Tələbə madam de Boseanın hüzuruna getməzdən əvvəl TüilridəTələbə madam de Boseanın hüzuruna getməzdən əvvəl Tüilridə* bir az gəzinmək fikrində idi.
Bu gəzinti Rastinyakın taleyini həll etdi. Qadınlardan bir neçəsi ona diqqət yetirmişdi. Rastinyak o qədər gənc, o qədər gözəl idi, o qədər qəşəng geyinmişdi ki... Qadınların diqqətini cəlb etdiyinə görə Ejen, özünə məftun olmuş kimi, qarət etdiyi bacılarını və xalasını belə unutdu, öz nəcib ehtiyatkarlığını belə unutdu. Başı üzərindən mələyə bənzəyən bir iblisin uçduğunu, yaqut daşlarını toxum kimi səpən, saray frontonlarına* qızıl oxlarını sancan, qadınları əlvan paltarlarla geyindirən, padşahların əvvəlcə sadə olan taxtını gərəksiz parıltıya bürüyən ala-bəzək qanadlı bir şeytanın uçduğunu görürdü. O, artıq gurultulu-parıltılı şöhrətpərəstlik allahına, onun qüdrət rəmzi zənn etdiyimiz bər-bəzəyinə qapılmışdı. “Ürəyin istədiyi qədər məhəbbət və qızıl var!” – deyən bir aradüzəldənin mənfur görünüşü bir qızın hafizəsində həkk olunduğu kimi, Votrenin həyasız sözləri də onun qəlbinə girmişdi.
Ejen bir qədər avara dolaşdıqdan sonra saat beşdə madam de Boseanın yanına gəldi. O burada, gənc qəlblərin, adətən, müqavimət göstərmək üçün aciz olduğu ən ağır və dəhşətli zərbələrdən birini yedi. Ejen indiyə qədər vikontessanın onu ədəbli bir ehtiram, üsullu bir nəzakətlə qəbul etdiyini görmüşdü; bu nəzakət ancaq aristokrat tərbiyəsi sayəsində əldə edilsə də, yalnız səmimi olduğu zaman öz kamal dərəcəsinə çata bilər. Madam de Bosean Ejeni görər-görməz soyuq salam verdi və sərt səslə:
– Cənab de Rastinyak, – dedi, – mən sizi qəbul edə bilməyəcəyəm, hər halda, bu saat mümkün deyildir. Mən çox məşğulam.
Çox tez müşahidəçi adam olmuş Rastinyak onun sözlərindən, salam verməsindən, baxışından, ahənginin dəyişməsindən müəyyən bir silkə mənsub olan adamların xasiyyətini, adətlərini duya bilərdi. Rastinyak
məxmər əlcəyin içində poladdan bir əl, nəcib ədalar altında öz şəxsiyyətinə pərəstişkarlıq və xudbinlik, lak altında isə quru ağac olduğunu anladı. O, şah taxtının quş lələyi altından başlayaraq ən qotur bir zadəganın başındakı papağına qədər səslənən “biz, kralıq” məfhumunun nə olduğunu, nəhayət, dərk etdi. Ejen, qadının sözlərinə bel bağlayaraq, onun nəcib hisslərinə asanlıqla inanmışdı. Bütün səfillər kimi o da yaxşılıq edənlə yaxşılıq qəbul edəni bir-birinə bağlayan və elə ilk maddədən böyük qəlbli insanların bərabər olduqlarını təlqin edən bir müqaviləyə bütün arzusu ilə imza atmışdı. Yaxşılıq iki insanı bir-birinə bağladıqda, həqiqi məhəbbət kimi nadir və qiymətli olan ilahi bir hissə çevrilər. Hər iki hiss ülvi qəlblərin c lallı hədiyyəsinə bənzər.
Rastinyak hersoginya Karilyanonun verdiyi bala getmək üçün vikontessanın bu kobud rəftarına dözdü və titrək səslə cavab verdi:
– Madam, mühüm bir işim olmasaydı, sizin zəhlənizi tökməzdim. Lütf buyurun, müsaidə edin, mən sonra hüzurunuza gəlim; mən gözləyə də bilərəm.
Vikontessa sözlərindəki kəskinlikdən bir az peşman olaraq:
– Yaxşı, – dedi, – nahara gələrsiniz.
Bu qadın, həqiqətən, mərhəmətli və nəcib qadın idi. Ejen vikontessanın birdən-birə dəyişməsindən çox mütəəssir oldu, bununla belə, gedərkən düşünürdü ki: “Nə eybi var, hər şeyə dözməyə, sürünməyə məcbursan. Ən yaxşı qadın bir an içində dostluq peymanlarını pozmağa və səni köhnə ayaqqabı kimi tullamağa qabilsə, başqa qadınlardan nə gözləyə bilərsən? Demək, hər kəs özü üçün çalışır. Doğrudur, mənim ona ehtiyacım olduğu üçün o, müqəssir deyil, bir də onun evi hər kəsin girməyə haqqı olan bir dükan da deyil. Votren demişkən, top mərmisi olmaq lazımdır”.
Bununla belə, madam Boseanın evində nahar etmək səadəti Rastinyakın acı düşüncələrini dağıtdı. Bu surətlə, bir qəzavü-qədərin əmri ilə, sanki sözləşmiş kimi, həyatının ən kiçik hadisələri onu bir yola sürükləyirdi. Voke pansionunda yaşayan qorxunc sfinksin müşahidələrinə görə, bu, elə bir yol idi ki, burada döyüş meydanında olduğu kimi, ölmək istəmirsənsə, öldürməyə, aldanmaq istəmirsənsə, aldatmağa məcbursan. Burada vicdanı qapı ağzında qoymağa, qəlbinə maska taxmağa, insanlarla amansız bir oyun oynamağa və nəhayət, Lakedemonda* olduğu kimi, zəfər çələngini qazanmaq üçün, başqalarının gözünə görünmədən, müvəffəqiyyət axtarmağa məcbursan.
Ejen ikinci dəvə vikontessanın yanına gəldiyi zaman artıq o, həmişəki kimi mehriban və mərhəmətli görünürdü. Hər ikisi yemək otağına getdi. Vikont de Bosean burada arvadını gözləyirdi. Bütün servizlərdən cah-calal yağırdı. Məlum olduğu , Restavrasiya dövründə* zinət ifrat dərəcəyə çatmışdı. Vikont kimi bir çox gözüdoymuş adamlar üçün yaxşı xörəkdən başqa nəşə mövcud deyildi. Xörəkpərəstlik məsələsində vikont kral XVIII Lüdovik və hersoq Eksar* məktəbinə mənsub idi. Onun süfrəsində iki calal vardı: biri təm üçün, o biri isə gözlər üçün. Rastinyakın heyran gözləri qarşısında belə mənzərə birinci dəfə açılırdı: o, ictimai vəziyyətin cah-calalı irsən keçən bir evdə ilk dəfə nahar edirdi. İmperiya dövründə bal qurtardıqdan sonra şam təşkil etmək adət olmuşdu, çünki istər xaricdə, istərsə doğma yurdda aparılan müharibələr üçün hərbi adamlar qüvvət toplamalı idilər. artıq baldan sonrakı şam yeməklərini ləğv etmişdi. Bu nahara qədər Ejen yalnız ballarda olmuşdu. Sonralar Ejen hər zaman özünəarxayın bir
gənc şöhrəti qazanmışdı, halbuki bu arxayınlığı o artıq indidən özündə yaratmağa başlayırdı. Buna görə də Ejen özünü itirmədi. Lakin coşqun xəyallı gənc, calalla düzülmüş süfrədə qəşəng gümüş qablar, zərif şeylər gördüyü, ilk dəfə lakeylərin səssiz hərəkətinə məftun olduğu bir zamanda, hələ səhər məhrumiyyətlə dolu həyat seçmək fikrində olsa belə, bu həyatı gözəl həyatdan üstün tutacağını təsəvvür etmək, əlbəttə, çətin məsələdir. Ejenin xəyalı onu bir anlıq geriyə, ailə pansionuna apardı, – o, elə dəhşətə gəldi ki, artıq yanvar ayında pansionu atmaq, yaxşı bir evdə yerləşmək, hər halda, Votrendən və onun ağır təzyiqindən qurtarmaq üçün and içdi. Parisdə nə qədər gizli və ağlasığmaz səfalət olduğunu təsəvvür edə bilsəniz, istər-istəməz özünüzə belə bir sual verəcəksiniz: dövlət hansı xatalı bir fikrə görə Parisdə məktəblər açır, gəncləri buraya toplayır, nə üçün buradakı qəşəng xanımlar hörmət qazana bilirlər, nə üçün sərrafların taxta qablarındakı qızıl bir sehrlə buradan yox olmur? Lakin gənclərin cinayətlərinin, hətta qəbahətlərinin nə qədər az olduğunu gördükdə, istər-istəməz, özləri ilə mübarizə aparan və adətən, bu mübarizədən qalib çıxan səbirli Tantallara* dərin hörmət bəsləməyə məcbur olursan; isal üçün, bu yoxsul tələbəni də götürə bilərik. Onun Parisdə apardığı mübarizəsini olduğu kimi təsvir etsək, müasir mədəniyyətimizin ən faciəli epizodlarından biri yaranmış olar.
Madam de Bosean hey Ejenin üzünə baxır və onu danışmağa sövq edirdisə də, Ejen vikontun hüzurunda danışmaq istəmirdi.
Vikontessa ərindən soruşdu:
– Məni bu gün italyan operasına ötürəcəksinizmi?
Vikont, Rastinyakı təəccübləndirən istehzalı nəzakətlə:
– Sizə itaətin məni nə qədər məmnun etdiyinə, əlbəttə, şübhə etməyə bilərsiniz, – dedi. – Lakin mən “Varyete” teatrında bəzi adamlarla görüşməliyəm.
Madam de Bosean: “Öz məşuqəsi ilə görüşmək istəyir”, – deyə düşündü.
Vikont soruşdu:
– Məgər d’A uda bu axşam yanınıza gəlməyəcək?
Vikontessa qeyri-məmnun halda:
– Xeyr, – deyə cavab verdi.
– Onda mütləq sizə bir kavaler lazımsa, özünüzlə cənab Rastinyakı apara bil rsiniz.
Vikontessa gülümsəyərək Rastinyaka baxdı.
– Bu, sizə çox ziyan verə bilər, – dedi.
Rastinyak başını əydi və:
– Şatobrian* deyir ki: “Fransızlar təhlükə sevər, çünki onlar təhlükə ilə şöhrət qazanarlar”.
Bir neçə dəqiqə sonra ikiadamlıq karet madam de Boseanla onu çaparaq italyan operasına aparırdı. Ejen səhnənin qarşısındakı lojaya daxil olduğu zaman, bütün lo n tlər yalnız olduqca gözəl geyinmiş vikontessanı deyil, eyni zamanda onu da hədəfə aldı. Opera Rastinyaka əfsanəvi tamaşa kimi göründü. O, heyrət və məftunluq içində idi.
Madam de Bosean Ejenə xatırladaraq:
– Siz mənimlə danışmaq istəyirdiniz, – dedi. – Baxın, madam de Nusingen odur, bizdən üç loja aralı əyləşmişdir. Bizim o biri tərəfimizdə əyləşən isə onun bacısı ilə cənab de Traydır.
Vikontessa bu sözlərlə madmazel Roşfidin əyləşdiyi lojaya baxdı, üzü birdən-birə nurlandı: d’A uda orada deyildi.
Ejen madam de Nusingenə baxaraq:
– O, cazibədar qadındır, – dedi.
– Kirpikləri ağappaqdır.
– nə qədər qəşəng və incə vücudu var!
– Əlləri çox iridir.
– Gözləri gözəldir.
– Üzü həddən artıq uzunsov görünür.
– Uzunsov sifət cins l mətidir.
– Bu, onun üçün xoşbəxtlikdir, – deyə vikontessa cavab verməklə Ejenin böyük heyrətinə səbəb oldu. – Bir ona diqqət edin, lorneti necə qaldırdığına və endirdiyinə baxın! Onun hər bir hərəkətində Qorionu duymaq mümkündür.
Həqiqətən, madam de Bosean, guya, madam de Nusingenə əhəmiyyət vermədən teatr salonunu lornetlə nəzərdən keçirdiyi halda, onun heç bir hərəkətini nəzərdən qaçırmırdı. Teatrın tamaşaçıları lap seçmə idi. Delfina Nusingen madam de Boseanın yanında əyləşən zərif geyimli kuzenin yalnız ona baxdığını duyduqca fərəhlənirdi.
– Əgər siz gözlərinizi ona dikib baxmaqda davam edərsinizsə, bu, açıqdan-açığa ədəbsizlik olar. Bu qədər israrla siz heç bir şey əldə edə bilməzsiniz.
Ejen vikontessaya:
– Əziz kuzinam, – dedi, – siz mənə artıq xeyirxah bir havadarlıq göstərmişsiniz, öz xeyir işinizi axıra qədər aparmaq niyyətiniz varsa, mən sizdən yalnız bir şey xahiş etmək istərdim: bu, sizin üçün o qədər də çətin olmaz, halbuki mənim üçün səadət məsələsidir. Mən aşiq oldum.
– Belə tezmi?
– Bəli.
– Bu qadınamı?
Ejen mənalı nəzərlə kuzinasına baxaraq, azacıq sükutdan sonra sözünə davam etdi və:
– ənim iddialarım başqalarının ürəyində əks-səda tapa bilərmi? – dedi. – Hersoginya de Karilyano hersoginya Berri ilə yaxındır. Ehtimal ki, siz onunla görüşürsünüz. Lütfən, məni ona təqdim edin, həm də məni bazar ertə i özünüzlə birlikdə bala aparın. Mən orada madam de Nusingenlə görüşərəm, birinci hücuma başlaram.
Vikontessa cavab verdi:
– Məmnuniyyətlə. Əgər siz artıq ona meyil edirsinizsə, hər halda, könül işləriniz əla vəziyyətdədir. Baxın, o, de Marsedir, knyaginya Qalatyonun lojasında oturmuşdur. Madam de Nusingen üçün bu, ən böyük əzabdır, o, qısqanclıqdan qovrulur. Bir qadına, xüsusilə bankir arvadına yanaşmaq üçün bundan da münasib diqqət ola bilərmi? Şosse d’Anten xanımlarının hamısı intiqamı çox sevər.
– Bəs siz belə bir vəziyyətdə olsaydınız nə edərdiniz?
– Mənmi? Mən sükut içində iztirab çəkərdim.
Bu markiz d’A uda madam de Boseanın lojasında göründü.
– Mən sizi görmək arzusu ilə işlərimi cəld qurtardım, mənim hərəkətim fədakarlıq deyildir, elə ona görə bunu sizə ərz edirəm.
Ardı var...