Qadin.NET / Fyodor Dostoyevski "Qumarbaz"

Fyodor Dostoyevski "Qumarbaz"

Fyodor Dostoyevski "Qumarbaz"

Dünyaca məşhur rus yazıçısı Fyodor Dostoyevskidən təqdim etdiyim növbəti əsər onun 1866-cı ildə nəşr olunan "Qumarbaz" romanıdır.

1863-cü ildə Fyodor Dostoyevski Visbaden (Almaniya) şəhərinə istirahətə gəlir. Orada qumar oynayan Dostoyevski nəinki öz pullarını, həmçinin, sevgilisi Polina Suslovanın pullarını da itirir. Həmin bu borclardan qurtula bilmək üçün o, qısa bir müddət ərzində (25 gün) yeni "Qumarbaz" romanını yazmaq haqqında nəşriyyatlardan biri ilə müqavilə imzaladı. Fyodor üç dəfə Bod Hamburq şəhərinə gedərək orada da qumar oynamağa davam etmiş, külli miqdarda pul itirmişdi. Ehtimal olunur ki, onun bu cür çıxılmaz vəziyyətlərə düşməsi romanın yazılmasında istifadə olunmuşdur. Romanın yazılması müddətində Dostoyevski stenoqraf Anna Snitkinlə tanış oldu və onunla evləndi. Toydan sonra yeni evlilər Avropaya səyahətə çıxdılar, amma orada da Dostoyevski qumar asılılığından qurtula bilmədi və sonda həyat yoldaşına söz verdi ki, artıq qumar oynamayacaq. Bu sözünü tutaraq ömrünün son on ilini qumar oynamadan yaşadı.

Romanın mövzusu hər şeyə üstün gələn ehtiras dolu qumar oyununa həsr olunub. Romanda təsvir edilən qəhrəmanlardan biri Polina Aleksandrovna məhz Suslovanın prototipi hesab edilir. Romanın baş qəhrəmanının Polina ilə olan əzablı münasibətləri də Dostoyevskinin Suslova ilə heç də asan olmayan münasibətlərini əks etdirib.

Romanın süjet xətti
Roman çıxılmazlıq duyğusundan qurtulmağa can atan qəhrəmanın məhrəm yaşantılarını oxuculara ustalıqla çatdırır. Dostoyevski özü bu əsər haqda məktublarının birində yazır: “... Başlıca məsələ ondadır ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu. O qumarbazdır. Bununla belə Puşkinin xəsis cəngavəri, sadəcə, xəsis olmadığı kimi o da adi qumarbaz deyil. O, özünəxas şairdir, amma iş burasındadır ki, öz poeziyasından özü utanır, ona görə ki, risk ehtiyacı onu öz gözlərində nəcibləşdirsə də, bu poeziyanın rəzilliyini dərindən hiss eləyir...” Bütün hekayət ondan ibarətdir ki, o, üçüncü ildir ki, qumarxanalarda ruletka oynayır...”

 Yüklə 


5 noyabr 2014
GO BACK