Ejen susur, qollarını döşündə çarpazlayaraq, nizamsız, yoxsul otağında gəzişirdi. O, arxasını Qorio ataya çevirdiyi zaman, qoca qırmızı tumacdan m ş və üzərində Rastinyak nəslinin qızıl gerbi həkk edilmiş bir futlyarı buxarının üstünə qoydu.
– Əziz oğlum, mənim başım işlərə qarışıb. Lakin sözün düzü, məndə xeyli xudbinlik var: mən sizin köçməyinizlə çox maraqlanıram. Sizdən bir şey xahiş etsəm, rədd etməzsiniz ki?
– Nə xahiş edirsiniz?
– Təzə mənzilinizin üstündə, beşinci mərtəbədə bu mənzilə bağlı bir otaq var: mən orada yerləşsəm, etiraz etməzsiniz ki? Mən gündən-günə qocalıram, qızlarımdan çox uzaq yaşayıram. Mən sizə əziyyət vermərəm. Mən ancaq orada yaşayacağam. Hər axşam siz mənə qızımdan danışarsınız. Bu, sizə qətiyyən mane olmaz, halbuki mən, siz evə qayıtdığınız zaman, öz-özümə deyəcəyəm ki: “O, bir az bundan əvvəl mənim balaca Delfinamla görüşüb. O, mənim qızımla bala gedib, mənim qızım onun sayəsində xoşbəxtdir”. Xəstələndiyim zaman, evə qayıtdığınızı eşitmək, mebeli tərpətdiyinizi, otaqda gəzişdiyinizi duymaq mənim dərdlərimə dərman olacaq, siz mənə qızımı xatırladacaqsınız. Yelisey düzləri iki addımlıqdadır, mən həmişə gəzməyə çıxan qızlarımı görəcəyəm. Elə gec qayıtmayacağam. Bəlkə, qızım sizə də gəldi. Mən onun səsini eşidəcəyəm, səhər kapotunda, oyan-buyana qaçdığını, pişik kimi nazlana-nazlana gəzdiyini görəcəyəm. Son bir ayda lap yeniyetmə qız kimi şən, qəşəng olub. Ürəyi fərəhlənir, bu səadəti ona siz vermisiniz. Ah, mən sizin xatirinizə nələr etməzdim! Bu saat geri qayıtdığımız zaman onun mənə nə dediyini bilirsinizmi? O: “Ata, mən çox xoşbəxtəm!” – dedi. Onlar mənə ədəblə “atamız” deyəndə qəlbim üşüyür, lakin sadəcə “ata” deyəndə, onların uşaqlığı yadıma düşür, şirin xatirələrlə çırpınıram. O zaman ata olduğumu daha dərindən hiss edirəm. Belə zənn edirəm ki, onlar heç kəsin deyil, yenə mənimdir, mənim əziz qızlarım...
Qoca göz yaşlarını sildi: o ağlayırdı.
– Mən çoxdan bəri bu sözü eşitməmişdim, çoxdan idi ki, o, mənim qolumdan tutmamışdı. Bəli, bəli, on il olar mən qızlarımın heç biri ilə yanaşı gəzməmişəm. Onun paltarına toxunma , addımlarımı onun addımlarına uyğunlaşdırma , vücudunun hərarətini duymaq nə qədər xoş olduğunu bilsəydiniz! Bu səhər mən Delfinamla çox yerlər gəzdim. Dükanları dolaşdım. Evinə qədər ötürdüm. Ah, qoyun mən də sizin yaxınlığınızda yaşayım! Ah, bu yoğun Elzas kötüyü ölsəydi, podaqrası qarnından yapışsaydı, mənim qızım necə xoşbəxt olardı! Siz mənim kürəkənim, qızımın açıqdan-açığa əri olardınız. O, hələ dünyanın ləzzətini duymamış bədbəxt qadındır: odur ki mən ona hər şeyi əfv edirəm. Allah mehriban ataların tərəfində olmalıdır. – O, bir az susdu, sonra başını yırğalayıb əlavə etdi: – O sizi çox sevir, çox sevir! Yolda elə ancaq sizdən danışırdı: “Ata, o, xoşagəlimdir, mərhəmətlidir, deyilmi? O, məndən danışırmı?” D’Artua küçəsində P norama pasajına qədər mənə nələr danışmadı! O, çoxdan bəri mənə ürək sözünü demirdi! Bu səhər mən xoşbəxt idim, qocalığımı belə unutmuşdum, quş lələyi kimi yüngülləşmişdim! Min frankı mənə verdiyinizi söylədim. Ah, mənim sevimli qızım! Onun nə qədər mütəəssir olduğunu görsəydiniz! Gözləri yaşarmışdı!
Nəhayət, Rastinyakın yerindən tərpənmədiyini görən Qorio ata səbir edə bilmədi:
– Buxarının üstündəki nədir? – deyə soruşdu.
Ejen tamam pərişan halda, küt nəzərlə qonşusuna baxırdı. Votrenin sözlərinə görə səhərə təyin edilmiş bu duel, onun ən müqəddəs arzularının həyata keçməsi ilə elə bir ziddiyyət təşkil edirdi ki, onun üçün hər şey qorxunc yuxuya bənzəyirdi. O, buxarıya doğru baxdı, buxarının üstündəki dördkünc futlyarı gördü, onu açıb, içində bir vərəq kağız, altında isə Breq t saatı olduğunu gördü. Vərəqdə bu sözlər yazılmışdı:
“Mən istəyirəm ki, siz həmişə məni düşünəsiniz, çünki... Delfina”.
Son sözlər, ehtimal ki, münasibətlərindəki bir hadisəyə işarə edirdi. Ejenin qəlbi riqqətlə çırpındı. Saatın qızıl qapağının içində Rastinyak gerbi mina ilə işlənmişdi. Bu qiymətli və arzulanan şey, bu zəncir, bu açar, bu forma və nəqşlər onun zövqünü oxşayırdı. Qorio ata fərəh içində idi. Delfinanın hədiyyəsinin Ejeni nə qədər sevindirdiyini və heyran qoyduğunu qızına danışmağı, əlbəttə, vəd etmişdi. Bundan başqa, bu gənc qəlblərin şadlığında o da iştirak edirdi, üçüncü şəxs olsa da, başqaları kimi onun da xoşbəxt olduğu duyulurdu. O, Ejeni bir insan kimi, həm də qızını xoşbəxt etdiyinə görə sevirdi.
– Bu axşam Delfinanın yanına gedərsiniz: o, sizin yolunuzu gözləyir. Elzas kötüyü bu axşam öz rəqqasəsinin yanında olacaqdır. Vəkilim əhvalatı olduğu kimi ona başa saldığı zaman, onun səfeh baxışlarını görsəydiniz! Hələ bir qızıma pərəstiş etdiyini söyləməyə cəsarət edir!
Mən qızıma barmağını belə vurmağa qoymaram, mən onu özüm öldürərəm! – O, dərindən bir ah çəkdi. – Delfinam onun... yox, yox, elə bu fikir məni cinayətə vadar edər, ancaq buna adam öldürmək deməzlər, o ki donuz gövdəli bir öküz başıdır. Yaxşı, razısınızmı, məni yanınızda yaşamağa qoyacaqsınızmı?
– Əlbəttə, mehriban atam Qorio, siz ki mənim sizi nə qədər sevdiyimi bilirsiniz.
– Doğrudur, görürəm, siz məndən ikrah etmirsiniz. İcazə verin, üzünüzdən öpüm! – Qorio ata tələb ni hərarətlə qucaqladı. – Mənə vəd edin ki, siz ona xoşbəxtlik verəcəksiniz! Bu axşam onun yanına gedəcəksiniz, deyilmi?
– Əlbəttə! Yalnız təxirəsalınmaz bir iş üçün bir yerə getməliyəm.
– Mənim sizə bir köməyim dəyməzmi? Qulluğunuzda hazıram.
– Lap doğru deyirsiniz. Mən madam de Nusingenin yanında olduğum zaman cənab Tayferin yanına gedərsiniz və deyərsiniz ki, mühüm bir məsələ haqqında danışmaq üçün axşamüstü mənə vaxt təyin etsin.
Qorio atanın üzü dəyişdi, dəhşətlə:
– Cavan oğlan, demək, bu, həqiqətdir? – dedi. – Aşağıdakı axmaqların söylədiyi kimi, siz, yəqin, onun qızının nca sürünürsünüz? Allah məni öldürsün! Hələ siz Qorionun yumruğunun ağırlığını görməmisiniz... Əgər siz məni aldatsanız, mənim bir yumruğum bəs elər. Yox, yox, mümkün deyil!..
Rastinyak cavab verdi:
– And içirəm ki, yer üzündə mənim sevdiyim bir qadın varsa, o da ancaq Delfinadır, lakin mən bunu indiyə qədər dərk etməmişdim.
Qorio ata səsləndi:
– Ah, nə böyük səadət!
Tələbə davam etdi:
– Ancaq məsələ burasındadır ki, Tayferin oğlu sabah dueldə vuruşacaq, eşitdiyimə görə, onu öldürmək istəyirlər.
Qorio soruşdu:
– Bunun sizə nə dəxli var?
Ejen dedi:
– Atasına demək lazımdır ki, oğlunu buraxmasın.
Bu Votrenin səsi gəldi. O, qapının nda oxuyurdu:
Riçard, mənim kralım*,
Hamı sizi tərk etmişdir...
Brum! Brum! Brum! Brum!
Vaxta ki dolaşdım bütün dünyanı,
Hamı agah oldu bir sirli işdən...
Tralya-lya-lya-lya...
Kristof çığırdı:
– Cənablar, xörək hazırdır, hamı süfrəyə buyura bilər.
Votren Kristofa dedi:
– Kristof, mənə bax, get mənim otağımdan bir şüşə bordo gətir.
Qorio ata soruşdu:
– Saat xoşunuza gəlirmi? Delfinanın yaxşı zövqü var.
Votren, Qorio ata və Rastinyak birlikdə aşağı endilər. Naharın başlanğıcına gecikdikləri üçün üçü də süfrədə yanaşı oturmağa məcbur oldu. Madam Vokenin nöqteyi-nəzərincə, ümumiyyətlə, xoş görünən Votren bu gün çox şən olmasına baxmayaraq, Ejen onunla soyuq rəftar edirdi. Votren məzəli sözləri ilə bütün kirayənişinləri hərəkətə gətirirdi. Onun özünə güvənməsi, soyuqqanlı tərpənməsi Ejeni heyrətləndirirdi.
Madam Voke soruşdu:
– Sizə bu gün nə olub? Həddən çox şadlanırsınız.
– Mən hər zaman xeyirli bir işdən sonra şad oluram.
– İş? – deyə Ejen soruşdu.
– Bəli! Mən bir partiya mal satmışam, odur ki komisyon pulu almağa haqqım var. – Madmazel Mişononun ona baxdığını görən Votren: – Madmazel Mişono, – dedi, – siz məni gözlərinizlə dəlirsiniz: bəlkə, üzümdə sizə xoş gəlməyən bir şey var. Açıq söyləyin. Sizi məmnun etmək üçün mən üzümü dəyişə də bilərəm... – Qoca məmura göz vuraraq əlavə etdi. – Hə, Puare, sizin buna acığınız tutmaz ki?
Gənc rəssam:
– Vallah, sizin şəklinizi meyxana Herkulesi* kimi çəkmək olardı.
– Çox gözəl! Əgər madmazel Mişono qəbir üstündəki Veneranın* şəkli üçün naturaçı olmağa razıdırsa, mən də razı olaram! – deyə Votren cavab verdi.
Byanşon soruşdu:
– Bəs Puare?
Votren ucadan:
– Puareni ancaq Puarenin özünə baxıb çəkmək lazımdır! - , .
– Çürük ! – Byanşon onun sözünü tamamladı.
Madam Voke:
– Bu axmaq söhbətləri buraxın, – dedi. – Daha yaxşı olardı ki, siz bizi şüşəsinin ağzı görünən bordo şərabına qonaq edəsiniz. Şərab kefimizi daha da duruldar. Bir də şərab mədə üçün çox mənfəətlidir
Votren hamıya xitabən:
– Ağalar, hörmətli cənablar, – dedi, – sədrimiz bizi intizama riayət etməyə çağırır. Madam Kutür və madmazel Viktorina bizim lağlağı söhbətlərimizdən inciməz, lakin Qorio atanın bakirliyinə hörmət edin. Mən şərəfli Lafit* naminə bir şərabrama bordo içməyi təklif edirəm. Xahiş edirəm, bur da siyasi eyham nişanəsi görməyəsiniz... – Yerində düz dayanmış Kristofa bağıraraq:
– Ey, müqəvva! – dedi, – Kristof, bura! Yoxsa öz adını bilmirsən? Tez ol, müqəvva, şərabı hazırla!
Kristof şərabı təqdim edərək:
– Buyurun, – dedi.
Votren Ejenin və Qorio atanın stəkanlarına şərab tökdükdən sonra bir neçə damcı da öz qabına tökdü, qonşuları içdikdə, o, dili ilə şərabın dadına baxdı, sonra birdən üzünü turşudaraq:
– Şeytana lənət! – dedi. – Şərabdan tıxacın dadı gəlir! Götür bunu, Kristof, özün iç, bizə başqasını gətir. Sağ tərəfdə şərab şüşələri var. On altı adamıq, səkkiz şüşə gətirərsən.
Rəssam:
– İndi ki siz belə səxavət göstərirsiniz, mən də süfrəyə yüz şabalıd qoymağa boyun oluram, – dedi.
– Ho! Ho!
– Ura!
– Brr!
Kirayənişinlərin səsi fişəng kimi gurladı.
Votren Vokeyə tərəf çığırdı:
– Voke cici, siz də süfrəyə iki şüşə şampan qoyun!
– Elə bu qalmışdı! Bəlkə, evin hamısını süfrənin üstünə qoyum? İki şüşə şampan! Bunun qiyməti on iki frankdır! Küçədən tapmamışam ki! Yox, yox, cənab Ejen pulunu verməyə razı olsa, mən sizə qara moruq arağı verərəm.
Byanşon yavaşca:
– Onun qara moruğundan adamın qarnı işləyir, ağ tikan kimi bir şeydir, – dedi.
Rastinyak çığırdı:
– Byanşon, səsini kəs. Ağ tikanın adı çəkiləndə ürəyim bulanır... Yaxşı, razıyam, şampanın pulunu mən öz öhdəmə götürürəm.
– Silviya, biskvit və vafli gətirin.
Votren dedi:
– Sizin vaflinizi kif basıb, kifli olub. Biskvitləri isə gətirə bilərsiniz.
Şərab şüşələri əldən-ələ keçdi, kef məclisi canlandı, şənlik bir az da artdı. Dəhşətli qəhqəhə səsləri gəlir, cürbəcür heyvanları təqlid edən bağırtılar eşidilirdi. Muzey məmurunun haradansa ağlına bir şey gəldi: o, erkək pişik miyo ltusuna oxşar bir səs çıxartdı, dərhal səkkiz adam birdən çığırdı:
– Ay bıçaq itiləyən, ay qayçı itiləyən!
– Quş yemi, quş yemi alan!
– Şirin qoğal, şirin qoğal!
– Ay qab ağartdıran!
– Ay dəyənək alan! Arvad və paltar çırpmaq üçün!
– Ay köhnə paltarı olan, köhnə papağı olan, köhnə baftası olan!
– Ay gilənar, təzə gilənar!
Birinciliyi yenə də Byanşon qazandı. O, tın-tın səslə bağırdı:
– Ay çətir alan, əsa alan!
Ardı var...