Məşğələ: Ritm tutmaqla eyni vaxtda oxu.
1. Ritm tutulması sağ əlin üç barmağı ilə tutulmuş karandaş vasitəsilə baş verir, bu zaman karandaşla stolun üzərinə möhkəm eyni bir nöqtəyə zərbələr vurulur: Bərk, inamla dəqiq.
Qeyd: Solaxay adam ritmi eyni vaxtda iki əli ilə tutmalıdır, çünki onun nitq-motor zonası baş beyinin hər iki yarımkürəsində yerləşir.
2. Ritm təkcə biləyin deyil, bütün əlin fəal hərəkəti ilə tulur. Ritm tutmaqla eyni zamanda oxuyarkən əsas məsələ ritm təsvirinin aramsızlığını və düzgünlüyünü təmin etməkdir.
Ritmin yoxlanılması
Siz ritmi mənimsədiniz. Onu 2-3 dəqiqə ərzində fasiləsiz olaraq tutmağa cəhd edin. Siz kənara çıxmırsınızsa, hər şey əladır. İndi isə sadə bir təcrübə keçirək. Ritmi tutmağa başlayın, sonra isə ritm tutmaqla eyni vaxtda bu səhifəni əvvəldən ucadan oxuyun. Nə alındı? Siz kənara çıxdınız. Ucadan oxumaq və eyni zamanda ritm tutmaq qeyri mümkündür. Bu, insan fiziologiyasının izah etdiyimiz qanunlarını yenidən ritm tutmağa, sonra isə eyni zamanda səhifəni əvvəldən ürəyinizdə oxumağa başlayın. İndi siz oxuya bilirsiniz, amma çox ləng, oxuduğunuzu başa düşmək də çətindir. Qanunauyğun haldır. Bu barədə söhbətin növbəti hissəsində danışacağıq. Məşğələnin xüsusiyyəti belədir. İndi isə növbəti məşğələyə keçin.
Artikulyasiyanın ixtisar edilməsi
Bir həftə ərzində hər gün 1-1,5 saat boyunca ritm tutmaqla eyni zamanda asan mətnlər oxuyun. Qarşıya oxunulanın tam başa düşülməsi məqsədi qoyulmur. Əsas məşğələnin düzgün yerinə yetirilməsinə daim nəzarət edilməsidir. Gün ərzində oxu üçün vaxt seçin -10-15 dəqiqə. Yorulmusunuzsa, fasilə verin. Ritmi daim yada salın. Onu mütləq yatmazdan əvvəl təkrarlayın. Həftənin sonuna kimi ritm tutmaqla eyni zamanda 8-10 saat oxumuş olmağınız vacibdir.
Sürətli oxu və artikulyasiya bir araya sığmır.
Yaradıcılıq psixologiyasının məşhur tədqiqatçılardan biri olan Jak Adamar bir dəfə məşhur A. Eynşteynə məktub yazıb və ondan mətnləri necə oxuması və anlaması haqqında danışmağı xahiş edib. A.Eynşteyn ona belə cavab verib: “Sözlər, yaxud onların yazıldığı və ya tələffüz edildiyi dil mənim təfəkkür mexanizmimdə heç bir rol oynamır. Təfəkkür ünsürləri rolunu oynayan psixi reallıqlar "istəyə görə" təkrarlana, yaxud uyğunlaşdırıla bilən bəzi işarələr və ya müəyyən dərəcədə aydın obrazlardır". Bunun artikulyasiya olmadan oxuya parlaq nümunə olduğunu deyə bilərik.
Artikulyasiya sürətli oxunun əsas düşmənidir. Ritm tutmaqla bağlı məşğələni yerinə yetirərkən əmin oldunuz ki, bu cür oxu üsulunda artikulyasiyanın boğulması mexanizmində dəyişikliyə səbəb olur. Bəs məşğələnin təbiəti necədir? Zahirən sanki çox sadədir, lakin əqli fəaliyyətlərin strukturunun dərindən dəyişməsinə səbəb olur. Beyində mürəkkəb inteqrasiya prosesləri gedir. İnformasiyanın və emal edilməsi prosedurasının özü də dəyişir. Oxunulanın başa düşülməsi və yadda saxlanılması tamamilə başqa cür təşkil olunur.
Gəlin, bu cür halları şərh etməyə çalışaq. Artıq qeyd etdiyimiz kimi oxu nitqlə sıx bağlıdır. Oxunun sürəti və təsirliliyi məhz onun təşkil olunmasından, daha dəqiq desək, nitq proseslərinin gerçəkləşməsindən asılıdır. Psixologiya elmləri doktoru T.N.Uşakova qeyd edir ki, "Nitq sözlərə məna verən bir aparatdır, özü də bu aparat insanın şüuru və emosiyaları ilə sıx əlaqədədir; onun ən mühüm xüsusiyyəti onda insan cəmiyyətinin istehsal etdiyi və hər bir insan tərəfindən individual olaraq mənimsənilən və istifadə edilən bir dil sisteminin olmasıdır".
Psixoloqların araşdırmaları oxu psixologiyasında əsas yeri tutan daxili nitq anlayışına da başqa cür nəzər yetirməyə imkan verir. T.N.Uşakova qeyd edir ki, "daxili nitq” termini ilə ifadə edilən nitq təzahürlərinin (xarici nitqin)olmadığı yerdə nitq mexanizmlərinin işə düşməsi ilə xarakterizə edilən psixofiziki proses ifadə edir. Nitqdaxili proseslər öz keyfiyyətinə görə xarici nitqdən fərqlənir və onun mütləq əsasını təşkil edir. Bu nöqteyi-nəzər üçün ən tutarlı odur ki, insanın adi nitqi müəyyən məna ifadə edir və əvvəllər yiyələnilmiş olduğu dili o dilin bilik və qaydalar sistemi ilə birlikdə istifadə edir. Onu dilin qaydalarına və insanın ifadə etmək istədiyi mənaya uyğun olaraq təşkil etmək üçün xüsusi inteqrasiya prosesi (bu gün üçün elmə həddindən artıq gizli olan) olmalıdir. Bu proses dilə və nitq təcrübəsinə yiyələnərkən nisanın beynində yaranmış mexanizmlər vasitəsilə baş verir və tələffüz olunan nitqi qabaqlayır, özü də bu, nitqə münasibətdə gizli, nitqdaxili olur. Oxu isə bunun əksi olan prosesdir – o, yazılı nitqin qəbuludur (mənimsənilməsidir), bu isə törəmə (danışıq) nitq prosesi ilə tam analogiyasının olması barədə danışmağa imkan verir.
Nitqdaxili proseslər öz xarakteristikasına görə xarici nitqlə eyni (daha doğrusu, "xarici nitqin proyeksiyası") ola bilməz, çünki onlar tələffüz olunan nitqi "törədir" və özləri də beynin işinin qanunlarına, insan fəaliyyətinin ali sinir sisteminin qanunlarına müvafiq olaraq təşkil olunur.
İnsanın öz ürəyində daxili monoloqlar deməsi halı öz məğzinə görə ucadan deyiləndən az fərqlənən və daxili nitq adlandırmağa layiq belə olmayan xüsusi nitq variantıdır. O, canlı artikuliyasiya ilə müşayiət edilən oxu nümunəsindən başqa bir şey deyil.
“Ritm tutulması" məşğələsinin yerinə yetirilməsi zamanı baş verən proseslərin spesifik xüsusiyyətlərinə gəldikdə isə, görünür, onları yenidən şifrələnmiş mexanizmlərdə və ya oxu prosesində beyinə daxil olan informasiyanın emalı zamanı siqnalların şifrələnməsinin müxtəlif üsullarının həyata keçirilməsində axtarmaq lazımdır. Ritm tutmaqla eyni vaxtda oxu beyni elə bir vəziyyətə salır ki, bu zaman standart təfəkkür məsələlərini həll etmək lazımdır, amma onların gerçəkləşdirilməsi üçün ənənəvi vasitələr yoxdur. Bu halda beyin oxu ilə əlaqəli olan bütün məsələlər kompleksinin həllini təmin edən yeni neyrodinamik şifrə formalaşdırır, lakin bu artıq keyfiyyət baxımından başqa səviyyədə baş verir.
A.A.Leontyevin qeyd etdiyinə görə, bu halda müşahidə, yaxud hansısa başqa təsəvvürlərə əsaslanan "hansısa başqa şifrə formalaşır".
Oxu zamanı artikulyasiyanın ixtisar edilməsi proseslərinin uzun illər müşahidə edilməsi bizi əmin edib ki, "ritm tulması" məşğələsini düzgün yerinə yetirən hər bir şagird ardıcıl olaraq müəyyən mərhələlərdən-məşğəlnin mənimsənilməsi fazalarından keçir. Onun yerinə yetirikməsi zamanı qarşıya çıxa biləcək çətinliklərə dair məsələlər barədə qabaqcadan xəbərdar olaraq məşğələnin özəlliklərini bilmək lazımdır ki, artikulyasiyanın ixtisar edilməsi məsələsi effektiv şəkildə həll olunsun. Bu zaman nitq ünsiyyətinin yuxarıda nəzərdən keçirdiyimiz modellərinə və qanunauyğunluqlarına əsaslanacağıq. Növbəti xəbərdə şərh ediləcək əqli fəaliyyətlərin strukturundakı dəyişikliklər modelinin şərtiliyinı dərk edərək onun təhlilini şagirdlər üçün son dərəcə faydalı hesab edirik, çünki o, ritm tutmaqla bağlı məşğələnin yerinə yetirilməsinə nəzarət etməyə, öz səhvlərini və nöqsanlarını görməyə imkan verir.