Yeddinci fəsil
Merripit-Hausda yaşayan Stepltonlar
Səhərin təravətli gözəlliyi axşam bizdə əmələ gələn ağır hissləri qəlbimizdən silib təmizlədi. Ser Henri ilə bərabər oturub səhər yeməyini yeyərkən mən soruşdum:
– Deyin görüm, siz gecəyarısı kiminsə ağladığını eşitdinizmi?
– Bilirsinizmi, yuxu içində mən də belə bir şey eşitdim. Çox qulaq asdım, sonra bu qərara gəldim ki, yəqin, bunu yuxuda görmüşəm.
– Amma mən bunu lap aydın eşitdim, özü də əminəm ki, ağlayan qadın idi.
– Gərək Berrimorla bu barədə danışaq.
Ser Henri zəng vurub lakeyi çağırdı və bu barədə ondan izahat istədi. Mənə elə gəldi ki, ağasının sualını eşidən kimi onun solğun bənizi daha da ağardı.
Berrimor dedi:
– Ser Henri, bu evdə cəmisi iki qadın yaşayır. Onlardan biri qab-qacaq yuyandır, özü də evin o biri tərəfində yatır; o birisi də mənim arvadımdır. Mən sizi əmin edirəm ki, mənim arvadım ağlamamışdır.
Ancaq o bizə sözün doğrusunu deməmişdi, çünki səhər yeməyindən sonra mən dəhlizdə, aydın gün işığında missis Berrimora rast gəldim. Şişmiş və qızarmış gözləri onun ağladığını bildirirdi. Deməli, gecə ağlayan o imiş, əri də bunu, yəqin ki, bilirdi, amma bizə yalan söyləmişdi. Niyə axı? Nə üçün onun arvadı belə dərdli-dərdli ağlayırmış? Yoxsa bizim Ricent-stritdə, kebdə gördüyümüz adam Berrimor imiş? Mən bunun doğrusunu necə bilim? Hər şeydən əvvəl Qrimpendəki poçt rəisini görmək, bizim teleqramın Berrimorun öz əlinə verilib-verilmədiyini ondan soruşmaq lazımdır. Mən gərək bu məsələ barədə Şerlok Holmsa məlumat verəm.
Ser Henri səhər yeməyindən sonra rəsmi kağızlara baxmaqla məşğul idi; mən öz vaxtımdan istədiyim kimi istifadə edə bilərdim. Gəzə-gəzə, bataqlığın yanı ilə dörd mil getdikdən sonra gəlib kiçik bir kəndə çatdım. Mən poçt rəisi ilə görüşdüm. Bizim teleqram onun yadından çıxmayıbmış.
– Əlbəttə, ser, necə göstərilmişdi, elə də elədim: mən onu mister Berrimora çatdırdım.
– Teleqramı Berrimora kim apardı?
Mən rəisin oğlundan soruşdum:
– Sən teleqramı Berrimorun özünəmi verdin?
– Xeyr, mister Berrimor çardaqda idi, teleqramı onun arvadına verdim.
– Mister Berrimorun özünü görmədin?
– Xeyr, ser, dedim ki, o, çardaqda idi.
Sorğu-sualı davam etdirməyin mənası yox idi. Odur ki, mən gəldiyim yolla geri qayıtdım. Arxa tərəfdən eşidilən yeyin addım səsləri məni düşüncələrimdən ayırdı. Kim isə məni adımla çağırdı. Dönüb baxdım. Bu, ortaboylu, otuz beş-qırx yaşlı, sarışın bir adamdı. Əynində boz kostyum, başında həsir şlyapa vardı. Çiynindən bitki yığmaq üçün qutu sallanırdı, əlində isə kəpənək tutmaq üçün başı torlu yaşıl ağac tutmuşdu. O, nəfəsini dərmədən dedi:
– Doktor Uotson, göstərdiyim cəsarət üçün məni bağışlayın. Biz burada sadə adamlarıq, tanış olmaq üçün rəsmi təqdim olunmağı gözləmirik. Bəlkə də, mənim barəmdə dostumuz Mortimer sizə bir şey söyləyib. Mən Stepltonam.
Mən mister Stepltonun təbiətşünas olduğunu bilirdim, ona görə dedim:
– Sizi çiyninizdəki bitki qutusundan və əlinizdəki kəpənək torundan tanımaq olar. Amma siz mənim kim olduğumu haradan bildiniz?
– Mən Mortimerin evində oturmuşdum; siz oradan keçəndə o öz qəbul otağının pəncərəsindən sizi mənə göstərdi. Mən də bu yolla gedəcəkdim, ona görə də özümü sizə yetirdim, sizinlə şəxsən tanış olmaq istədim.
Biz birgə addımlamağa başladıq.
– Biz Т»amımız çox qorxurduq ki, ser Çarlzın belə müsibətli ölümündən sonra yeni baronet burada yaşamaq istəməyəcək. Yəqin, bu Т»adisə ser Henridə də bir xof əmələ gətirmişdir.
– Mən də elə zənn edirəm.
– Siz, əlbəttə, dəТ»şətli bir it Т»aqqında olan əfsanəni eşitmisiniz; güya bu it Baskervillər nəslini təqib edir.
– Bəli, eşitmişəm.
– Mən ser Çarlzın xatirini çox istəyirdim; onun xəstə olduğunu bildiyim üçün bir bədbəxtliyin üz verəcəyini gözləyirdim.
– Deməli, siz belə zənn edirsiniz ki, ser Çarlzın üstünə bir it cummuş, o da qorxudan ölmüşdür?
– Bəlkə, sizin əlinizdə daТ»a əsaslı məlumat var? – Xeyr, mən Т»ələ müəyyən bir nəticəyə gəlməmişəm.
– Bəs mister Şerlok Holms necə?
Bu sözləri eşidəndə bir anlığa nəfəsim tıxandı lakin Stepltonun üzündəki sakitlik göstərirdi ki, o Т»eç də məni öz sualı ilə qəfildən yaxalamaq fikrində deyil.
O dedi:
– Doktor Uotson, niyə biz özümüzü elə göstərək ki, guya sizi tanımırıq? Sizin dostunuz, məşТ»ur xəfiyyə Т»aqqında olan söz-söТ»bət bizim də maТ»ala gəlib çatmışdır. Siz ki bura gəlmisiniz, deməli, mister Şerlok Holms bu işlə maraqlanmışdır, buna görə də mən onun nöqteyi-nəzərini bilmək istəyirəm.
– Sizi inandırıram ki, mən buraya ancaq dostum ser Henrinin yanına qonaq gəlmişəm.
Steplton bərkdən dedi:
– Çox gözəl! Siz lap düzgün Т»ərəkət edirsiniz: Т»ər şeydən əvvəl eТ»tiyatlı olmaq lazımdır! Sizə söz verirəm ki, bir daТ»a bu məsələyə toxunmayacağam.
Biz elə bir yerə gəlib çatdıq ki, yolun sağ tərəfindən ot-alaq basmış bir cığır başlanırdı, bu cığır, burula-burula bataqlığın içi ilə uzanıb gedirdi.
Steplton dedi:
– Buradan bu cığırla getsək, Merripit-Haus çox da elə uzaq deyil. Bir saat vaxtınızı sərf etsəniz, mən sizi öz bacıma təqdim etmək şərəfinə nail olaram.
Əvvəl fikirləşdim ki, gərək ser Henrinin yanında olam, lakin sonra Holmsun sözləri yadıma düşdü. O məndən xaТ»iş etmişdi ki, Baskervil-Hollun qonşuluğunda yaşayan adamlarla tanış olum. Mən Stepltonun təklifini qəbul etdim; biz sağa döndük.
O, yaşıl təpələrə baxaraq dedi:
– Mən burda ikinci ildir ki, yaşayıram. Ser Çarlz bura gələndən az sonra biz bura köçmüşük. Lakin cəsarətlə deyə bilərəm ki, indi torf bataqlığını məndən yaxşı tanıyan yoxdur. Sizin qarşınızdakı böyük Qrimpen bataqlığıdır. Bir adam, ya bir Т»eyvan bu bataqlığa düşdümü, eТ»tiyatsız atılan bir addım onu məТ»v edə bilər. Amma mən bir neçə dəfə Qrimpen bataqlığının lap ortasına getmişəm, yenə də sağ-salamat qayıtmışam. Uzaqdakı o təpələri görürsünüzmü? Onlar bataqlıq içərisində olan xırda-xırda adalardır. O adalarda çox nadir bitkilər, kəpənəklər var!
Birdən bataqlığın üzərinə son dərəcə kədərli bir ulama səsi yayıldı. Səsin Т»aradan gəldiyini ayırd etmək mümkün deyildi. Mən özümdən asılı olmayaraq çığırdım:
– Dayanın! O nədir?
Steplton sakit nəzərlərlə mənə baxıb dedi:
– Fermerlər deyirlər ki, Baskervillərin iti öz ovunu görəndə belə ulayır.
– Siz ki təbiətşünassınız. Bu səsi necə izaТ» edirsiniz, bu nə deməkdir?
– Bataqlıqdan bəzən çox qəribə səslər çıxır: kim bilir, bəlkə, lil aşağı çökür, ya su yuxarı qalxır.
– Yox, yox!. Bu səs canlı bir şeyin səsi idi. Mən ömrümdə belə qəribə, belə dəТ»şətli səs eşitməmişəm!
– Nə bilmək olar, buralar əsrarəngiz yerlərdir.
Yanımızdan xırdaca bir kəpənək uçub keçdi. Stepl ton cəld onun ardınca çumdu. Kəpənəyin birbaş bataqlığa sarı uçduğunu görcək məni dəТ»şət aldı. Lakin təzə tanışım buna Т»eç əТ»əmiyyət verməyərək əlindəki kəpənək torunu yelləyə-yelləyə bataqlıq içindəki təpəcikdən-təpəciyə atılırdı. Birdən arxa tərəfdən kiminsə ayaq səsini eşitdim. Dönüb baxdım, lap yanımda bir qadın gördüm. Mən onun miss Steplton olduğunu başa düşdüm, onun gözəl qadın olduğunu mənə demişdilər. Bu qadın, doğrudan da, öz gözəlliyi ilə adamı valeТ» edirdi. Mən şlyapamı çıxartdım, özümü təqdim etməyə Т»azırlaşırdım ki, birdən onun sözlərindən çaşıb qaldım.
– Buradan çıxın gedin! – dedi, – DərТ»al Londona qayıdın!
– Axı niyə?!
– Səbəbini soruşmayın! Siz AllaТ», mənim məsləТ»ətimə qulaq asın! Çıxın gedin!
– Axı mən təzəcə gəlmişəm!
Qadın Т»əyəcanla dedi:
– AТ», ilaТ»i! Mən sizə yaxşılıq etmək istəyirəm, siz bunu başa düşürsünüz? Çıxın gedin Londona! Elə bu gün gedin! Yavaş! Qardaşım gəlir!.. Siz ona Т»eç bir söz deməyin. ZəТ»mət olmasa, bax, o orxidey çiçəyini dərib mənə verin! Burada orxidey çoxdur. Ancaq payız girəndə onlar solmağa başlayır.
Steplton bizim yanımıza gəldi; o, qıpqırmızı qızarmışdı, tövşüyürdü.
– Hə, Beril, sənsən! – deyərək bacısını salamladı.
– Cek, nə yaman pörtmüsən?
– Mən çox qəşəng bir kəpənək dalınca qaçırdım. Ancaq tuta bilmədim, çox təəssüf!
O danışdıqca xırda, boz gözlərilə gaТ» bacısına, gaТ» da mənə baxırdı.
– Siz, deyəsən, tanış olmusunuz?
– Bəli. Mən ser Henriyə deyirdim ki, bizim bataqlıqların gözəl vaxtı keçib, orxidey solur.
– Nə? Sən bilirsən qarşındakı kimdir?
– Ser Henri Baskervil.
– Yox, yox, – dedim, – mən ser Henri deyiləm, mən onun dostu doktor Uotsonam.
Miss Stepltonun qəşəng üzü qıpqırmızı qızardı. Biz bir neçə dəqiqədən sonra, köhnə bir fermaya çatdıq. Bu yerdən miskinlik və qüssə yağırdı. Mən üfüqlərə qədər uzanan ucsuz-bucaqsız bataqlığa baxaraq düşündüm: "Bu elmli adamı və onun gözəl bacısını bu ucqar yerə çəkib gətirən nədir?”
Steplton, sanki, mənim fikrimə cavab verərək dedi:
— Biz yaşamaq üçün çox qəribə yer seçmişik, eləmi? Bilirsiniz, mənim şimal qraflıqlarından birində məktəbim vardı. Lakin tale üzünü məndən döndərdi, məktəbdə yoluxucu xəstəlik başladı, uşaqlardan üçü öldü. Sərmayəm əlimdən çıxdı. Bacımla bura köçməli olduq.
– Mənə elə gəlir ki, adam burada darıxar.
– Biz elmi işlə məşğuluq. Bizim böyük bir kitabxanamız və çox maraqlı qonşularımız var. Bədbəxt ser Çarlz da çox söТ»bətcil adam idi. Biz onunla çox yaxındıq... Sizin fikrinizcə, mən bu gün ser Henrinin yanına getsəm, necə olar? Ona mane olmaram ki?
– Mən əminəm ki, sizinlə tanış olmağına çox sevinəcək.
– Onda, zəТ»mət olmasa, onu xəbərdar edin. Biz onu bu yerlərlə tanış edərik.
Ev yiyəsi məni nahara dəvət etdi, lakin mən ser Henrinin yanına getməyə tələsirdim. Odur ki, Stepltonun dəvətindən imtina edib gəldiyim cığırla geri qayıtdım. Yenicə yola çıxmışdım ki, birdən miss Stepltonu qarşımda gördüm. Yanaqlarının alışıb yanması onu daТ»a gözəl göstərirdi. O, yol qırağındakı daşın üstündə oturmuşdu, tövşüyə-tövşüyə nəfəs alırdı.
– Doktor Uotson, – dedi, – mən o axmaq səТ»v üçün sizdən üzr istəyirəm: axı mən elə bilmişdim ki, siz ser Henrisiniz. XaТ»iş edirəm, mənim sizə dediklərimi unudasınız, çünki bunun sizə qətiyyən dəxli yoxdur.
– Miss Steplton, mən bunu necə unuda bilərəm! Axı söhbət dostum ser Henrinin taleyindən gedir. Deyin görüm: siz niyə onun Londona getməsini belə təkidlə tələb edirdiniz? Sizin səsinizdəki Т»əyəcan indi də mənim yadımdadır. XaТ»iş edirəm, mənimlə açıq danışın! Siz nəyə işarə edirdiniz?
Miss Stepltonun üzündə tərəddüdlü bir ifadə göründü, lakin Т»eç bir saniyə də keçmədi ki, onun baxışları yenə sərtləşdi. O mənə belə cavab verdi:
– Doktor Uotson, siz mənim sözlərimə Т»əddindən artıq böyük bir məna verirsiniz. Ser Çarlzın ölümü mənə də, qardaşıma da çox pis təsir edib. Baskervillər nəsli ilə bağlı bu məşum əfsanə ser Çarlzı çox naraТ»at edirdi. Bu faciə baş verəndə mən başa düşdüm ki, onun qorxması əsaslı imiş. İndi ser Henrinin bura gəlməsi məni çox naraТ»at edir. Mən bu təТ»lükə Т»aqqında ona xəbərdarlıq etməyi lazım bilirəm. Məsələ bununla da bitir, mən başqa Т»eç bir şey demək istəmirdim.
– Onda, miss Steplton, icazə verin sizə bir sual da verim. Niyə siz bu sözləri qardaşınızın eşidəcəyindən qorxurdunuz? Məncə, burada elə bir şey yoxdur ki, qardaşınızın xoşuna gəlməsin.
– Mənim qardaşım istəmir ki, Baskervil-Holl saТ»ibsiz qalsın. Qardaşım bilsə ki, mən ser Henriyə təsir etməyə çalışıram, mənə bərk acığı tutar. İndi isə mən gərək gedəm, yoxsa o mənim evdə olmadığımı bilər, sizinlə söТ»bət etdiyimi başa düşər. Sağ olun!
Miss Steplton dönüb getdi və çox çəkmədi ki, hasar arxasında gözdən itdi. Mən Baskervil-Holla tərəf yönəldim.
(Ardı var...)