Qadin.NET / O.Balzak "Qorio ata"-48

O.Balzak "Qorio ata"-48

 

O.Balzak "Qorio ata"-48

 

Qızarmış göz qapaqlarında iki damcı yaş göründü: göz yaşları yanaqlarına axdı.

– Ah, mən varlı olsaydım, öz sərvətimi onlara verməyib özümdə saxlasaydım, qızlarım bu saat mənim yanımda olardılar, üzüm onların busələrindən par-par parıldardı. Mən xüsusi malikanədə, gözəl otaqlarda yaşardım, yanımda xidmətçilərim olardı, otaqlar isti olardı, qızlarım ərləri ilə, uşaqları ilə birlikdə göz yaşı tökə-tökə gələrdilər. Bu hamısı belə ola bilərdi. İndi isə heç bir şeyim yoxdur. Pul bahasına hər şeyi satın almaq olar, hətta qızlarını belə satın ala bilərsən. Ah, mənim pullarım, hardasınız?! Mən varislərimə xəzinələr qoyub getsəydim, qızlarım mənim yanımdan uzaqlaşmazdılar. Məni müalicə edərdilər. Mən onların səslərini eşidər, onların üzünü görərdim. Ah, mənim mehriban oğlum, mənim yeganə balam, mən yurdsuz, yuvasız bir dilənçi olmaq istərdim. Heç olmasa, yoxsul əmin ola bilər ki, onu ancaq özünə görə sevirlər. Yox, yox, mən varlı olmaq istərdim, o zaman onların da üzünü görərdim.. Ancaq kim bilir? Onların qəlbi daş kimidir. Mən onları həddən artıq sevərdim ki, onlar da məni sevsinlər. Atalar mütləq varlı olmalıdırlar, uşaqlarının cilovunu kəhər atlar kimi öz əlində saxlamalıdırlar. Amma mən onların qarşısında hər zaman diz çökmüşəm. Yaramazlar! Onlar son on il ərzində mənimlə etdikləri rəftarı tamamlayırlar. Ərə getdikdən sonra birinci illər mənimlə nə qədər mehriban olduqlarını bilsəydiniz! Ah, başım nə yaman ağrıyır, nə dəhşətlidir! Mən hər birinə səkkiz yüz min frank cehiz verdim. O zaman nə onlara, nə ərlərinə mənimlə təklifsiz rəftar etmək yaraşmırdı. Məni həmişə qəbul edirdilər: “Ata, burada otur, ata, orada otur!” Həmişə süfrədə mənim özümə məxsus çəngəl-bıçağım olardı. Ərləri mənə hörmət edərdi, mən onlarla birlikdə nahar edərdim. Onlar məndə hələ bəzi şeylər olduğunu zənn edirdilər. Buna səbəb nə idi? Mən heç vaxt onları öz işlərimlə tanış etməmişəm. Lakin səkkiz yüz min frank cehiz verən adam, hər halda, ehtirama layiqdir. Hamısı mənim başıma fırlanırdı. Əlbəttə, buna səbəb ancaq pullarım idi. Dünya pis dünyadır. Mən bunu öz gözlərimlə görmüşəm. Məni karetd teatrlara aparırdılar, müsamirələrində ürəyim istədiyi qədər əyləşə bilirdim. Xülasə, onlar mənim qızım sayılırdılar, mənim ata olduğumu etiraf edirdilər. Mən hələ həssaslığımı itirməmişəm, məndən heç şey gizlətmək olmaz. Hər şeyi görərdim, hər şeyi başa düşərdim, hər şey ürəyimə xəncər kimi batardı. Mən bunun bir saxtakarlıq olduğunu bilirdim, ancaq dərdimə heç bir çarə yox idi. Mən özümü onların evində burada hiss etdiyim kimi sərbəst hiss etməzdim. Mən ürəyimin sözünü danışa bilməzdim. Bəzən kübar qonaqlardan biri kürəkənlərimin qulağına əyilib soruşardı:

– Bu kimdir?

– Bu, bizim atamızdır, pullu adamdır, varlıdır.

Qonaqlar cavabında:

– Bəli, belə, afərin, afərin! – deyərdilər və mənə... daha doğrusu, pullarıma ehtiramla baxardılar. Əlbəttə, bəzən mən bir az onları darıxdırardım, lakin hər halda, bu darıxmanın haqqını vermişdim, qüsurlarım bağışlanardı. Kimin qüsuru yoxdur? Başım dərin yara kimi ağrıyır! Bu saat mən çox əzab çəkirəm, elə bu

əzabların şiddətindən ölə bilərəm, ancaq mənim əzizim cənab Ejen, Anastazinin bir baxışla mənə verdiyi əzabın yanında bu heç şeydir: mən bu dəhşətli əzabı Anastazinin ilk dəfə mənim axmaq bir söz danışdığıma işarə ilə məni rüsvay etdiyi zaman duydum. Onun bu baxışından damarlarımda qan dondu. Mən mətləbin nə yerdə olduğunu aydınlaşdırmaq istədim, ancaq yer üzündə artıq adam olduğumu anlaya bildim. Təsəlli tapmaq üçün mən o biri gün Delfinanın yanına getdim, lakin orada da bir sarsaqlıq elədim, qızımın qəzəbinə səbəb oldum. Bu hadisələr mənə o qədər təsir etmişdi ki, ağlım belə başımda deyildi. Bir həftə əziyyət çəkdim, bilmirdim nə edim. Töhmətlərindən qorxduğum üçün yanlarına getməyə cəsarət etmirdim, nəticədə iş bu yerə gə ib çıxdı ki, onların qapısı mənim üzümə bağlandı. Aman yarəb, pərvərdigara! Mənim nə qədər dərd çəkdiyimi, iztirab gördüyümü sən özün ki bilirsən! Sən bu müddət ərzində mənə vurulan ağır yaraların hesabını çəkirsən, bunların məni dəyişdiyini, qocaltdığını, saçlarımı ağartdığını, lap öldürdüyünü bilirsən! Bəs sən nə üçün mənə indi də əzab verirsən, yarəb? Mənim günahım ancaq mənim şiddətli məhəbbətim idi. Mən ki bu günahımın cəzasını çəkmişəm! Onlar mənim bu məhəbbətimi zülmlə qarşıladılar, bədənimi cəllad kimi yırtdılar, dağıtdılar! Çarəm nədir!

 

Atalar həmişə axmaq olarlar. Mən onları o qədər sevirdim ki... Qumarbaz qumarxanadan ayrıla bilmədiyi kimi, onlar da hər zaman məni cəzb edirdilər. Mənim cinayətim, mənim eşqim, ehtirasım, mənim hər şeyim mənim qızlarım idi. Ürəkləri bir şey istəyəndə qulluqçuları mənə söylərdi, mən də məni daha yaxşı qəbul etsinlər deyə istədiklərini alıb bağışlardım. Bununla belə, qızlarım kübar cəmiyyətində özümü necə aparmaq haqqında mənə dərs verdilər. Ancaq bu dərsin nəticəsini gözləmədilər, yalnız mənim üçün qızarmağa, utanmağa başladılar. Bəli, bəli, uşaqlara yaxşı tərbiyə verməyin nəticəsi budur! Axı mən qoca yaşımda təzədən məktəbə daxil ola bilməzdim! Aman Allah, nə dəhşətli ağrılardır! Həkim çağırın! Həkim çağırın! Başımı yarsaydılar, bir az dincələrdim! Qızlarım, aman qızlarım, Anastazi, Delfina, siz haradasınız? Mən onları görmək istəyirəm! Onların nca jandarm göndərin, onları zorla buraya gətirin! Ədalət mənim tərəfimdədir, təbiət mənim tərəfimdədir, qanunlar da mənim tərəfimdədir! Mən etiraz edirəm. Atalar ayaqlar altında tapdalanarlarsa, vətən məhv olar. Bu, aydın məsələdir. Bütün cəmiyyət, bütün dünya atalıq hissi üzərində qərar tutmuşdur, balalar öz atalarını sevməzlərsə, hər şey dağılar. Ah, mən onların yalnız üzünü görə bilsəydim, səsini eşidə bilsəydim! Qoy nə danışırlar danışsınlar, nə fərqi vardır, mən yalnız onların səsini eşitmək istəyirəm. Xüsusilə Delfinanın səsinə ehtiyacım var, onun səsi mənim ağrımı azaldardı. Ancaq onlar buraya gələrlərsə, xahiş edərsiniz ki, həmişəki kimi mənə soyuq nəzərlə baxmasınlar. Ah, mənim dostum, cənab Ejen, baxışlarda parlayan qızılın boz bir qurğuşuna çevrildiyini görməyin nə qədər ağır olduğunu siz bilməzsiniz... Qızlarımın gözləri məni öz şüaları ilə artıq isindirmədikləri gündən bəri, mənim ömrüm soyuq qışa dönmüşdür, hirsimi, acımı unutmaqdan başqa çarəm qalmamışdır. Mən çox acıları ürəyimdə gizlətmişəm, çox həqarətlərə dözmüşəm. Mən hər ikisini o qədər sevərdim ki, hər bir təhqirə dözər, bu təhqir bahasına balaca fərəhlərimi satın alardım. Ata da öz qızları ilə oğru kimi görüşərmi? Mən onlara bütün ömrümü fəda etdim, halbuki onlar bu gün mənim üçün bir saatı belə əsirgəyirlər! Atəş, ucalıq məni yaxıb-yandırır, içim od tutub yanır, ancaq onlar mənim can verməyimi yüngülləşdirmək üçün belə gəlmirlər... Mən artıq ölürəm, mən öldüyümü hiss edirəm. Görünür, onlar atanın cənazəsi üstündən keçmək nə olduğunu bilmirlər! Göydə Allah var, biz ataların intiqamını Allah alacaq, bizim xəbərimiz belə olmayacaq, yox, yox, onlar gələcəklər! Gəlin, ey mənim əziz balalarım, son dəfə mənim üzümdən öpün, ölüm duası əvəzində atanıza son busənizi verin, o, sizin üçün Allaha yalvaracaq, sizin yaxşı qız olduğunuza şəhadət edəcəkdir! O, sizi Allah dərgahında müdafiə edəcəkdir! Hər halda, günah onlarda deyildir. Dostum, onlar müqəssir deyillər. Bunu bütün dünyaya söylərsiniz ki, mənim üçün onları məzəmmət etməsinlər. Günah məndədir. Məni ayaqlar altında

 

tapdalamağı mən özüm öyrətmişəm. Bu, mənim xoşuma gəlirdi. Bunun heç kəsə dəxli yoxdur: nə yer üzündəki məhkəmələr, nə də adil Allah bu məsələyə qarışa bilməz. Əgər Allah mən onlara cəza verərsə, haqsızlıq edər. Mən özümə hörmət qazana bilmədim, mən özüm axmaqlıq edib öz hüququmdan əl çəkdim. Onların xatiri üçün mən özüm öz qiymətimi aşağı saldım. Artıq siz nə tələb edirsiniz? Ən yaxşı insan, ən gözəl bir qəlb elə bu cür ata məhəbbətinin zəiflədiyinə təslim ola bilərdi. Mən yazıq adamam, mən haqlı yerə cəzalanmışam. Qızlarımın pozğunluğuna yalnız özüm səbəb oldum, onları mən xarab elədim. Uşaqlıqda konfet istədikləri kimi; onlar indi də nəşə istəyirlər. Mən onların hər nazına qatlaşardım, hər nə istəyirdilərsə, əməl edərdim. On beş yaşında hər birinin xüsusi karet vardı! Onlar üçün mən heç bir şey əsirgəməzdim. Müqəssir yalnız mənəm, günah ancaq mənim məhəbbətimdədir. Dostum, bu səs onların səsidir, gəlirlər. Bəli, bəli, onlar gələcəklər. Qanun əmr edir ki, balalar öz can verən atalarını ziyarət etsinlər, qanun mənim tərəfimdədir. Axı bunun heç bir xərci yoxdur, karet xərcindən başqa. Yolpulunu mən verərəm. Onlara məktub yazın, onlara xəbər verin ki, mənim milyonlarım var! Vallah, düz deyirəm! Mən Odessaya, vermişel mağa gedəcəyəm. Mən onun üsulunu bilirəm. Mənim planım əsasında milyonlar qazanmaq mümkündür. Bu hələ heç kəsin ağlına gəlməmişdir. Vermişel yolda un kimi, ya da taxıl kimi xarab olmaz. Bəli,bəli! Bəs kraxmala nə deyirsiniz? Milyonlar var, milyonlar! Bu, yalan deyil, siz cəsarətlə deyə bilərsiniz: milyonlar! Onlar hərislikdən belə gəlsələr, mən aldansam belə, yaxşıdır, heç olmasa, onların üzünü görərəm. Mən qızlarımı tələb edirəm! Onları mən yaratmışam! Onlar mənimdir!

Qoca yatağında durub oturdu və pırtlaşıq ağsaçlı başını Ejenə doğru çevirdi: üzünün hər bir cizgisində bir hədə, bir qorxu əlaməti duyulurdu.

Ejen onu sakit məyə çalışaraq:

– Yaxşı, yaxşı, sevimli Qorio ata, uzanın, sakit olun, mən bu saat onlara məktub yazaram, – deyirdi. – Byanşon qayıdan kimi onlar gəlməsə, mən özüm ınca gedərəm.

Qoca hıçqıra-hıçqıra:

– Onlar gəlməzlərsə? – deyə təkrar etdi. – Mən ölərəm, hiddətimdən, qəzəbimdən, hirsimdən ölərəm! Mən artıq qəzəblənmişəm. Mən bu saat butun ömrümü nəzərdən keçirirəm. Mən aldanmışam! Onlar məni sevmirlər və heç zaman sevməmişlər! Bu, aydın məsələdir. İndi ki onlar gəlmədilər, demək, artıq gəlməyəcəklər. Onlar nə qədər geciksələr, bir o qədər məni sevindirmək çətin olacaq. Mən bunu bilirəm. Onlar heç zaman mənim acılarımı, mənim iztirablarımı, mənim ehtiyaclarımı duymamışlar, mənim öldüyümü də duymayacaqlar. Onlar mənim məhəbbətimin sirrini belə bilmirlər. Mən bunu görürəm, aydın görürəm ki, onlar mənim ciblərimi boşaltmağa vərdiş etmişdilər. Odur ki mən onlar üçün nə etsəydim, qiymətdən düşmüş olardı. Mənim gözlərimi çıxarmaq istəsəydilər belə, mən yalnız bir cavab verərdim: “Buyurun, çıxarın!” Mən çox axmaq adamam. Onlar elə bilirlər ki, hamının atası onların atası kimidir. Adam gərək heç vaxt öz qiymətini aşağı salmasın. Mənim əvəzimi onlardan öz uşaqları çıxacaqdır. Onlar öz mənfəətləri üçün bura gəlməlidirlər. Onlara xəbər verin ki, onların da ölüm dəqiqəsi mənim can verməyimə oxşaya bilər. Bu cinayət bütün cinayətlərin mücəssəməsidir. Gedin deyin ki, onların gəlmək istəməməsi atalarını öldürmək deməkdir. Onsuz da onların zülmləri və cinayətləri kifayət qədərdir. Mənim kimi siz də onlara çığırarsınız: “Ah, Nazi, ah, Delfina! Atanız sizi gözləyir, o, hər zaman

sizə mehriban olmuşdur, indi isə əzab çəkir!” Heç bir şey. Heç kəs. Demək, mən it kimi gəbərəcəyəm! Məni atıb getmişlər, demək, mükafatım bu imiş! Qatillər, utanmazlar! Mən onlara nifrət edirəm, lənət oxuyuram, mən gecələr belə qəbrimdə durub onlara lənət oxuyacağam! Mən haqlı deyiləmmi, dostlar? Onların mənimlə necə rəftar etdiklərini görmürsünüzmü? Ah, mən nə danışıram? Siz mənə dediniz ki, Delfina buradadır? Delfina ondan yaxşıdır. Bəli, bəli, Ejen, mənim oğlum sizsiniz! Onu sevərsiniz, ona atalıq edərsiniz. O biri qızım çox bədbəxtdir. Bəs onların sərvətləri necə oldu? Aman Allah! Axırım çatdı, ağrılara dözə bilmirəm! Amandır, Allah eşqinə, başımı kəsin, qoyun ancaq ürəyim qalsın.

Qocanın nalə və fəryadlarından qorxuya düşən Ejen çığırdı.

– Kristof, tez Byanşonu tap, mənim üçün karet çağır! Mənim əziz atam Qorio, mən bu saat qızlarınızın ınca gedirəm, onları buraya gətirəcəyəm.

Ardı var...

25 noyabr 2015
GO BACK