Qadin.NET / O.Balzak "Qorio ata"-40

O.Balzak "Qorio ata"-40

 


Delfina atasına deyirdi:

 

– Ah, , , - . Burada açıq danışmaq olarmı?

Qorio ata kədərli səslə:

– Bəli, qızım, – dedi, – evdə heç kəs yoxdur.

Madam de Nusingen təşvişlə:

– Ata, sizə nə oldu?

Qoca cavab verdi:

– Başıma, elə bil, dəyənək çırpdın. Allah sənin günahını bağışlasın, qızım! Səni nə qədər sevdiyimi bilmirsən. Əgər bunu bilsəydin, birdən-birə mənə belə sözlər deməzdin, xüsusilə də vəziyyət ümidsiz olmayanda. Sən bura nə üçün gəlmisən, biz ki bir neçə dəqiqədən sonra d’Artua küçəsinə köçməliyik?

– Ah, atacan, fəlakət baş verdiyi zaman səbir etmək mümkündürmü? Mən başımı itirmişəm. Vəkil işin iflasla qurtaracağını bildirmişdir. Belə bir dəqiqədə sizin zəngin ticarət təcrübənizə böyük ehtiyac var. Suda boğulan saman çöpündən yapışdığı kimi, mən də sizin yanınıza gəlmişəm. Dervil Nusingenin cürbəcür bəhanələrlə maneələr törətdiyini görəndə onu məhkəmə ilə qorxutmuş və məhkəmə sədrinin qərarını tezliklə alacağını bildirmişdir. Bu səhər Nusingen mənim yanıma gəldi və mənə belə bir sual verdi: siz hər ikimizin, sizin də, mənim də iflas etməyimizi istəyirsiniz? Mən cavab verdim ki, bu işdən başım çıxmır, mənim məqsədim ancaq öz sərvətimi qaytarmaqdır, bütün bu qarışıq məsələləri həll etmək vəkilimin vəzifəsidir; mənə gəlincə, bu barədə mən heç bir şey bilmirəm. Siz mənə bu cür cavab verməyi məsləhət görməmişdinizmi?

Qorio ata cavab verdi:

– Bəli, qızım, düz deyirsən.

– Bu sözlərdən sonra o, işin nə yerdə olduğunu mənə izah etdi. Belə məlum olur ki, o həm öz sərmayəsini, həm də mənim sərmayəmi yenicə başlanmış bir işə qoymuşdur və bu məqsədlə xarici ölkələrə böyük məbləğlər göndərmişdir. Əgər mən öz cehizimi ondan geri tələb etsəm, o, özünü müflis elan etməyə məcbur olacaq, lakin mən bir il gözləməyə razı olsam, o, öz namusuna and içir ki, mənim pullarımı torpaq əməliyyatına qoymaqla sərvətimi iki, yaxud üçqat artıq həcmdə özümə qaytaracaq, mən də bundan sonra öz mülkümə sahib olacağam. Mehriban ata, o, səmimi danışırdı, mənim ürəyimə qorxu saldı. Nusingen hərəkətləri üçün məndən üzr istədi, mənə azadlıq verdi, işləri mənim adımdan idarə etmək haqqını ona tapşırmaq şərti ilə, ürəyim nə istərsə etməyə mənə icazə verdi. Nə qədər səmimi olduğuna məni inandırmaq üçün mənə vəd etdi ki, nə vaxt istəsəm, Dervili yanına çağırtdıra bilər və sərvətimi özümə qaytarmaq sənədlərini yoxlatdıra bilərəm. Xülasə, o, əl-qolu bağlı mənə təslim oldu. O xahiş edir ki, mən iki il daha evi idarə edim, bir də yalvarır ki, ev üçün ayırdığı puldan artıq xərcləməyim. O, zahiri asayişi gözləməkdən başqa çarəsi qalmadığını mənə isbat etdi; artıq rəqqasəsindən belə ayrılmışdır; başladığı əməliyyatı, öz kreditini pozmadan başa çatdırmaq məqsədi ilə hər şeydə qənaət əcəyini anlatdı. Mən hər şeyi öyrənmək məqsədi ilə onunla sərt rəftar elədim, heç nəyə inanmadığımı söylədim. O, bütün dəftərlərini mənə göstərdi, axırda isə gözləri yaşardı, ağladı. Mən ömrümdə kişini belə vəziyyətdə görməmişdim. O, intihar fikrində olduğunu deyirdi, lap başını itirmişdi. Yazığım gəldi.

Qorio ata dedi:

– Sən də onun bu nağıllarına inandın! O, oyunbazdır! Mən ticarət aləmində çox almanlara rast gəlmişəm: demək olar, onların əksəriyyəti açıqürəkli, sədaqətli adamlar idi, lakin səmimiyyət və xoşdillik pərdəsi altında hiyləgərliyə və fırıldaqçılığa başlayanda hamını ötərlər. Ərin səni ələ salır. Onu divara mişlər, odur ki özünü ölülüyə vurur, məqsədi sənin adınla sənin sərvətinə daha sərbəst ağalıq etməkdir. İşləri düz gətirməsə, bu vəziyyətdən mütləq istifadə edəcək. O həm hiyləgərdir, həm də xain adamdır, tülküdür. Yox, yox, mən qızlarımı dilənçi qoyub, Per-Laşez qəbiristanına getmək niyyətində deyiləm. Hələ mən ticarət işlərindən baş aça bilirəm. Bəli, demək, o, bütün sərmayəsini ticarətə qoymuşdur. Nə eybi var! Demək, onun bu ticarət işlərində iştirakı qiymətli kağızlar, qəbzlər, müqavilələrlə isbat olunmalıdır. Qoy o, bütün sənədləri sənə göstərsin, səninlə haqq-hesabını qurtarsın. Biz də mənfəətli işləri özümüz üçün seçərik və bəxtimizi sınayarıq; bu surətlə bizim qanun tərəfindən təsdiq edilmiş bir firmamız olar: öz zövcəsi baron de Nusingenlə təqsimi vəziyyətində olan Delfina Qorionun firması. Yoxsa o, bizi axmaq yerinə qoyub? Yoxsa o, belə zənn edir ki, mən sənin var-yoxunu itirib, bir parça çörəyə möhtac olduğunu bilə-bilə, iki gün dözə bilərəm?! Xeyr, mən bir gün belə, bir gecə belə, iki saat belə dözə bilmərəm! Əgər bu, həqiqət olarsa, mən sağ qalmaram! Hələ bu azdır! Mən qırx il zəhmət çəkmişəm, kisə daşımışam, qan-tər tökmüşəm, sizin üçün bütün ömrüm boyu özümü hər şeydən məhrum etmişəm. Yalnız siz, mənim mələk qızlarım, yalnız siz mənim hər bir yükümü, hər bir zəhmətimi yüngülləşdirmisiniz! İndi isə mənim həyatım, mənim sərvətim puç olub gedəcək! Hiddətimdən, qəzəbimdən partlaram! And olsun müqəddəs göylərə, and olsun torpağa, biz onun iç üzünü açacağıq, dəftərləri, kassanı, müəssisələri, hər şeyi yoxlayacağıq! Sərvətinin yerli-yerində olduğunu sübut etməyincə gözümə yuxu getməyəcək, boğazımdan çörək keçməyəcək! Şük r olsun Allaha ki, sənin mülkünün idarəsi onunkundan ayrıdır! Xoşbəxtlikdən, sənin vəkilin namuslu adamdır. Dervilin özüdür. Allaha and olsun! Milyonc ğazın özünə qalacaq, sən ömrünün son günlərinə qədər ildə əlli min gəlirini alacaqsan, yoxsa mən Parisdə elə bir tufan qopardaram ki, bütün dünya mat qalar! Əgər bizim haqqımızı məhkəmələrdə tapdalasalar, hər iki alataya müraciət edəcəyəm. Mən sənin pul cəhətdən təmin olunmağına əmin olmalıyam. Buna əmin olsam, dərdim azalar, üzüm gülər. Pul həyat deməkdir. Pul hər şey deməkdir. Gör sənin bu Elzas kötüyün bizi nə yerə qoyur! Delfina, qollarına zəncir taxan və səni bədbəxt edən bu piyli donuza bir liar belə güzəştə getmə! Əgər onun sənə ehtiyacı varsa, boynunu elə möhkəm burarıq ki, bir də ona dərs olsun! Allah, Allah! Başım od tutub yanır, elə bil, kəlləmin içinə od vurublar! Mənim Delfinam dilənçi günündə qalsın? Sən? Ah, Fifinacığım! Lənət şeytana! Hanı mənim əlcəklərim! Gedək, gedək bu saat, mən hər şeyi yoxlamaq istəyirəm: dəftərləri, n d pulunu, məktubları, işləri, hər şeyi yoxlayacağam. Sərvətinin təhlükə altında olmadığını sübut edincəyə qədər mən sakitləşməyəcəyəm. Mən bunu öz gözlərimlə görməliyəm.

– Mehriban ata, ehtiyatlı olun! Əgər siz bu məsələyə zərrə qədər belə intiqam hissi qarışdırsanız, həddən artıq ədavətə başlasanız, mən məhv oldum. O, sizi yaxşı tanıyır və sizin təsiriniz altında cehizimin taleyi ilə maraqlandığımı tamamilə təbii bir şey hesab edir, lakin and içirəm ki, mənim sərvətim onun əlindədir, ancaq o, bu sərvəti əldən verməməyi qət etmişdir. Bu alçaq bütün kapitalı götürüb qaça bilər, əlimiz boşa çıxar! O çox yaxşı bilir ki, adım rüsvay olmasın deyə onu təqib etməyəcəyəm. O həm acizdir, həm də qüvvətli. Mən hər şeyi ətraflı düşünmüşəm. Biz onu elə dərəcəyə çatdıra bilərik ki, o məni tamam müflis etdirər.

 

O.Balzak "Qorio ata"-40

 

 

– Demək, o, fırıldaqçıdır?

Delfina ağlaya-ağlaya özünü kresloya atdı və:

– Bəli, ata, bəli, elədir ki var, – dedi. – Məni belə bir adama ərə verdiyiniz üçün məyus olmağınızı istəmədiyimə görə bunu etiraf etmək istəmirdim. Onun gizli vərdişləri, vicdanı, ruhu, bədəni bir-birindən geri qalmaz. Bu, dəhşətli şeydir! Mən ondan ikrah edirəm, nifrət edirəm! Onun mənə söylədiyi sözlərdən sonra mən bu alçaq adamı görmək iqtidarında deyiləm. Onun mənə danışdığı maliyyə fırıldaqları ilə məşğul olmağa qadir olan bir şəxsin zərrə qədər vicdanı yoxdur. Mənim bütün qorxduğum da onun

ürəyini açıqdan-açığa oxuya bilməyimdir. Təsəvvür edin, o, yəni mənim ərim, mənə tam azadlıq təklif etdi, siz bunun nə demək olduğunu başa düşürsünüzmü? O yalnız bir şərt qoydu ki, mən onun əlində alət olmalıyam, sözün qısası, onun fırıldaqları üçün bir pərdə olmalıyam.

Qorio ata çığırdı:

– Unutma ki, qanun var, məhkəmə var, bu cür kürəkənlər üçün Qrev meydanı var! Əgər cəllad tapılmasa, mən özüm onun başını gil otində vuraram!

– Yox, ata, onun qarşısında qanunlar da acizdir. Nusingenin mənə danışdıqlarını iki kəlmə ilə, bəzək üçün söylədiyi sözlərdən təmizlənmiş şəkildə sizə söyləyə bilərəm: “Ya hər şey məhv olacaq, sizin bir liarınız belə qalmayacaq, iflas olacaqsınız, çünki sizdən başqa özümə köməkçi tapmaq mənim üçün mümkün deyildir; ya da gərək siz başladığım işləri axıra qədər aparmağa mənə imkan verəsiniz”. Aydındırmı? O, hələ mənimlə hesablaşır. O, mənim qadın namusuma inanır, o bilir ki, mən onun sərvətini mənimsəməyəcəyəm, öz sərvətimlə kifayətlənəcəyəm. Mən bu fırıldaqçı, şərəfsiz şirkətə razılıq verməyə məcburam, çünki razı olmasam, iflas olacağam. O, mənim vicdanımı satın alır və ürəyim istədiyi qədər Ejenə arvad olmağa icazə verir. O deyir ki: “Mən sənə hər bir günah işlətməyə icazə verirəm, sən də mənə yoxsulları qarət etmək üçün zülmlə məşğul olmağa imkan verməlisən!” Onun bu mülahizəsi də aydın deyilmi? Hələ siz onun əməliyyat nəyə dediyini bilirsinizmi? O, öz adına boş yerləri satın alır, sonra isə əlaltı adamlara bu yerdə ev tikməyi tapşırır. Bu adamlar da ev tikməyi podratçılara tapşırır və onlara uzunmüddətli veksellər verir, sonra isə cüzi məbləğ müqabilində mənim ərimə tikinti pulunun alınması haqqında qəbz verirlər. Bu surətdə evin sahibi Nusingen olur, əlaltı adamlar isə özlərini müflis elan edərək, podratçıları aldadırlar. Nusingen ticarət evinin firması bədbəxt inşaatçıların gözündən pərdə asmaq üçündür. Mən onun bu fırlıdağını başa düşdüm. Başa düşdüyüm başqa bir şey də var: Nusingen çox pul xərcləməyə məcbur olduğunu isbat etmək məqsədi ilə Amsterdama, Neapola, Londona, Vyanaya böyük məbləğdə pul köçürmüşdür. Biz bu pullar bilərikmi?

Ejen Qorio atanın otaqda yıxıldığını və dizlərinin boğuq bir səslə döşəmə taxtasına dəydiyini duydu.

Ardl var...

9 noyabr 2015
GO BACK