Qadin.NET / O.Balzak "Qorio ata"-36

O.Balzak "Qorio ata"-36

 

 

Gizli polis idarəsinin rəisinə tərəf dönərək:

– Sənin nəzakətli olduğun zamanlar ötüb-keçdi,* – dedi. Sonra başının işarəsi ilə jandarmları çağırıb, əllərini onlara uzatdı. – Cənablar, jandarm ağalar, zəncirləri taxa bilərsiniz. Buradakılar şahid olsunlar ki, mən müqavimət göstərmədim.

Bu insan yanardağındakı atəş və lavanın sürətlə göyə qalxması və yenə yerə enməsi hamını heyran qoydu, yemək otağında heyrət səsləri eşidildi.

Ko len gizli polis idarəsinin rəisinə baxaraq:

– Kartın vuruldu, cənab qarətkar, – deyə davam etdi.

Sent-Ann döngəsindən gələn adam son dərəcə ikrahla dedi:

– Yaxşı, soyun görüm.

Ko len:

– Soyunmaq nəyə lazım? – dedi. – Burada xanımlar var. Mən heç şeyi danmıram və təslim oluram.

O, bir az suküt etdi və qəribə şeylər xəbər vermək niyyətində olan natiqlər kimi ətrafına boylandı.

Sonra stolun əyləşib portfelindən həbs protokolunu çıxardan qocaya:

– Yaz, Lyaşapel ata, – dedi. – Mən etiraf edirəm: iyirmi il zəncirli məhbəsə məhkum edilən, “Ölüm-yalan” adı ilə şöhrət qazanan Jak Ko len mənəm. Bu adı nahaq yerə daşımadığımı indicə görə bildiniz. Sonra üzünü kirayənişinlərə tutaraq: – Mən barmağımı belə tərpətsəydim, bu üç casus mənim mərcani şirəmi Voke cicinin xalçaları üstünə tökəcəkdi. Bu boşboğazlar tələ qurmaqda mahirdirlər.

Bu sözləri eşidən madam Voke halının dəyişdiyini hiss etdi. Silviyaya şikayətlənərək:

– Aman Allah, – dedi. – Adamın başına hava gəlir! Mən də dünən axşam onunla Gete teatrına getmişdim!

Ko len davam edərək:

– Dünyaya bir az fəlsəfi nəzərlə baxın, Voke cici, – dedi. – Dünən axşam siz Getedə mənim lojamda əyləşmişdinizsə, bunun nə eybi var? Məgər siz bizdən yaxşısınız? Bizim çiynimizə basılan damğa çürüyən cəmiyyətin xəstə üzvlərinin ürəyinə basılan damğadan min dəfə yaxşıdır.

Ko en Rastinyaka mehriban nəzərlə baxdı, gülümsədi. Bu təbəssüm, bu baxış onun üzündəki sərt ifadə ilə təzad təşkil edirdi.

– Şərtimiz, mənim mələyim, yenə baqidir, əlbəttə, əgər razı olarsa! Başa düşürsünüz?

Kolen oxuya-oxuya:

Fanşettam bir ulduzdur,

Nə qədər sadə qızdır... –

dedi. Sonra yenə sözünə davam edərək:

– Narahat olmayın, mənim payıma düşəni almağı bacararam. Hamı məndən qorxur, mənə heç kəs kələk gələ bilməz!

Artıq şəxsiyyət deyil, nəsli qurumuş heyvan cinsinin, vəhşi və ağıllı, yırtıcı heyvan kimi zirək tayfanın qalığından başqa bir şey olmayan bu adamın varlığında və sözlərində katorqanın adətləri, kəskin sıçrayışlarla təlxəklikdən dəhşətə keçən dili, katorqanın müdhiş əzəməti, rəsmiyyətsizliyi, qəddarlığı təcəssüm edirdi. Ko len bir an içində cəhənnəm dastanının mücəssəməsi oldu: burada bütün insan hissiyyatı ifadə olunmuşdu, yalnız bir hiss görünmürdü: peşmançılıq. Onun baxışı yenə də daimi mübarizə niyyətində olan düş ün, məğlub edilmiş bir mələyin baxışına bənzəyirdi. Onun rüsvayçı dostluğunu pis niyyətlərin cəzası kimi bağışlayan Rastinyak, başını aşağı saldı. Ko len otaqdakıları müdhiş nəzərlə gözdən keçirərək:

– Məni kim satdı? – dedi. Baxışı madmazel Mişononun üzündə dayandı. – Məni sənmi satdın, qoca kaftar? Sən məni süni şəkildə xəstələndirdin, casus? Bircə həftə keçməz ki, boğazını üzmək üçün mənim ancaq iki kəlməm kifayət edər. Mən səni bağışlayıram, xristianam. Xeyr, məni sən satmadın. Bəs məni kim satdı? – Polislərin onun otağındakı şkafları sındırıb şeylərini götürdüklərini duyaraq, dəhşətli səslə bağırdı: – Hey! Hey! Yuxarıda nə axtarırsınız? Quşcuğazlar öz yuvasından hələ dünəndən uçmuşlar. Heç şeyi öyrənə bilməyəcəksiniz. Mənim ticarət kitablarımın hamısı bax buradadır. – O, alnına vurdu. – İndi başa düşdüm. Məni kimin satdığını öyrəndim. Məni satan məlun İpəksapıdır. Başqası ola bilməz. Elə deyilmi, cənab qarətkar? – Bu sualı Kol en polis rəisinə verdi. – Bizim bank biletlərimiz, doğrudan da yuxarıda idi, bunu isə ancaq o bilirdi. İndi mənim əziz casuslarım, orada heç şey qalmamışdır. İpəksapına gəlincə, yanına mühafizə üçün bütün jandarmlarınızı qoysanız belə, iki həftə keçməz ki, onu yerə sərərlər. Mişonetkaya nə qədər vermişsiniz? – deyə Ko len polislərdən soruşdu. – Bir neçə min? Mənim qiymətim daha bahadır. Vay səni çürük Ninon*, qəbir üstündəki Venera, cır-cındırlı Pompadur!* Sən mənə xəbərdarlıq etsəydin, altı minin olardı! Aha! Dirilərin ətini satan qoca möhtəkir, bu, sənin ağlına gəlməmişdir, yoxsa mənimlə düzəlişərdin. – Polislər Kol enin əllərinə zəncir taxdıqları zaman o əlavə etdi. – Mən sənə istədiyini verərdim, çünki səyahət etməyə heç həvəsim yoxdur, başdan-başa ziyandır. İndi bunlar məni əzişdirmək üçün oyan-buyana sürükləyəcəklər. Lap bu saat məni katorqaya göndərsəydilər, rfevr sahil küçəsi casuslarına* baxmayaraq, tezliklə yenə öz işlərimə qayıdardım. Katorqada hamı dəridən çıxar, ancaq yenə də öz generallarını, sevimli “Ölüm-yalan”larını qaçırdardılar. Mənim on mindən artıq qardaşım vardır ki, mənim yolumda özlərini oda atarlar, sizin də varınızdırmı? – Kol enin səsində qürur və inam hiss olunurdu. Döşünə vuraraq: – Bu, yaxşı ürəkdir. – dedi. – Mən ömrümdə heç kəsi heç vaxt satmamışam! Ey, qoca kaftar, bir bunlara baxsana. Görmürsənmi, onlar mənə qorxa-qorxa baxır, amma sənə baxanda iyrənirlər. Al payını!

Kolen kirayənişinlərə baxa-baxa bir az sükut etdi. Sonra:

– Amma nə axmaq görünüşünüz var! Ömrünüzdə katorqalı görməmisiniz nədir? Sizin qabağınızda mərd-mərdanə duran Ko len kimi katorqalılar başqa adamlar kimi alçaq və qorxaq deyillər. O, Jan-Jakın* dediyi ictimai müqavilə qanunlarını pozanlara qarşı protest edir. Mən Jan-Jakın şagirdi ol iftixar edirəm. Mən jandarmları, büdc , məhkəmələri olan hakimiyyətin əleyhinə tək üsyan edirəm. Hökumətə qalib gəlirəm.

Rəssam dedi:

– Lənət şeytana! Ondan nə gözəl şəkil çəkmək olardı!

 

O.Balzak "Qorio ata"-36

 

 

Ko len gizli polis idarəsinin rəisinə müraciətlə:

– Mənə bax, ey əlahəzrət cəlladın lələsi, Dul arvadın vadisi (katorqalılar müdhiş şeriyyətlə aşılanmış bu adı gilyotin vermişlər), zəhmət olmasa, mənə sözün düzünü söylə: məni satan kimdir? İpəksapıdır ? Yoxsa bu, haqsızlıq olar, mən istəmirəm ki, o, başqasının cəzasını çəksin.

Bu polislər Ko lenin otağını alt-üst edib, şeylərin siyahısını sonra, aşağı endilər, rəisə pıçıltı ilə hesabat verməyə başladılar. İstintaq qurtarmışdı.

Ko len kirayənişinlərə müraciətlə:

– Cənablar, – dedi, – bu saat məni aparacaqlar. Mən burada yaşadığım müddətdə hamınız mənimlə nəzakətli olmusunuz, sizə minnətdarlığımı bildirirəm. İcazə versəniz, Provansdan sizin üçün üzüm göndərərəm.

O, bir neçə addım atdı, sonra boylanıb Rastinyaka baxdı. Nitqinin kobud tövrünə qətiyyən oxşamayan mehriban və həzin səslə dedi:

– Əlvida, Ejen. İşdir, əgər çətinə düşsən, sənin üçün vəfalı bir dost qoyub gedirəm.

Ko len, qollarının zəncirlə bağlı olmağına baxmayaraq, döyüş vəziyyətini aldı, qılıncoynatma müəllimi kimi ayağını yerə vurdu və “ ir, iki!” əmri ilə hücuma hazırlaşdı.

– Çətinliyə düşsən, ora gedərsən. Onun özü də, pulları da sənin ixtiyarındadır.

Bu fövqəladə insan öz son sözlərini təlxək kimi məsxərə ilə söyləsə də, Rastinyak bunun mənasını aydın başa düşdü. Jandarmlar, və polislər evdən çıxdıqdan sonra Silviya, xanımının gicgahlarına sirkə sürtə-sürtə, özlərini itirən pansionerlərə baxdı.

– Nə deyirsiniz deyin, ancaq o, yaxşı adam idi.

Silviyanın bu sözləri bu hadisənin təəssüratı altında əfsunlaşmış kimi görünən pansionerləri ayıltdı. Hamı bir-birinə baxdı və dərhal hamının nəzərini madmazel Mişononun mumiya kimi qurumuş, arıq və soyuq heykəli cəlb etdi. Mişono sobaya söykənmiş və başını aşağı salmışdı. Sanki, o, şlyapa günlüyünün kölgəsi şəffaf olduğundan, gözlərindəki ifadəni gizlədə bilməyəcəyindən qorxurdu.

Əvvəllər də heç kəsin xoşuna gəlməyən bu adam artıq ifşa edilmişdi. Otaq boğuq etiraz səsləri ilə doldu, hamının ondan ikrah etdiyi görünürdü.

Madmazel Mişono hər şeyi eşitsə də, yerindən tərpənmədi. Byanşon birinci olaraq qonşusuna tərəf əyilib, yavaşca dedi:

– Bu mitil yenə bizimlə nahar etsə, mən başqa yerə köçəcəyəm.

Puaredən başqa hamı dərhal tələbənin qərarına şərik olduğunu bildirdi. Byanşon da, hamının hüsn-rəğbətinə əsasən, qoca kirayənişinə doğru yeridi.

Byanşon qoca Puareyə dedi ki:

– Sizin madmazel Mişono ilə xüsusi yaxınlığınız var. Onunla danışın, başa salın ki, bu saat yığışıb getsə, yaxşı olar.

Puare təəccüblə:

– Bu saat? – deyə təkrar etdi.

Puare qoca Mişonoya yaxınlaşdı və onun qulağına bir neçə söz dedi. Mişono pansionerlərə koramal kimi baxaraq:

– Axı mən bir ayın pulunu qabaqcadan vermişəm, – dedi. – Mən burada hamı kimi öz pulumla yaşayıram.

Rastinyak etiraz etdi:

– Bunun heç bir mənası yoxdur. Biz yığıb sizin pulunuzu qaytararıq.

Mişono zəhərli və casus nəzərləri ilə Rastinyaka baxaraq:

– Cənab Rastinyak, əlbəttə, Ko lenin tərəfdarıdır, – dedi, – səbəbi hamıya məlumdur.

Rastinyak qoca Mişononu boğmaq niyyəti ilə qabağa atıldı. O, məşum işıqla qəlbini odlandıran bu baxışın nə qədər xəyanətkar olduğunu anlamışdı.

Pansionerlər çığırdılar:

– Ona baş qoşmayın!

Rastinyak qollarını döşündə çarpazladı və cavab vermədi.

Rəssam madam Vokeyə müraciətlə:

– Gəlin bu madmazel Yəhudanın məsələsini qurtaraq. Əgər siz Mişononu qovmasanız, biz sizin baqqal dükanınızı tərk edəcəyik, hər yerdə də danışacağıq ki, burada ancaq katorqalılar və casuslar yaşayırlar. Ancaq siz bizim təklifimizlə razılaşsanız, heç bir söz deməyəcəyik, çünki katorqalıların alnına damğa basmayınca, Paris vətəndaşları kimi geyinməyi onlara qadağan etməyincə və camaatı ələ salmağa qoymayınca, belə hadisələr ən yaxşı cəmiyyətlərdə də ola bilər.

Bu tələbi eşidən madam Voke birdən-birə sağaldı: o, qəddini düzəltdi, qollarını çarpazladı, göz yaşı əlaməti belə görünməyən şüşə gözlərini açdı.

– Yoxsa, mənim əzizim, siz mənim evimi viran etmək fikrindəsiniz? Görürsünüzmü, Votren bizim başımıza nə oyun açdı... Aman Allah, mən yenə də onu adam adı ilə çağırıram. Budur otaqların biri boşaldı, amma siz tələb edirsiniz ki, ikisi boşalsın... Bəs ilin bu vaxtında, hamı özünə otaq tapandan sonra mən bunları kimə kirayə verəcəyəm?

Byanşon təklif etdi:

– Ağalar, şlyapalarınızı götürün, Sorbonna meydanındakı Flikotonun* restoranına nahar etməyə gedək.

Madam Voke dərhal hansının daha mənfəətli olduğunu anlayıb, madmazel Mişononun üstünə cumdu.

– Mənim gözəlim, siz ki mənim müflis olmağıma razı olmazsınız! Ağaların nə tələb etdiyini görmürsünüzmü? Heç olmasa, bir axşamlığa öz otağınıza çəkilin.

Pansionerlər çığırdılar:

– Bizim istədiyimiz bu deyil, qətiyyən bu deyil. Biz tələb edirik ki, o, bu saat çıxıb getsin.

Puare yalvardı:

– Axı yazıq madmazel hələ nahar etməmişdir...

– Qoy rədd olsun, ürəyi istədiyi yerdə nahar eləsin, – deyə pansionerlər yenə səsləndilər.

– Rədd olsun casus!

– Casusları qovun!

Birdən Puare cürətləndi: axı məhəbbət qoyunlara da cəsarət verir. O:

– Cənablar, – dedi, – qadına hörmətiniz olsun.

Rəssam etiraz etdi:

– Casusun erkəyi, dişisi olmaz.

– Qadınramaya bax!

– Rədd ol cəhənnəmramaya!

– Cənablar! Yaxşı deyil. Adamla vidalaşanda ədəblə, nəzakətlə vidalaşarlar. Kirayə pulunu vermişik, qalmağa da ixtiyarımız var.

Puare papağını başına qoydu, stulunu madmazel Mişononun yanına çəkdi, oturdu. Madam Voke isə madmazeli yola gətirməyə çalışırdı.

Ardı var...

31 oktyabr 2015
GO BACK