Rəssam məsxərə ilə Puareyə dedi:
– Vay səni dəcəl, rədd ol bur dan!
Byanşon dedi:
– Eybi yoxdur, indi ki siz getmirsiniz, biz gedirik.
Pansionerlərin hamısı otaqdan çıxmaq üçün hərəkətə gəldi.
Voke çığırdı:
– Madmazel, axı siz məndən nə istəyirsiniz? Mən talan oldum. Sizin bur da qalmağınız mümkün deyil: axırda zor gücünə sizi buradan qovacaqlar.
Madmazel Mişono ayağa durdu.
– Deyəsən, gedir!
– Yox, getmir!
– Gedir!
– Getmir!
Bir-birini təqib edən bu səslər və düşmən hərəkətlər, madam Voke ilə bir qədər pıçıldaşdıqdan sonra madmazel Mişononu evi tərk etməyə məcbur etdi. Hədələyici tövrlə o:
– Mən madam Bünonun evinə köçürəm, – dedi.
Bünonun pansionu “Voke evi”nin rəqibi idi, buna görə də madam Voke bu pansiona nifrət bəsləyirdi. Mişononun bu evi seçməsindən təhqir edilmiş madam Voke:
– Hara ürəyiniz istəyir, gedə bilərsiniz, madmazel, – dedi. – Bünonun pansionuna köçün, orada sizə elə şərab içirdərlər ki, qarnınızı tutarsınız, yeməklərini də Allah göstərməsin.
Pansionerlər dərin sükut içində sıraya düzüldülər. Puare mehriban nəzərlə madmazel Mişonoya baxdı, onun ınca düşməkmi, qalmaqmı, yoxsa nə etmək lazım gəldiyini bilmədən, elə tərəddüd göstərdi ki, qoca Mişononun köçməyindən şad olan pansionerlər bir-birinin üzünə baxıb gülüşdülər.
Rəssam çığırdı.
– Pıs, pıs, pıs, Puare. Bir, iki, bir, iki, hop, hop!
Muzey məmuru məşhur bir romansın əvvəlini məsxərə ilə oxudu:
Bir gün yola düşdü Suriyaya tərəf
Bizim gözəl oğlan, qəşəng Dünua...
Byanşon dedi:
– Gedin, gedin, siz ki onun həsrətindən ölürsünüz. Trahit gua guemgue foluptas.1
Repetitor əlavə etdi:
– Hər kəs öz sevgilisinin ınca gedər. V rgilinin sözlərinin sərbəst tərcüməsi budur.
Madmazel Mişono Puareyə baxdı və qolundan tutmaq istədiyinə işarə etdi. Puare bu çağırışa dözməyib, ona yaxınlaşdı və qolunu .
Qəhqəhə və alqış səsləri gurladı.
– Afərin, Puare!
– Vay səni qoca Puare!
– Apollon Puare!
– Mars Puare!
– Qoçaq Puare!
Bu qasid içəri girdi və madam Vokeyə bir məktub verdi. Voke məktubu oxuyub, taqətsiz halda stulun üst ə çökdü.
– Evimi yandırmaqdan başqa çarəm qalmayıb! Fələk belimi sındırdı! Saat üçdə Tayferin oğlu vəfat etdi. Mən zavallı gəncin fəlakəti bahasına madam Kutür və Viktorinaya yaxşılıq arzu etdiyimə görə cəzamı aldım. İndi bu xanımlar şeylərini geri istəyirlər: onlar qoca Tayferin yanında yaşayacaqlar. Tayfer madam Kutürün də evində qalmağına icazə vermişdir. Artıq beş otaq boşaldı, beş kirayənişin azaldı! Nə müsibətlərə düşdüm!
Voke az qala ağlayırdı. Küçədən ekipaj keçirdi. Birdən onun səsi evin qabağında kəsildi.
Silviya:
– Başımıza yeni müsibət gəlir, – dedi.
Birdən otaqda Qorio göründü. Onun üzündən xoşbəxtlik nuru yağırdı, təzəcə anadan olmuş kimi gümrah görünürdü.
Pansionerlər:
– Qorio ekipaja minib! Görünür, qiyamət günü çatıb, – deyə çığırdılar.
Qoca, Ejenin dalğın oturduğu doğru yönəldi. Onun qolundan tutub, şad halda dedi:
– Gedək.
Rastinyak cavab verdi:
– Siz hələ nələr olduğunu bilmirsiniz! Votren katorqalı imiş, onu bu saat həbs edib apardılar, Tayferin oğlu isə ölmüşdür.
Qorio ata dedi:
– Bunun bizə nə dəxli var?! Mən qızımla birlikdə, sizin evinizdə nahar edəcəyəm, başa düşürsünüzmü? Qızım sizi gözləyir, gedək!
O, öz məşuqəsini qaçırırmış kimi, zorla Ejenin qolundan çəkdi, tələbəni aparmaq istədi.
Byanşon səsləndi:
– Gəlin nahar edək!
Hamı stul götürüb, süfrənin ətrafında əyləşdi.
Yoğun Silviya:
– Bəli, – dedi, – bu gün bizim hər işimiz müsibətdir, qoyun ətinin qovurması da yandı. – Çarə yoxdur, elə yanmışını yeyərsiniz!
Süfrənin ətrafında on səkkiz pansioner əvəzinə yalnız on nəfər əyləşmişdi. Madam Voke mat-məəttəl qalmış, dili tutulmuşdu. Hamı ona təsəlli verməyə və a mağa çalışırdı. Əvvəlcə söhbət Votrendən və bu günün hadisələrindən başladı, lakin bir az sonra dola bac yollarla mövzunu dəyişib, duel, katorqa, məhkəmə, qanunların dəyişməsi və həbsxana məsələsinə keçdilər. Nəhayət, söhbət Jak Ko lendən, Viktorinadan, onun qardaşından min lyö məsafəsinə uzaqlaşdı. Otaqda ancaq on nəfər olmasına baxmayaraq, onlar iyirmi nəfərdən də bərk gurultu qopardılar. Bu dəfə camaatın həmişəkindən çox toplaşdığını zənn etmək belə olardı. Dünənki naharla bugünkü naharın fərqi də ancaq bunda idi. Parisin gündəlik hadisələri içərisində özü üçün hər vaxt yeni qida tapan bu xudbin insanlara yeni adi qayğısızlıq üstün gəldi. Madam Voke də kök Silviyanın səsindəki ümid əlamətlərinə aldanaraq sakit .
Bütün bu gün, səhərdən axşama qədər davam edən hadisələr, Rastinyakın nəzərində bir xəyal idi. Möhkəm iradəsinə və ağıllı olmağına baxmayaraq, o, ekipajda Qorio ata ilə yan-yana oturduğu halda, yenə fikirlərini bir yerə cəmləşdirə bilmirdi. Keçirdiyi həyəcanlardan sonra qocanın fövqəladə fərəhlə dolu mülahizələri Ejenə yuxu kimi görünürdü; sanki o, bu söhbətlərə yuxulu-yuxulu qulaq asırdı.
– Səhər tezdən hər şeyi qurtardıq. Biz üçümüz də bir yerdə nahar edəcəyik! Başa düşürsünüzmü? Düz dörd ildir mən Delfina ilə, mənim Fifinamla nahar etməmişəm. İndi o, bütün axşamını mənimlə keçirəcək. Səhər obaşdannan mən sizin evinizdə çalışıram. Sürtukumu çıxarıb, fəhlə kimi işləyirdim. Mebeli daşımağa kömək edirdim. Ah, siz Fifinamın süfrə başında nə gözəl olduğunu bilmirsiniz! O qədər mənim qayğımı çəkir ki... “Atacan, bax bunu yeyin, çox dadlıdır!” Mən isə onu bu halda görəndə yemək belə yadımdan çıxır. Bəli, çoxdandır mən onunla belə xoş gün keçirməmişəm!
Ejen dedi:
– Demək, bu gün dünya alt-üst olub?
Qorio ata təəccüblə:
– Alt-üst olub? – deyə soruşdu. – Bəli, dünya heç zaman bu qədər gözəl olmamışdır. Küçələrdə bütün insanlar mənə şad görünür: hamı bir-birinin əlini sıxır, əhvalını xəbər alır, öpüşür, hamının üzündən səadət yağır; sanki bu gün hamı öz qızının yanına nahara gedir, sanki hamı mənim Fifinam kimi “İngilis kafesi”nin baş aşpazına ləziz xörəklər sifariş etmişdir. Bəli, onun hüzurunda turş xiyar belə baldan şirin olar!
Ejen dedi:
– Mən, deyəsən, özümə gəlirəm.
Qorio ata ekipajın qabaq tərəfindəki şüşəni qaldırıb :
– ez sür, tez, – dedi. – Sürəti artır, əgər mənim dediyim yerə on dəqiqəyə kimi çatsan, sənə on su araqpulu verəcəyəm.
Qorionun bu vədini eşidən sürücü atları ildırım sürət ilə sürdü.
Qorio ata şikayətlənirdi:
– Əşi, bu, yerindən tərpənmir ki...
Rastinyak soruşdu:
– Siz məni hara aparırsınız?
– Öz evinizə, – deyə Qorio cavab verdi.
Karet d’Artua küçəsində dayandı. Qoca qabaqca düşdü və şadlığından heç nəyi vecinə almayan adam səxavəti ilə sürücüyə on frank atdı. Rastinyaka:
– Gedək, – dedi.
Təzə, qəşəng bir evin tərəfindəki həyətdən keçərək, Ejeni dördüncü mərtəbədəki mənzilin qapılarına yetirdi. Qorio ata zəngi belə çalmadı. Qapını madam de Nusingenin xidmətçisi Tereza açdı. Ejen dəhlizdən, kiçik salondan, yataq otağından və pəncərəsi bağçaya açılan kabinetdən ibarət qəşəng bir mənzilə daxil oldu. Kiçik salondakı rahat, zərif mebel göz oxşayırdı. Delfina mum şamların işığında, buxarının qabağındakı balaca divanın üstündə əyləşmişdi. Ejeni görən kimi ayağa durdu, buxar nın qapağını qoydu və mehriban səslə Rastinyaka dedi:
– Bu nə deməkdir? nızca adam göndərmək lazımdır, dilbilməz cənab!
Tereza otaqdan çıxdı. Ejen Delfinanı qucaqladı, bağrına basdı, sevincindən ağladı. Bir gün ərzində keçirdiyi və ağlını, qəlbini yoran bu ağır həyəcanlardan sonra “Vokenin evi”ndəki mənzərədən bu mənzərəyə keçid Rastinyakın hisslərinə dərin təsir etmişdi.
Danışmaq iqtidarında olmayan Ejen yorğun halda, bu sehrin haradan gəldiyini anlamadan, balaca divanın üstündə uzandığı vaxt Qorio ata qızına:
– Onun səni sevdiyini mən bilirdim, – deyə pıçıldadı.
– Gəlin, bir baxın, – deyə madam de Nusingen Rastinyakın qolundan tutub yataq otağına apardı. Burada hər şey – xalılar da, mebel də, hətta xırda şeylər də Delfinanın otağını xatırladırdı, fərq yalnız onda idi ki, burada hər şey kiçik həcmdə idi.
Rastinyak:
– Yalnız çarpayı çatmır, – dedi.
Delfina qızardı və onun əlini sıxaraq:
– Bəli, – deyə cavab verdi.
Ejen Delfinanın üzünə baxdı: o, hələ gənc idi, sevən qadının qəlbində nə qədər ismət, həya olduğunu anladı; Delfina qulağına pıçıldadı:
– Siz pərəstişə layiqsiniz. Biz bir-birimizi yaxşı başa düşürük, odur ki mən cəsarətlə deyə bilərəm: məhəbbət nə qədər qüvvətli, nə qədər səmimi olarsa, bir o qədər də gözəl və əsrarəngiz olar. Sirrimizi heç kəsə verməyəcəyik, deyilmi?
Qorio ata deyindi:
– Görünür, siz məni hesaba almırsınız.
– Siz özünüz yaxşı bilirsiniz ki, siz elə biz deməksiniz.
– Ah, elə mən də bunu istəyirdim! Siz mənə fikir verməyəcəksiniz, deyilmi? Mən xeyirxah ruh kimi gəlib-gedəcəyəm; siz onu görməyəcəksiniz, ancaq burada olduğu u biləcəksiniz. Görürsənmi, Fifinacan, Nini, Didi! Mən sənə: “d’Artua küçəsində yaxşıca bir mənzil var, gəl onu Ejen üçün hazırlayaq” deyəndə tamamilə haqlı idim. Hələ sən istəmirdin də; həyatı sənə mən vermişəm, sevinci də mən verəcəyəm. Atalar həmişə öz atalıq səadətlərindən feyz almalıdırlar. Atanın vəzifəsi həmişə məkdir, almaq deyil.
– Necə?
– Bəli, bəli, elədir ki var. O, axmaq dedi-qodulardan qorxurdu: guya, kübar cəmiyyətin rəyi xoşbəxtlikdən üstündür! Halbuki bütün qadınlar onun etdiyi şeylərin həsrəti ilə yaşayırlar...
Qorio ata təklikdə danışırdı, madam de Nusingen Ejeni kabinetə aparmışdı və bir azdan sonra oradan, çox ehtiyatlı olsa da, yenə də eşidilən busə səsi gəldi. Bu otağın da zərifliyi başqa otaqlardan geri qalmazdı. Bundan gözəl şey arzu etmək mümkün deyildi.
Ardı var...