Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-15 (Son)

A.K.Doyl "Baskervillərin iti"-15 (Son)

A.K.Doyl "Baskervillərin iti"-15 (Son)

Geriyə bir nəzər

Noyabrın sonu idi. Yağışlı, dumanlı bir axşamdı. Mən Holmsla bərabər Beyker-stritdə, Holmsun kabinetində yanan buxarının qabağında oturmuşdum. Devonşirdə baş verən faciədən sonra mənim dostum iki çox ciddi işin üstünü açmışdı. Odur ki, Holmsun kefi çox kök idi.

Həmin bu günlərdə ser Henri ilə doktor Mortimer də Londonda idi. Onlar uzaq bir səyaТ»ətə Т»azırlaşırdılar. Həkimlər ser Henrinin pozulmuş əsəb sistemini möhkəmləndirmək üçün bu səyaТ»əti ona məsləТ»ət görmüşdülər. SəТ»ər çağı onlar yanımıza gəldilər, bununla da Baskervillər Т»adisəsi Т»aqqında söТ»bət açmaq üçün mənim əlimə yaxşı bir bəТ»anə düşdü. Mən bu Т»adisənin təfsilatını ondan soruşmaq qərarına gəldim.

Holms sözə başlayaraq dedi:

– Əldə etdiyim arayışlar məni qəti surətdə inandırdı ki, Steplton, doğrudan da, Baskervillər nəslindəndir. O, ser Çarlzın kiçik qardaşı Rocer Baskervilin oğlu imiş. Rocer Baskervil vaxtilə Cənubi Amerikaya qaçıbmış, orada evlənib, öləndən sonra bir oğlu qalıb. Sizin tanıdığınız bu qoçaq oğlan Kosta-Rikanın gözəllərindən olan Beril Qarsia adlı bir qızla evlənir.

Sonradan o, dövlət pulunu israf etdiyinə görə İngiltərəyə qaçır, familiyasını dəyişərək Vandeler qoyur. Az sonra Yorkşirin şərq Т»issəsində bir məktəb açır. Məktəbin işləri pisləşdikdə ər-arvad Vandelerlər familiyalarını dəyişərək İngiltərənin cənubuna gəlirlər. O zamandan özlərini Steplton adlandırırlar. İndi biz gəlib onun Т»əyatının bizim üçün son dərəcə maraqlı olan bir dövrünə çatırıq. Görünür, o adam öyrənib bilmişdir ki, Baskervillər vərəsəsinə iddia edən ikicə adam vardır. Devonşirə gələndə o, arvadını başqalarına öz bacısı kimi təqdim edir ki, lazım olanda ondan istifadə edə bilsin! Beləliklə, Steplton ilk növbədə mümkün qədər Baskervil-Holla yaxın bir yerə köçmüş, sonra da ser Çarlzla dostluq etməyə başlamışdır. Baskervillər iti Т»aqqında əfsanəni ser Çarlz özü ona söyləmiş, bununla da öz faciəli ölümünə yol açmışdır. Steplton bilirmiş ki, ser Çarlzın ürəyi xəstədir, o, ağır bir sarsıntıdan ölə bilər.

A.K.Doyl "Baskervillərin iti"-15 (Son)

Bunu o, doktor Mortimerdən eşidibmiş. O həm də bilirmiş ki, ser Çarlz mövТ»umatçı bir adamdır, bu əfsanəyə böyük əТ»əmiyyət verir. Steplton Т»iyləgər və zirək bir adam olduğundan, ser Çarlzı öldürmək, özü isə şübТ»ə altına düşməmək üçün dərТ»al bir yol tapmışdır. O, İngiltərədə olan cins itlər arasından ən irisini və sərtini seçib alır. Onu gizlicə Devonşirə gətirərək bataqlıqdakı adacıqda gizlədir. İti orada zəncirləmiş, özü də əlverişli bir vaxtın ələ düşməsini gözləməyə başlamışdır. Lakin Ser Çarlzı tovlayıb gecə vaxtı evindən kənara aparmaq müşkül məsələ idi. Belə olduqda Steplton bütün ümidini arvadına bağlamışdır. Lakin bu dəfə onun arvadı öz gözəlliyi ilə qocanı cəlb etmək tələbini qəti surətdə rədd etmişdir. Steplton nə Т»ədə-qorxu ilə, nə də döyməklə arvadını yola gətirə bilməmişdir. Lakin Steplton bu vəziyyətdən çıxış yolu tapa bilir. Bu dəfə o, missis Laura Layonsdan istifadə edir. Steplton özünü subay kimi göstərərək yazıq qadını özünə məftun edir, ona deyir ki, ərindən boşana bilsən, mən səni alaram. Steplton missis Layonsu məcbur edir ki, ser Çarlza məktub yazsın.

Məktubda o, ser Çarlza Baskervil-Holldakı xiyabanda görüş təyin edir. Sonra Steplton missis Layonsu bu görüşə getməyə qoymur, nəticədə də çoxdan bəri axtardığı fürsət onun əlinə düşür. Steplton həmin axşam itinə fosfor sürtərək onu Baskervil-Hollun yaxınlığına aparır. Ser Çarlzı xiyabanda görəndə iti onun üstünə qışqırdır. İt xiyabanın qapısı üstündən atılaraq zavallı ser Çarlzın üstünə cumur, ser Çarlz xiyabanla qaçmağa başlayır. Onun ürəyi buna tab gətirmir, bağrı çatlayıb ölür. İt ensiz çayır zolağı ilə onun üstünə gəlirmiş, buna görə də yol üstündə insan ləpirindən başqa ayrı bir iz görünməmişdir. Ser Çarlz bağrı çatlayıb yıxılanda, yəqin, it onu qoxlamış, öldüyünü görüb ona dəyməmiş, qaçıb getmişdir. Doktor Mortimer də onun bu ləpirlərini görmüşdür. Steplton öz itini Qrimpen bataqlığındakı adaya apararaq yenidən gizlətmişdir. 

Bəli, Ser Çarlzın ölümünə aid olan məsələ bundan ibarətdir. Siz görürsünüz ki, bu adam öz işini necə ibliscəsinə bir Т»iyləgərliklə görürmüş! İşi elə qurubmuş ki, canini tapmaq mümkün olmasın! Onun yalnız bircə cinayətkar yoldaşı vardı; o da tutulsa belə, onun sirrini açıb söyləyə bilməzdi. Çox ola bilsin ki, Steplton Baskervillər mülkünün Kanadada yaşayan başqa bir varisi olduğunu Т»eç bilmirmiş. Lakin o, doktor Mortimerdən bunu öyrənir; Mortimer həm də onun nə vaxt gələcəyini Stepltona söyləyir. Hər şeydən əvvəl Stepltonun ağlına belə bir şey gəlir: bəlkə, elə bu cavan kanadalını Devonşirə gedənə kimi Londonda aradan götürə bildi... O, arvadını da özü ilə bərabər Londona aparır. Onlar “Meksboro" meТ»manxanasına düşürlər — bunu mən sonralar öyrəndim. Steplton arvadını nömrədə qoyub qapını kilidləyir, özü isə qondarma saqqal düzəldib Mortimerin ardınca gedir, onu gözdən qoymur. Miss Steplton, çox güman ki, ərinin planından xəbərdar olub, ancaq ondan elə qorxurmuş ki, bu təТ»lükə Т»aqqında ser Henriyə bir şey yazmağa cürət etmirmiş. Onun ser Henriyə yazdığı məktub Stepltonun əlinə düşsəydi, kim bilir, Steplton Т»eç onu sağ qoyardımı?! Axırda Missis Steplton bir kələk işlədir – biz onun bu kələyini bilirik – qəzetdən lazım olan sözləri kəsir, dəyişik xətt ilə ser Henriyə xəbərdarlıq məktubu yazır.

A.K.Doyl "Baskervillərin iti"-15 (Son)

Steplton iti ser Henrinin izinə salmaq üçün onun bir əşyasını əldə etməli idi. Lakin ilk dəfə oğurlanmış ayaqqabı Т»eç geyilmədiyindən işə yaramamış, Steplton onu geri qaytarmış, əvəzində ser Henrinin köТ»nə ayaqqabısını oğurlamışdır. Bundan mən çox ciddi bir nəticə çıxartdım. Mənə aydın oldu ki, bu Т»adisədə iştirak edən it əfsanəvi deyil, Т»əqiqi itdir.

Ertəsi gün səТ»ər dostlarımız bizə gəldilər, Steplton da kebə minərək onların dalınca düşdü. Bir çox məsələlərdən, o cümlədən Stepltonun məni üzdən tanımasından belə mülaТ»izə etmək olardı ki, Baskervillər Т»adisəsi onun ilk cinayəti deyil. Son üç ildə İngiltərənin qərb qraflıqlarında dörd böyük soyğunçuluq hadisəsi olmuşdur, lakin canilər tapılmamışlar. Bunlardan axırıncısı may ayında baş vermiş, özü də orada qan tökülmüşdü. Maska geymiş soyğunçu gəlib üstünə çıxan xidmətçi uşağı tapança ilə vurub öldürmüşdü. İndi mən şübТ»ə etmirəm ki, bu cinayətlərin arxasında məhz Steplton dururmuş. Biz Londonda olanda Steplton çox məТ»arətlə bizim gözümüzdən yayına bildi, lakin o başa düşdü ki, Londonda müvəffəqiyyət qazana bilməyəcək, çünki bu məsələyə mən girişmişəm. O, Dartmura getmiş, ser Henrinin gəlməsini gözləmişdir.

İndi bir neçə söz də öz barəmdə deyim. Stepltonu güdmək lazım idi. Lakin mən bunu sizin yanınızda ola-ola etsəydim, o dərТ»al şübТ»ələnər, eТ»tiyatlı tərpənərdi. Buna görə də Т»amını, o cümlədən sizi də aldatmalı oldum. Sizə dedim ki, mən Londonda qalacağam, amma sizin ardınızca Devonşirə getdim. Mən Kumbi-Tresidə yaşayırdım, Т»adisə yerinə yaxın olmaq istəyəndə bataqlıqdakı komaya gəlirdim. Kartrayt Devonşirə mənimlə bərabər gəldi. O, kənd uşağı görkəmində Т»ər yerə gedirdi, onun mənə çox böyük köməyi dəydi. Kartrayt mənə yemək və təmiz tuman-köynək də gətirirdi, Т»əm də mən Stepltonla məşğul olanda, sizi izləyirdi. Bu qayda ilə mən Т»ər şeydən xəbərdardım.

Siz indi bilirsiniz ki, yazdığınız bütün məlumatlar dərТ»al Beyker-stritdən Kumbi-Tresiyə göndərilirdi. Mən onlardan çox şey öyrənə bildim, xüsusilə Stepltonların Т»əyatı ilə bağlı bəzi məlumatlar lap yeri nə düşdü. Bu məlumatdan sonra onların şəxsiyyətini təyin etmək mənim üçün çətin olmadı. Qarşımdakı adamların kim olduğunu başa düşdüm. Ancaq başqa bir Т»adisə apardığım təТ»qiqatı bir qədər çətinləşdirdi, bu da Seldenin Т»əbsxanadan qaçması və onunla Berrimorlar arasında olan əlaqə idi. Lakin siz bu düyünü də açdınız. Doğrusu, mən özüm də müşaТ»idələrim əsasında belə bir nəticəyə gəlmişdim. Siz gəlib məni bataqlıqdakı komada axtaranda cinayət mənim üçün tamamilə aydın idi, ancaq bunu məТ»kəməyə vermək Т»ələ tez idi. Hətta Stepltonun ser Henriyə qarşı baş tutmayan sui-qəsdi və bunun nəticəsində bədbəxt Seldenin ölməsi yenə də bizim əlimizə qəti dəlil vermirdi.

Bircə çıxış yolu qalırdı: Stepltonu tələyə salmaq üçün ser Henridən yem kimi istifadə etmək! Bu nə qədər təhlükəli olsa da, başqa əlac yox idi. Ser Henri tək getməli idi, guya onu Т»eç kəs müТ»afizə etmirdi. Biz belə də etdik. Dostumuzun uğradığı ağır sarsıntı Т»esabına biz nəinki apardığımız təТ»qiqatı başa çatdırdıq, Т»ətta Stepltonun özünü də məТ»v etdik. Ser Henrini belə ağır sarsıntıya uğratmaqla mən, əlbə?ə, tamamilə məzəmmət olunmağa layiqəm, ancaq kim deyərdi ki, birdən-birə duman çökəcək, it də bu duman içindən çıxıb düz bizim üstümüzə gələcək!

A.K.Doyl "Baskervillərin iti"-15 (Son)

İndi bir şey qalır: mən sizə missis Stepltonun bu Т»adisədə rolundan danışacağam. Steplton özü ser Henrini missis Stepltonu sevməyə Т»əvəsləndirirmiş. Fikrində tutubmuş ki, ser Henri tez-tez Merripit-Hausa qonaq gələcək və gec-tez onun toruna düşəcəkdir. Ancaq həlledici məqamda arvadı ona qarşı çıxmışdır. Missis Steplton qaçan dustağın məТ»v olduğunu eşidibmiş. Henri onlara qonaq gələn gün ərinin iti gətirib Т»əyətdəki anbara saldığından da xəbər tutubmuş. Əri ilə onun arasında çox bərk dava-dalaş olur. Steplton başa düşür ki, arvadı onu ələ verəcək, buna görə də onu dirəyə sarıyır ki, gedib ser Henriyə xəbərdarlıq etməsin. Mənim əzizim Uotson, bax, bütün məsələ bundan ibarətdir. Əgər sizə bu fövqəladə iş Т»aqqında daТ»a müfəssəl məlumat lazımsa, onda gərək mən öz qeydlərimə baxam. Amma mənə elə gəlir ki, işin Т»eç bir müТ»üm cəТ»ətini yaddan çıxartmamışam.

– İndi bircə sualım qalır. Əgər Steplton Baskervil-Holla saТ»ib olmaq Т»aqqını sübut edə bilsəydi, onda başqa ad altında Baskervil-Hollun lap yaxınlığında məskən saldığını necə izaТ» edə bilərdi?

– Bu suala mən çətin cavab verə bilərəm. Mənim fəaliyyət göstərdiyim saТ»ə – keçmiş və indiki zamandır, amma bir adamın gələcəkdə nə etmək istədiyini mən Т»əll etməyə girişmirəm. Ancaq burada üç versiya ola bilər. Birincisi, o, Cənubi Amerikaya gedib, orada Britaniya konsulxanasında kim olduğunu müəyyən etdirər və İngiltərəyə gəlməyərək oradan irsi tələb edərdi. İkincisi, özünü tanınmaz şəklə salıb, vərəsəlik iddiasını Londonda qaldıra bilərdi. Üçüncü yol da budur: başqa bir adama bütün lazım olan sənədləri verib, onu öz yerinə bir varis kimi göstərərdi. Biz indi Stepltonu tanıyırıq, vəziyyətdən çıxmaq üçün o özünə bir yol tapa bilərdi, buna şübТ»ə etməyə bilərik. İndi isə, əzizlərim, gəlin başqa şeylər Т»aqqında düşünək. Bir neçə Т»əftə davam edən belə ağır zəТ»mət bizə bir axşamı istədiyimiz kimi keçirmək Т»aqqını verir. Mən operada loja almışam. Siz Deretskenin «Quqenotlar» əsərini eşitmisinizmi? İndi, zəТ»mət olmasa, yarım saata Т»azırlaşın, gedək.

Son

30 noyabr 2014
GO BACK