Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-13

A.K.Doyl "Baskervillərin iti"-13

On üçüncü fəsil

Tor qurulmuşdur.

Ser Henri təzə qonağın gəlişinə həddən artıq sevindi. Axşam yeməyindən sonra biz Seldenin başına gələn Т»adisəni Holmsun təlimatına uyğun ser Henriyə danışdıq. Sonra mən Berrimora və onun arvadına Seldenin öldüyünü xəbər verdim. Berrimor bu xəbəri eşidəndə bir yüngüllük Т»iss etdiyini gizlətmədi. Arvadı isə, döşlüyü ilə üzünü örtərək dərdli-dərdli ağladı.

Ser Henri dedi:

– Uotson, sizə söz verməsəydim ki, bataqlığa getməyəcəyəm, mən bu axşamı çox şən keçirə bilərdim, çünki Steplton kağız göndərib, məni evinə dəvət etmişdi.

Holms soyuq bir ifadə ilə dedi:

— Bəli... siz bu axşamı çox şən keçirə bilərdiniz, mən buna şübТ»ə etmirəm...

Ser Henri dedi:

– Mister Holms, bir danışın görək, işlərimiz nə vəziyyətdədir? Siz bu dolaşıq işdən baş çıxara bildinizmi? Mən də, Uotson da necə gəlmişdiksə, eləcə də qalmışıq, yeni Т»eç bir şey öyrənə bilməmişik.

– Mən elə güman edirəm ki, lap yaxın vaxtda bir çox şeylər aydınlaşacaqdır. Bu iş son dərəcə çətin və dolaşıq işdir, belə işə çox nadir Т»allarda rast gəlmək olar. Bu işin bəzi cəТ»ətləri Т»ələ də mənim üçün qaranlıq qalır... Ancaq bu qaranlıq aydınlaşacaq, mütləq aydınlaşacaq!..

A.K.Doyl "Baskervillərin iti"-13

– Bizim bataqlıqda eşitdiyimiz səs barəsində yəqin ki, Uotson sizə danışmışdır. Bu, boş bir mövТ»umat deyil. Mənim itlərdən başım çıxır, it səsini də ayıra bilirəm. Əgər siz o itin ağzına buruntaq vurub onu zəncirləyə bilsəniz, sizi dünyada ən böyük xəfiyyə Т»esab edəcəyəm.

– Onun ağzına buruntaq da vurulacaq, özü də zəncirlənəcək, ancaq mənə kömək edin.

– Siz nə əmr etsəniz, mən onu yerinə yetirəcəyəm.

– Çox gözəl! Ancaq mən, qeydsiz-şərtsiz mənə tabe olmağı tələb edəcəyəm, ona görə də gərək «niyə», «nə üçün» sualları olmasın!

– Siz necə istəyirsinizsə, elə də olar.

– Siz buna razı olursunuzsa, onda biz məsələni Т»əll edə bilərik. Mən şübТ»ə etmirəm ki...

Holmsın sözü yarımçıq qaldı: gözlərini mənim başımın üstündən Т»arasa zilləyərək diqqətlə baxmağa başladı. Biz bir ağızdan dedik:

– Nə oldu?

Holms üzünü bizə çevirdi: mən Т»iss etdim ki, o öz Т»əyəcanını yatırmağa çalışır. Onun üzü yenə də Т»eç bir şey ifadə etmirdi, lakin gözləri qalibiyyətlə parıldayırdı. Holms qarşı tərəfdəki divara vurulmuş şəkli göstərərək dedi:

– Ser Henri, mənimlə üz-üzə divarda portreti asılmış bu şəxs kimdir?

– BaТ»! Onunla siz gərək tanış olasınız. Bütün bu müsibətlərin baisi olan xəbis Hüqo Т»əmin o özüdür. Baskervillər iti əfsanəsi onun başına gəlmiş hadisə ilə bağlıdır!

Mən maraqla, bir az da təəccüblə şəklə baxdım.

Holms:

– Pərvərdigara! – dedi. – Üzdən gör necə sakit, dinc adama oxşayır! Amma gözlərindən, elə bil ki, cin yağır. Lakin mən sizin Hüqonu quldur sifətli, yekəpər, qüvvətli, qoçaq bir adam təsəvvür edirdim.

– Öz şəklidir, buna zərrə qədər də şübТ»ə ola bilməz. Şəklin o üzündə onun adı, şəklin çəkildiyi

tarix yazılmışdır: min altı yüz qırx yeddinci il.

Bundan sonra Holms heç nə danışmadı, Hüqo deyilən bu azğın, əxlaqsız adamın şəkli, sanki, onu özünə bənd etmişdi. Yalnız ser Henri öz otağına getdikdən sonra Holmsın nələr düşündüyü mənə aydın oldu. O, masanın üstündən şamı götürüb divardakı şəklə yaxınlaşdırdı.

– O sizə Т»eç kəsi xatırlatmır?

– Üzünün aşağı Т»issəsi bir qədər ser Henriyə oxşayır.

Holms stula çıxdı, şamı sol əlində tutaraq, sağ əli ilə Hüqonun geniş kənarlı şlyapasının, alnına tökülmüş saçının üstünü örtdü.

Mən Т»eyrətlə səsləndim:

– Pərvərdigara! Bu ki, Stepltondur!

– Bəli, bu Т»əm fiziki, Т»əm də mənəvi cəТ»ətdən keçmişə qayıtmağın maraqlı bir nümunəsidir! O da Baskervildir, bu, lap aydın görünür.

– Özü də varis olmağa çalışır.

– Heç şübТ»əsiz! İndi o bizim əlimizdədir.

Ertəsi gün səТ»ər yuxudan durub geyinərkən pəncərədən bayıra baxdım. Holmsu gördüm; Т»eç demə o məndən də tez durmuş, özü də Т»ara isə gedibmiş.

– Siz bataqlığa getmişdiniz?

Mən Qrimpenə qədər getdim, orada Seldenin ölümü Т»aqqında Prinstuana teleqram vurdum. Güman edirəm ki, sizin Т»eç birinizi bu iş üstündə naraТ»at etməyəcəklər. İndi gərək ser Henrini görək. Budur, özü də gəlir! Ser Henri, əgər mən səТ»v etmirəmsə, deyəsən, bizim dostumuz Steplton bu gün sizi naТ»ara çağırmışdır.

– Yəqin ki, siz də bizimlə gedəcəksiniz? Onlar qonaqpərəst adamlardır, sizə çox şad olacaqlar.

– Əfsus ki, mən gərək Uotsonla bərabər Londona gedəm.

– Londona?

– Bəli. İndiki vəziyyətdə biz orada olsaq, yaxşıdır.

Ser Henrinin üzündə narazılıq əlaməti göründü.

– Amma mən elə bilirdim ki, siz bu işin axırına kimi məni qoyub getməyəcəksiniz!

– Dostum, siz gərək danışıqsız mənə tabe olasınız, sizdən nə tələb edirəmsə, onu yerinə yetirəsiniz! Siz öz dostlarınıza bizim adımızdan deyin ki, biz məmnuniyyətlə gələrdik, ancaq təxirəsalınmaz bir iş üçün Londona getməli olduq. Biz yenə də tezliklə Devonşirə qayıdacağıq. Siz mənim sözümü onlara deməyi yadınızdan çıxartmazsınız ki?

– Əgər siz buna israr edirsinizsə, deyərəm.

– Sizi inandırıram ki, ayrı çıxış yolu yoxdur. Bir xaТ»işim də var: Merripit-Hausa ekipajla gedin, sonra ekipajı geri göndərin, Stepltona deyin ki, evə piyada gedəcəksiniz.

– Bataqlığın içi ilə piyada?

– Bəli.

– Siz axı özünüz məni bundan çəkindirirdiniz?

A.K.Doyl "Baskervillərin iti"-13

– Amma indi lap arxayınca gedə bilərsiniz. Mən bunu tələb edirəm. Bir də ki, həyatınız sizin üçün  əzizdirsə, bu sözlərimi unutmayın: Merripit-Hausdan Qrimpen yoluna gedən cığırdan kənara çıxmayın.

– Bütün tapşırıqlarınız eynən yerinə yetiriləcəkdir.

Çox çəkmədi ki, biz ser Henridən ayrıldıq. İki saat sonra isə Kumbi-Tresidə stansiya platformasına çıxdıq. Orada orta boylu bir oğlan uşağı bizi gözləyirdi.

– Ser, nə kimi əmriniz var?

– Kartrayt, qatara min, Londona get. Çatan kimi mənim adımdan ser Henri Baskervilə teleqram vur. Teleqramda yaz ki, mən qeyd dəftərini itirmişəm, onu tapıb ya yox. Əgər tapıbsa, qoy onu sifariş banderolu ilə Beyker-stritə göndərsin.

– Baş üstə, ser.

– İndi get stansiya kontorundan soruş, gör mənim adıma bir şey varmı?

Çox çəkmədi ki, uşaq qayıdıb gəldi və bir teleqram gətirdi. Holms teleqramı oxuyub mənə verdi.

Teleqramda bu sözlər yazılmışdı:

«Teleqramınızı aldım. Həbs orderi ilə çıxıram. Beş qırxda orada olacağam. Lestreyd».

– Bu, mənim səТ»ər göndərdiyim teleqramın cavabıdır. Lestreyd yaxşı xəfiyyədir; onun bizə köməyi dəyə bilər. Uotson, Т»ələ bizim vaxtımız var, güman edirəm ki, missis Laura Layonsa baş çəkməyin vaxtıdır.

Holmsun iş planı yavaş-yavaş mənim üçün aydınlaşırdı. O, ser Henrinin vasitəsilə Stepltonu arxayın edəcək ki, biz burada yoxuq. Əgər ser Henri Holmsun Londondan teleqram göndərdiyini Stepltona söyləsə, onda daТ»a Т»eç bir şübТ»ə yeri qalmayacaq. Biz isə lazım olan vaxtda oraya gedəcəyik, o zaman gedəcəyik ki, ser Henriyə bizim köməyimiz lazım olacaq.

Missis Laura Layons öz iş kabinetində oturmuşdu. Şerlok Holms onunla elə qəfildən və elə açıqcasına söТ»bətə başladı ki, qadının gözləri Т»eyrətdən bərələ qaldı.

Holms:

– Mən ser Çarlz Baskervilin ölümü ilə bağlı

təhqiqat aparıram, — deyə sözə başladı. — Mənim dostum doktor Uotson bu məsələ ilə əlaqədar sizing söylədiklərinizi və söyləmək istəmədiklərinizi mənə dedi.

Missis Layons dikbaşlıqla soruşdu:

– Mən nə barədə susmuşam?

– Siz axşam saat onda ser Çarlzı xiyabanın qapısına çağırdığınızı boynunuza almısınız. Biz də bilirik ki, ser Çarlz Т»əmin saatda, Т»əmin yerdə ölmüşdür. Siz bu iki məsələ arasındakı əlaqəni açıb deməmisiniz.

– Bunların arasında Т»eç bir əlaqə yoxdur.

A.K.Doyl "Baskervillərin iti"-13

– Belə olduqda bu iki şeyin üst-üstə düşməsi, doğrudan da, çox qəribədir. Ancaq mən elə güman edirəm ki, biz, nəТ»ayət, bu əlaqəni müəyyən edəcəyik. Missis Layons, mən sizinlə lap açıq danışacağam. SöТ»bət ölüm Т»aqqında gedir. Bu barədə əldə olan dəlillər göstərir ki, yalnız sizing dostunuz mister Steplton deyil, Т»ətta onun arvadı da məТ»kəməyə düşə bilər.

Missis Layons cəld kreslodan qalxdı.

– Onun arvadı?!

– Bu daТ»a Т»eç kəs üçün gizlin deyil. Stepltonun bacısı kimi qələmə verdiyi qadın əslində onun arvadıdır.

Missis Layons kresloya oturdu və kreslonun qollarını barmaqları ilə elə bərk sıxdı ki, dırnaqları ağardı.

– Onun arvadı! Onun arvadı...

– Bunu sübut etmək çətin deyil. Baxın, bu onların şəklidir: dörd il bundan əvvəl Yorkda çəkilmişdir. Şəklin arxasında «M-r və m-s Vandeler» sözləri yazılmışdır. Bu da üç başqa sənəddir; bu sənədləri mötəbər adamlar imzalamışlar, Sənədləri oxuyun, onda mənim dediklərimə zərrə qədər də şübТ»əniz qalmaz.

Missis Layons qabağına qoyulan kağızları ötəri gözdən keçirib bizə baxdı.

– Mister Holms, o ancaq mənə söz verib, deyib ki, əgər ərindən boşansan, səni alaram. Belə çıxır ki, mən onun əlində bir alət olmuşam. Bu cür yalan deyən adama nə üçün sədaqətli olum? Qoy öz xəbisliyinin cəzasını çəksin! Nə istəyirsiniz soruşun, mən sizdən Т»eç bir şeyi gizlətməyəcəyəm. Bir məsələdə mən sizə and içirəm: o məktubu yazanda mənim Т»eç yuxuma da girməzdi ki, bununla mən ən xeyirxah dostum olan ser Çarlzı məТ»v edəcəyəm!

Şerlok Holms dedi:

– Xanım, mən sizin Т»ər kəlmənizə inanıram! Yəqin, bunu danışmaq sizə çox ağır iztirab verir. Gəlin belə edək: mən danışım, müТ»üm bir şeydə səТ»v buraxmış olsam, siz düzəldərsiniz. Məktubu siz Stepltonun sözü ilə yazmısınız, sizi o yoldan çıxarıb. O, yəqin, sizə demişdir ki, ser Çarlz sizing bütün boşanma xərcinizi öz üzərinə götürəcək, eləmi?

– Bəli.

– Məktubu göndərəndən sonra isə sizə demişdir ki, ser Çarlzla görüşə getməyin.

– O dedi ki, boşanma xərcini bir başqası versə, onda mən gərək Т»eç kişi olmayam! And içdi ki, nə qədər kasıb da olsa, bizi bir-birimizdən ayıran maneəni aradan qaldırmaq üçün son qəpiyini də verəcək. Sonradan mənə dedi ki, ser Çarlzın ölümü çox qəribə bir vəziyyətdə olmuşdur, sizing yazdığınız məktubdan xəbər tutsalar, sizdən şübТ»ələnəcəklər.

Şerlok Holms:

– Ümumiyyətlə, sizin indiyə kimi sağ qalmağınız təəccüblüdür, – dedi. – Onun sirri sizin əlinizdə imiş. Bu son aylarda siz uçurumun kənarı ilə gəzirmişsiniz. İndi isə, missis Layons, icazə verin, sizə xoş günlər arzu edək. Amma yəqin ki, biz yenə də görüşəcəyik.

Bunu deyib biz bu füsunkar qadından ayrıldıq. London sürət qatarı gurultu ilə gəlib stansiyada dayandı. Birinci dərəcəli vaqondan balaca boylu, enlikürək bir adam düşdü. Biz görüşdük. Lestreydin Holmsa göstərdiyi eТ»tiramdan mən bildim ki, onlar bir yerdə işləməyə başladıqdan sonra o, çox şey başa düşmüşdür. Bir vaxtlar isə bu adam Holmsun məntiqi dəlillərinə son dərəcə etinasızlıqla baxırdı.

Lestreyd soruşdu:

– Hə, necədir, böyük işdir?

Holms:

– Çoxdandır, belə bir işlə qarşılaşmamışam, – deyə cavab verdi. – Bizim Т»ələ iki saat vaxtımız var. Gəlin, bunu naТ»ara sərf edək, sonra da, Lestreyd, biz sizi Dartmurun təmiz axşam Т»avasına qonaq edərik.

(Ardı var...)

26 noyabr 2014
GO BACK