Qadin.NET / O.Balzak "Qorio ata"-20

O.Balzak "Qorio ata"-20

 

O.Balzak "Qorio ata"-20

 

Rastinyak Votrenin sözünü kəsərək ehtirasla:

– Mən nə etməliyəm? – dedi.

– Heç bir şey.

Votrenin üzündə, balığın qırmağa keçdiyini duyan bir balıqçının sevincinə bənzər gizli sevinc göründü. Sözünə davam edərək:

– Sözlərimə yaxşı qulaq asın, – dedi. – Zavallı, yoxsul, bədbəxt bir qızın qəlbi – məhəbbəti ehtirasla öz canına çəkməyə hazır olan bir süngərə bənzər. Bu qəlb o qədər qurudur ki, bir damcı hiss onun üzərinə düşər-düşməz, şişməyə başlar. Hələ yoxsul, ümidsiz, yalqız, əlinə sərvət keçəcəyindən bixəbər olduğu zaman bir gənc qıza aşiq olmaq! Bilirsinizmi bu nədir? Bu o deməkdir ki, bütün xallar sizin əlinizdədir, lotereyanın bütün uduş nömrələrini bilirsiniz, bütün məlumatı qabaqcadan alaraq renta oynayırsınız! Siz dərhal sarsılmaz bir izdivacın möhkəm bünövrəsini qoymuş olursunuz. Belə bir qızın əlinə milyonlar düşərsə, o, bu milyonları çınqıl kimi sizin ayaqlarınızın altına səpələyəcəkdir. O: “Al, mənim əzizim, al, Adolf, Alfred, yaxud Ejen!” deyəcəkdir, bir şərtlə ki, Adolf, Alfred, yaxud Ejen bir fədakarlıq göstərməyi bacara. Fədakarlıq isə köhnə sataraq bir dəfə birlikdə “Göy siferblat”* restoranına getməkdən, şampi yonlu kruton yeməkdən və sonra axşamüstü “Ambiq -Komik” teatrına getməkdən ibarətdir. Saatı beh qoyub bir şal da alıb ona bağışlamaq olar. Hələ mən qadınların sevdiyi aşiqanə məktublardan və bu kimi axmaq şeylərdən bəhs etmirəm; əsələn, sevgilinlə görüşmədiyin zamanlar, poçt kağızının üzərinə göz yaşı deyə su səpələmək olar. Lakin mənə elə gəlir ki, siz ürəklərin dilini yaxşı bilirsiniz. Paris Şimali Amerikanın vəhşi meşələri kimidir: burada çoxlu vəhşi tayfalar, quronlar, illinoylar* dolaşar, ovla başlarını dolandırarlar. Siz, məsələn, milyonların ovuna çıxmışsınız. Bu milyonları ələ keçirmək üçün cələ, tələ, manka düzmək lazımdır. Onun da müxtəlif sahələri var. Biri cehiz ovlayır, o biri başqasının ticarətini ləğv etmək üçün ova çıxır. Birincinin ovladığı insan canlarıdır, o biri isə ona etimad göstərənlərin əl-qolunu bağlayıb alver edir. Ovdan torbası dolu qayıdanlara həmişə hörmət var, onları yaxşı cəmiyyətlərdə qəbul edərlər. Bu qonaqcıl torpağa haqq vermək lazımdır. Paris dünyanın ən dözümlü şəhəridir. Avropanın başqa paytaxtlarında yaşayan məğrur aristokratlar öz dairələrinə alçaq milyonçunu qoymadığı halda, Paris ağuşunu açır, onun ziyafətlərində iştirak edir, onun çörəyini yeyir, onun alçaqlığına badə qaldırır.

– Bəs belə bir qızı mən haradan tapa bilərəm?

– O, sizin yanınızdadır, buyurun!

– Madmazel Viktorinanımı deyirsiniz?

– Bəli, özüdür ki var.

– Bu necə ola bilər?

– Gələcək balaca baronessa de Rastinyak artıq sizə aşiq olmuşdur.

Ejen təəccüblə:

– Onun heç şeyi yoxdur, – dedi.

– Aha! Biz əsl mətləbə indi gəlib çatdıq, – Votren cavab verdi. – Bir-iki kəlmə daha, hər şey aydın olar. Atası Tayfer qoca əclafdır: onun inqilab dövründə öz dostunu öldürməsindən şübhələnirlər. Mənim kimi fırıldaqçılardandır, müstəqil fikir sahibidir. Bankirdir, “Fred rik Tayfer və irkəti” bankir evinin əsas pay sahiblərindəndir. O, Viktorinanı yoxsul qoyub, bütün var-yoxunu yeganə oğluna vəsiyyət etmək niyyətindədir. Belə haqsızlıq mənim heç xoşuma gəlməz. Mən Don-Kixot kimiyəm: zəifləri güclülərdən müdafiə etməyi sevirəm. Allah bankirin oğlunu öz yanına çağırmaq üçün müsaidə buyursaydı, Tayfer öz qızını geri qaytarmağa məcbur olardı. O, varissiz qalmaq istəmir, bu səfehlik insan təbiətinə məxsus şeydir, yenidən uşaq doğmaq isə artıq onun iqtidarında deyildir, mən bunu yaxşı bilirəm. Viktorina mülayim, sevimli qızdır: onu tez ələ keçirə bilər, onu fırfıraya çevirib, atalıq hissindən istifadə edərək, istədiyi kimi fırlaya bilər. Sizin məhəbbətiniz onu çox mütəəssir etmiş olacaq: o, sizi unutmayacaq, sizə ərə gedəcəkdir. Qəzavü-qədər rolunu isə mən oynayacağam, Allahın əmrini yerinə yetirəcəyəm. Mənim bir dostum var, ona çox yaxşılıqlar etmişəm. Luara ordusunun polkovnikidir*, bir az bundan əvvəl kral qvardiyasına daxil olmuşdur. Polkovnik mənim hər məsləhətimə qulaq asır, o, atəşin bir royalist olmuşdur. Axmaq deyil, odur ki, məsləkinə çox da yüksək qiymət verməz. Mənim mələk oğlum, mən sizə bir məsləhət də verə bilərəm: məsləkinizlə çox da hesablaşmayın, sözlərinizə çox da qiymət verməyin... Alan tapılarsa, bunu satmaqdan çəkinməyin. Birisi öz məsləkinə heç zaman xəyanət etməyəcəyini söyləyərək qürurlananda, daim bir xətlə yeriməyə məcburdur: buna ancaq heç bir günahı olmadığına əmin olan axmaq adam deyərlər. Prinsip yoxdur, ancaq hadisələr var. Qanun yoxdur, hər şey vəziyyətdən asılıdır. Yüksəklərdə qanad çalanlar, hadisələrə və vəziyyətlərə rəhbərlik etmək üçün özlərini bunlara uyuşdururlar. Prinsiplər və qanunlar əbədi olsaydı, xalqlar bunu çirkli köynək kimi dəyişməzdi. Bir fərd böyük bir millətdən ağıllı olmağa borclu deyildir. Bu gün Fransa qarşısında heç bir xidməti olmayan bir şəxsə, yalnız hər şeydən hərarətlə yapışdığına görə, büt kimi sitayiş edirlər. Halbuki onun layiq olduğu şeyi varsa, o da ancaq Sənaye muzeyində maşınlar arasında Lafayet* etiketi ilə dayanmaqdır. Eyni zamanda, bəşəriyyətə dərin nifrət bəslədiyindən, onun üzünə tələb olunduğu qədər vədlər çırpan bir knyazı hər kəs daşa basır, halbuki o, Vyana konqresi vaxtında Fransanın parçalanmasına yol verməmişdi. Onun başı çələnglə bəzənməli olduğu halda, üstünə palçıq atırlar. Ah! Mən işlərin nə vəziyyətdə olduğunu çox yaxşı bilirəm. Bir çox adamların sirri mənim əlimdədir! Yetər, kifayətdir! Mən müəyyən bir prinsipi yürütməkdə bir-biri ilə razılaşan üç nəfər tapdığım zaman möhkəm əqidələr sahibi olacağam. Heç bir məhkəmədə qanunun eyni maddəsi haqqında bir rəydə olan üç hakimə təsadüf etmək mümkün deyildir. Yenə dostumun məsələsinə qayıdıram. Əgər mən ondan xahiş etsəm, o, İsanı ikinci dəfə çarmıxa çəkə bilər. Votren dayının ancaq bir kəlməsi kifayətdir ki, o, öz zavallı bacısına beş frank göndərməyən bir lotunu savaşmağa məcbur edərək, sonra...

Votren burada ayağa durdu və hücum hərəkəti göstərərək:

– Cəhənnəmə vasil etsin, – dedi.

Ejen:

– Aman, n dəhşətlidir! – dedi. – Cənab Votren, siz zarafat edirsiniz.

Votren sözünə davam etdi:

– Yaxşı, yaxşı, sakit olun! Özünüzü uşaq yerinə qoymayın... Ancaq xoşunuza gəlirsə, hiddətlənə də bilərsiniz, qızışa da bilərsiniz! İstəyirsinizsə mənə əclaf, məlun cani, quldur deyin, ancaq casus və fırıldaqçı adlandırmayın! Nə üçün dayanmısınız, nə üçün mənə atəş açmırsınız? Mən sizi bağışlayıram: siz yaşlı gənclər üçün bu, təbii şeydir. Mən özüm də bir zamanlar sizin kimi qızışırdım! Ancaq bir fikirləşin: ir zaman gələcək, siz məndən də pis işlərə əl atacaqsınız. Siz xoşagəlim bir qadına aşiq olub, onun pullarından istifadə edəcəksiniz... Bu barədə heç fikirləşmisinizmi? Axı məhəbbətinizlə alver etmədən sizin üçün qabağa getmək mümkündürmü? Yaxşılıq, mənim əzizim, hissəyə bölünməz: a yaxşılıq var, ya yox, – ikisindən biri. Bizə təklif edirlər ki, gərək tövbə edib, günahlar mızı təmizləyək. Niyə, bəd deyil! Bu sistemlə peşmançılıq günahı təmizləyə bilər. İctimai nərdivanın müəyyən pilləsinə qalxmaq üçün qadını aldatmaq, ailədə uşaqlar arasında nifaq doğurmaq, bir sözlə, şəxsi mənfəət və nəşə naminə üstüörtülü bir çox əclaflıqlara yol vermək, sonra isə tövbə etmək! Sizcə, buna nə deyərlər? Budur din, ümid və məhəbbət yolunda sərf edilən səylər? Nə üçün uşaqlara çatacaq sərvətin yarısını bir gecədə mənimsəyən bir hoqqabaza iki ay həbs cəzası kəsildiyi halda, “təqsiri daha da ağırlaşdıracaq vəziyyətdə” min franklıq kağız parçasını oğurlamış bir yoxsulu katorqaya göndərirlər? Budur qanun. “Qanunlar məcəlləsi”ndə bir maddə tapılmaz ki, axmaqcasına olmasın. Əlində modalı əlcəklər, qəlbində isə yalan daşıyan bir şəxs, qan tökmədən, ancaq yalanla insanı öldürür. Qatil isə qapını gizli açarla açır. Bunların nə fərqi var? Hər ikisi gecə vaxtı icra edilən cinayət deyilmi? Halbuki sizin etdiyinizlə mənim sizə təklif etdiyim arasında qandan başqa heç bir fərq yoxdur. Hələ siz bu dünyada sarsılmaz qanunlara inanırsınız! Bəs nə üçün siz insanlara nifrət bəsləmirsiniz? Qanunlar məcəlləsinin torlarından keçmək üçün dəlik yerləri axtarırsınız? Haradan əmələ gəldiyi məlum olmayan bir çox böyük sərvətlərin sirri cinayətlə bağlıdır; bu cinayətin unudulmağına səbəb məharətlə edilməsidir.

– Susunuz, rica edirəm, susunuz, mən sizi daha dinləmək istəmirəm, siz məni o dərəcəyə gətirərsiniz ki, artıq özümə belə inanmaram. Mən bu saat ancaq hiss şeyləri bilirəm.

– Özünüz bilərsiniz, gözəl oğlan. Mən sizi daha mətin zənn edirdim. Daha sizə heç bir şey söyləməyəcəyəm. Ancaq son bir sözüm var, – Votren tələbənin gözlərinin içinə baxdı və dedi: – Mən öz sirrimi sizə vermişəm.

– Sizin təklifinizi rədd edən gənc, sirrinizi unuda da bilər.

– Yaxşı sözdür, bu, mənim xoşuma gəlir. Başqası olsaydı, bu qədər əngəlli olmazdı. Mənim sizin üçün etmək istədiyimi unutmayın: a hə, ya yox, öz ixtiyarınızdadır.

Ardı var...

1 oktyabr 2015
GO BACK