Qadin.NET / O.Balzak "Qorio ata"-45

O.Balzak "Qorio ata"-45

 

 

Artıq Rastinyak cəmiyyətin üç əsas bələd idi: İtaət, Mübarizə və Qiyam – ilə, übar cəmiyyət və Votren. Ejen hansının yaxşı olduğunu təyin edə bilmirdi. İtaətkarlıq ürək darıxdıran bir şey, iyam qeyri-mümkün, übarizənin nəticəsi isə şübhəli idi. O, yenə öz ailəsini yada saldı: bu sakit həyatın saf qayğıları yadına düşdü, ondan heç bir şey əsirgəməyən ata-anası, bacıları ilə keçirdiyi günlər gözləri qarşısında canlandı. Onun üçün əziz olan bu adamlar ailə ocağının təbii qanunlarına tabe olur, kamil, əbədi, mənəvi iztirablardan uzaq səadətlərini ancaq buna bağlayırdılar. Bütün bu xoş niyyətlərinə baxmayaraq, təmiz qəlblərin etiqadını Delfina qarşısında etiraf etməyə, məhəbbət naminə onu düz yola çağırmağa Ejenin cəsarəti çatmırdı. O, özünü yenidən tərbiyə edir və bu tərbiyənin səmərəsi artıq görünürdü: artıq onun məhəbbəti də xudpəsənd idi. O, Delfinanın təbiətini artıq anlayır, atasının cənazəsi üzərindən belə adlayaraq bala gedə biləcəyini hiss edirdi. Lakin onun əxlaq dərsi vermək üçün qüdrəti, savaşmaq üçün cəsarəti, Delfinadan ayrılmaq üçün qəhrəmanlığı çatışmırdı. Öz-özünə deyirdi ki: “Bu dəfə onun dediyi deyil, mənim dediyim keçərsə, o heç vaxt məni bağışlamaz”. Bu fikirlərdən sonra o, həkimlərin rəylərini bir-bir yada salmağa başladı: O, Qorio atanın xəstəliyi zənn etdiyi qədər də təhlükəli deyil deyə düşünmək istəyir, bir sözlə, Delfinaya bəraət qazandırmaq üçün xain bəhanələr axtarırdı. Delfina, əlbəttə, atasının nə vəziyyətdə olduğundan xəbərsizdi. Əgər Delfina bu saat atasının yanına getsəydi, qoca mütləq onu yenə bala göndərərdi. Öz rəsmi hökmlərində amansız olan ictimai qanun bəzən cinayəti bu cinayətin açıq-aydın olduğu yerdə görür, halbuki ailə şəraitində xarakterlərin uyuşmaması, vəziyyət və mənafelərin fərqli olması zəmanəsində yaranan saysız-hesabsız yüngülləşdirici şərtlər bu cinayəti yumşalda bilər. Ejen özünü aldatmaq istəyirdi, öz vicdanını məşuqəsi üçün qurban verməyə hazır idi. Son iki gün ərzində onun həyatında hər şey dəyişmişdi. Qadın onun həyatını pozmuş, ailəsini belə onun gözündən salmış, onun butun varlığına sahib olmuşdu. Rastinyakla Delfinanın ləkəli, yaxud ləkəsiz olmasından asılı olmayaraq, Ejen ona pərəstiş edirdi: o, Delfinaya hissi nəşələr gətirmiş, Delfina da bunun müqabilində ona nəşələr vermişdi. Buna görə də Ejen ona minnətdar idi. Delfina Ejeni aclığını rəf edən və qurumuş boğazının atəşini söndürən bir mələyi Tantal sevə bilən kimi sevmişdi.

Ejen bal kostyumunda qayıtdıqdan sonra madam de Nusingen dedi:

– İndi atamın səhhətindən danışa bilərsiniz.

Ejen cavab verdi:

– Onun vəziyyəti çox pisdir. Siz məni sevdiyinizi təsdiq etmək istəyirsinizsə, atanıza baş çəkək.

– Çox yaxşı, ancaq baldan sonra. Mənim mehriban Ejenim, lütfkar ol, mənə nəsihət oxuma, gedək.

Onlar yola düşdülər. Ejen yolun yarısını sükut içində gedirdi. Delfina soruşdu:

– Sizə nə olmuşdur?

Ejen təəssüflə:

– Mən can verən atanızın xırıltısını eşidirəm.

O, coşqun gənclik bəlağəti ilə qrafinya de Restonun şöhrətpərəstlik düşkünlüyündən doğan rəhmsiz hərəkətindən, ata sədaqətinin son fədakarlığı nəticəsində xəstədə əmələ gələn öldürücü dönüşdən, Anastazinin qızıl tikməli libasının nəyin bahasına başa gəldiyindən danışmağa başladı. Delfina ağlayırdı:

Delfinanın beynindən belə bir fikir keçdi: “Mən axmaqlayıram”.

Göz yaşları dərhal qurudu.

– Mən atama qulluq edəcəyəm, – dedi, – onun yatağından bir an belə ayrılmayacağam.

Rastinyak fərəhlə məşuqəsinə cavab verdi:

– Elə mən də səni ancaq belə görmək istərdim.

 

 

De Boseanın mülkü qarşısında dayanan beş yüz karet f n r küçəni işıqlandırırdı. Çilçıraqla bəzənmiş darvazanın hər iki tərəfində atlı jandarmlar dayanmışdı. Bütün kübarlar, sanki, vikontessanın süqutunu görmək üçün axın-axın gəlirdilər. Madam de Nusingenlə Rastinyak gəldikləri zaman aşağı mərtəbədəki bütün otaqlar qonaqlarla dolmuşdu. XIV Lüdovik öz əmiqızısı hersoginya de Monpasyeni öz məşuqundan məhrum etdiyi və bütün kübar cəmiyyətinin saraya axışdığı zamandan bəri heç bir eşq fəlakəti madam de Boseanın fəlakəti kimi böyük gurultuya səbəb olmamışdı. Bu faciədə hələ öz hakimiyyətini itirməyən Burqundiya hersoqları nəslinin son nümayəndəsi öz iztirablarından daha qüdrətli olduğunu isbat etmişdi. O ancaq məhəbbətinin qalibiyyətinə kömək etdiklərinə görə dözdüyü kübarlar üzərində son dəqiqəyə qədər hökm sürmüşdü. Parisin ən qəşəng xanımları öz təbəssümləri və bəzəkləri ilə vikontessanın salonlarını canlandırırdı. Yüksək saray əhli, səfirlər, nazirlər, döşləri ordenli, ulduzlu, müxtəlif lentli məşhur adamlar madam de Boseanın ətrafına toplaşmışdılar. Öz kraliç gözündə səhraya dönmüş bu sarayın qızıllanmış çatıları altında orkestr melodiyası gurlayırdı. Birinci salonun qapısında dayanmış madam de Bosean özlərini dost kimi qələmə verən bu qonaqları qəbul edirdi.

Başdan-ayağa ağ geyinmiş, hörükləində heç bir bəzəyi olmayan bu qadın zahirən tamamilə sakit görünürdü. Onun üzündə nə vüqar, nə ələm, nə də süni şadlıq əlaməti sezilirdi. Heç kəs onun qəlbini oxumaq iqtidarında deyildi. Bir sözlə, o, mərmər Niobeyaya bənzəyirdi. Ən yaxın dostlarına bəxş etdiyi təbəssümlərində bəzən istehza sezilirdi, lakin yenə də o, hamının qarşısında xoşbəxt günlərində göründüyü kimi görünürdü. Ən həssas adamlar belə onun iradə qüvvəsinə heyrət edirdilər. Bir zamanlar

gənc Roma qızları da dodaqlarında təbəssümlə can verən qladiatorları belə alqışlayırdılar. Elə bil yüksək kübar cəmiyyəti bütün parıltısı ilə birlikdə öz hökmdar xanımlarından biri ilə vidalaşmağa gəlmişdi.

Vikontessa, Rastinyaka dedi:

– Mən sizin gəlməyəcəyinizdən qorxurdum.

Rastinyak onun bu sözlərini məzəmmət kimi qəbul edərək, həyəcanlı səslə cavab verdi:

– Vikontessa, mən buraya sonuncu olaraq getmək məqsədi ilə gəlmişəm.

Vikontessa, Rastinyakın əlini sıxaraq:

– Çox gözəl, – dedi – Burada, bəlkə də, siz mənim inandığım yeganə adamsınız. Sizi hər zaman sevə biləcək bir qadını sevin, dostum. Heç vaxt onu atmayın.

Vikontessa Ejenin qolundan tutub, qonaqların kart oynadığı salona apardı və divanda əyləşdirərək:

– Markizin yanına gedin, – dedi. – Mənim lakeyim Jak sizi ora ötürəcək və ona çatdırmaq üçün sizə bir məktub verəcəkdir. Mən xahiş edirəm ki, o, mənim məktublarımı geri qaytarsın. Bu məktubları sizə verəcəyinə ümidvaram. Məktubları alan kimi özünüzlə bərabər mənim üst mərtəbədəki otağıma gətirərsiniz. Sizin gəlməyinizi mənə xəbər verərlər.

Vikontessa ən yaxşı rəfiqəsi hersoginya de Lanjeni qarşılamaq məqsədi ilə ayağa durdu. Rastinyak saraydan çıxıb Roşfidlər malikanəsində markiz d’A udanı axtarmağa getdi. Markiz gecəsini burada keçirməli idi. Rastinyak markizi çağırtdırdı. Markiz onu öz evinə aparıb, qutunu Rastinyaka verdi və:

– Hamısı buradadır, – dedi.

Onun Rastinyakla danışmaq istədiyi hiss olunurdu. Bəlkə də, o, balı və vikontessanı soruşmaq istəyirdi, bəlkə də, öz gələcək izdivacından ümidsizliyə aparıldığını etiraf etmək istəyirdi... Bu izdivac, həqiqətən, onun üçün bədbəxt hadisə oldu. Bununla belə, markizin gözlərində qürur şimşəyi parladı, o, məzəmmətə layiq bir cəsarətlə ən namuslu hisslərini gizlədərək, bir söz demədi.

– Əzizim Ejen, mənim barəmdə ona bir söz söyləməzsiniz.

Markiz d’A uda Rastinyakın əlini kədərlə sıxdı və baş əyərək onunla vidalaşdı. Ejen yenə də Bosean malikanəsinə qayıtdı. Onu vikontessanın otağına ötürdülər. Burada yol tədarükü hiss olunurdu. Rastinyak buxarının yanında əyləşib, sidr ağacından qutuya nəzər saldı və dərin qüssəyə daldı. Madam de Bosean öz əzəməti ilə “İliada” ilahələrinə oxşayırdı.

Vikontessa içəri daxil olaraq:

– Dostum, sizsinizmi, – deyə onu qarşıladı və əlini Ejenin çiyninə qoydu.

Ejen kuzinasına baxdı: vikontessa gözlərini göylərə doğru qaldırıb ağlayırdı, Ejenin çiynindəki əli titrəyir, o biri qolu isə sınmış kimi yanına düşmüşdü. Birdən vikontessa qutunu götürüb buxarının içinə atdı, onun yanmağını seyr etməyə başladı.

– Bəli, rəqs edirlər! Hamı öz vaxtında gəlmişdir, lakin ölüm nədənsə gecikir.

Ejen danışmaq istədi, vikontessa dərhal barmağını onun dodaqlarına qoydu:

– Susun, dostum, susun. Mən artıq bir daha nə kübar cəmiyyətini, nə Parisi görəcəyəm: heç bir zaman görməyəcəyəm. Səhər saat beşdə Normandiyanın uzaq bir yerində özümü dəfn etmək üçün yola düşürəm. Mən saat üçdən səfərə hazırlaşmaq, kağızlara qol çəkmək, işlərimi nizama salmaqla məşğul olduğum üçün macal tapmadım ki, bir adam göndərib ondan...

Vikontessa duruxdu:

– Siz onu yəqin... yanında...

O, yenə duruxdu, dərdin ağırlığı onu danışmağa qoymurdu. Belə dəqiqələrdə hər şey insanın ürəyinə tikan kimi batır və bəzən sözləri söyləmək mümkün olmur.

– Xülasə, mənim ümidim ancaq sizə idi: bu son xidməti mənə göstərəcəyinizə ümid edirdim. Dostluq əlaməti olaraq sizə bir şey bağışlamaq istərdim. Mən sizi tez-tez yada salacağam, siz hər zaman mənim nəzərimdə namuslu və xeyirxah bir adam kimi görünürdünüz, halbuki kübarlar dünyasında bu cür adamlara təsadüf etmək çətindir. Sizin də məni bəzən xatırlamanızı arzu edərdim. Dayanın, – dedi və otağa bir nəzər saldı. – Əlcəklərimi qoyduğum bu mücrünü görürsünüzmü? Hər dəfə bala, yaxud teatra hazırlaş rkən bu əlcəkləri çıxardığım zaman mən xoşbəxt olduğum üçün gözəl qadın olduğumu hiss edirdim. Mən bu qutuya həmişə gözəl fikirlərlə təmas edərdim: bir çox həyəcanlarım bununla bağlı idi, artıq yaşamayan vikontessa de Boseanın bütün varlığı buna bağlı idi. Bu qutu sizindir. Onun sizin evinizə, d’Artua küçəsinə aparılmasını tapşıraram. Madam de Nusingen bu gün çox cazibədardır, onu səmimiyyətlə sevin. Əgər bizə bir daha görüşmək qismət olmasa, dostum, inanın ki, mən həmişə sizin üçün Allaha dua edəcəyəm, siz həmişə mənimlə mehriban olmuşsunuz. Gedək aşağıya, qoy heç kəs mənim ağlaya biləcəyimi düşünməsin. Mənim qarşımda bir əbədiyyət var, mən tək-tənha yaşayacağam, heç kəs mənim nə üçün ağladığımı soruşmayacaq. Mən son dəfə bu otağa maq istəyirəm.

Ardı var...

19 noyabr 2015
GO BACK