Qadin.NET / Sürətli oxu-25

Sürətli oxu-25

Sürətli oxu-25

Diqqətsizliyin əsas səbəbləri

Əksər şagirdlər çox vaxt fikrin dağınıqlığından şikayətlənirlər: "Diqqət yetirmədim", "Fikrim yayındı və eşitmədim". Əksər insanlar öz diqqətsizliklərinə və fikir dağınıqlıqlarına kifayət qədər yumşaq yanaşır və buna ciddi əhəmiyyət vermirlər. Lakin məktəbdə bu cür fikir dağınıqlığının “bədəli”-nin nə olduğu sizə məlumdur. "Göz gəzdirdim" - və budur, ev tapşırığını yenidən oxumağa, yenidən vaxt sərf etməyə məcburam.

Dərslikdə mühüm bir hissəni, yaxud dərsə gecikmisinizsə, müəllimin çətin bir teoremi izah etməsini buraxmısınızsa, bu, həyatı çox vaxt çətinləşdirir. Fikir dağınıqlığını həqiqi və yalançı fikir dağınıqlığına ayırmaq olar. Onların əsasında diqqətin ayrı-ayrı xüsusiyyətlərinin qeyri-bərabər inkişafı dayanır. Məsələ bundadır ki, diqqətin müxtəlif xüsusiyyətləri-həcm, bölüşdürülmə, keçmə, davamlılıq əhəmiyyətli dərəcədə bir-birindən müstəqildirlər. Bir tərəfdən yaxşı olan diqqət başqa tərəfdən çox sayda çatişmazlıqlara malik ola bilər. Həqiqi fikir dağınıqlığını diqqətin böyük tərzdə dəyişilməsi və aşağı davamlılığı xarakterizə edir. Yalançı fikir dağınıqlığını isə bəzən "professorsayağı" adlandırırlar. O, zahirdən ilkin görünüşə oxşaya bilər: insan dərhal qoyulmuş suala cavab vermir, onu "qulaq ardına vurur", insanlara, ətrafda baş verənlərə fikir vermir. Lakin onun daxili mexanizmləri birinci dəfədən tamamilə fərqlidir. Əgər həqiqi fikir dağınıqlığı güclü keçilmənin və zəif cəmləşmənin nəticəsidirsə, yalançı fikir dağınıqlığı, əksinə, öz fikirlərinin, hislərinin, həyəcanlarının üzərində həddindən artıq cəmləşməklə digər predmetlərə, fikirlərə, hislərə isə az diqqət etməklə bağlıdır. Fikir dağınıqlığının iki birbirinə zidd növünün mövcudluğu sübut edir ki, insan davranışında zahirən bir-birinə bənzəyən halların arxasında tamamilə fərqli psixoloji amillər dayana bilər. Bəzən diqqətin məhz hansı xüsusiyyəti sayəsində təhsildə uğur əldə edildiyini müəyyənləşdirmək çətin olur. Yoldaşınız haqqında çox diqqətli insan olduğu deyilirsə, onun ayrıca bir xüsusiyyəti deyil, şəxsiyyətinin ümumi xarakteristikası nəzərdə tutulur.

Sürətli oxu-25

Diqqətlilik nədir?

Bəzən sadəcə uşaqlıqdan diqqətli olmağa alışmayan insanlara rast gəlinir. Onlar ətrafa baxırlar, amma çox şey görürlər. Burada biz fikir dağınıqlığının ikinci səbəbi olan müşahidə etmək vərdişinin olmaması ilə qarşılaşırıq. Əgər sinif yoldaşlarınızdan nəyisə təfərrüatlarına kimi xatırlamağı və yaddaşda olan nəyisə təsvir etməyi xahiş etsək (məsələn, adətən, iclasların keçirildiyi akt zalına getmək), məlum olar ki, onlar bəzi təfərrüatlara, ümumiyyətlə, fikir verməyiblər. Şerlok Holmsun öz dostu doktor Vatsonu necə "imtahan etdiyini" xatırlayaq:
- Siz baxırsınız, amma müşahidə etmirsiniz, bunlar arasında böyük fərq var. Məsələn, dəhlizdən bu otağa aparan pilləkəni çox görmüsünüz?
- Çox.
- Nə qədər çox?
- Bir neçə yüz dəfə.
- Əla, bəs orada neçə pillə var?

- Neçə? Diqqət yetirməmişəm.
- Budur. Diqqət yetirməmisiniz. Amma siz görürdünüz! Bütün məna da buradadır. Mən isə bilirəm ki, orada on yeddi pillə var, çünki həm görürdüm, həm də müşahidə edirdim.
Etiraz etmək olar ki, dərsdə buna ehtiyac yoxdur və sinifdə məşğələlər zamanı heç kim qarşısına belə məqsəd qoymur, həm də yaddaşı və diqqəti çoxsaylı əhəmiyyətsiz təfərrüatlarla yükləmək lazım deyil. Bütün bunlar doğrudur. Lakin müvəffəqiyyətli təhsil üçün, ev tapşırıqlarının yerinə yetirilməsinə sərf etdiyiniz vaxtın azaldılması üçün diqqət və müşahidəçilik qabiliyyəti istənilən, hətta ən əlverişsiz şəraitlərdə xüsusilə lazımdır və vərdişə, xarakterinizin əlamətinə, şəxsiyyətinizin xüsusiyyətlərinə çevrilməlidir. Diqqətlilik ətrafdakı insanlara müəyyən münasibət tələb edir. Bu təkcə fikir vermək qabiliyyətində deyil, həm də bizi əhatə edən insanların psixi vəziyyətinə fəal şəkildə reaksiya verməkdə, onlara qarşı həssas olmaqda özünü göstərir. Diqqətlilik bütün qavrama proseslərinin və
bütövlükdə əqli prosesin həyata keçməsində öz izini qoyur və onun nəticələrinə müsbət təsir göstərir.

Sürətli oxu-25

Diqqətin psixogigiyenası

Fəal diqqəti saxlamaq bacarığı insanın sinir sisteminin vəziyyəti ilə də bağlıdır. Buna görə də diqqətsizliyin üçüncü səbəbi kimi diqqətin psixogigiyenasının pozulmasını göstərəcəyik. Burada söhbət onun psixofizioloji əsaslarından gedir. Əvvəl də qeyd etdiyimiz kimi diqqətin psixofizioloji əsası baş beyinin müəyyən sahələrində oyanma səviyyəsinin artması - dominantının meydana çıxmasıdır. Mütəxəssislər iddia edirlər ki, əlverişli oyanma ocağının mövcudluğu bu şəraitdə beyinə təsir edən şeyləri daha yaxşı əks etdirir. Bununla da diqqətin qavrama proseslərində əhəmiyyətli rolu müəyyənləşir.
Oyanma səviyyəsinin dəyişməsi induksiya və dominantanın iki qanunun fəaliyyətindən asılıdır. Bu qanunlardan birincisinə görə, baş beyin qabığının bir sahəsində oyanma digərlərində ləngiməyə gətirib çıxarır. Beləliklə, əgər dərsdə bütün diqqətinizi müəllimə qulaq asmaq üzərində cəmləşdirmisinizsə (yəni baş beyin qabığının eşitmə zonasında oyanma artıbsa), onun "görmə" diqqəti müəyyən həddədək azalır (yəni baş beyin qabığının eşitmə zonasında oyanma aşağı düşür). Dominanta qanununa görə, beyinin digər sahələrində zəif oyanmalar aparıcı dominant ocağı möhkəmləndirərək diqqət və fikir cəmləşdirilməsini gücləndirir. Bu baxımdan insanın məşq etməsinin rolu böyükdür. Uşaqlıqdan ideal "qapalı" səs şəraitində işləməyə alışmış insan bir müddət ictimai kitabxananın zalında yaxşı məşğul ola bilməyəcək: onun fikrini daim yanından ötüb keçən insanlar, onların sakit pıçıltısı və s. yayındıracaq və əksinə, başqa insanların da olduğu qrupun tərkibində böyük bir otaqda qaldıqdan sonra sakitlik "qapalı" şəraitdə məşğul olmağa mane olacaq. Məşğul olduğunuz otaqda həzin musiqi səslənirsə, daha yaxşı, yoxsa daha çətinliklə işləyirsiniz? Həzin musiqi əksər insanlara öz diqqətlərini cəmləməyə kömək edir. Bunu qeyd etmək maraqlı olardı ki, bu qanunauyğunluq Qədim Yunanıstanda, Aristotelin "peripatetika", yaxud "dərsdən qaçanlar" adlandırılmış fəlsəfi məktəbində geniş istifadə olunurdu, çünki orada tədris gəzinti zamanı həyata keçirilirdi. Bu məktəbin baniləri hesab edirdilər ki, fiziki fəallıq diqqətin cəmləşməsində, əqli fəaliyyətdə əks olunur: "Bədən gəzinti zamanı qızınanda" "məna da daha canlı olur". Özünə həddindən artıq diqqət və gərgin əmək tələb etməyən əlavə ənənəvi hərəkətlər iş qabiliyyətinə, diqqətin cəmləşməsinə müsbət təsir göstərir.

İ.İ.Pavlov qeyd edirdi ki, böyük yarımkürələrin qabığının fəaliyyət vəziyyəti üçün minimal sayda qıcıqlandırıcı lazımdır. Tam sakitlikdə bədənin passiv, fəaliyyətsiz vəziyyətində diqqətin cəmləşməsini uzun müddət qoruyub saxlamaq da buna görə çətindir. Diqqət üçün "möhkəmləndirici" təəssüratlar çatışmır.
Bir daha vurğulayaq ki, müşayiətedici, paralel hərəkətlər avtomatik olmalı, səs təəssüratları isə öz məzmunu ilə diqqət çəkməməlidir.

23 noyabr 2014
GO BACK