Qadin.NET / Sürətli oxu-28

Sürətli oxu-28

Sürətli oxu-28

Diqqətin həcmi

Təcrübədə diqqətin həcmi sürətlə göstərilmə zamanı insanın qavraya, "tuta" biləcəyi predmetlərin sayı ilə müəyyənləşdirilir. Psixologiya laboratoriyalarında bu məqsəd üçün xüsusi cihazdan - taxistoskopdan (adı qədim yunan tarixi- “sürətlə”, skopeo - "baxıram" sözlərindən əmələ gəlib) istifadə edilir. Ekranda qısa müddət ərzində hərflər, rəqəmlər göstərilir, sonra isə düzgün qavranılmış predmetlərin sayı hesablanır. Başqa sözlə, diqqətin həcmi onun yayıla biləcəyi sahənin genişliyidir.

Tapşırıq: Diqqətin həcmini müəyyənləşdirmək

Vərəqdə əvvəlcədən 4X4 ölçülü 6 kvadrat çəkmək lazımdır. Bundan sonra birinci fiquru ən çox 2-3 saniyə ərzində diqqətlə nəzərdən keçirmək və yadda saxlanılanları mümkün qədər dəqiqliklə yada salmaq lazımdır. Bu ardıcıllıqla da özünüzü altı fiqurun hamısında yoxlamalısınız. Cədvəlin müvafiq xanasına düzgün daxil edilmiş hər bir dairə (yaxud kvadrat) üçün bir bal hesablanır. 49 bal qazandıqda diqqətin həcminin yaxşı olduğu qənaətinə gəlmək olar. 35 bal qazanılıbsa, ilk yarımil ərzində ayda 1-2 dəfə də məşq etmək, bundan sonra isə özünüqiymətləndirmə və məşqə ehtiyac olduqca bu məşğələyə qayıtmaq lazımdır.

Diqqətin məşq etdirilməsi üçün məşğələ

Diqqətin məşq etdirilməsi üçün məşğələnin təsvirinə keçməzdən əvvəl xatırlatmaq istərdim ki, diqqət insanın psixi fəaliyyətinin əsas həcmini təşkil edən psixika hadisə və proseslərin ümumi xüsusiyyətidir. Diqqət qavrayış, yaddaş, təfəkkür, təxəyyül kimi psixi prosesləri müşayiət edir, istiqamətləndirir və məqsədyönlü şəkildə təşkil edir. Lakin diqqətin yalnız bir prosesi ilə məşğul olmaq qeyri-mümkündür. Bununla yanaşı normal insan şux əhvali-ruhiyyədə olarkən tamamilə diqqətsiz ola da bilməz. Onun diqqətini həmişə nə isə cəlb etmiş olur və fikri nədəsə, məhz fəaliyyət obyektində cəmləşir. Müəyyən edilib ki, diqqət istənilən psixi fəaliyyətin effektivliyini artırır. O, psixi proseslərin daha dəqiq cərəyan etməsinə səbəb olur. Bu zaman diqqətli qavrayış diqqətin obyekti ilə əlaqəli olmayan qıcıqlandırıcılar üçün bir növ süzgəc rolunu oynayır. Nəhayət, diqqət elə bir mexanizmdir ki, onun köməyilə sizin şüurunuz öz fəaliyyətini seçici olaraq yüklənmədən qaçaraq, onu individin tələblərini bir yolla təmin etmək üçün istiqamətləndirərək təşkil edir. Beləliklə də, diqqətin seçici xarakteri şəxsiyyətin həm psixi, həm də əmək fəaliyyətinin məqsədyönlü istiqaməti üçün əsas şərtdir. Psixi fəaliyyət isə şəxsiyyət tərəfindən hazırda onun üçün daha əhəmiyyətli olan şeylərə yönəldilir.

Sürətli oxu-28

Diqqətin həcminin müəyyənləşdirilməsi üçün test

Uzunmüddətli davamlı diqqətə nail olmaq üçün ən azından iki şərti nəzərə almaq lazımdır. Birincisi, sizin ümumi əhvali-ruhiyyəniz diqqətin cəmləşməsinə və davamlılığina təsir göstərir. Beləliklə də, həddindən artıq yükləndikdə və yorulduqda diqqətin davamlılığın pisləşməsi, davamlılığın aşağı düşməsi qeydə alınır, siz getdikcə daha çox əlavə təəssüratlara yayınırsınız, diqqətinizi uzun müddət müəyyən məşğuliyyətin üzərində saxlamaq çətinləşir. İkincisi, diqqətin davamlılığının nisbətən mühüm şərti diqqıtin mərkəzləşdiyi predmetdə əlaqənin yeni tərəflərini acmaq imkanıdır. Predmetin məzmununun onu daha da dərindən anlamaq imkanı vermədiyi yerdə yüngül yayınmalara meyillilik üçün şərait yaranır və mütləq diqqətin tərəddüdünün səbəb olduğu fikir dağınıqlığı meydana çıxır. Əldə olunan məlumatlarda istənilən eynicinslilik, yeknəsəqlik, yeniliyin olmaması informasiyanı qavrayan şəxsin diqqətini kütləşdirməyə qadirdir.
İdmanda istifadə olunan psixotexniki oyunlar seriyasından seçdiyimiz məşğələləri təklif edərkən xatırlatmaq istərdim ki, 3 ay elə bir minimal müddətdir ki, bu zaman məşğələləri səlıqə ilə yerinə yetirərək müsbət nəticələr əldə etmək olar. Sürətli oxu eksperimental kursunun dinləyicilərindən biri belə yazıb: "Heç vaxt düşünmürdüm ki, diqqətin məşq etdirilməsi mənə bu qədər çox şey verəcək, özü də təkcə sürətli oxu üçün yox. Əvvəllər mənə lazım olan kitabı bir saat ərzində oxumağa özümü məcbur etmək çox çətin idi. Daim məmnuniyyətlə fikrimi yayındırırdı. Mən özüm də məmnuniyyətlə bu "yayınmalara" gedirdim. İndi isə hər şey çox asandır, sanki daxilən özümə əmr verirəm ki, "işlə, bu sənə lazımdır” və özüm də hiss etmədən işin özü ilə əylənirəm. Hətta maraqsız kitabın oxunması belə birdən olduqca maraqlı gəlır. Həmçinin hiss etmişəm ki, konstruktor bürosunda xidmət edərkən xarici aləmdən uzaqlaşmaq və tamamilə gördüyüm işə qapılmaq mənə daha asandır".

Sürətli oxu-28

Məşğələ: "Barmaqlar"

Kresloda və ya stulda rahat oturun. Dizlərinizin üstünə qoyduğunuz əllərinizin barmaqlarını bir-birinə keçirin, baş barmaqları sərbəst buraxın. Yavaş-yavaş onlan daimi sürətlə və bir istiqamətdə bir-birinin ərtafında fırladın və onların bir- birinə toxunmamasına nəzarət edin. Diqqətinizi bu hərəkətin üzərində cəmləşdirin. İlk iki həftədə məşğələni gündə 5 dəqiqə, sonra isə 10 dəqiqə ərzində yerinə yetirməlisiniz. Tədricən məşğələnin yerinə yetirilmə müddətini 15 dəqiqəyə çatdırmaq lazımdır. Məşğələ barmaqların fırladılmasının mənasızlığı sayəsində diqqətin işini "təmiz halda" izləmək imkanı verir.
Siz məhz fikrin cəmləşməsinin obyektinin həddindən artıq qeyri-adi olmasından dolayı gözlənilmədən bu tapşırığın yerinə yetirilməsinin sizə çətin görünəcəyinə hazır olmalısınız. Ola bilər ki,  siz yuxuya meyilli olmağa başlayacaqsınız. Qeyri-adi duyğuların meydana gəlməsi də mümkündür: barmaqların böyüməsi və ya soyuması, onların hərəkətinin istiqamətinin dəyişdiyini zənn etmək. Özünüzü bu çətinliklərin öhdəsindən gəlməyə vadar etməli və diqqəti edilən hərəkətin üzərində tamamilə cəmləşdirməlisiniz. Daim öz vəziyyətinizə nəzarət etməlisiniz. Bir anlıq aşkar edəcəksiniz ki, təlimatları yaddan çıxarmısınız. Barmaqlar mexaniki olaraq fırlanır, nəzər pəncərədən buludun hərəkətini izləyir, fikirdə isə tamam başqa şeydir.

Məşğələ: "Əqrəb"

Məşğələ hər gün gündə iki-üç dəfə yerinə yetirilir. 3 dəqiqə ərzində saatınızın saniyə əqrəbinin hərəkətini izləyin. Başlanğıcda məşğələ o qədər də çətin görünmür. Lakin tezliklə aşkar edəcəksiniz ki, artıq əqrəbi izləmirsiniz, tamamilə başqa bir şey haqqında fikirləşirsiniz, halbuki, diqqətiniz daim əqrəbin üzərində olmalıdır.

Məşğələ: Maraqsız kitabı oxumaq

Biz adətən nə oxuyuruq? Biz lazımlı, maraqlı, faydalı olanı. Çox nadir hallarda əvvəlcədən lazımsız və faydasız olduğunu bildiyimiz bir mətni oxumağa girişirik. Bu məşğələdə bizim üçün maraqsız olduğunu bilə-bilə kitabları oxumağı təklif edirik. Əvvəlcə bu, açıq-aşkar ixtiyari xarakter daşıyır. Siz özünüzü çətinliklə mətni oxumağa məcbur edirsiniz.
Hər şey sizə maraqsız gəlir və birdən ağlınıza hansısa maraqlı bir fikir gəldi. Nə isə sizi cəlb etdi. Özünüz də hiss etmədən kitabın sizin üçün ümumilikdə maraqsız olduğunu yaddan çıxararaq mətni diqqətlə oxumağa başlayırsınız. Diqqət ixtiyaridən sonrakı diqqətə çevrilir. İstənilən işə "cəlb olunmaq" onu sevimli işə çevirmək bacarığı insan fəaliyyəyətinin bir cox növlərini məhsuldar şəkildə icra etməyə kömək edən böyük üstünlükdür. Bu məşğələ üçün hansı kitabları seçməli? Biz, adətən, sizin ixtisasınıza aid olmayan kitabları oxumağı məsləhət görürük.

30 noyabr 2014
GO BACK