Öz diqqətini necə idarə etməli
Bizim inkişafımızda və əməli fəaliyyətimizdə diqqət böyük rol oynayır. Buna görə də diqqət üzərində hakimiyyətimizin möhkəmləndirilməsi, onun idarə edilməsi, qavrayış vasitəsilə gerçəkləşdirilən ixtiyari diqqət heç vaxt öz aktuallığını itirmir. Burada başqa insanların diqqətinin idarə edilməsi ilə öz diqqətini idarə etməyə nail olmağın qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı barədə bir neçə kəlmə demək istərdik. Psixoloq L.S.Vıqotski vaxtilə belə bir müddəa irəli sürüb və əsaslandırıb ki, özünü idarə etmək başqa insanları idarə etməkdən daha çətindir. Buna görə də, başqalarını idarə etməkdən özünü idarə etməyə, tabelikdən özünüidarəetməyə keçid şəxsiyyət kimi inkişafın daha yüksək pilləsi deməkdir. Diqqətin məşq etdirilməsi üzrə məşğələlərin və diqqətinizin səviyyəsinin müəyyənləşdirilməsi üçün tapşırıqları nəzərdən keçirməzdən əvvəl mühüm bir məsələni vurğulamaq istərdik. Diqqət psixi fəaliyyətin məşqə ən çətin alışdırılan parametrlərinə aiddir. Yadda saxlayın, 3 ay diqqətin məşq etdirilməsi üzrə məşğələlərin yerinə yetirilməsi üçün minimal müddət ərzində öz diqqətinizdə bəzi irəliləyişlər hiss edəcəksiniz. Bununla yanaşı, unutmamalısınız ki, öz diqqətinizi təkmilləşdirərək, onu idarə etməyi öyrənərək siz əqli və fiziki fəaliyyətinizin bir çox formalarının məhsuldarlığının artırılmasına dair kompleks məsələni həll etmiş olursunuz. İndi isə diqqətinizin dörd ən mühüm göstəriciyə görə təhlilini aparaq:
- Diqqətin cəmləşməsi;
- Diqqətin davamlılığı;
- Diqqətin keçirilməsi;
- Diqqətin həcmi.
Diqqətin cəmləşməsi
Məlumdur ki, istənilən işi keyfiyyətlə, yəni dəqiq, cəld və səliqəli icra etmək yalnız o halda mümkündür ki, siz maksimal dərəcədə özünüzü toplamısınız və diqqətlisiniz. Əks təqdirdə, hütün cəhdləriniz boşa gedə bilər. Linzalarla bağlı misal sizə fizika kursundan tanışdır. Lupa vasitəsilə bir nöqtəyə toplanmış günəş şüaları kağız vərəqini, yaxud ağac parçasını yandıra bilər. Buna bənzər şəkildə bütün səylərinizi, enerjinizi onların üzərində cəmləşdirməyi bacarsanız, icra edilən işin, həll edilən məsələnin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər. Əslində tam, bütöv diqqət yalnız çox qısa müddət ərzində mövcud ola bilər. Təcrübələrlə müəyyən edilib ki, diqqətin maksimal dərəcədə cəmləşməsi 30 saniyə, maksimum 90 saniyə ərzində mümkündür. Bu müddətdən sonra diqqət səpələnir və onu "toplamaq" və hazırda həll edilən məsələyə yönəltmək yalnız müəyyən iradi və fiziki cəhdlər sayəsində mümkün olur. Bununla da diqqətin cəmləşməsini onun itməsinə, səpələnməsinə qarşı fəal mübarizə kimi təyin etmək olar. Yüksək intellektin mühüm xüsusiyyətlərindən biri, bildiyimiz kimi, elə məhz öz diqqətini nəzərdən keçirilən problemin məzmunu üzərində cəmləşdirmək qabiliyyətidir.
Diqətin cəmləşməsini müəyyənləşdirmək üçün test tapşırıq: Diqqətinizin cəmləşməsinin və bu qabiliyyətin inkişaf imkanlarının müəyyənləşdirilməsi.
Sizə 25 rəqəm sətrindən ibarət olan bir cədvəl təklif olunur. 7 dəqiqə ərzində cədvəlin hər sətrində cəmi 10 edən və yanaşı dayanan bütün rəqəm cütlüklərini tapmaq və altından xətt çəkmək lazımdır. Məsələn: A. 2, 9, 1, 4, 8, 7, 5, 6, 3, 9, 4, 6, 7, 8, 83, 12, 3, 4, 5, 6, 7, 8, 9, 8, 7, 6, 5, 4, 3, 7. Bundan sonra buraxılan, yaxud səhv qeyd edilən rəqəm cütlükləri sayılır. Hər bir səhvə görə bir bal çıxılır.
Cədvəl
"Diqqətin cəmləşməsi" testinin nəticələri
Seriya в„– |
1 |
2 |
3 |
Cərimə ballarının sayı |
|
|
|
Cədvəli nəzərdən keçirərkən diqqəti rəqəmlərin sətirdə yerləşməsi üzərində cəmləşdirmək lazımdır ki, axtarılan rəqəm cütlüyü buraxılmasın. Mümkün qədər cəld işləyin. Yenidən yoxlama üçün geri qayıtmayın. Bu, sizin nəticələrinizə öz təsirini göstərəcək. Başladıqdan 7 dəqiqə sonra işi dayandırın və buraxılmışları hesablamağa başlayın. Diqqət! Tamamlanmamış iş zamanı nəticələr nəzərə alınmır.
Nəticələrin hesablanması və təhlili üçün açar: Blankda cəmi 10 olan cəmi 149 rəqəm cütlüyünə görə səhv buraxma, yaxud səhv işarələnmiş rəqəm sütlüyünə görə bir cərimə balı verilir.
“Diqqətin cəmləşməsi” testinin nəticələrinin təhlili
Diqqətin xarakteristikası |
Səhvlər (%) |
Cərimə ballarının sayı |
Yüksək cəmləşmə |
10 % |
0-dan 26-dək |
Yaxşı cəmləşmə |
20 % |
27-dən 37-dək |
Kafi cəmləşmə |
30 % |
38-dən 48-dək |
Pis cəmləşmə |
40 % |
49-dan 149-dək |
Uğurlarınızın təhlilinin cədvəldə verilmiş testin nəticələrinə əsasən aparın. Bu tapşırığı öz diqqət cəmləşməsi qabiliyyətininzin inkişafının uğruna yoxlamaq üçün də yerinə yetirmək, bundan sonra isə yoxlamanı yarım ildən sonra təkrarlamaq, nəticələri isə müqayisəli təhlil üçün saxlamaq tövsiyə olunur.