent-Etyen-dü-Mon kilsəsinə aparan matəm arabasını ancaq Rastinyak, Kristof və iki məzarçı ötürürdü. Kilsəyə çatdıqdan sonra cənazəni kiçicik və qaranlıq bir ibadətxanaya qoydular. Rastinyak kilsədə Qorio atanın qızlarını və kürəkənlərini axtardısa da, görmədi. Tabutun yanında yalnız Rastinyak və Kristof qaldı. Kristof bəzən sayəsində pul qazandığı bu qocaya son borcunu vermək üçün qalmışdı. Rastinyak iki keşişin, müğənni oğlanın və dua oxuyanın yolunu gözləyirdi. O, bir kəlmə danışmaq iqtidarında deyildi, Kristofun əlini sıxırdı.

– Bəli, cənab , – , – o, yaxşı, namuslu adam idi: heç kəslə savaşmazdı, heç kəsə mane olmazdı, heç kəsə pislik etməzdi.

Nəhayət, iki keşiş, oğlan və dua oxuyan gəldi. Kilsənin müftə ibadət etmək üçün o qədər də varlı olmadığı zamanlarda yetmiş franka nə mümkün idisə elədilər. Keşişlər bir cüz Li era və De rofundis duasını oxudular. Bütün ibadət iyirmi dəqiqə çəkdi. Keşiş və müğənni üçün ancaq bir matəm karet vardı; onlar Ejeni və Kristofu da özləri ilə aparmağa razı oldular.

Keşiş dedi:

– Cənazəni ötürən yoxdur, saat altının yarısıdır, ləngiməmək üçün tez də sürmək olar.

Lakin tabut arabanın üzərinə qoyulduğu zaman üstü gerbli iki karet yaxınlaşdı, içində heç kəs yox idi. Bu, qraf de Resto ilə baron de Nusingenin karetl r idi. Karetl r Per-Laşez qəbiristanına qədər dəfn mərasiminin ca gəldi. Saat altıda Qorio atanın cənazəsini təzə qazılmış qəbrə qoydular, qəbrin ətrafında qızlarının lakeyləri dayanmışdı, lakin onlar da yoxsul tələbə pulu ilə qoca üçün oxutdurulan qısa bir duadan sonra çəkilib getdilər.

İki məzarçı tabutun üstünü örtmək üçün bir-iki bel torpaq atdıqdan sonra dayandı. Məzarçılardan biri Rastinyakdan araqpulu istədi. Ejen cibini eşələdi, bir şey tapmadığın Kristofdan iyirmi su borc aldı. Öz-özlüyündə əhəmiyyətsiz görünən bu hadisə Rastinyaka dərin təsir bağışladı, qəlbini dəhşətli kədər bürüdü. , rütubətli qaranlıq əsəblərə toxunurdu. Ejen məzara baxaraq, saf qəlbinin müqəddəs həyəcanlarının doğurduğu gəncliyinin son göz yaşlarını bu məzarda dəfn etdi. Bu göz yaşlarının bir damcısı yerə düşüb, buradan göylərə qalxırdı. Rastinyak qollarını sinəsində çarpazlayıb, buludları seyr etməyə başladı. Kristof onun bu halına bir az baxdı və çıxıb getdi.

Ejen yalqız qaldıqdan sonra qəbiristanlığın təpəciyinə qalxdı və buradan Senanın ətrafında qıvrılmış Parisi gördü. İşıqlar yenicə yanmağa başlamışdı. Ejen gözlərini Vandom sütunu* ilə Əlillər Evinin günbəzi arasındakı yerə zillədi: burada onu cəzb edən kübarlar dünyası yerləşmişdi: Ejen uğuldayan bu arı pətəyini, balın dadını duymuş kimi, həris gözlərlə nəzərdən keçirdi və qəti qərarla dedi:

– İndi ; , !

O, kübarlar dünyasına meydan oxuyaraq ilk addımını atdı: Delfina de Nusingenin evinə nahar etməyə getdi.

Son

3 dekabr 2015
GO BACK