Günəş şüaları və "D" vitamini
Günəş şüaları dəri üçün zərərlidir, çünki onlar dəri xərçənginin əmələ gəlməsinə gətirib çıxara bilər, lakin İllinoys universitetinin tədqiqatçılarının qeyd etdiyinə görə, Günəşdən həddindən artıq qorunmaq sağlamlığa ziyan vurur. Məsələ bundadır ki, orqanizm "D" vitaminini yalnız Günəş şüalarının təsiri altında istehsal edə bilər, gün əleyhinə müdafiə isə, məsələn, kremlər "D" vitamininin sintezi üçün vacib olan ultrabənövşəyi şüaları udur. Günəş yaşlı insanların orqanizmində "D" vitaminin yaranmasının, demək olar ki, yeganə mənbəyi olduğundan (gənclər də bu cür mənbə qida da olur), deməli, günəşdən qorunma vasitələrindən həddindən artıq
istifadə onlar üçün zərərlidir.
Bu mətni isə 1-1,5 saatdan sonra nəql etməyə çalışın. Məna yaddaşının həcminin və keyfiyyətinin qiymətləndirilməsini də elə birinci halda olduğu kimi aparın.
2. Rəqəm yaddaşı
Diqqətlə, lakin bir dəfə oxuyun və yadda saxlamağa çalışın: 21, 37, 44, 75, 89, 34, 27, 14, 93.
Rəqəmlərin üstünü örtün. İndi onlardan yadınızda qalanları yazın. Yadda qalan rəqəmlərin sayı rəqəm yaddaşımızın həcmini, lazımi qaydada yadda saxladığmız rəqəmlərin sayı isə rəqəm yaddaşınızın keyfiyyətini xarakterizə edir. Yaddaşın həcmi üzrə 8-10 rəqəmə görə "əla"; 5-7 rəqəmə görə - "yaxşı"; 4 rəqəmə görə - "kafi"; 4-dən aşağı - "pis" qiymət qoyun. Keyfiyyətə görə ardıcıllıqla sadalanmış 5-7 rəqəmə görə "əla"; 4 rəqəmə görə - "yaxşı"; 3 rəqəmə görə - "kafi"; 3-dən aşağı - "pis" qiymət qoyun. Ümumi qiymət ədədi ortanın hesablanması yolu ilə tapılır.
3. Söz yaddaşı
Bir dəfə oxuyun: Bağ, çay, şəhər, meşə, tövlə, bal, klub, səs, yanğın, tank.
Sözlərin üstünü örtün. Yadınızda qalanları yazın. Yadda saxlanılan sözlərin sayı söz yaddaşınızın həcmini, ardıcıl olaraq yadda saxladığınız sözlərin sayı isə söz yaddaşmızın keyfiyyətini xarakterizə edir. Qiymətləndirmə də elə birinci halda olduğu kimi aparılır.
4. Əyani-obrazlı yaddaş
Şəkil 18-də göstərilən formaya əsasən dörd kvadrat çəkin. Bu sizin 4X4 ölçülü iş matrisanız olacaq. Onları müvafiq olaraq "A", "B", "C",
"D" adlandırın. İrəlidə siz içərisinə fiqurlar çəkilmiş bu cür kvadratlara rast gələcəksiniz. 30 saniyə ərzində diqqətlə "A" kvadratının fiqurlarına baxın, fiqurların özlərini və onların yerləşməsini yadda saxlamağa çalışın. Bundan sonra hazırladığmız blankda "A" kvadratının fiqurlarını yazın. "B", "C", "D" kvadratları ilə də eyni şeyi edin.
Qiymət bu cür qoyulur. Hər kvadrat üzrə çəkilmiş (o cümlədən səhv) işarələrin sayı hesablanır və kəsrin surətində yazılır. Məxrəcdə isə səhvlərin sayı (həm formasına, həm də yerləşməsinə görə) yazılır. Qiymətin göstərilməsi üçün bütün rəqəmlər (surət üçün ayrıca və məxrəc üçün ayrıca) toplanır və alınan bal Cədvəl 7-yə əsasən 10 ballıq sistemlə müəyyənləşir. 5 ballıq sistemə keçirildikdə isə 8-9 bal olduqda özünüzə "əla"; 6-7 bal olduqda - "yaxşı"; 5 bal olduqda - "kafi"; daha aşağı - "pis" qiymət qoyun.
Şəkil 18. Əyani-obrazlı yaddaşın yoxlanması üçün iş matrisası
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Şəkil 19. Əyani-obrazlı yaddaşın voxlanması üçün test cədvəlləri
Yaddaşın ümumi qiymətləndirilməsi beş göstərici (1-bilavasitə qavrayış mətni; 2-kənar qavrayış mətni; 3-rəqəmlərin sadalanması; 4- sözlərin deyilməsi; 5-fiqurlarm yada salınması) əsasında ədədi ortanın tapılması yolu ilə hesablanır. Şəxsi eksperimentinizin yekununu müəyyənləşdirmək üçün cədvəldən istifadə edilir.
Nümunə: ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinin nəticələri belə olub: A—6/1; B-7/2; C-5/0; D-7/0. Topladıqdan sonra nəticə (6+7+5+7)/ (l+2+0+0) =25/3.
0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 |
28 9 9 8 7 7 6 6 5 4 4 4 3 3 3 3 3 |
Əyani–obrazlı yaddaşın qiymətləndirilməsi. Səhvlərin sayı.
27 9 9 8 7 6 6 5 5 5 4 4 3 3 3 3 2 |
26 9 8 7 7 6 6 5 5 5 4 3 3 3 3 2 2 |
25 9 8 7 6 6 5 5 4 4 4 3 3 3 3 2 2 |
24 9 8 7 6 6 5 5 4 4 4 3 3 3 2 2 2 |
23 8 7 7 6 5 5 4 4 4 3 3 3 2 2 2 2 |
22 8 7 6 6 5 4 4 4 3 3 3 3 2 2 2 2 |
21 8 7 6 5 5 4 4 4 3 3 3 2 2 2 2 2 |
20 7 6 6 5 4 4 4 3 3 3 2 2 2 2 2 2 |
19 7 6 5 5 4 4 4 3 3 3 2 2 2 2 2 1 |
18 7 6 5 4 4 4 3 3 3 2 2 2 2 2 1 1 |
17 6 6 5 4 4 3 3 3 2 2 2 2 2 2 1 1 |
16 6 5 5 4 4 3 3 2 2 2 2 2 2 1 1 1 |
15 6 5 4 4 3 3 3 2 2 2 2 2 1 1 1 1 |
14 6 5 4 3 3 3 2 2 2 2 2 1 1 1 1 1 |
13 5 4 4 3 3 2 2 2 2 2 1 1 1 1 1 1 |
12 5 4 3 3 3 2 2 2 2 1 1 1 1 1 1 1 |
11 5 4 3 3 2 2 2 2 1 1 1 1 1 1 1 1 |
10 4 4 3 3 2 2 2 2 1 1 1 1 1 1 1 1 |
9 4 3 3 2 2 2 2 1 1 1 1 1 1 1 1 1 |
8 4 3 3 2 2 2 1 1 1 1 1 1 1 1 1 1 |
Yaddaşınızın dörd parametrinin sınaqdan keçirilməsinin nəticəsi
Adı çəkilən parametrlər üzrə yaddaşınız "əla" (5) və ya "yaxşı" (4) qiymətləndirilirsə, bu nailiyyətinizdə dayanmayın. Siz məqsədyönlü məşqlər vasitəsilə çox şeyə nail ola bilərsiniz. Özünüzə "kafi" (3), yaxud "pis" (2) qiymət vermisinizsə, məyus olmayın. Siz xüsusi intensiv məşğələlərlə bu nəticəni düzəldə bilərsiniz. Beləliklə, siz öz yaddaşınızın xüsusiyyətlərini bir az tanıdınız. Gəlin, yaddaşın xüsusiyyətlərini nəzərdən keçirməyə davam edək. Bunun üçün isə növbəti xəbərimizi nəzərdən qaçırmayın.