Məşğələ: Oxunun diferensial alqoritminin müşahidə obrazı
Görmə diferensial və oxunun diferensial alqoritminə əsasən alqoritmin şəklini hazırlamaq. Onlardan birini fikir ekranına yapışdırmaq, digərini isə daim özünüzlə gəzdirmək, yaxud yazı stolunun önünə bərkitmək. Alqoritmin hər bir blokunun mənasını və mahiyyətini dərk etmək. Açar sözün, məna cərgəsinin, dominantanın nə olduğunu yaxşı təsəvvür etmək.
Məşğələ: Məna təxmininin (antisipasiyasının) inkişafı
1. Həmçinin, 6000 işarədən çox olmayan məqalədə hər cümlənin əvvəlində və axırındakı sözləri qaralamaq. Bundan sonra məqaləni oxumaq və buraxılmış sözləri mənasına görə əlavə etmək.
2. Kitabın səhifəsinin bütün sətirlərin son beş hərfini vərəq, yaxud xətkeşlə örtərək oxumaq. Bundan sonra bütün sətrlərin ilk beş hərfini bağlamaq və nəhayət, mətnin sətirlərinin ilk və son beş hərfini bağlayaraq bağlı hissələri mənasına görə tapmağa çalışmaq.
Artikulyasiya və oxu
Oxunu başa çatdırdıqda oxucu oxuduğu haqqında öz təsəvvürünü formalaşdırır. Bir növ mətnin emal edilməsinin nəticəsini verir, bunda isə mütləq nitq prosesləri iştirak edir. Oxunun sürəti də məhz onların necə təşkil olunmasından asılıdır. Oxunun üç əsas üsulu mümkündür. Birinci üsul, artikulyasiya və ya oxuduğunu səsli (yaxud, demək olar ki, ucadan söyləmək.) Belə oxunun sürəti yüksək deyil. İkinci üsul, daxildə oxudur. Bu zaman nitq prosesi daxili nitq formasında, daha doğrusu, açıq artikulyasiya olmadan təzahür edir. Bu zaman mətn daha effektiv şəkildə mənimsənilir. Prinsip haqqında üsul sürətli oxuya imkan verir. Oxunun ən mükəmməl üçüncü üsulu da susaraq, lakin daxili nitqin maksimal dərəcədə yığcamlaşdırılması şəraitində oxudur ki, bu zaman o mətnin mənasını adekvat şəkildə əks etdirən açar sözlərdən və məna cərgələrindən olan qısa yaylım formasında təzahür edir.
Beləliklə, artikulyasiya oxu prosesini ləngidir və ondan yaxa qurtarmaq lazımdır. Lakin oxu sürətini artırarkən artikulyasiyanın aşağı salınması qəbul edilən informasiyanın qavranılmasının və başa düşülməsinin keyfiyyətini azaltmayacaqmı?
Psixoloqların tədqiqatları göstərib ki, bəzən oxu zamanı sözlər əyani müşahidə təsəvvürləri ilə, məkan sxemləri ilə bütöv söz qrupları isə bir sözlə əvəzlənə bilər. Sürətlə oxuyan insanlar oxuduqları mətni nəql etmədən dərhal müəllifin fikrini tutmaq və təsbit etmək, sonra isə onu daxili nitq səviyyəsində mənimsəmək qabiliyyətinə malikdirlər. Bu halda oxunun yüksək sürətinə baxmayaraq oxunulanın dərindən başa düşülməsi və mənimsənilməsi baş verir, çünki əsas ideya lap öncədən aydındır.
Bu cür oxuya öyrənmək məsələsini iki mərhələdə həll etmək olar. Birincisi, artikuliyasiyanın ifrat dərəcədə ifadə olunduğu zaman onun ixtisar edilməsini, ikincisi isə, mətnin iri informativ bloklarla qavranıldığı oxu üsullarına yiyələnməyi tələb edir.
Məlumdur ki, informasiyanı qavrama və emal etmə üsullarına görə insanları iki tipə ayırırlar: Görmə və eşitmə. Görmə tipinə aid olan insanlar oxu zamanı əyani obrazların şifrələrindən istifadə etdiyi halda eşitmə tipinə aid olanlar daha az məhsuldar olan nitq hərəkətləri şifrələrini tətbiq edirlər. Sürətlə oxuyan insanların müşahidə edilməsi göstərib ki, onlar bir qayda olaraq görmə tipinə aid olurlar.
Məsələn, O.Balzak sürətli oxu prosesini belə təsvir edirdi: “Oxu prosesində fikrin hopdurulması onda fenomenal qabiliyyət həddinə çatmışdı. Onun nəzəri bir dəfəyə yeddi-səkiz sətri tuturdu, idrakı mənanı gözlərinin sürətinə müvafiq olaraq tez başa düişürdü. Çox vaxt bircə söz ona bütün ifadənin mənasını mənimsəməyə imkan verirdi".
İstiqamət verilmiş təlim sayəsində, demək olar ki, istənilən sağlam insana oxu prosesində artikulyasiyanın ixtisarı halında əyani müşahidə obrazlarının şifrəsindən istifadə etməyi öyrətmək olar.