Qadin.NET / Fyodor Dostoyevski "Yeraltından qeydlər"

Fyodor Dostoyevski "Yeraltından qeydlər"

"Yeraltından qeydlər" Fyodor Mixayloviç Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş povestidir. Hadisələr Sankt-Peterbuqda yaşayan keçmiş məmurun adından nəql edilir. Öz problematikasına görə Ekzistensializm ideyalarından xəbər verir.

Povestin süjeti

"Qeydlər" baş qəhrəmanın intellektual "kəşf"-lərinin təqdimatı ilə başlayır. Povestin əvvəlində bir neçə biqorafiya faktları verilmişdir, hansı ki, bunlara görə qəhrəman miras alaraq iş xidmətindən azad olmuş və təmamilə mənzili tərk etməkdən imtina edərək "yeraltı"-na getmişdi. Lakin sonrakı qeydlərində qəhrəman öz həyatı haqqında danışır-dostlarsız uşaqlığı, zabitlə olan "toqquşma"-sı və digər iki epizodun qəhrəmanın həyatında əhəmiyyətli yer tutduğunu vurğulamışdı. Birincisi, keçmiş sinif "yoldaş"-ları ilə olan nahar, hansı ki, orada qəhrəman hər kəsi acılayır, dalaşır, hətta onlardan birini duelə də çağırır. İkincisi, fahişəxanada fahişələrdən birini mənəvi alçaltması. İlk başda qızın düşdüyü vəziyyətin iyrəncliyini göstərməyə çalışsa da, sonradan təsadüfən ona ev ünvanını verməsi ilə dözülməz iztirablara düçar olur. Çünki qıza təqdim etdiyi obrazının realda o cür kimi olmadığını yaxşı bilirdi. Bütün qüvvəsi ilə qızı ikinci dəfə təhqir etməyə çalışan qəhrəman bu hərəkəti ilə "yeraltı"-dan çıxış hekayəsini bitirir.

Povestdən kiçik bir parça:

 Belə, bir daha diqqətlə düşünün! Biz bu gün "canlılıq" adlanan bir şeyin harada olduğunu, nə olduğunu, hansı adla çağırıldığını belə bilmirik. Əlimizdən kitablarımızı alsalar, bir anda nəyə məruz qaldığımıza dair təəccüblənərik. Artıq hansı yolu seçəcəyimizi, kimə bağlanıb kimdən qaçacağımızı, nəyi sevib nədən nifrət edəcəyimizi, nəyi sayıb seçib, nəyi xor görəcəyimizi belə bilmirik. İnsan olmaq, yəni əti ilə, sümüyü ilə bir insan olmaq belə bizə ağır kimi görünür: bundan utanırıq və ayıb bilirik özümüzə. "İnsan soylu" adlana biləcək qəribə varlıqlar olmağa can atırıq. Biz ölü doğulmuş şəxslərik, onsuz da. Çoxdandır ki, ölmüş atalarımızın soyundan törəyir və bu vəziyyəti getdikcə daha çox bəyənir, bundan daha çox zövq almağa başlayırıq. Hardasa bir yolunu tapıb bizi düşüncələrin doğmasını təmin edəcəyik.

 Yüklə 

17 noyabr 2014
GO BACK