Qadin.NET / Sürətli oxu - 16

Sürətli oxu - 16

Sürətli oxu - 16

Xarici və daxili nitq

Artikuliyasiyanın ixtisar edilməsinin müxtəlif üsulları arasında ən təsirli əsas nitq çətinlikləri metodu, yaxud vəznsiz səsləndirmə metodudur. Bu metod İ.İ. Jinkin tərəfindən işlənib hazırlanıb və daxili nitqin qanunauyğunluqlarının tədqiqində istifadə olunub. Bizim üçün daxili nitq anlayışı çox vacibdir, buna görə də daxili nitqin nə olduğunu ətraflı açaq. A.A. Leontyev hesab edir ki, "daxili nitq yalnız təfəkkürə xidmət edən nitqdir və digər nitq növləri kimi ünsiyyət məqsədi daşımır". Daxili nitqə klassik misala istənilən məktəbin istənilən sinfində müəllim şagirdlərdən dərsin soruşulmasına başlamaq üçün jurnalı açarkən rast gəlmək olar: O, fikrində deyir (adətən, daxilində, bəzən isə ucadan ): "Aleksandrovdan dünən soruşmuşam... Belova xəstələnəndən sonra ilk dəfə gəlib... Vasilyevdən gələn dəfə soruşa ram..." "Adətən, daxilində, bəzən isə ucadan" biz belə dedik. Siz də, yəqin ki, çətin təfəkkür məsələsini həll edərkən ucadan fikirləşdiyiniz vaxtları xatırlayırsınız. Yeri gəlmişkən (əqli fəaliyyətlər nəzəriyyəsinin sübutu kimi), balaca uşaq qətiyyən öz ürəyində fikirləşməyi bacarmır: o, hər bir fikri ucadan ifadə etməyə çalışır, bununla da bəzən böyükləri pərt edir. Daxili nitq həmişə xarici nitqdən inkişaf edir. Bir çox psixoloqlar hesab edirlər ki, daxili nitq xarici nitqin gizli (formasıdır, daha doğrusu, beyin lazımi siqnalları dodaqlara qırtlağa və digər nitq orqanlarına ötürməyə davam edir, amma bu siqnallar dili sözü tələffüz etməyə məcbur etmək üçün çox zəifdir. İ.İ.Jinkin sübut edib ki, çox vaxt daxili nitq ümumiyyətlə, nitq olmaqdan çıxır: biz nitq vahidləri – səslər, sözlər, cümlələrdən deyil, müşahidə obrazlarından ümumiləşdirilmiş sxemlərdən və s. istifadə etməyə başlayırıq. Bu, çox sadə bir üsulla - vəznsiz səsləndirmə yolu ilə sübut edilir. Bunun məğzi odur ki, xarici nitq zamanla inkişaf edir: sözlər ardıcıl olaraq, bir-birinin ardınca tələffüz edilir, hər birinə saniyələr, sözün uzunluğundan asılı olaraq, fərqli zaman müddəti sərf edilir. Məsələn, insan ucadan danışanda monoton şəkildə səsləndirmə onun üçün çətin olur o, vəzndən kənara çıxır. İnsan oxuyanda da fikrən sözləri ifadə edir və yenə də kənara çıxır.Lakin əksər hallarda səsləndirmə mane olmur və özü də yox olmur.

Deməli, daxili nitq xarici nitq kimi zamanla inkişaf etmir. Başqa sözlə, nitq sanki insanın təfəkküründə əriyir, onda  əvvəllər olmayan obrazları və sxemləri əmələ gətirir. Yenidən şifrələmənin yeni sisteminin formalaşması prosesi baş verir. Bu sistem hər sözün deyilməsi və daxildə dinlənilməsi hesabına deyil, canlı əyani obrazlardan istifadəyə əsaslanan, prinsipial olaraq yeni bir üsul sayəsində oxu zamanı tam anlamanı təmin edən oxu sistemidir.

Susaraq oxumağı necə öyrənməli

Beləliklə yalnız artikulyasiyanın ixtisar edilməsi əsl sürətli oxunu təmin edir. Yeni oxu üsulunu necə mənimsəmək və formalaşdırmaq olar?
"Ritmin səsləndirilməsi" adlandırdığımız bir məşğələni öyrənməyi və təkrar-təkrar məşq etməyi təklif edirik. Onun məğzi belədir. Ürəyinizdə oxuyarkən əl sümüyünüzlə döyəcləyərək xüsusi ritm tutursunuz, bu ritm rus nitqinin ahənginə uyğun gəlməməlidir. O, birinci vəznində dörd, ikinci vəznində isə iki zərbə elementi olan, hər vəznin birinci elementində zərbənin əhəmiyyətli dərəcədə ikivəznli döyəcləmədən ibarətdir.
Mütamadi olaraq eşidilən akustik təsirli vəznsiz təsvir rus dilində mətnin oxunması zamanı təbii melodik nitq hərəkətlərinin ənənəvi ritmini məhv edir, daha doğrusu, istənilən artikuliyasiya üçün -həm xarici, həm də daxili artikulyasiya ücün maneəyə çevrilir. Maneə ondan meydana çıxır ki,
nitq axınını təşkil edən rus dili sözlərinin vurğuları həmişə eyni yerə düşür. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, nitq orqanlarının (dodaqlar, dil, udlaq, qırtlaq) fəaliyyallətinə bilavasitə heç nə təsir göstərmir, nitq yaradılmasının bütün mexanizmləri sərbəst qalır. Əllə xüsusi ritmin tutulması zamanı baş beyinin qabığında induktiv ləngimə zonası yaranır, bu isə oxunan sözlərin tələffüzünü qeyri-mümkün edir, daha doğrusu, mərkəzdən periferik artikulyasiyanı ixtisar edir. Bunun necə baş verdiyini anlamaq üçün nitq proseslərinin və onların başa düşülməsinin beyinin hansı zonaları tərəfindən idarə olunduğuna baxaq.
1861-ci ildə fransız alimi P. Broka aşkar edib ki, beynin ikinci və üçüncü alın çıxıntıları sahəsində zədələnmə baş verdikdə insan səlis danışa bilmir, yalnız əlaqəsiz səslər çıxarır, hərçənd başqalarının nə dediyini başa düşmək qabiliyyətini qoruyub saxlayır. Burada nitq-motor zonası, yaxud Broka zonası yerləşir. Sağ əllə yazanlarda o, beyinin sol yarımkürəsində, solaxaylarda isə əksər hallarda sağ yerləşir. 1874-cü ildə başqa bir fransız alimi E. Vernike sensor nitq zonasını təyin edib. Yuxarı gicgah çıxıntısı zonasının zədələnməsi ona gətirib çıxarır ki, insan sözləri eşidir, lakin onları artıq başa düşmür. Burada sözlərlə onların bildirdiyi əşya və hərəkətlər arasında məntiqi əlaqələr nəzərə alınır. Bu zaman xəstə sözlərin mənasını başa düşmədən onları mexaniki olaraq təkrarlaya bilər. Beyinin bu zonası Vernike zonası adlandırılıb.

Sürətli oxu - 16

Vernike zonasında, özünəməxsus kartotekada olduğu kimi, insanın bütün ömrü boyu mənimsədiyi səs obrazları saxlanılır. Əlbəttə, onlar orada şifrələnmiş sözlər zənciri şəklində deyil (bu, qənaətcil deyil), səs obrazlarının neyron izləri şəklində saxlanılır. Insan ömrü boyu bu kartotekadan istifadə edir. Beyinin normal fəaliyyəti üçün artikulyasiya zamanı meydana çıxan əzələ duyğuları böyük əhəmiyyətə malik olur. Sürətli oxu üçün isə artikulyasiyanın ixtisar edilməsi mütləq şərtdir. Görünür, onun icrası üçün oxu prosesi zamanı Broka zonasına təsir vasitəsi tapmaq lazımdır ki, artkuliyasiyanın formalaşdırılması üçün bu zonadan gələn impuliyasiyaların yolu kəsilsin.
Alimlər müəyyənləşdiriblər ki, insanın təkamülü zamanı harəkəti nitqlə sıx bağlı olub. Sankt-Peterburqdan olan professor M.Koltsovanın araşdırmaları göstərib ki, uşaqlarda nitq fəaliyyəti qismən əl barmaqlarından gələn impulusların təsiri alnında da inkişaf edir. O, 10-12 aylıq uşaqları müşahidə edərək müəyyən edib ki,  onların nitqi, təşbehlərlə danışsaq, barmaqlarının ucunda yerləşir.

Məlumdur ki, nitq ikinci siqnal sistemidir və o, bizə doğuşdan verilib. Uşağa danışmağı öyrətməsək, o, lal olacaq. M.Koltsova 6-7 ayliq uşaqların əl barmaqlarının məşq etdirilməsi üçün xüsusi məşğələlər tövsiyə edir. Nəticədə uşaq, adətən,bu yaş üçün çətin olan bütöv sözləri daha tez tələffüz etməyə başlayacaq. Beləliklə, əllərin hərəkəti ilə sözlərin tələffüzü arasında bir başa əlaqə var. Deməli, burada əyani və nitq informasiyasının daimi funksional qarşılıqlı təsiri mövcuddur ki, bu da I.Povlov tərəfindən birinci (əyani) və ikinci (nitq) siqnal sistemləri arasında qarşılıqlı təsir kimi izah edilib. Ünsiyyətin üç fərqli üsuluna: görmə, eşitmə və hərəki üsullarına dair misallar göstərək.
Təsəvvür edin ki, bir iş üçün yanınıza gəlmiş dostunuzla söhbət edirsiniz. Bütün məsələləri müzakirə etdikdən sonra onunla sağollaşdınız. Birdən yadınıza düşdü ki, nə isə vacib bir şeyi ona deməyi unutmusunuz. Onu geri qaytarmaq lazımdır. Ünsiyyətin adı çəkilmiş üsullarından hər birindən istifadə etməklə bunu necə etmək olar?
Görmə. Tez flomasterlə plakatda “Zəhmət olmasa, qayıt” yazıb eyvana çıxırsınız, onu blokdan çıxaraq sizi ələ salmaq üçün arxaya boylanan dostunuza göstərirsiniz. O, sizi görəndə qəribə ünsiyyət formasına təəccüblənir, lakin yenə də xahişinizi yerinə yetirir.
Eşitmə. Eyvana çıxaraq, sadəcə qışqırırsınız: "Zəhmət olmasa, qayıt!"
Hərəki. Eyvana çıxaraq, əlinizlə dostunuzu geri qaytarmağa çağıran təsirli hərəkət edirsiniz.
Beləliklə, ünsiyyətin üç fərqli üsulu, nəticə isə birdir- məlumat qəbul edilib, başa düşülüb və gerçəkləşdirilib. Təhlil edilmiş nümunələr oxunun birbaşa analoqudur. Fərq yalnız ondadır ki, oxu zamanı biz məlumatı qəbul edirik və prinsip olaraq, bu qəbul etməni hansı üsulla görmə, eşitmə ya da hərəki üsulla ( hansı şifrədə) gerçəkləşdirəcəyimiz bizdən asılıdır. Bununla yanaşı, bütün bunlardan belə bir nəticə çıxarmaq olar: Əllə hərəkət nitq-ünsiyyət hərəkətlərini gerçəkləşdirməyə imkan verirsə, görünür, belə hərəkətlər baş beyin qabığının müəyyən şöbələrinə müvafiq impulslar göndərərək onları da oyadır. Əl, həqiqətən də, beyinin müxtəlif funksiyalarının təşkilində böyük rol oynayır. Burada “qomunkulus” adlandırılan şərti insancığaz göstərilib.
Onun bədən üzvlərinin ölçüləri baş beyin qabığının beyinə bədənin müxtəlif üzvlərindən gələn bu va ya digər duyğuların təhlili ilə əlaqəli olan hissəsinə uyğun gəlir. Əl darağı hər dəfə müəyyən hərəkətləri yerinə yetirərkən, məsələn, ritm tutarkən baş beyin qabığının necə böyük bir hissəsinin aktiv fəaliyyətə cəlb olunduğuna diqqət yetirin. Bu zaman qavrayışın nitqhərəkət kanalı məşğul olur və əks sinir impulslarına artıq oradan keçmək olmaz. İndi isə təsəvvür edin ki, əlinizi hərəkət etdirməyə (ritm tutmağa davam edirik və bu zaman nitq-hərəkət kanalında maneə yaradaraq, ürəyinizdə oxumağa başlayırsınız. Maneə həddində Broka zonasını mənfi induksiya əhatə edir, idarəedici impulusların keçməsi üçün olan kanal isə bağlıdır. Bu vəziyyətdə yalnız o halda oxumaq olar ki, oxu artikulyasiya ilə müşayiət olunmasın. Oxunan söz ucadan tələffüz edilən kimi ritm dərhal kənara çıxır. Və əksinə, ritm tutularkən oxunan sözü söyləmək qeyrimümkündür: Broka zonası bağlanıb, nitq-hərəki kanalı bağlıdırş Verilmiş şərh əlbəttə ki, olduqca şərtidir, lakin o, döyəcləmə metodunun əsas ideyasənı əks etdirir: əllə ritmik hərəkətlər nitq-hərəki kanalı bağlayır və artikulyasiya, demək olar ki, qeyri-mümkün olur.

Təbii ki, belə bir sual ortaya çıxır: Yəni bütün sürətlə oxuyanlar həmişə oxu zamanı əlləri ilə döyəcləyirlər? Əlbəttdə ki, yox. 20 saat ritm tutaraq oxumaq kifayətdir ki, beynin yeni proqramı yaransın və möhkəmlənsin, danışmadan görmə kanalı ilə beyinə gələn informasiyanın emalını təmin edən yeni stereotip şifrəsi formalaşsın.

Metodun mənimsənilməsində əsas  məsələ ritmi düzgün öyrənmək və tutmaqdır, bunun üçün isə əvvəlcə bu asan məşğələnin yerinə yetirilmə qaydasını diqqətlə oxumaq, sonra ritmin özünü tutmaq və onu dəfələrlə təkrar etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, metodun təsiri yalnız o halda özünü göstərir ki, oxucu sərbəst şəkildə mətnlə işləyir- fasiləsiz olaraq ritm tutur və onun qulaqda səslənməsinin düzgünlüyünü yoxlayır. Ritm tutaraq mətni oxumaq yalnız ritm öyrəndikdən sonra olar. Ritmin təsvirinin düzgünlüyünün yoxlanılması üçün onu not kağızındakı qeydlərlə yoxlamaq lazımdır.Təcrübə göstərir ki, söhbətin sonunda verilmiş məşğələləri sistemli şəkildə yerinə yetirərkən, demək olar ki, bütün şagirdlər arzuolunan effektə nail olurlar. Artikulyasiyanın uğurla ixtisar edilməsi üçün, bir qayda olaraq, 20 saat ərzində ritm tutmaqla eyni vaxtda oxumaq kifayətdir. Lakin sistemin tipindən və digər individual psixofiziki xüsusiyyətlərdən asılı olaraq, bəzi şagirdlərdə məşğələlərin mənimsənilməsi başqa cür baş verir.

21 oktyabr 2014
GO BACK