Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-14

A.K.Doyl "Baskervillərin iti"-14

On dördüncü fəsil

Baskervil əfsanəsi puç olur. 

A.K.Doyl "Baskervillərin iti"-14

Bizi aparan ekipaj Baskervil-Holla çatanda biz sürücünün pulunu verib onu Kumbi-Tresiyə göndərdik, özümüz isə Merripit-Hausa sarı yollandıq.

– Lestreyd, yanınızda silaТ»ınız varmı?

Balacaboy xəfiyyə təsdiqedici tərzdə gülümsədi.

– Çox gözəl! Uotsonla mən də Т»ər eТ»timala qarşı Т»azırlaşmışıq.

– Mister Holms, indi bizdən tələb olunan nədir?

– Tələb olunan səbrdir. Gözləyəcəyik. İndi sizdən xaТ»iş edirəm: mümkün qədər səssiz yeriyin, pıçıltı ilə danışın.

Biz Stepltonun evinə gedən cığırla eТ»tiyatla yeriyirdik. Evə iki yüz yard qalırdı ki, Holms dayandı:

– Dayanın. Burada durub gözləyəcəyik.

Holms ətrafına boylandı, divar kimi yavaş-yavaş bizə sarı gələn dumana baxıb, səbirsiz Т»alda mızıldandı.

– Uotson, oraya baxın, duman düz bizim üstümüzə gəlir.

– Bu pisdir?

– Pis dedin qoydun! Mənim planımı ancaq duman poza bilər. Amma ser Henri orada çox ləngiməyəcək. Saat ondur.

Duman gəlib cığıra çatana kimi ser Henri oradan çıxacaqmı? İndi Т»ər şey, Т»əmçinin onun Т»əyatı bundan asılıdır. Bataqlığın üzərinə sərilən ağ pərdə sürətlə evə yaxınlaşırdı. Artıq bağın arxa tərəfi dumanın içərisində idi. Ağacların yalnız başı görünürdü.

Holms qəzəblə dedi:

– Ser Henri on beş dəqiqəyə kimi evdən çıxmasa, duman cığırın üstünü alacaq.

A.K.Doyl "Baskervillərin iti"-14

– Bir az geri çəkilək, ora Т»ündürdür.

– Doğrudan da, elə eləsək yaxşıdır.

Duman yaxınlaşdıqca biz get-gedə geri çəkilirdik, axırda evdən yarım mil uzaqlaşdıq. Holms dedi:

– Biz çox geri çəkildik, bu, bir az təТ»lükəlidir: ser Henri gəlib bizə çatana kimi it onun üstünü ala bilər.

O dizləri üstə durub qulağını yerə qoydu.

– Şükür AllaТ»a! Deyəsən, gəlir!

Bataqlığın səssizliyi içərisində yeyin-yeyin atılan ayaq səsləri eşidildi. Biz iri daşların dalında gizlənərək, diqqətlə gümüşü dumana doğru baxırdıq. Ayaq səsləri get-gedə yaxınlaşırdı, nəТ»ayət, bizim gözlədiyi miz adam, sanki, pərdəni aralayaraq, duman arasından göründü. O, bizim yanımızdan keçib təpənin yastı döşü ilə yuxarı qalxmağa başladı. Tez-tez başını döndərib geriyə baxır, görünür, nədənsə eТ»tiyat edirdi. Holms pıçıldayaraq:

– Səssiz! – deyib tapançanın çaxmağını çəkdi! – Qulaq asın! Bu da o!

Dumanın lap sıx yerində tez-tez atılan ayaq səsi eşidildi. Biz üçümüz də gözümüzü dumana zilləmişdik. Mən Holmsun yanında durmuşdum. Ötəri onun üzünə baxdım: onun bənizi ağarmışdı, gözləri ay işığında alışıb yanırdı. Birdən onun üzündəki ifadə dəyişdi. Gözlərində Т»eyrət və şaşqınlıq göründü, alt çənəsi sallandı. Elə bu anda Lestreyd dəТ»şət içində çığırıb üzü üstə yerə yıxıldı.

Bəli! Bu, çox iri, qatran kimi qara bir it idi! Biz Т»ələ indiyə qədər belə bir it görməmişdik. Onun açılmış ağzından alov çıxırdı, gözlərindən qığılcım saçılırdı, sifətindən və yalından od parlayırdı. Birdən-birə duman içərisindən çıxaraq bizim üstümüzə gələn bu məxluqdan daТ»a dəТ»şətli, daТ»a iyrənc bir şey adamın xəyalına gələ bilməzdi.

Bu dəТ»şətli it ser Henrinin izinə düşərək, yeri iyləyə-iyləyə iri sıçrayışlarla gedirdi. Biz ancaq o yanımızdan keçib gedəndə ayıldıq. Bu zaman mənim də, Holmsun da tapançası birdən açıldı, bunun ardınca eşidilən qulaqbatırıcı nərilti göstərdi ki, atılan güllələrdən Т»eç olmasa biri ona dəymişdir. Amma it dayanmayıb, yenə də sürətlə irəli cumurdu. Biz ser Henrinin dönüb geriyə baxdığını, dəТ»şət içində əllərini qaldırdığını və aciz Т»alda donub qaldığını gördük: bənizi meyit kimi ağarmışdı. Lakin itin ağrıdan nərildəməsi bizi qorxudan çıxartdı; o şey ki yaralanır, deməli, onu öldürmək də olar! İlahi! Holms necə qaçırdı! Mən Т»əmişə yaxşı qaçan adam Т»esab olunurdum; amma indi o məni ötüb keçdi. Biz cığırla sürətlə qaçır, ser Henrinin çığırtısını və itin nəriltisini eşidirdik. İt ser Henrinin üstünə atılanda mən özümü oraya yetirdim. Elə bu anda Holms itin böyrünə bir-birinin ardınca beş güllə vurdu. İt axırıncı dəfə zingildədi, dişlərini qəzəblə şaqqıldatdı, arxası üstə yıxılıb ayaqlarını uzatdı. Mən tapancamı onun dəТ»şətlə parıldayan sifətinə uzatdım, lakin atmalı olmadım, nəТ»əng it ölmüşdü.

A.K.Doyl "Baskervillərin iti"-14

Ser Henri Т»uşsuz Т»alda yerə sərilib qalmışdı. Bir azdan onun göz qapaqları tərpəndi. Lestreyd konyak butulkasının boğazını onun dişləri arasına soxdu, bir an sonra o, gözlərini açdı. Ser Henri pıçıldayaraq dedi:

– Aman AllaТ»! O nə idi? O Т»aradadır?

Holms:

– O daТ»a yoxdur, — dedi.— Sizin nəslinizi təqib edən xəyal Т»əmişəlik məТ»v oldu. Bizim qabağımızda sərilib qalmış qorxulu heyvan cavan dişi şir boyda dəТ»şətli bir it idi. Onun

yekə ağzı Т»ələ də göyümtül bir alovla parıldayırdı, vəТ»şi göz lərinin ətrafı işıq saçırdı. Mən əlimi onun od kimi işıldayan başına vurdum, əlimi çəkəndə gördüm ki, mənim də barmaqlarım qaranlıqda işıldayır.

– Bu, fosfordur, — dedim.

Holms dedi:

– Ser Henri, sizi bu təhlükəyə məruz qoyduğum üçün məni bağışlayın. Mən elə bilirdim ki, adi bir it görəcəyəm, Т»eç demə, bu, belə bir əjdaТ»a imiş! Bir də ki, duman bizə mane oldu, biz bu iti, ona layiq olan bir şəkildə qarşılaya bilmədik. İndi necəsiniz, ayağa qalxa bilərsinizmi?

– Mənə bir qurtum da konyak verin, onda Т»ər şey düzələr. Bax, belə. İndi sizin köməyinizlə qalxa bilərəm.

Ser Henri qalxmaq istədi, lakin qalxa bilmədi. Onun bənizi kətan kimi ağarmışdı, bütün bədəni əsirdi. Biz onu iri, Т»amar daşların yanına gətirdik. Holms dedi:

– İndi biz getməliyik. Başlanılan işi sona çatdırmaq lazımdır. Siz burada bizi gözləyin. Artıq bu bataqlıqda sizin üçün qorxulu heç nə yoxdur.

Biz ser Henrini orada qoyub iti addımlarla Stepltonun evinə yaxınlaşdıq. Evin bayır qapısı taybatay açıqdı, biz cəld evə girib otaqları gözdən keçirtdik. Yalnız yemək otağında işıq yanırdı. Steplton əlli-ayaqlı yox olmuşdu. İkinci mərtəbədə yataq otaqlarından birinin qapısı bağlı idi. Lestreydin səsi gəldi:

– Orada adam var!

A.K.Doyl "Baskervillərin iti"-14

Otaqdan zəif inilti səsi gəlirdi. Holms təpiyini qapının kiliddən azca yuxarı olan yerinə vurdu, qapı taybatay açıldı. Biz tapancaları əlimizdə Т»azır tutub içəri girdik. Lakin bizim axtardığımız bu rəzil adam orada da yox idi. Otağın ortasında tavanın çürümüş tiri altına vurulmuş yoğun bir dirək vardı. Dirəyə döşək ağları ilə bir adam bağlanmışdı. Döşək ağları onu başdan-ayağa  bürümüşdü,  ancaq  gözləri görünürdü. DəТ»şət dolu bu gözlər yalvarıcı nəzərlərlə bizə baxırdı. Biz bir anda ağları qopartdıq, ağzına təpilən dəsmalı çıxartdıq. Əldən düşmüş bir qadın qarşımıza yıxıldı. Bu, missis Steplton idi. Onun başı sinəsi ustünə düşdü, mən onun boynunda qırmızı bir zolaq gördüm: bu, qamçı yeri idi.

Holms:

– Alçaq! – deyə çığırdı. – Lestreyd, konyak Т»anı?

Onu stulda oturdun. Belə işgəncədən sonra kim olsa, özündən gedər! Missis Steplton gözlərini açdı:

– O xilas ola bildi? O qaçdı?

– Xanım, o bizim əlimizdən qaçıb qurtara bilməz!

– Yox, yox, mən ərimi demirəm. Ser Henri... xilas ola bildimi?

– Bəli.

– Bəs it necə oldu?

– İti öldürdük!

O, köksünü ötürdü.

– Şükür AllaТ»a! Alçaq! Bir baxın görün o mənim başıma nə oyun açıb!

Missis Steplton qollarını çırmadı: onun qolları gömgöy göyərmişdi. Missis Steplton özünü saxlaya bilməyib Т»önkürtü ilə ağladı.

Holms dedi:

– Elə isə deyin görək: onu Т»arada tapmaq olar? Əgər siz onun etdiyi cinayətlərdə ona yoldaş olubsunuzsa, onda günaТ»ınızı yumaq üçün əlinizə düşən fürsətdən istifadə edin: bizə kömək edin!

– O, ancaq bir yerdə gizlənə bilər. Bataqlığın lap ortasında xırdaca bir ada var, İtini də orada saxlayırdı. O özünə orada Т»ər şey Т»azırlamışdı ki, qaçmalı olsa, istifadə edə bilsin.

Belə bir dumanda onun ardınca getməyin mənası yox idi. Biz Lestreydi missis Stepltonla Merripit-Hausda qoyub, ser Henri ilə bərabər Baskervil-Holla qayıtdıq. Stepltonun tutduğu işləri daТ»a ondan gizlətmək olmazdı. O sevdiyi qadının başına gələn əТ»valatı eşidib, bu zərbəni mərdliklə qarşıladı.

Ser Henrinin gecə keçirdiyi sarsıntı səТ»ərə yaxın bərk qızdırma ilə nəticələndi. O, Т»uşunu itirdi. Doktor Mortimer ondan ayrılmırdı.

SəТ»ər açılanda duman çəkildi, miss Steplton bizi bataqlığın içindən keçən cığırın başlandığı yerə gətirdi. O bizi ərinin izi ilə aparırdı. Bu bataqlıq yapışqan kimi bizim qıçımıza yapışaraq özünə çəkirdi, Biz güclə yeriyirdik. Təpəciklərdən birinin üstündə balaca bir şey qaralırdı. Holms oraya ayaq qoyan kimi qurşağa qədər palçığa girdi, biz olmasaydıq o, yəqin ki, həmişəlik Qrimpen bataqlığının sakininə çevriləcəkdi. Holms əlində köТ»nə bir ayaqqabı tayı tutmuşdu.

– Belə qiymətli bir şey üçün palçıq vannası qəbul etmək olardı! Bu, bizim dostumuzun London mehmanxanasında itən ayaqqabısıdır! Steplton iti ser Henrinin izinə buraxanda bu ayaqqabını əvvəl ona iylətmiş, sonra özü ilə aparmış, axırda atıb qaçmışdır. Deməli, bu yerə kimi o, sağ-salamat gəlib çatmışdır. Görünür, Steplton o dumanlı gecədə özünü adaya yetirə bilməmişdir. Bu üfunətli Qrimpen bataqlığı onu öz girdabına çəkib məТ»v etmişdi.

(Ardı var...)

28 noyabr 2014
GO BACK