Qadin.NET / O.Balzak "Qorio ata"-50

O.Balzak "Qorio ata"-50

 

 

Rastinyak qrafinyanın qəlbində dəhşətli dönüş üz verdiyini anladı; hər ikisinə baş əyib, gördüyü səhnədən mütəəssir halda salondan çıxdı. Qraf de Restonun sözündən bütün səylərinin bihudə olacağını anlamaq olardı. Rastinyak Anastazinin sərbəstlikdən məhrum edildiyini anladı.

Ejen Delfinanın evinə tərəf qaçdı. Delfina hələ yatağında idi. O:

– Sevimli dostum, – dedi, – mən xəstəyəm. Baldan qayıdanda mənə soyuq dəymişdir. Sətəlcəmdən qorxuram. Bu saat yanıma həkim gələcək...

Ejen Delfinanın sözünü kəsərək:

– Lap bir ayağınız qəbirdə olsa belə, sürünə-sürünə getmək lazım gəlsə belə, siz atanızı ziyarət etməlisiniz. O, sizi çağırır! Siz onun ən zəif bir naləsini eşitmiş olsaydınız, bütün xəstəliyinizi unudardınız

– Ejen, bəlkə atam sizin söylədiyiniz qədər də xəstə deyildir, lakin mən sizin nəzərinizdən azacıq belə düşmək istəməzdim, odur ki siz nə arzu etsəniz, əməl edəcəyəm. Ancaq bunu da bilin ki, mən daha da bərk xəstələnərəmsə, atam buna qətiyyən tab gətirməz. Yaxşı! Həkim gələn kimi mən də gedəcəyəm... – Delfina Ejenin üstündə saatın zəncirini görməyərək: – Oho, – dedi. – Nə üçün saat üstünüzdə deyil?

Rastinyak qızardı.

– Ejen! Ejen! Əgər siz saatı itirmişsinizsə, satmışsınınzsa... Ah, bu, heç yaxşı olmazdı!

Ejen yatağın üzərinə əyildi və Delfinanın qulağına pıçıldadı:

– Siz bunu bilməkmi istəyirsiniz? Çox gözəl! Sizə deyə bilərəm. Bu axşam atanızı bürümək üçün kəfən almağa pul yoxdur. Mənim başqa heç bir şeyim olmadığına görə saatı girov qoymağa məcbur oldum.

Delfina bir sıçrayışla yatağından qalxdı, sekreterə doğru yüyürdü, pul kisəsini çıxarıb Rastinyaka uzatdı. Sonra zəngi çaldı və çığırdı:

– Gedirəm, bu saat gedirəm, Ejen! Paltarımı geyməyə imkan ver. Bəli, mən getməsəm, zalım olaram. Gedin, mən sizdən tez gələcəyəm. Tereza, – deyə qulluqçusunu çağırdı, – cənab de Nusingendən xahiş edin ki, bu saat mənim yanıma qalxsın, mən onunla danışmalıyam.

Ejen qocaya qızlarından birinin bu saat gələcəyini xəbər verəcəyindən özünü xoşbəxt hiss edirdi. O, Nev-Sent-Jenevyev küçəsinə şad halda qayıtdı. Karet n pulunu vermək üçün Delfinanın kisəsini eşələdi: bu qədər gənc, bu qədər varlı, bu qədər qəşəng bir qadının kisəsində ancaq yetmiş frank var idi. Ejen yuxarı qa xdığı zaman Byanşonun qocaya təkan verdiyini, feldşerin isə həkimin nəzarəti altında xəstəyə nə isə etdiyini gördü: ızmış dəmir parçası ilə qocanın belini ırdılar; bu, təbabət elminin son əlacı, faydasız əlac idi.

Həkim Qoriodan soruşdu:

– Siz bir şey hiss edirsinizmi?

Qorio ata Rastinyakı görən kimi soruşdu:

– Onlar gəlirlər, eləmi?

Feldşer dedi:

– O danışır, hələ can qurtara bilər.

– Bəli, bu saat Delfina bura gəlir, – deyə Ejen cavab verdi.

– Bəli də! O qızlarından danışır, onları yanına çağırır, paya üstə oturdulan adamlar su üçün yalvaran kimi, yalvarır.

Həkim isə feldşerə dedi:

– Kifayətdir. Burada artıq görüləcək bir iş qalmamışdır. Onu xilas etmək mümkün deyil.

Byanşonla feldşer yenə xəstəni çirkli yatağın üzərinə uzandırdılar.

 

O.Balzak "Qorio ata"-50

 

 

Həkim dedi:

– Hər halda, alt paltarı dəyişdirilməlidir. Doğrudur, ümid yoxdur, lakin insana hər zaman ehtiram lazımdır. Byanşon, mən yenə gələcəyəm. Xəstə yenə şikayət etməyə başlasa, sinəsinə tiryək qoyarsınız.

Həkimlə feldşer getdilər.

Byanşon Rastinyakla tək qaldıqdan sonra:

– Hə, Ejen, – dedi, – ruhdan düşmə, dostum, toxta! Bu saat onun əyninə təzə köynək geyindirmək lazımdır, bir də dəyişməliyik. Get Silviyaya de ki, gətirsin, bizə kömək eləsin.

Ejen aşağı düşdü. Madam Voke ilə Silviya yemək otağında süfrə hazırlayırdılar. Ejen yenicə Silviyaya tapşırıq vermək istəyirdi ki, madam Voke nə ziyan çəkmək, nə də alıcını hiddətləndirmək istəməyən tədbirli alverçi kimi yarıqaşqabaqlı, yarıxoş sifətlə ona yaxınlaşdı.

– Əziz cənab Rastinyak, – dedi, – siz məndən də yaxşı bilirsiniz ki, Qorio atanın artıq bir su belə pulu yoxdur. O dünyaya getməyə hazırlaşan bir adama vermək onu korlamaq deməkdir; hələ onsuz da birisini kəfənliyə verməyə məcbur olacağıq. Siz mənə onsuz da yüz qırx dörd frank borclusunuz; bunun üstünə bir qədər də pulu və Silviyanın sizə yenə verəcəyi şamın pulunu gəlsək, cəmi iki yüz frankdan əskik etməyəcək. Mənim kimi dul qadın üçün bu qədər ziyan çəkmək isə yaramaz. Ədalətli olun, cənab Rastinyak, bu beş gündə mənim başıma gələn müsibətlərdən sonra yenə ziyan çəkməyim heç də yaxşı olmaz. Əgər bizim qoca mənə vəd etdiyiniz vaxta kimi evi tərk etsəydi, mən hələ on ekü belə özüm verərdim. Bu əhvalatlar isə mənim kirayənişinlərimə çox pis təsir göstərir. Əgər bu, müftə olacaqsa, mən onu xəstəxanaya göndərsəm, daha yaxşıdır. Mənim yerimdə olun. Pansionum mənə hər şeydən əzizdir: mən onun sayəsində dolanıram.

Rastinyak cəld Qorionun otağına qalxdı.

– Byanşon, saatın pulu haradadır?

– Stolun üstündə. Üç yüz altmışdan bir az artıq qalmışdır. Mən aldığım şeylərin pulunu tərtəmiz vermişəm. Lombardın qəbzi pulun altındadır.

Ejen pulu götürüb yenə cəld aşağı endi. İkrahla madam Vokeyə dedi:

– Madam, indi də sizinlə hesablaşaq. Cənab Qorio sizin evinizdə çox yaşamayacaq... mən isə...

Dul arvad yarıməlul, yarışad halda, iki yüz frankı hesablaya-hesablaya:

– Bəli, – dedi, – biçarəni qapıdan çıxaracaqlar.

Rastinyak:

– Tez olun! – dedi.

– Silviya, verin, bir də, yuxarı qalxıb kömək edərsiniz.

Ejen madam Vokenin qulağına pıçıldadı:

– Silviyanı unutmayın, iki gecədir yatmır.

Rastinyak ayrılan kimi qarı dərhal Silviyaya yaxınlaşıb qulağına pıçıldayaraq:

– Yeddi nömrəli işlənmiş apar, – dedi. – Vallah, ölü üçün bu da yaxşıdır.

Ejen bir neçə pillə qalxdığından qarının tapşırığını eşitmədi. Byanşon ona dedi:

– Hə, gəl köynəyini dəyişək. Onu düz saxla.

Ejen xəstənin baş tərəfində dayanaraq, can verən Qorionu saxladı. Byanşon isə onun köynəyini dəyişdi. Qoca sinəsindən yapışdı, sanki, nə isə tutmaq istəyirdi. O, şiddətli ağrıdan inildəyən heyvan kimi uzun, acı bir nalə çəkdi. Birdən Byanşonun yadına düşdü:

 

– Belə de! Bədəninə dağ anda çıxardığımız medalyonu və saçdan toxunma zənciri axtarır. Zavallı! Medalyonu yenə boynuna taxmaq lazımdır. Odur, buxarının üstündədir..

Ardı var...

29 noyabr 2015
GO BACK