Qadin.NET / Sürətli oxu-34

Sürətli oxu-34

Sürətli oxu-34

Dərslikləri necə oxumalı

"Biz bilirik, - deyəcəksiniz, - biz hər gün bununla məşğul oluruq, burada yeni nə isə çətin ki olsun". Buna baxmayaraq sizə bəzi məsləhətlər vermək istərdik. Bildiyiniz kimi ilk söhbətlərimizdən birində dərsliyin oxunmasını dərinləşdirilmiş oxu adlandırdığımız oxuya aid etmişdik. Bu cür oxu oxunulanın dərindən mənimsənilməsini tələb edir və təbii ki, yalnız ləng ola bilər. Lakin ləng oxu hələ "diqqətli oxu" demək deyil və heç də həmişə təsirli olmur. Buna görə də burada dərslikləri necə oxumağa dair deyil, əsas etibarilə oxunulanları necə  konspektləşdirməyə dair tövsiyələr vermək istərdik.
Oxu zamanı qeydlər etmək bacarığı oxucunu intizama öyrədir. Hansısa materialı öyrənərkən qeydlər əqli əməyi yüngülləşdirir, bir növ mənimsənilənlərə özünəməxsus nəzarət rolunu oynayır. Yazılanlar daha yaxşı və daha tam mənimsənilir, yaddaşda daha möhkəm qalır. Müəyyən edilib ki, məsələn, 100 söz oxuduqdan sonra oxunulanları ümumiləşdirən 50 söz yazdıqda mənimsəmə əmsalı 10000 söz oxuyub, heç nə yazdıqdan daha yüksək olur. Həmçinin o da vacibdir ki, oxunulanın qeyd edilməsi zamanı informasiyanın yığcamlaşdırılması vərdişi formalaşır. Bu isə bizim zəmanəmizdə getdikçə daha böyük əhəmiyyət daşımağa başlayır. Oxu və qeydlərin növbələşdirilməsi yorğunluğu azaldır, əmək qaybiliyyətini və ümumilikdə əqli əməyin məhsuldarlığını artırır. Bəs kitabla, dərsliklə necə konspektləşdirmə aparmalı?
Konspektləri iki qrupa ayırmaq olar.

1) öyrənilən ədəbiyyatın konspektləri;
2) gələcək çıxışların konspektləri.
Onların hər birini ayrılıqda nəzərdən keçirək.

Sürətli oxu-34

Öyrənilən ədəbiyyatın konspektləri

- Bütün toplanmış material elə sistemləşdirilir ki, ondan teç və səhvsiz baş çıxarmaq olsun. Bütün konspektləri nömrələmək və konspektləşdirilmiş mənbələrin səhvlərinə görə sıralanmanı təmin etmək lazımdır.

- Ədəbiyyatın konspektləşdirilməsinə başlamazdan əvvəl dəftərdə bütün əsas məlumatları göstərmək lazımdır: müəllifin adı, başlıq, kitabın nəşr edilmə ili və yeri. Əgər nəşriyyat dövridirsə, qəzetin, yaxud jurnalın adı, il, ay, nömrə, say, nəşr olunduğu yer.

- Bütün konspektlərin sahələri olmalıdır. Rahatlıq üçün onlar ikitərəfli-sağdan və soldan ola bilər. Soldakı sahələrdə səhflər qeyd edilir və əsas məsələlər qısa şəkildə ifadə edilir, yarımbaşlıqlar verilir. Sağdakı sahələrdə öz nəticələrinizi, verilən məsələnin sonradan işlənməsi üçün digər materiallara istinadlar, mövzular və problemləri qeyd edin.
- Konspekt ümumilikdə mənbənin məzmunun qısa ifadəsidir. O, müitləq istinad və sitatlarla növbələşir.
- Böyük işi konspektləşdirərkən mütləq onun strukturunu, başlıqları, fəsilləri saxlayın. Qeydlər sahələrə yerləşmirsə, onları böyük mötərzəyə, yaxud çərçivəyə alaraq konspektin mətnində yazın, "yekun" işarələri ilə nişanlayın, yaxud "mənim yekunum", "mənim əlavəm" və s. adlandırın.

Gələcək çıxışların konspektləri

Siz məruzə ilə iclasda, seminarda çıxış etməlisiniz. Bunu necə daha asan və təsirli etmək olar? Bunda sizə konspekt kömək edəcək. Onu belə hazırlamaq olar:
- Plan hazırlayın. O, məlumat, yaxud məruzənin məsələlərinin sıralanmasına, eləcə də sübut üçün cəlb edilən faktiki materaila birbaşa istinadlara malik olmalıdır. İşin ilk variantdarında əsas plan axtarışıdır.
- Tezis üsulundan istifadə edərək mövzunun əsas problemləri və onlara aid olan süalları müəyyənləşdirin, onları qruplaşdırın, formulların məntiqi həmasılılığına və dəqiqliyinə nail olun: məlumat nə haqqındadır, sizə nə məlumdur, başlıqları nə deyir, sizin fikriniz, nəticələriniz.
- Konspektin son varinatında əsas diqqəti istifadə edilmiş mənbələrə söykənərək bütün problemin qısa (konspekt) ifadəsinə yönəldin. Savadlı, yığcam, konkret danışmağı öyrənin.

Sürətli oxu-34

Bəs dərslikləri sürətli oxumaq olarmı?

Bəli, olar. Lakin bu üsuldan fənnin  dərindən öyrənilməsi məqsədilə istifadə etmək olmaz. Əlavə olduqca təsirli bir vasitə kimi istifadə etmək olar. Təkidlə tövsiyə edirik ki, təlim prosesinin bütün mərhələlərində: yeni fənni öyrənməyə başlamaq üçün dərs ili ərzində, eləcə də imtahanlara hazırlıq dövründə fövqəlsürətli oxu metodundan - "hücum metodu"-dan istifadə edəsiniz. Təklif etdiyimiz tövsiyələr çox böyük effekt verir, amma yalnız o halda ki, ciddi şəkildə aşağıda verilmiş qaydalara müvafiq olaraq tətbiq edilsin:
1. Dərs ilinin başlanğıcında: Tətillər geridə qalıb, irəlidə yeni dərs ili var. Siz məktəbdən yeni dərsliklər gətirmisiniz. Öyrənəcəyiniz fənləri bilirsiniz. Hər kəsin məktəbdə sevimli və o qədər də sevmədiyi fənləri olur. Bütün dərslikləri stolun üstünə düzün və fənnə marağınızın artdığı qaydada sıralayın. Bəs sonra? Qarşınızdakı dərsliklərə baxın. Hər bir kitab bütün il ərzində öyrənəcəyiniz biliklər xəzinəsidir. Hər kitabı bir gün ərzində "hücum metodu" rejimində "oxumağı" təklif edirik. Bu, nə üçün lazımdır? Nəyisə dərindən və əsaslı şəkildə öyrənməzdən əvvəl fənn haqqında ümumi təsəvvürə malik olmaq, onun əsas tərkib hissələrini,
xüsusiyyətlərini, səciyyəsini bilmək vacibdir. Siz bütün bu məlumatları dərsliyi "hücum metodu" rejimində oxuyaraq əldə edə bilərsiniz. Oxunu başa çatdırdıqdan sonra oxuduqlarınızın qısa konspektini hazırlamaq lazımdır. Konspekt yazılması prosesində, lazım gəldikdə dərsliyin ayrı-ayrı fəsillərinin, yaxud bölmələrinin təkrar oxunmasına yol verilir.

Necə işləməli? Hər dərsliyin üzərində bir gün işləməyi tövsiyə edirik. Yaxşı olar ki, bu, dərsdən azad bir gün olsun. Oxunuz, həqiqətən də, sürətli, fəal, yaradıcı olubsa, sizi inanılmaz kəşflər gözləyir. Onlar nədən ibarətdir? Birincisi, fikri baxışınız qarşısında bütün fənnin, bütün təlim kursunun və onu təşkil edən hissələrin obrazlı, müşahidə mənzərəsi açılır. İkincisi, bu fənnin sonradan dərs ili  ərzində öyrənilməsi artıq məlum olanın yada salınması, öyrəndiyinizin ayrı-ayrı konkret hissələrinin sizə məlum olan ümuminin təsviri ilə aydın və müəyyən əlaqəsinin xatırlanması prosesidir.

2. Dərs ili ərzində: Sizin şüarınız: sürətli oxu tənbəl şagirdlər üçündür. O mənada tənbəl ki, onlar ev tapşırıqlarının yerinə yetirilməsinə çox az vaxt ayırırlar. Həqiqətən də, dünyada o qədər maraqlı şeylər var ki: idman, musiqi, turist gəzintiləri. Bəs bütün vaxt dərsə gedirsə, onlara necə vaxt tapmaq olar? Minimal vaxt sərfi ilə müvəffəqiyyətlə oxumaq istəyirsiniz? Bəzi tövsiyələrimiz var.
Birincisi, məktəbdə dərs vaxtı zamanınızdan maksimal dərəcədə səmərəli istifadə edin. Sürətli konspektləşdirməyə dair tövsiyələrimizə əməl edin, sizə aydın olmayan hər şeyi sinifdə aydınlaşdırın, heç nəyi sonraya saxlamayın. Ev tapşırığını qeyd edərkən eyni zamanda, onun yerinə yetirilməsi modelini qurun.
İkincisi, yenə də sizdə öyrəndiyiniz proqramın bəzi bölmələri ilə bağlı problemlər yaranıb. Mövzu üzrə əlavə ədəbiyyat tapın və onu oxuyun. Bu ədəbiyyatı özünüz tapa bilərsiniz və ya müəllim sizə kömək edə bilər. Unutmayın, müəyyən mövzu üzrə nə qədər müxtəlif ədəbiyyat oxusanız, ondan daha asan və dəqiq baş çıxaracaqsınız. Hər fənn üzrə müəllimin tövsiyə etdiyi əlavə ədəbiyyatı, eləcə də müstəqil olaraq özünüzün tapdığımız ədəbiyyatı oxuyun. Oxuduqlarımızı yazılı şəkildə möhkəmləndirməyi də unutmayın.

3. İmtahandan əvvəl: İmtahanlar təhsilin həlledici mərhələsidir. Bu mərhələ sizin üçün xüsusi maraq kəsb edir: siz nəinki müəllimlərə proqram üzrə bildiklərinizi, həm də əlavə ədəbiyyatdan diqqətinizi çəkən çox şeyi bildiyinizi nümayiş etdirməlisiniz. Müvəffəqiyyətli imtahanın əsası proqramın bölmələrinə dair möhkəm biliklərdir. Hər şeyi sakitcə təkrarlamaq, xatırlamaq, sistemə salmaq lazımdır. Yaddaş haqqında söhbətimizdə  ətraflı izah edilmiş təsirli təkrarlama sistemini bir daha siz xatırladaq. Bu mərhələdə sürətli oxu bizə nə verə bilər? İmtahan biletləri ilə dərslik üzərində dərin və əsaslı işdən sonra "hücum metodu" ilə mövzu üzrə bir neçə əlavə kitab oxumaq, diqqəti ən mürəkkəb və sizin üçün aydın olmayan problemlər üzərində cəmləşdirmək çox faydalıdır. Siz tezliklə hiss edəcəksiniz ki, imtahan sizin üçün imtahan bir sevincdir, məktəb proqramı çərçivəsindən kənara çıxan biliklərinizin nümayiş olunması vasitəsidir. Çox vaxt bu, sürətli oxu metodunu mənimsəmiş və ondan imtahanlara hazırlıq zamanı istifadə edən şagirdlərimizin elə xoşuna gəlirdi ki, sonradan bizə imtahanların başa çatmasından təəssüfləndiklərini deyirdilər.

26 dekabr 2014
GO BACK