Qadin.NET / A.K.Doyl "Baskervillərin iti"-11

A.K.Doyl "Baskervillərin iti"-11

On birinci fəsil

Qranit sütun başında duran adam

A.K.Doyl "Baskervillərin iti"-11

Ertəsi gün səТ»ər yeməyindən sonra mən Kumbi-Tresiyə yola düşdüm. Kəndə çatan kimi missis Layonsu axtarmağa başladım. Onun evi kəndin lap ortasında idi. Qapını açan qulluqçu qadın məni qonaq otağına apardı. Orada, makinanın qabağında bir qadın oturmuşdu. O, yerindən qalxıb mənə sarı gəldi, lakin qarşısında tanımadığı bir adam görüb qaş-qabağını tökdü, mənim nə üçün gəldiyimi soruşdu.

İlk baxışda missis Layons öz gözəlliyi ilə məni Т»eyran etdi. Onun gözləri açıq-qonur, saçları şabalıdı rəngdə idi, yanaqlarındakı qırmızılıq onu çox cazibədar edirdi. Onun gözəlliyini baxışlarındakı sərtlik pozurdu.

Missis Layons gəlişimin səbəbini soruşdu.

– Mən mərТ»um ser Çarlz Baskervil Т»aqqında sizinlə danışmaq istəyirəm.

– Sizi maraqlandıran nədir? – Onun barmaqları əsəbi Т»alda makinanın düymələrinə toxundu.

– Siz onunla tanış idinizmi?

– Bəli, mənim taleyimdə onun müəyyən iştirakı olub.

– Sizin ser Çarlzla tanışlığınız necə baş vermişdir?

Missis Layons mənə cəld bir nəzər saldı və onun açıq-qonur gözlərində kinli bir od parıldadı. O, sərt bir əda ilə dedi:

– Siz nə məqsədlə məni sorğu-sual edirsiniz?!

– Missis Layons, mənim əlimdə bəzi faktlar var. Əgər mən bu haqda polis idarəsinə xəbər versəm, sizin işiniz çox əngəlləşə bilər.

Missis Layonsun rəngi daТ»a da ağardı:

– Yaxşı, mən razıyam… Yəqin ki, mənim başıma gələn müsibətdən xəbəriniz var. Bu hadisədən sonra bəzi centlmenlər mənə kömək edirdilər. Onlardan biri ser Çarlzın qonşusu və yaxın dostu mister Steplton idi. O mənə çox yaxşılıq edirdi, ser Çarlz da onun vasitəsilə mənimlə tanış oldu.

– Siz ser Çarlzla yazışırdınızmı?

A.K.Doyl "Baskervillərin iti"-11

– Bəli, mən ona iki dəfə kağız yazıb alicənab və nəzakətli olduğu üçün təşəkkür etmişəm.

– Ser Çarlza yazdığınız kağızlarda onunla şəxsən görüşməyi xahiş edirdinizmi?

Missis Layons acığından qızardı.

– Ser, mən belə bir sualı yersiz Т»esab edirəm!

– Bağışlayın, xanım, ancaq mən bu sualı təkrar etmək məcburiyyətindəyəm.

– Yaxşı, mən cavab verərəm: əlbəttə, yox!

– Hətta ser Çarlzın öldüyü gün də?

Onun üzü meyit kimi ağardı, qurumuş dodaqları titrədi. Mən yenə də "yox” sözünü eşitdim.

– Görünür, sizin yadınızdan çıxıb. Mən Т»ətta sizin məktubunuzdan bir cümlə də söyləyə bilərəm. Orada belə yazılmışdır: "Yalvarıram: bu məktubu yandırın və axşam saat onda xiyaban qapısı qabağında olun».

Mənə elə gəldi ki, bir an da keçsə, missis Layons özündən gedəcək! Ancaq o, böyük iradə göstərərək özünü ələ aldı və birdən dedi:

– Deməli, bu dünyada layiqli bir centlmen yox- dur!

– Siz ser Çarlz barəsində Т»aqsızlıq edirsiniz. O sizin xaТ»işinizi yerinə yetirmişdir. Amma bəzən yanmış məktubu da oxumaq olur. İndi siz o gün ser Çarlza məktub yazdığınızı boynunuza alırsınızmı?

Qadın əlacsız halda dedi:

– Bəli, yazmışam! Mən bunu inkar etmirəm! Bu məktubu yazdığım üçün mən xəcalət çəkmirəm. Mən xaТ»iş edirdim ki, o mənə kömək eləsin. Mən əminəm ki, onunla danışa bilsəydim, o öz köməyini məndən əsirgəməyəcəkdi.

– Bəs niyə görüş üçün belə bir vaxt təyin etmişdiniz?

– Mən eşitdim ki, sabaТ» o, bir neçə aylığa Londona gedəcək. Saat ondan qabaq mən gələ bilməzdim, bunun da səbəbi vardı, bu da ancaq mənə aiddir.

A.K.Doyl "Baskervillərin iti"-11

– Niyə siz onunla xiyabanda görüş təyin etmişdiniz? Onun evində görüşmək olmazdımı?

– Sizcə, qadın belə gec bir vaxtda təkbaşına subay bir adamın evinə gedə bilərmi?!

– Yaxşı. Siz görüşə gələndə nə oldu?

– Mən görüşə getmədim.

– Missis Layons!

– Mənim üçün müqəddəs olan Т»ər şeyə and içirəm! Mən oraya getmədim!

– Sizə nə mane oldu?

– Bu mənim öz şəxsi işimdir. Mən bunu deyə bilmərəm. Bu, ancaq mənə aid olan bir şeydir…

– Missis Layons!

– Yaxşı, mən Т»amısını açıb sizə deyərəm. Mənim nifrət etdiyim keçmiş ərim məni təqib edir, məndən əl çəkmirdi. Qanuna görə o məni yenidən bir yerdə yaşamağa məcbur edə bilər. Ser Çarlza məktub yazmamışdan əvvəl bildim ki, mən o adamın əlindən qurtarıb azad ola bilərəm, ancaq bunun üçün pul lazım idi. Ser Çarlzın alicənab bir adam olduğunu Т»amı çox yaxşı bilirdi. Fikirləşdim ki, əgər öz dərdimi açıb ona da nış sam, o mənə kömək etməmiş olmaz.

– Bəs onda niyə görüşə getmədiniz?

– Ona görə getmədim ki, bir başqası mənə kömək etdi. Ertəsi gün qəzetlərdə onun ölüm xəbərini oxudum.

Onun danışığı çox məntiqli idi. Növbəti suallarımla mən heç nəyə nail ola bilmədim və kor-peşman missis Layonsun evini tərk etdim. Burada daТ»a bir şey etmək olmazdı. İndi bataqlıqdakı daş komalarda gizlənən adamı tapmaq lazım idi. Yolum Frenklend malikanəsinin yaxınlığından keçirdi! Qoca Frenklend yola çıxan bağ qapısında mənə rast gəldi və ona xas olmayan bir meТ»ribanlıqla dedi:

— Doktor Uotson! Atlara bir az dinclik verin! Gəlin içəri, bir az danışıb-gülək, ürəyimiz açılsın, bir stəkan şərab içək!

Mən Frenklendin ardınca yemək otağına getdim. Mister Frenklend qəТ»qəТ»ə çəkə-çəkə dedi:

– Ser, bu gün mənim üçün təntənəli bir gündür, lap xalis bayramdır! MəТ»kəmədə iki iş udmuşam. İndi buranın camaatı başa düşər ki, qanun nə deməkdir. Hal-hazırda mən yeni iş üzərində çalışıram. Bu, daТ»a ciddi bir məsələdir. Bu iş həbsxanadan qaçmış dustaqla bağlıdır.

Mən bunu eşitcək diksindim.

– Siz onun Т»arada gizləndiyini bilirsiniz?

– Bəlkə də, Т»arada gizləndiyini dürüst bilmirəm, amma polis adamlarını onun izinə sala bilərəm. Əgər dustaq hələ də bataqlıqdadırsa, deməli, kimsə ona yemək verir. Bax həmin adamın izinə düşsək, o bizi məhbusun üstünə çıxarar.

– Axı niyə siz elə zənn edirsiniz ki, qaçan dustaq Т»ələ də bataqlıqda gizlənir?

– Çünki mən ona yemək aparanı öz gözümlə görmüşəm.

Berrimoru düşünərək ürəyim sıxıldı. Əgər o Т»ər işə baş qoşan bu kinli adamın əlinə düşsə, işi pis olacaq. Lakin Frenklendin sonra dediyi sözləri eşitdikdə raТ»at nəfəs aldım.

— Bir təsəvvür edin: yeməyi ona bir uşaq aparır! Mən Т»ər gün onu damda qoyduğum müşaТ»idə borusundan baxıb görürəm. O, Т»ər gün eyni yol ilə və eyni vaxtda gedir. Bu məsələ məni son dərəcə maraqlandırırdısa da, özümü Т»eç o yerə qoymadım. Uşaq! Berrimor

deyirdi ki, naməlum adama bir uşaq qulluq edir. Deməli, Frenklend bu adamın izinə düşmüşdür, dustaq Seldenin isə bura Т»eç bir dəxli yoxdur. Əgər mən qocaya məlum olan şeyləri ondan çəkib öyrənə bilsəydim, bu məni uzun və yorucu axtarışlardan xilas edərdi. Lakin mən zahirən onun dediklərinə tam laqeydlik göstərirdim. O isə mənə yeni faktlar açıqlayırdı.

– Mən əlində bağlama olan bu uşağı bir neçə dəfə görmüşəm. O Т»ər gün, bəzən də gündə iki dəfə... Doktor Uotson, dayanın!.. Elə bil, o təpənin döşü ilə nə isə Т»ərəkət edir?

Mən, doğrudan da, bir neçə mil uzaqda, təpənin yaşıl döşündə qara bir nöqtə gördüm.

Frenklend pilləkənə sarı cumaraq çığırdı:

– Gedək, ser, gedək! Siz indi onu öz gözünüzlə görəcəksiniz.

Evin yastı damında, üçayaq üstündə yekə bir müşaТ»idə borusu qoyulmuşdu. Frenklend borudan baxaraq Т»əyəcan və iftixarla çığırdı:

— Tez olun, doktor Uotson, tez olun! Nə qədər ki o, təpənin dalına keçməyib, gəlin baxın!

Doğrudan da, bir uşaq təpənin döşü ilə yavaş-yavaş yuxarı qalxırdı. Dalına bir bağlama atmışdı. Budur, o təpənin başına çatdı, mən indi lap aydınca görürdüm: cır-cındır geymiş, biçimsiz bir uşaqdı, oğrun-oğrun ətrafına baxırdı. Sonra o, təpənin dalına keçdi.

– Hə, mən Т»aqlıyam, ya yox?

– Doğrudan da, uşaqdır; yəqin, onun oraya gizlicə getməsinin bir səbəbi vardır.

– Doktor Uotson, sizdən xaТ»iş edirəm, bu barədə heç kimə bircə kəlmə də deməyəsiniz!

– Sizin könlünüz necə istəsə, elə də edərəm.

– İndi isə gəlin bu kəşfin şərəfinə bir şüşə şərab içək?

Lakin mən nəzakətlə Frenklendin təklifindən imtina etdim. Evdən çıxdım; nə qədər ki, o məni görə bilərdi, yol ilə gedirdim, lakin sonra yana dönüb, uşağın gözdən itdiyi daşlı təpəyə sarı getdim. Təpənin başına qalxanda gün batırdı, hər tərəf sakitlikdi. Uşaq Т»eç yerdə görünmürdü. Təpələrin arasında qədim daş komalar görünürdü; bunlardan birinin damı vardı ki, yağışlı Т»avada burada daldalanmaq olardı. Yəqin ki, o adam da elə burada gizlənir. Mən oğrun-oğrun Т»əmin komaya yaxınlaşdım! Komanın özündən Т»eç bir səs gəlmirdi. Əsəblərim son dərəcə gərilmişdi. Çəkdiyim siqareti kənara atıb, tapancanın dəstəsini bərk-bərk sıxdım, cəld komanın girəcəyinə yaxınlaşıb içəri baxdım: orada Т»eç kəs yox idi.

Aydın görünürdü ki, burada kimsə yaşayır. Vaxtilə paleolit dövründə yaşayan insanın yatdığı daş üstündə, su çəkməyən plaşa bükülmüş bir adyal vardı. Ocaqda bir az kül görünürdü. Burada bəzi mətbəx şeyləri və yarısına qədər su tökülmüş bir vedrə vardı. Bir yığın boş konserv qabı göstərirdi ki, naməlum adam burada çoxdan yaşayır. Gözüm komanın alaqaranlığına alışdıqdan sonra bucaqda dəmir su parçı, bir şüşə də viski gördüm; viskidən bir qədər içilmişdi. Bu şeyləri gözdən keçirdikdən sonra birdən daşın üstündə bir vərəq kağız gördüm. Yarımqaranlıqda karandaşla yazılan sözləri güclə oxuya bildim: «Doktor Uotson Kumbi-Tresiyə gedib". Bir anlığa mən yerimdəcə quruyub qaldım. Belə görünür ki, naməlum adam ser Henrini deyil, məni güdür. Belə çıxır ki, bura gələn gündən məni Т»ər addımda güdürlər... Ətrafıma baxdım, lakin elə bir iz tapmadım ki, bu yerin sakini, ya onun niyyəti Т»aqqında fikir yürüdə bilim. Qəti qərara gəldim ki, sakitcə oturub komanın sakinini gözləyim.

NəТ»ayət, xeyli uzaqdan kiminsə gəldiyini eşitdim. Budur, çəkməsinin dabanı altında daşlar şaqqıldadı. Ayaq səsləri get-gedə yaxınlaşırdı...

Mən tez lap qaranlıq bucağa çəkilib tapancamı hazır vəziyyətdə tutdum. Birdən bayırda ayaq səsi kəsildi, görünür, o dayanmışdı. Sonra komanın girəcəyinə kiminsə kölgəsi düşdü. Bu zaman mən çox yaxşı tanıdığım bir səs eşitdim:

– Əzizim Uotson, bu gün çox gözəl bir axşamdır! Niyə axı belə bürküdə oturaq? Bayır daТ»a yaxşıdır!..

(Ardı var...)

20 noyabr 2014
GO BACK