Mətnin görmə ilə qavranılması
Məşhur türk şairi Nazim Hikmət öz əsərləridən birində yazırdı: "Oxu görməni, eşitmə, iybilmə və təfəkkürü birləşdirən bir şeydir". Oxu prosesinin bir tərifini də müxbir üzvü V.P.Zinçenko elmi konfransda çıxarışlarından birində təklif edib. O deyib: "Elə insanlar var ki, qulaqları ilə oxuyurlar. Bu, cox ləng və qeyri-məhsuldar oxudur. Əksər insanlar gözləri ilə oxuyur və öz qavrayışlarının bu imkanlarını məhdudlaşdırırlar. Əsl incəsənət "burunla" oxunu tələb edir. Bu heç də hərfi mənada burunu sətirlər boyu gəzdirmək demək deyil. Bu cür oxu özünəməxsus "hissiyyat"-dan istifadə edilməsini tələb edir, bu zaman isə mətndə ani olaraq, daha doğrusu, bir göz qırpımında informativ bloklar tanınır və emal edilir.
Bu hissənin əvvəlində sətirləri sitat gətirilən türk şairi və Sovet alimi öz fikirlərini fərqli şəkildə ifadə edib. Bu fikirlərin dominantası da bu müddəa ola bilər: sürətli oxu texnikasının mənimsənilməsi ayrı-ayrı analizatorların, insanın psixi və neyro-fizioloji funksiyalarının məşqindən daha artıq bir şey tələb edir. Görünür, burada əsas şey oxu ilə əlaqəli olan bütün məqsədlər kompleksinin keyfiyyətcə yeni bir səviyyədə yerinə yetirilməsini təmin edən bütün orqanizmin inteqrasiya fəaliyyətinin formalaşdırılmasıdır. Kitabın yekun bölmələri, təlim kompleksinin sonuncu söhbətləri də məhz buna həsr olunub.
Görmə qavrayışının öyrənilməsi tarixinin böyük olmasına baxmayaraq, elm bu gün də hələ onun bütün sirlərini tapmayıb. İnsan onu əhatə edən bütün aləmdən aldığı informasiyanın 90%-ni görmə sayəsində əldə edir. Lakın hesab edirlər ki, insanlar hec də həmişə görmədən effektiv şəkildə istifadə etmirlər. Görmə proseslərini tədqiq edən mütəxəssislərin fikri bir şeydə yekdildir ki, gözlər irəli çıxarılmış beyindir.
Bəs mətnin qavranılması və beyinə ötürülməsi necə başa düşülür? Bunu iki əsas mərhələyə ayırmaq olar: Mətnin gözlərinin ilkin qavranılması və onun emalı.
Araşdırmalar göstərib ki, oxu zamanı insanın gözləri iki vəziyyətdən yalnız birində olur: təsbit (dayanma) və ya təsbit nöqtələrinin növbələşməsi (hərəkət). Mətnin qavranılması yalnız ya dayanma, ya da gözlərin təsbiti anında baş verir. İnsan gözünün gün ərzində etdiyi 100 min təsbitin böyük bir hissəsi informativ, yəni məhsuldar deyil. Görmə təsbiti öz müddətinə görə çox dəyişkəndir və əhəmiyyətli dərəcədə müşahidə obyektindən və müşahidəçi nöqteyi–nəzərindən dəyərli olmağından asılıdır. Hesablamalara görə, oxucunun gözləri bir saat ərzində 57 dəqiqə nisbi sakitlikdə olurr-mətnə baxır. Təbii ki, belə şəraitdə informasiyanın emalının sürəti dayanma anında hansı miqdarda informasiyanın qavranacağından asılı olur. Beləliklə də, oxunun sürətinin artırılması-oxu zamanı gözlərin dayandığı bir zaman vahidi çərçivəsində böyük həcmdə informasiyanı qavramaq qabiliyyətinin yüksəldilməsidir.
İnsan, adətən, oxu zamanı gözlərin hərəkətini dərk etmir. Bunun səbələrindən biri dərkedilən, ixtiyari olaraq idarə edilən əks əlaqənin olmamasıdır ki, bu əlaqə də gözlərin mikrohərəkətləri barədə məlumatların beyinə ötürüləcəyi vasitə olacaqdı. İnsan öz baxışının istiqamətini yalnız müşahidə olunan obyektlərin vəziyyətinə əsasən və bəzi digər amillərin, məsələn, başın çevrilməsi, yaxud əyilməsi kimi amillərin təsiri altında bilir. Yenə də gözlərin qeyri-iradi hərəkətlərin görmə qavrayışında böyük rol oynayır. İnsanın görmə sistemində baş verən proseslər kompleksini qiymətləndirərkən tədqiqatçılar əbəs yerə belə qeyd etmirlər: "Biz çox vaxt baxdığımızı bilənə kimi nə gördüyümüzü bilmirik".
Gözlərin mikrohərəkətlərinin üç növü var: dreyf mərkəzdən olan (dalğalı xətlər), geriyə mərkəzə olan cəld sıçrayışlarla (düz kəsiklər), əsas dreyfin üstünə qoyulan yüksək tezlikli. Bütün bu hərəkətlərin amplitudası çox azdır. Gözün torlu qişasının mərkəzi çuxurunun diametri cəmi 0,05 mm təşkil edir. Buradan da oxu texnikasının təkmilləşdirilməsi üçün əhəmiyyətli olan mühüm bir nəticə çıxır: Sürətlə oxuyan insanla ləng oxuyan insan arasındakı fərq onların gözlərinin hərəkət sürətində deyil, oxucunun təsbit anında qavradığı materialın kəmiyyətindədir.