Qadin.NET / 10 qadağan olunmuş kitab(2)

10 qadağan olunmuş kitab(2)

“Cəsarət ana və onun övladları”, Bertolt Brext
 Yüklə 

Brext sadəcə dramaturq deyildi, yeni teatr sistemini yaradan anti-faşist, solçuluğun nümayəndəsi idi. Onun “Birləşmiş cəbhə mahnısı” alman işçilərin döyüş himninə çevrilmişdi. Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Brext ölkədən köçmək məcburiyyətində qalır. Mühacirətdə olarkən yazdığı “Cəsarət ana və onun övladları” ( 1939) təbii ki, müəllifin vətənində qadağan edildi. Satıcı Anna 30 illik müharibə zamanı 3 övladı ilə qoşunların arxası ilə gedərək yaşamağa çalışır. Övladları həlak olur, “Cəsarət ana” hər şeyini itirir. Cəsarət ana nə dərəcədə günahkar idi və insan öz taleyini dəyişə bilərmi? Brext birbaşa qiymətləndirmir, lakin o, romana yeganə müsbət obraz daxil edir – lal Katerina, Kalais şəhərinin sakinlərini xilas edərkən həlak olmuş Cəsarət ananın qızı. 

“Portağal mexanizmi”, Entoni Berdjes

 Yüklə 

Gələcək cəmiyyət elə də cəlbedici deyildi. Küçələr soyğunçular, qatillər və təcavüzçülər tərəfindən bölünmüşdü. Müntəzəm seçkilər və müxalifətin iştirakına baxmayaraq, mövcud hakimiyyət yenidən seçilirdi. Cəmiyyətdə heç bir dostluq, sevgi yox idi. Hətta klassik musiqi, ənənəvi “mədəniyyət kodu” öz funksiyasını yerinə yetirmirdi. Əsərdə baş rolda olan Aleks Bethovenə qulaq asaraq, balaca qızlara təcavüz etdiyini xəyal edirdi. Cəmiyyət repressiv üsullarla aqressiya mexanizmini dəyişməyə çalışır. Aleks “müalicə” kursu keçdikdən sonra patoloji olaraq təcavüz qabiliyyətini itirir. Cəmiyyət və hakimiyyət müdafiəsiz Aleksə mümkün üsullarla istehza edir.

“Portağal mexanizmi” bizdə bir neçə sual doğurur: İnsanın zorakılığa hüququ varmı? Sosial təcavüzün mənşəyi nədir? Dövlət bizim azadlığımızı nə qədər məhdudlaşdıra bilər? 

“Ən mavi gözlər”, Toni Morrison

  Yüklə 

Zənci qız Pekola məcburən ağ dərililərin dünyasında yaşayır. O, sərxoş atası tərəfindən zorlanandan sonra ağlını itirməyə başlayır. Qızcığaz ağ dəri və mavi gözlər arzusunda olur. Pekola keşişdən onun gözlərini mavi etməsini xahiş edir, o isə qızcığazı aldadaraq, xəstə iti öldürməyə məcbur edir. Bundan sonra o, tamamilə reallıqla əlaqəsini kəsir və özünə yalançı dost uydurur. Dostu ona deyir ki, o, ən mavi gözlərə sahibdir. Bu kitab nəinki anti-rasist, həmçinin, feminst romandır. Qəddar dünya Pekolanı həm dəri rənginə, həm də cinsinə görə rədd edirdi.

 

10 qadağan olunmuş kitab(2)

“Qəzəb salxımları”, Con Steynbek

Roman torpaqlarını itirmiş və minlərlə insan kimi bütün Amerikada bir tikə çörək axtarışında olan ailədən bəhs edir.

1930-cu illərdə ABŞ-da görülməmiş iqtisadi böhran yaşanır. Milyonlarla işsiz, çadırlarda yaşayan insanlar var. Personajlardan biri bildirir ki, ölkə pozulur. Amerikalıların ürəyində əzab salxımları yetişir. Steynbek tarixi qəza anlayışından yazsa da, inanır ki, xalq bu zərbədən sağ qalacaq. Senzuraçıları ən çox qorxudan isə hakimiyyətlərini itirmək qorxusu idi.

 

10 qadağan olunmuş kitab(2)

“Sallaqxana в„– 5 və ya uşaqların səlib yürüşü”, Kurt Vonnequt

1945-ci ilin fevralında amerikan və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayır və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir. Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər. Drezden bombardmanında 135 min insan həlak olur. Avropa üçün rekord–çox kədərli record! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı çıxdı, o da onun özüdür. Çünki o, hər ölüyə görə beş dollar qazanıb–“Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində…

30 sentyabr 2014
GO BACK