Qadin.NET / Sürətli oxu - 14

Sürətli oxu - 14

Sürətli oxu - 14

Bəs dominanta nədir?

Dominanta mətnin əsas mənalı hissəsidir. O, öz sözlərimizlə öz fikirlərimizin dilində ifadə olunur, mətnin emal olunmasının, oxucunun individual xüsusiyyətlərinə uyğun olaraq başa düşülməsinin, müəllifin əsas fikrinin üzə çıxarılmasının nəticəsidir. Beləliklə, mətndə elə sözlərə rast gəlinir ki, onlar sanki sizi ardını oxumağa "itələyir", mahiyyətdə dəyişikliyin hiss edilməyəcəyinə dair xəbərdarlıq edir. Elə sözlər də var ki, mahiyyətin dəyişilməsinə, "dönüşə” dair xəbərdarlıq edir, oxunun sürətini azaltmağınızı diktə edir, irəlidə "sərt döngə" olacağını deyir. Bu cür söz siqnallardan istifadə etməyi bilmək çox vacibdir.
Alqoritmin blokları mətnin məntiqi-semantik əsasını təşkil edir, beynimiz isə bunu oxu prosesində əhəmiyyətli dərəcədə təhtəlşüur olaraq yerinə yetirir. Belə ehtimal etməyə əsas var ki, əksər oxucularda belə təhlilin effektivliyi heç də həmişə yüksək olmur. Əslində, müəyyən bir proqramı bilmək hələ ondan istifadə etmək bacarığı demək deyil. Müəyyən proqramdan istifadə etmək bacarığı hələ onun avtomatlaşdırılmış, dərkedilməyən hərəkət-vərdiş səviyyəsində tətbiq etmək imkanı demək deyil. Məsələ ondadır ki, məhz vərdiş, daha doğrusu, sürətli oxu rejimində avtomatizm səviyyəsinə gətirilmiş, mətni savadlı və dərindən təhlil etmək bacarığı formalaşdırılsın. Vərdişin mərhələlərlə formalaşdırılması əsas mənalı mahiyyətinin – dominantının üzə çıxarılması məqsədilə oxu zamanı əqli əməliyyatların hər birinin ətraflı açılmasını tələb edir. Oxunun diferensial alqoritmi də bu məsələni həll edir. O, oxu prosesində alqoritmin bloklarına müvafiq olaraq mətnin məntiqi-semantik təhlilini təklif edir: əvvəlcə açar sözləri ayırmaq, sonra məna cərgələri qurmaq və nəhayət, mahiyyətlər zəncirini ayıraraq dominantını formalaşdırmaq. Belə məşğələnin məqsədi beynə mətni necə düzgün başa düşməyi göstərməkdir.

Məhz bu cür, yalnız bu cür əsas olanı, həqiqətən, mühüm olanı gərmək, müəllifin şərh etdiyi əşyaların, hadisələrin məğzinə varmaq olar. Məşğələnin dəfələrlə təkrar edilməsi yeni kodlaşdırma üsulu formalaşdırır ki, bu da sonradan sürətli oxu rejimində mətnin yüksək keyfiyyətlə başa düşülməsini təmin edir.

İndi isə gəlin, məşq edək: Mətni oxunun diferensial alqoritminin bloklarına müvafiq olaraq işarələyrək, mətni asta formada oxuyaq.

 Sürətli oxu - 14

Diferensial alqoritmdən necə istifadə olunduğuna nümunədə baxaq.

Əsrimizi əbəs yerə statistika əsri adlandırmırlar. Statistka çoxmənalı sözdür. Bu həm müəyyən yolla əldə edilmiş və bəzi hadisələri xarakterizə edən rəqəmlər toplusudur, həm sosial-iqtisadi elmdir, həm də ictimai və təbiət elmlərində geniş tətbiq olunan elmi metoddur. Jurnalist işində bir çox mövzulara statistika olmadan yanaşmaq qeyri-mümkündür. Xüsusilə, əhaliyə dair bütün suallara aid olan hər şey birbaşa statistikaya əsaslanır. Demoqrafik mövzuda məqalələrin nisbətən nadir hal olması (oxucuların bu mövzulara böyük marağı və onların ictimai əhəmiyyəti olsa belə) bir az əksər jurnalistlərin statistika sahəsində az savadlı olması ilə izah edilir. Çox vaxt rəqəmlərin mənası oxuculara çatmır. Bir misal göstərək. "Orta həyat göstəricisi" sözlərini kim eşitməyib və istifadə etməyib? Böyük əksəriyyət üçün onların mahiyyəti belədir: bu hazırda orta ölüm yaşıdır. Lakin onların həqiqi mənası tamamilə başqadır: bu, indiki ildə doğulanların orta həyat göstəricisidir, bir şərtlə ki, həmin nəslin bütün ömür boyu ölüm əmsalı anadan olduqları ildə olduğu ilə eyni olsun. Bununla da, bu ölçü sərhesab və şərtidir. Nəzərdə saxlanmalıdır ki, diferensial alqoritmin bloklarına müvafiq şəkildə məşğələ yerinə yetirilərkən biz təfəkkür proseslərini sanki ayrılmış şəkildə - yavaş-yavaş, hissə-hissə məşq etdiririk. Oxu zamanı onlar, təbii ki, tamam başqa cür cərəyan edir - sürətlə, eyni vaxtda və əhəmiyyətli dərəcədə təhtəlşüur şəkildə. Lakin bu cür oxu vərdişinin avtomatlaşdırılmış və ani olması üçün onu diferensiallaşdırılmış şəkildə məşq etdirmək lazımdır. Mətni alqoritmin bloklarına əsasən işarələyərək əlimizdə karandaşla onu üç dəfə oxuyuruq. Birinci dəfə oxuyarkən yalnız açar sözləri işarələyirik. Yuxarıda göstərilmiş misaldan göründüyü kimi mətnin heç də bütün sözləri acar sözlər deyil, yalnız sonrakı quruluşlar üçün istifadə olunanlar açardır. İkinci oxunu məna cərgələrinin qurulması istifad edirik: onları ayrıca bir vərəqdə  yazmaq daha rahatdır. Nəhayət, mətni oxuyarkən, daha dəqiq desək, üçüncü dəfə oxuyarkən mahiyyəti formalaşdırırıq ki, bundan da sonra dominanta yaranır. Burada ötən əsrin maarifçilərinin oxu üçün verdikləri tövsiyələrlə bəzi analogiyalar aparmaq maraqlı olardı. Məsələn, XVIII əsrin rus şairi Y.Knyajni deyərdi: "Üç yolla qiraət edilir: Birinci, oxumaq və başa düşməmək; ikinci, oxumaq və başa düşmək; üçüncü, oxumaq və hətta yazılmayanı da başa düşmək".
Dominantanı formalaşdırarkən biz elə necə deyərlər, sətirlər arasında olan bir şeyin axtarışı məsələsini həll edirik. Bəzən deyirlər: "Hər qarşına çıxanı oxumazdan əvvəl "götür-qoy" et". Bəli, belədir. Axı siz nə isə almazdan əvvəl ətrafa baxırsınız, götür-qoy edirsiniz. Başqa sözlə, əvvəlcədən tanış olun, özünüz üçün öncədən təsəvvür qurun. Eyni üsulu siz məqalədə, yaxud kitabı “alarkən” tətbiq edirsiniz.

Aşağıda tövsiyə olunan tapşırığı yerinə yetirərkən, həmçinin, əmin olun ki, mətndə söz çoxluğu olduqca real, dərkedilən haldır. Həqiqətən də, alqoritmə uyğun olaraq qrafik cəhətdən ixtiyari nişandan sonra mətndə olan o qədər müxtəlif sözlərdən çox kiçik bir hissə - "quru qalıq” qalır ki, bu da əsas məna məzmununu təşkil edir. Oxucu tərəfindən başa düşüləndə bu "qalıq" dəyişikliyə uğrayır və yığcam bir ifadə - dominanta şəklini alır.

 Sürətli oxu - 14

Diferensial alqoritmin öyrənilməsi zamanı biz onun müşahidə təsviri kimi verilə bilən bir şey təklif etməmişik. Lakin kursların dinləyiciləri alqoritmin müşahidə obrazının orjinal həlli yolunu təklif etdilər ki, bu da, şübhəsiz, onun daha yaxşı başa düşülməsinə şərait yaradır və onun əməli cəhətdən mənimsənilməsini asanlaşdırır. Diferensial alqoritmə həqiqətən yiyələnmə o zaman baş verir ki, proses avtomatlaşsın, daha doğrusu, hərəkət dərk edilmir, mətnin başa düşülməsi sanki öz-özünə baş verir. Sürətli oxu kursunun dinləyicilərinin bu barədə təəssüratları belədir: “Sözlər kinoda titr kimi qaçır, məğzi başa düşmək isə hərdən bir alınır. Sonra bir dənə də belə söz və nəhayət, əsas şeyi başa düşdüyümü hiss edirəm və deməli, gördüyüm əksər boş sözləri heç nə itirmədən buraxmaq olar. Mətn çox maraqlı olanda hiss edirəm ki, xarici aləmlə əlaqəm kəsilir və bu zaman heyrətamiz şəkildə sürətlə oxuyuram, hər şeyi başa düşürəm, yadda saxlayıram və bütün bunlar parlaq müşahidə obrazları, təsvirlərlə müşayiət olunur. Mətnin məzmununun məğzi, onun mənası və mahiyyəti o zaman parlaq və qabarıq çıxış edir. Sanki özünə deyirsən: “məsələ bunda imiş, əsas buna görə oxuyurdum, zəhmət cəkirdim, vaxt sərf edirdim". Mətnin başa düşülməsi prosesini təyin edən oxunun diferensial alqoritmi sürətli oxu texnikasının üsulları içərisində ən vacibidir. Mətni başa düşmək təkcə onun məzmununu mənimsəmək deyil, həm də onu yadda saxlamaq deməkdir.
Söhbətimizin əvvəlində, xatırlayırsınızsa, qədim abidə olan "Kəlilə və Dimnə"-dən ibrətamiz hekayə misal gətirmişdik. Mətnin başa düşülməsinin vacibliyi haqqında hekayəni onun ardı ilə bitiririk ki, orada da digər mövqelərdən bu problemin mühümlüyü bir daha müzakirə edilir: "...Bu kitabın oxucusu da öz nəzərini diqqətlə ona zilləməlidir ki, hansısa körfəzin yanında olan bir balıqçı kimi olmasın. Bir dəfə o, balıq tutmaq üçün suda idi, birdən balıqqulağı bunun nə isə olduğunu zənn etdi. Artıq yaxınlıqda olan balığı tutmuş toru atdı, onu buraxdı və özü də balıqqulağını götürmək üçün suya atıldı. Onu sudan çıxaranda fikirləşdiyi kimi deyil, boş olduğunu gördü. Onda əlində olanı buraxdığına görə peşman oldu və itirdiyinə heyfsləndi. Növbəti gün həmin yerə yenə gəldi, toru atıb balaca bir balıq tutdu və onu əlində saxlamağa çalışdı. Yenə də qiymətli balıqqulağını gördü, amma ona tərəf heç dönüb baxmadı, onun haqqında pis fikirləşdi və onu orada qoydu. Həmin yerdən başqa bir balıqçı keçirdi, o, balıqqulağını tapdı və götürdü. O, balıqqulağının içində çox böyük pullara dəyən mirvari tapdı. Birinci balıqçı dilxor oldu və son dərəcə peşman oldu ki, belə qiymətli balıqqulağını əldən buraxıb.
Düşünmənin mənasının sirləri üzərində dayanmayaraq və məzmun əvəzinə görkəmdən yapışaraq düşünməyə qarşı laqeyd olan axmaqlar belədir..."

Bu söhbətin məşq kompleksinə üç məşğələ daxildir: birincisi, alqoritmin müşahidə obrazını inkişaf etdirir, ikincisi, məna təxminini, əvvəl
də müzakirə etdiyimiz və antisipasiya (qabaqcadan duyma) adlandırdığımız bir hadisəni inkişaf etdirir, üçüncüsü isə, mətnin oxunun diferensial alqoritminin bloklarına uyğun olaraq qrafiki işarələnməsi ilə eyni zamanda ləng oxunu da tələb edir.

13 oktyabr 2014
GO BACK