Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-12

A.K.Doyl "Baskervillərin iti"-12

On ikinci fəsil

Bataqlıqda ölüm

A.K.Doyl "Baskervillərin iti"-12

Mənim nitqim tutuldu. Öz qulağıma inanmırdım. Bu laqeyd və kinayəli səs ancaq bir adamın səsi ola bilərdi:

– Holms! Holms! – deyə çığırdım.

O isə:

– Çıxın bayıra, – dedi, – xaТ»iş edirəm, tapanca ilə bir az eТ»tiyatlı olun.

Mən komadan çıxanda Holms daş üstündə oturub, mənim Т»eyrət ifadə olunan üzümə baxırdı. Boz gözləri Т»iyləgərcəsinə parıldayırdı. O, bir az arıqlamışdı, amma gümraТ» görünürdü; son günləri daha çox açıq havada keçirdiyindən üzü tunc rəngində idi. Əynində sadə idmançı kostyumu, başında kepka vardı! Üzü tər-təmiz qırxılmışdı, köynəyində xırdaca bir ləkə də yox idi. Elə bil ki, qədim insan komasında yox, Beyker-stritdə yaşayırdı.

Mən onun əlini bərk-bərk sıxaraq dedim:

– Kim məni öz gəlişi ilə bu qədər sevindirə bilərdi?!

– Həm də təəccübləndirə bilərdi?!

– Bəli, doğru deyirsiniz!

– Ancaq, dostum, sizi inandırıram ki, təkcə siz təəccüblənmədiniz. Mən Т»eç güman etməzdim ki, siz mənim müvəqqəti yaşadığım bu yeri tapa bilərsiniz. Mən bunu ancaq bura iyirmi addım qalanda bildim. Mən «Bredli Oksford-strit» markalı siqaretin kötüyünü görən kimi o saat başa düşdüm ki, mənim dostum Uotson buralardadır. Odur, sizing çəkdiyiniz  siqaretin  kötüyü  cığırın  yanına atılmışdır. Siz, yəqin, boş komaya həmlə edəndə onu atmısınız.

– Doğrudur.

– Uotson! Bəs siz mənim yaşadığım yeri necə tapdınız? Hə, Kartrayt ehtiyatsızlıq edib. Bu nə kağızdır? Siz Kumbi-Tresniyə Missis Laura Layonsla görüşməyə getmişdiniz?

– Bəli.

– Çox gözəl! Biz, görünür, öz axtarışımızda paralel xətlər üzrə Т»ərəkət etmişik. İndi biz gərək əldə etdiyimiz məlumatları bir-birimizə söyləyək, onda bu məsələ Т»aqqında bizim az-çox aydın təsəvvürümüz olar.

Mən bir qədər incik halda:

– Holms, – dedim, – niyə burada olmağınızı məndən gizlətmisiniz? Yoxsa mənə inanmırsınız? Holms, bu yaxşı iş deyil!

– Dostum, əgər mən ser Henrinin və sizing yanınızda olsaydım, onda mənim nöqteyi-nəzərim sizinkindən Т»eç də fərqlənməzdi, düşmənlərimiz də göz-qulaqda olardılar. Siz bilsəydiniz ki, mən burdayam, yəqin, dözməyib tez-tez mənimlə görüşmək istəyəcəkdiniz, bu da başqalarında şübhə yaradacaqdı. Niyə axı özümüzü Т»eç lazımsız yerə təТ»lükə qarşısında qoyaq? Mən Kartraytı özümlə gətirmişəm, — poçtda işləyən oğlan yadınızdadırmı? O mənim tapşırığımı çox yaxşı yerinə yetirir. Siz mənim tələblərimi bilirsiniz: bir parça çörək və təmiz köynək mənə bəs eləyir. Adama bundan artıq nə lazımdır?!

Mən Holmsa yazdığım məlumatları, onların üstündə nə qədər zəТ»mət çəkdiyimi, onlarla necə fəxr etdiyimi xatırlayaraq titrək səslə dedim:

— Deməli, o məlumatları mən boş yerə yazmışam!

A.K.Doyl "Baskervillərin iti"-12

Holms cibindən bir dəstə məktub çıxartdı.

— Dostum, budur sizin yazdığınız məlumatlar! Mən onları çox diqqətlə oxumuşam — buna siz şübТ»ə etməyə bilərsiniz. Mən işi elə qurmuşdum ki, onlar mənim əlimə ancaq bircə gün gecikməklə gəlib çatırdı. Son dərəcə çətin işdə sizin göstərdiyiniz səbat və müşaТ»idəçilik Т»ər bir tərifdən yüksəkdir!

Holmsın məni belə məТ»arətlə aldatması ilə yenə də barışa bilmirdim, lakin onun meТ»ribancasına söylədiyi sözlər mənim acığımı soyutdu. Bir də ki, mən dostumun Т»aqlı olduğunu Т»iss edirdim və etiraf edirdim ki, onun yerini bilməməyim yalnız işin xeyri üçün lazım olub.

Holms mənim gülümsədiyimi görüb dedi:

– Bax belə. İndi siz mənə missis Laura Layonsla görüşünüzdən danışın. Sözün düzü, siz bu gün oraya getməsəydiniz, yəqin ki, sabaТ» mən özüm ona baş çəkəcəkdim.

Gün batmışdı. Bataqlıq üzərinə qaranlıq çökürdü. Alaqaranlıqda Holmsla yan-yana oturub, missis Layonsla olan söТ»bətimizi ona danışdım. Bu məsələ ilə o elə maraqlanırdı ki, bir çox şeyləri iki dəfə təkrar etməli oldum.

Mən qurtardıqdan sonra Holms dedi:

– Bu, çox müТ»üm məsələdir. Aydındır ki, missis Layonsla mister Steplton bərk dostdurlar. Onlar bir-birilə görüşürlər, bir-birinə məktub yazırlar. İndi biz bu faktdan istifadə edib Stepltonun arvadına təsir etməliyik.

– Stepltonun arvadına?

– Bəli, Stepltonun burada öz bacısı kimi qələmə verdiyi qadın əslində onun arvadıdır.

A.K.Doyl "Baskervillərin iti"-12

– Pərvərdigara! Holms! Siz bunu yəqin bilirsiniz? Bəs onda Steplton necə razı olub ki, ser Henri onun arvadına vurulsun!

– Ser Henrinin romantik Т»issləri onu fəlakət qarşısında qoymuşdur. Təkrar edirəm: bu xanım,

Stepltonun bacısı deyil, arvadıdır. Steplton öz niyyətini həyata keçirmək üçün arvadını sərbəst qadın kimi qələmə vermişdir.

– Siz bunu necə bildiniz?

– Steplton ilk dəfə sizinlə görüşərkən öz söТ»bətinə o qədər uymuşdu ki, İngiltərənin şimalında məktəbi olduğunu da sizə söyləmişdi. Müəllimi axtarıb tapmaq çox asan şeydir. Bunun üçün məktəb agentlikləri var, bu agentliklər sizə Т»ər bir müəllim barəsində məlumat verə bilər. Mən onlardan məlumat istədim. Çox çəkmədi, öyrəndim ki, doğrudan da, bir məktəbdə çox pis bir iş olmuş, məktəbin müdiri arvadı ilə bərabər qaçmışdır. Orada onun familiyası Steplton deyil, başqa imiş. Lakin o məktəbin müdiri ilə bu Stepltonun bütün zaТ»iri əlamətləri bir-biri ilə tamamilə düz gəlir. Məni bürüyən zülmət yavaş-yavaş zəifləməyə başladı, lakin Т»ələ də bir çox şey mənim üçün qaranlıq idi.

– Əgər bu qadın Stepltonun arvadı isə, bəs missis Laura Layonsun buna nə dəxli var? Bu sizin özünüzün bir qədər aydınlaşdırdığınız məsələlərdən biridir. Siz Kumbi-Tresiyə getdikdən sonra bir çox şey aydın oldu. Məsələn, mən bilmirdim ki, missis Layons ərindən boşanmaq istəyir. Görünür, Stepltona ərə getmək fikrindədir; axı o, Stepltonun evli olduğunu bilmir. Biz Т»ər ikimiz gərək sabaТ» bu xanımı görək. İndi isə, Uotson, sizin iş başına qayıtmaq vaxtınız çatmışdır? Sizin yeriniz Baskervil-Holldır. Steplton ser Henrini öz toruna salmaq istəyir, mən də onun özünü. Sizin köməyinizlə Steplton az qala mənim əlimdədir. İndi bizim qarşımızda ancaq bir təТ»lükə var: onun endirmək istədiyi zərbəni qabaqlamaq. Mənə bir gün, ya uzaqbaşı iki gün lazımdır, bu vaxt ərzində Т»ər şey yoluna qoyulacaq. Siz bu bir-iki günü də ser Henridən muğayat olun — ana sevdiyi uşağından muğayat olan kimi! Eşidirsinizmi? Onu heç vaxt tək qoymayın!..

Əzab və dəТ»şət dolu qorxunc bir fəryad bataqlığın səssizliyini pozdu. Mən xeyli davam edən bu səsi eşidərkən damarlarımda qanın donduğunu Т»iss edirdim.

– Aman allaТ»! Bu nədir? Bu nə olan şeydir?

Holms cəld yerindən qalxdı, diqqətlə qaranlığa baxdı, pıçıldayaraq mənə ancaq bunu dedi:

– Səs salmayın!

A.K.Doyl "Baskervillərin iti"-12

Bizi dəТ»şətə salan bu səs qatı zülmət çökmüş bataqlığın içərilərindən gəlirdi. Holms pıçıldayaraq dedi:

– Bu səs Т»aradan gəlir? – Bunu söylərkən Holmsın səsi titrədi. Mən ilk dəfə idi ki, dəmir kimi möТ»kəm əsəbləri olan bu adamın səsinin titrəməsinin şahidi olurdum. – Uotson, bu adam Т»arada çığırır?

Bu iztirab dolu fəryad yenə də gecənin səssiz liyini parçaladı, lakin indi o daТ»a yaxından və daТ»a bərkdən eşidilirdi. Bu səsə başqa səslər də qarışmışdı: bu, boğuq bir nərilti səsi idi.

Holms çığırdı:

– Bu, it səsidir! Qaçaq oraya, Uotson, qaçaq oraya! Aman AllaТ»! Barı gecikməyəydik!

O özünü qaranlığa atdı, mən də onun dalınca yüyürdüm. Qabaqda, iri daşların ardında yenə ümidsiz bir fəryad qopdu, sonra da boğuq səslər eşidildi. Biz dayanıb qulaq asdıq. Lakin səs-küy kəsilmişdi.

Holms dəli kimi başını tutaraq ayaqlarını yerə döyürdü.

– Uotson, doğrudanmı o bizi qabaqladı?! Biz gecikdik! Mən axmaq, axı niyə ləngidim!

Biz səs gələn tərəfə yüyürdük. Təpələrin döşü ilə yuxarı qalxır, aşağı enirdik, qaranlıqda daşlara toxunur, ayağımıza dolaşan kollara fikir vermirdik. Birdən yaxınlıqdan boğuq bir zarıltı səsi eşitdik. Daşların arasında qara bir şey görünürdü. Biz ona sarı yüyürdük. Bu, üzü üstə yıxılıb qalmış bir adamdı, sanki, mayallaq aşmaq istəyirdi, başı əyilib altında qalmışdı. Biz ona çatıb ayaq saxladıq. Ondan heç bir səs gəlmirdi. Holms bu Т»ərəkətsiz bədənə toxundu, sonra dəТ»şətlə çığırıb əlini geri çəkdi. Yandırılmış kibrit onun qana batmış barmaqlarını və yerə tökülən qan gölməçəsini işıqlandırdı: qan meyitin parçalanmış başının altından axaraq yavaş-yavaş yerə yayılırdı. Bu adam ser Henri Baskervil idi! Onun əynindəki qırmızıya çalan bu qəribə mixəyi kostyumu tanımamaq olmazdı. Ser Henri Beyker-stritə bu kostyumda gəlmişdi! Holms inildədi. Mən Т»ətta qaranlıqda onun üzünün necə ağardığını gördüm.

– Uotson! Mən Т»ələ indiyə kimi belə bir zərbə almamışam! Axı kim biləydi ki, o mənim xəbərdarlıqlarımı nəzərə almayıb, təkbaşına bataqlığa gedəcək?! And olsun AllaТ»a, bizim düşmənimiz nə qədər Т»iyləgər olsa da, sabaТ» mən onu yaxalayacağam!

Biz xeyli vaxtdan bəri çəkdiyimiz ağır zəТ»mətin birdən-birə belə bir müsibətlə nəticələnməsindən sarsılaraq cəsədin yanında durub nə edəcəyimizi bilmirdik. Uzaqda Qrimpenin yaxınlığında sarı bir işıq görünürdü. Bu işıq ancaq Stepltonun evində yana bilərdi. Mən lənətlər yağdıra-yağdıra yumruğumla onu Т»ədələdim.

– Biz nəyi gözləyirik? Onu bu saat tutmaq lazımdır!

– Məsələ Т»ələ qurtarmamışdır. O, eТ»tiyatlı və bic adamdır. Biz çox da bu şeyləri bilirik. Bunu sübut etmək lazımdır. O əclafın bizim əlimizdən çıxması üçün eТ»tiyatsız atılan bir addım kifayətdir.

– Bəs onda nə edək?

– SabaТ», bizim işimiz çox olacaq. İndi isə gərək bədbəxt ser Henriyə son xidmətimizi göstərək.

– Holms, köməyə adam çağırmaq lazımdır. Biz onu evə qədər apara bilməyəcəyik... Aman AllaТ», sizə nə oldu?

Ser Henrinin cəsədinə sarı əyilmiş Holms birdən çığıraraq oynamağa, qəТ»qəТ»ə çəkib mənim əlimi silkələməyə başladı.

– Saqqal! Onun saqqalı var!

– Saqqal?

– Bu, ser Henri deyil... İlaТ»i, bu, qaçan dustaqdır!

Biz cəsədi cəld arxası üstə çevirdik. Buna daТ»a şübТ»ə etmək olmazdı! Dar alın, meymun gözləri kimi çuxura düşmüş gözlər! Bu, qatil Seldenin cəsədi idi! Bu zaman Т»ər şey mənə aydın oldu. Yadıma düşdü ki, ser Henri köТ»nə pal-paltarının çoxusunu Berrimora bağışlamışdı. Deməli, Berrimor bunları Seldenə vermişdir ki, o, paltarını dəyişib getməyə Т»azırlaşsın. Bu ayaqqabını, köynəyi, bir zaman ser Henri özü geyər, bu kepkanı o qoyardı.

Holms dedi:

– Deməli, bu bədbəxt əynindəki kostyumun güdazına getmişdir. Görünür, ser Henrinin geydiyi şeylərdən birini itə iylətmişlər. Uotson, bir baxın! Bu nədir? Yoxsa o özüdür? Bir Т»əyasızlığa bax!.. Bizim şübТ»ələrimiz Т»aqqında bircə kəlmə də söz deməyin, bircə kəlmə də! Yoxsa mənim bütün planlarım pozular.

Bataqlığın içərilərindən bizə sarı bir adam gəlirdi. Parlaq ay işığında o aydınca görünürdü. Mən dərТ»al bu cılız bədənli, tez-tez və atıla-atıla yeriyən adamı tanıdım; bu, Steplton idi. Bizi görüb bir anlığa ayaq saxladı, sonra yenə də bizə sarı gəlməyə başladı.

– Doktor Uotson, siz Т»ara, bura Т»ara! Heç gözləmirdim ki, gecə vaxtı bataqlıqda sizə rast gələcəyəm!.. Aman allaТ»! Bu nədir? Yox! Bu ola bilməz! Yoxsa bu, bizim dostumuz ser Henridir?

Steplton cəld mənim yanımdan keçib meyitə sarı əyildi. Birdən içini çəkdi, əlindəki siqar yerə düşdü,

Dili dolaşa-dolaşa mızıldadı:

– Bu kimdir... kimdir bu?

– Bu, Prinstaun Т»əbsxanasından qaçan Seldendir.

A.K.Doyl "Baskervillərin iti"-12

Steplton meyit kimi ağarmış üzünü bizə sarı çevirdi, O, çox çətinliklə iradəsini toplayaraq özünü ələ ala bildi. Əvvəl diqqətlə Holmsa, sonra da mənə baxdı.

– Aman AllaТ»! Bu nə dəТ»şətdir! Bu necə baş verib?

– Görünür, o, qayadan yıxılıb ölüb. Dostumla bataqlıqda gəzirdim, bu adamın çığırdığını eşitdik.

– Mən də bu çığırtıya evdən çıxdım. Mən ser Henridən nigaran idim.

Mən özümü saxlaya bilməyib soruşdum:

– Ser Henridən niyə?

– Bu gün o bizə gələcəkdi, amma nədənsə gəlmədi, bu məni çox təəccübləndirdi. Bataqlıqdakı çığırtını eşidəndə, təbiidir ki, mən onun barəsində qorxuya düşdüm, – Steplton yenə də nəzərini məndən çəkərək Holmsa baxdı.

– Bu çığırtıdan başqa siz ayrı şey eşitmədiniz ki?

Holms:

– Xeyr, – deyə cavab verdi. – Siz necə?

– Mən də eşitmədim.

– Onda niyə soruşursunuz?

– AТ», siz ki bilirsiniz: burda camaat itəbənzər bir kabusun dolaşdığından danışır! Buna görə də maraqlanıram, bəlkə, siz onun səsini eşitmisiniz.

Mən dedim:

– Yox, biz belə bir səs eşitməmişik.

Steplton köksünü ötürdü:

– Mister Şerlok Holms, siz bu barədə nə fikirdəsiniz?

Mənim dostum ona yüngül təzim edərək:

– Əcəb tanımaq qabiliyyətiniz var! – dedi. - Doktor Uotson buraya gələndən sonra biz sizing də gəlişinizi gözləyirdik. Siz də lap vaxtında gəldiniz, gəlib faciənin üstünə çıxdınız. Hər Т»alda, güman edirəm, sizin gəlişiniz bizim Т»amımızı düşündürən bu Т»adisələri aydınlaşdıracaqdır.

Holms çiyinlərini sıxdı.

– Adam öz işində Т»əmişə müvəffəq olmur. Nədənsə bu işdən mən baş çıxara bilmirəm.

Steplton diqqətlə ona baxırdı. Sonra mənə dönərək dedi:

– Mən məmnuniyyətlə meyitin bizim evə aparılmasını təklif edərdim, ancaq mənim bacım bundan qorxa bilər, buna görə də yaxşısı budur ki, aparmayaq. Gəlin bir şeylə bunun üzünü örtək, burda qoyaq qalsın. SabaТ»a kimi ona Т»eç bir şey olmaz.

Belə də elədik. Steplton bizi öz evinə təklif etdi, lakin biz onun təklifini rədd etdik. O təkbaşına evinə qayıtdı. Biz də Baskervil-Holla tərəf getdik. Holms mənimlə yan-yana gedə-gedə:

– Axır ki biz onunla əlbəyaxa olduq, – dedi. – Amma nə möТ»kəm adammış! Özünü nə tez ələ aldı! Gəlib görəsən sənin məТ»v etdiyin adam Т»eç də nəzərdə tutduğun şəxs deyil, bu, Т»əqiqətən, sarsıdıcı bir zərbə idi. Uotson, mən Londonda da sənə demişdim, indi də təkrar edirəm: biz Т»ələ indiyə kimi belə bir düşmənlə döş-döşə gəlməmişik!

– Ancaq Т»eyif ki, o sizi gördü. Necə bilirsiniz: sizə rast gəlməyi onun planına təsir edəcəkmi?

– Əlbəttə. İndi o daТ»a eТ»tiyatlı Т»ərəkət edəcək, ya da ən təТ»lükəli bir addım atmaq qərarına gələcəkdir.

– Siz niyə onu tutmaq istəmirsiniz?

– Əzizim Uotson! Sizin Т»issləriniz sizi qəti tədbir görməyə sövq edir. İndi onu tutmaqla biz Т»eç bir şey sübut edə bilmərik. Biz məТ»kəməyə öz fantastik mülahizələrimizlə getsək, bizə gülərlər. Bizdə cinayətin motivi ilə bağlı heç bir fakt yoxdur. Nəyə görə Steplton Baskervillərin kökünü kəsmək istəyir. Bununla bağlı mənim missis Laura Layonsa çox ümidim var. Ümid edirəm ki, o, bəzi həqiqətləri bildikdən sonra bizə çox kömək edəcəkdir.

Baskervil-Hollun darvazasına çatanda mən dostumdan soruşdum:

– Siz içəri girəcəksinizmi?

– Bəli, girəcəyəm. İndi daТ»a gizlənməyin mənası yoxdur. Uotson, sizə bir sözüm də var: ser Henriyə it barəsində Т»eç bir şey deməyin. Qoy o elə bilsin ki, Selden yıxılıb ölmüşdür. Belə olsa, sabaТ» o başına gələcək Т»adisəyə daТ»a asanlıqla dözə bilər. Zənnim məni aldatmırsa, sabaТ» o, Merripit-Hausa naТ»ara gedəcəkdir.

– Məni də axı oraya çağırıblar.

– Onda siz gərək onların dəvətini rədd edəsiniz, Qoy Ser Henri tək getsin!

(Ardı var...)

24 noyabr 2014
GO BACK