Oxunun diferensial alqoritminin məzmunu
Mətni oxuyarkən beyin oxunulanın "məzmununa dair öz izahını" formalaşdırır. Məlumatın oxucunun öz fikirlərinin dilinə şifrələnməsi baş verir. Beyin mətndən "özək” əsas mahiyyəti çıxarır. Lakin bu proqram heç də həmişə effektiv şəkildə istifadə olunmur. Bununla yanaşı, mətn anlaşılaraq diqqətlə oxunarkən dərindən və tam başa düşülür. Belə bir nəticəyə gəlirik ki, sürətli oxu metodlarının təlimi zamanı beyinin işinin bu prinsipial, mühüm proqramından istifadə etmək də öyrədilir.
Təcrübələr göstərib ki, bilik və bəzi məşğələlərin bacarıqla tətbiqi mətndəki "özək" mahiyyəti tez və etibarlı şəkildə çıxarmaq imkanı verir. Bu məşğələlər oxunun diferensial alqoritmindən istifadəyə əsaslanır. O, Şəkil 6-da göstərilib. Bu alqoritmdə əsas yeri dominanta (latın dilindən tərcümədə bu söz "hökmranlıq edən, əsas, baş" deməkdir) adlandırdığımız blok tutur.
1.Açar sözlər |
2.Məna cərgələri |
3.Dominanta-mahiyyət |
Bəs mətnə uyğun olaraq, dominanta nədir? Bu sualın cavabı bir şərq rəvayəti ola bilər: "Böyük kitab həvəskarı olan fars şahının belə bir adəti var idi: Səyahət vaxtı öz kitabxanasını yüz dəvəyə yükləyib özü ilə aparardı. Bir dəfə bu ona əziyyətli göründü və o, yüz müdrik xadimə tapşırdı ki, bu kitablardan bir güclü qatırın daşıya biləcəyi ağırlıqda çıxarışlar etsinlər. Buna baxmayaraq, tezliklə şah müdriklərə yeni bir çıxarış tərtib etməyi tapşırdı - bu, onun həmişə üzərində gəzdirə biləcəyi kiçik bir kitab həcmində olmalıydı. Nəhayət, bu da ona rahat görünmədi və bu zaman müdrik xadimlər yenidən bir araya gəldilər. Nəticədə yüz dəvəlik tayanın əvəzində bir hikmətli söz meydana gəldi və şah onu həmişə öz ürəyində gəzdirməyə başladı".
Bundan sonra oxuyacaqlarınız bütün söhbətlərimizi əvəz etmir onların mühüm bir hissəsini – dominantanı təqdim edir. Siz oxunun sürətini üç dəfə artıra, oxuduqlarınızın mənimsənilməsi keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra, düşüncə, diqqət və yaddaşınızı inkişaf etdirə bilərsiniz. Əsas odur, siz elə işləyəcəksiniz ki, hər dəfə oxu zamanı beyniniz qavranılan informasiyadan faydalı və lazımlı olanları qənaətcil və dəqiq şəkildə götürəcək. Biz bütün kitabımızda olan əksər mətnlərin dominantasını tərtib etməyin nümunəsini göstərdik. Mətni oxuyarkən həmişə öz dominantanızı formalaşdırmağı öyrənməlisiniz.
Psixoloqların tədqiqatları göstərir ki, mətni oxuyarkən beyin oxunulanın "məzmuna dair öz izahını" formalaşdırır. Məlumatın oxucunun öz fikirlərinin dilinə şifrələnməsi baş verir. Beyin mətndən "özək", əsas mahiyyəti çıxarır. Lakin bu proqram heç də həmişə effektiv şəkildə istifadə olunmur. Bununla yanaşı, mətn anlaşılaraq, diqqətlə oxunarkən dərindən və tam başa düşülür. Belə bir nəticəyə gəlir ki, sürətli oxu metodlarının təlimi zamanı beyinin işinin bu prinsipial, mühüm proqramından istifadə etmək də öyrədilir.
Mahiyyət və bəzi məşğələlərin bacarıqla tətbiqi mətndəki "özək" mahiyyəti tez və etibarlı şəkildə çıxarmaq imkanı verir. Bu məşğələlər oxunun diferensial alqoritmindən istifadəyə əsaslanır.
İndi isə öz ilk "kəşfimizi" edək: bu, nə deməkdir?
Burada müzakirə olunan kəşf ondan ibarətdir ki, sən demə, yaxşı oxucular mənanı başa düşməkdən ötrü oxuyur, bir baxışdan çoxlu sözqavrayırlar, halbuki pis oxucular kiçik hissələrlə oxuyur, gözü bir dəfə saxlayanda cəmi bir, iki və ya üç söz qavrayırlar. Nə qədər ki, kimsə bu sonuncu kiçik üsulla oxuyacaq, o, oxu sürətinin artırılmasında uğur qazanmayacaq; bir cümlədə daha "uzun" fikirlər çoxlu kicik hissələrə bölünəcək və bu da mətn parçasının mənasının vahid, dəqiq şəkildə başa düşülməsini çətinləşdirəcək.
Artıq bildiyimiz kimi, oxunun inteqral alqoritmi bütövlükdə mətndə lazımi informasiyanın axtarılmasını asanlaşdırır. Hər ayrı cümlə və abzas üçün belə bir proqramı tərtib etmək, əlbəttə ki, mümkün deyil. Lakin oxunun canlandırılması üçün mətnin hər bir mənalı hissəsində, hər şeydən əvvəl, nəyi axtardığınızı bilməlisiniz. Oxunun diferensial alqoritmi də məhz bunun üçün işlənib hazırlanıb.
Onun köməyilə mətnin hər bir zahirən müstəqil parçasını məntiqi cəhətdən ayrı-ayrı ünsürlərə (alqoritm buna görə də diferensial adlandırılır) ayırmaq olar. İndiki halda mətnin ayrı-ayrı məntiqi parçası dedikdə, onun hər bir mənalı abzası başa düşülür. Yadda saxlamaq lazımdır ki, çap və məna abzasları üst-üstə düşməyə bilər. Sonrakı işi yüngülləşdirmək üçün alqoritmin bloklarının hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Açar sözlər əsas məna yükünü daşıyır. Onlar əşyanın əlamətini, vəziyyətini, yaxud hərəkətini bildirir. Açar sözlərə önlük, bağlayıcı və nidalar aid deyil. Çox nadir hallarda bu rolda artıq mətndə adı çəkilmiş predmet (açar) sözü sadəcə əvəz edən əvəzliklər də çıxış edir. Çox vaxt bütövlükdə mətnin məna abzası ikinci dərəcəli olur və tərkibində, ümumiyyətlə, heç bir açar söz olmur.
Məna cərgələri. Bu, söz cütlükləridir. Onlar açar sözlərin və bəzi təyinedici və onlara əlavələr edən və yığcam şəkildə mətnin əsl məzmununu başa düşməyə kömək edən yardımçı sözlərdən təşkil olunmuş birləşmələrdən ibarətdir. Məhz məna cərgələri mətnin məzmununun "qızıl özəyi"nin əsasını təşkil edir.
Beləliklə, istənilən mətni oxuyarkən şüur mühüm sözləri müəllifin əsas fikrini daşıyan yığcam, məhdud ifadələrə çevirir. Mətn sanki bir anlıq müxtəsərləşir, fikrən onların konspekti tutulur. Onda yalnız söz cütlüklərinin arasıkəsilməz zənciri səviyyəsində fikirlər, "qızıl özək" qalır.
Lakin bu sadəcə ortadakı mərhələdir. Açar sözlər və məna cərgələri mətnin özündə ayrılır, mətn isə sanki kəmiyyət dəyişikliklərinə uğrayır - müxtəsərləşir, yığılır. Lakin kəmiyyət təhlilindən başqa, məlumat həmişə keyfiyyət dəyişmələrinə də məruz qalır. Bu əqli əməliyyat alqoritmin üçüncü blokuna uyğun gəlir.
Müşahidələr göstərib ki, insanlar oxuduqlarının məzmununu nəql zamanı sözbəsöz danışmırlar. Beyin qavranılmış məlumatı öz təcrübəsinə, öz proqramına müvafiq olaraq yenidən şifrələyir. Bu cür yenidən şifrələmə artıq oxu prosesinin özündə baş verir. Mətnin fəal, başa düşülərək qavranılması mexaniki əzbərləmədən məhz bununla fərqlənir.
Beyin məna cərgələrinin əsasında sanki özünə məlumat formalaşdırır, ona özünün daha rahat və anlaşıqlı formasını verir. Belə alqoritmin üçüncü bloku yenidən şifrələmənin yekunlaşdırıcı prosesini - mətnin məzmununun "özək"mahiyyətinin üzə çıxarılmasını əks etdirir. Bu məsələni həll etmək müəllifin konkret hissədə nə demək istədiyinin mahiyyətini formalaşdırmaq və mənimsəməkdir. Beləliklə, həqiqi mahiyyətin (dominantanın) üzə çıxarılması əsas vəzifəsidir.