Qadin.NET / Somerset Moem “Sadiq arvad”

Somerset Moem “Sadiq arvad”

Somerset Moem “Sadiq arvad”

Annotasiya

“Sadiq arvad” (ingiliscə “The constant wife”) üçpərdəli komediyadır.
Konstans Middltonun dostları ona ərinin onu ən yaxın rəfiqəsi ilə aldatdığını demək istəyirlər. Onların ehkamlarına, işarələrinə baxmayaraq, Konstans özünü təmkinli və çox soyuqqanlı aparır. Xeyr, Konstans ümidsiz ev qadını deyil–onun bütün olanlarla bağlı öz fikirləri və planları var!

Əsərdən seçilmiş hissələr

Marta: Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə cavab tələb eləməyən suallardan biridir.
Missis Kalver: Mən artıq dəfələrlə şahidi olmuşam ki, prinsipcə, cavab tələb eləməyən suallara cavab vermək daha çətindir.

***

- Ana, Konstans çox bədbəxt qadındır.
- Boş sözdür. Yaxşı yeyir, yaxşı geyinir, yaxşı yatır, kökəlmir. Belə bir qadına bədbəxt demək günahdır.

***

Birbaşa suala birbaşa cavab verməkdən zəhləm gedir.

***

Barbara: Missis Kalver, çoxmu dilxor oldunuz?
Missis Kalver: Qəti. Çox ismətli anam bütün kişilərin təbiətən pozğun olduğunu lap uşaqlıqdan mənə təlqin eləyib. Onların elədiklərinə mən nadir hallarda təəccüblənirəm və heç vaxt dilxor olmuram.

***

Əgər bütün arvadlar kişilərinin şorgözlüyü səbəbindən məsxərə obyektinə çevrilsəydi, dünya daha çox şən olardı.

***

Marta: Ay ana, abır-həyanı gözləmək lazımdır!
Missis Kalver: Əzizim, bircə abır-həya çatmırdı. Yadda saxla ki, abır-həya sevimli kraliçamız Viktoriya ilə birlikdə öldü.

***

Missis Kalver: Əzizim, biz bir-birimizi lap çoxdan tanıyırıq, eləmi, hətta bunu xatırlamaq belə adamın kefini pozur.
Marta: Heç də elə deyil. Mənim otuz iki yaşım var. Öz yaşımdan da utanıb eləmirəm. Bax, Konstansın yaşı otuz altıdı.
Missis Kalver: Hər halda, hesab eləyirəm ki, bəzən səmimiyyət işləri korlayır. Biz qadınlar sirli olmağı xoşlayırıq.

***

Söhbət bizim rifahımızdan gedəndə çox az kişinin təsəvvürü həqiqəti əks etdirir. Bəli, biz qadınlar böyük jestlər eləməyi xoşlayırıq, amma özümüzü, gerçəyi unutmamaq şərtiylə.

***

Konstans: Bu uzun illik birgə həyatdan sonra ərdən hara getdiyini soruşmurlar.
Marta: Niyə axı?
Konstans (Təbəssümlə): Çünki onda da səndən eyni şeyi soruşmaq həvəsi yarana bilər.
Missis Kalver: Həm də ona görə ki, müdrik qadın həmişə öz ərinə etibar eləyir.
Konstans: Con hələ bir dəfə də ondan şübhələnməyim üçün mənə əsas verməyib.
Marta: Xoşbəxt qadınsan.
Konstans (Yüngül təbəssümlə): Ya da müdrik.

***

Barbara: Missis Kalver, sizə elə gəlmirmi ki, həddən ziyadə xudbinsiz?
Missis Kalver: Mənə elə gəlmir. Başa düşə bilmirəm, niyə axı biz qadınlar, heç olmasa, təklənəndə hərdən-hərdən həqiqəti deməyək? Bilirsiz, həmişə yalan demək insanı bezdirir, hərdən adam ürəyini boşaltmaq istəyir.

***

Mənim öz şəxsi işim var. Səkkiz saat işləyəndən sonra məhəbbətmi yada düşür? Axşamlar yorğun işgüzar qadının ürəyi ya musiqili komediyaya baxmaq, ya da kart oynamaq istəyir. Onun pərəstişkarlarıyla ünsiyyətə qəti həvəsi olmur.

***

Özümdən iyirmi yaş balaca birisinə ərə getmək üçün o vaxt mən çox gənc idim.

***

Amma yaxşı arvad həmişə özünü elə aparır ki, guya, ərinin ondan gizləmək istədiyi o xırda sirrlərdən yerli-dibli xəbəri yoxdur.

***

Məgər özü könüllü aldanmaq istəməyən qadını aldatmaq olar? Yoxsa sən, həqiqətən də, kişiləri sirli məxluq hesab eləyirsən? Onlar uşaq kimi şeydirlər.

***

Hə, kişilərdə qaldıq. Onlar ömürlərinin axırınacan balaca oğlan kimi qalırlar. Əlbəttə, bəzən söz eşitmirlər. Onda gərək incikliyini üzə vurasan. Onlar hər boş şeyə elə əhəmiyyət verirlər ki… Adam lap kövrəlir. Özü də onlar elə aciz məxluqdurlar. Sən nə vaxtsa xəstə kişinin qulluğunda dayanmısan? Adamın ürəyi qan ağlayır. Heç fərq eləməz, sanki, atın, yaxud itin qulluğunda dayanmısan. Zavallı məxluqlar, əgər yağış yağsa, qaçıb ağacın altında dayanmaq qəti ağıllarına gəlməyəcək. Onlar çox əziz, mərhəmətli, səfeh, can üzən, xudbin məxluqlardır. Elə sadəlövh, açıqürəklidirlər ki, onları sevməmək, sadəcə, mümkün deyil. Biclik və ağıl deyilən şeydən onlarda əsər-əlamət belə yoxdu. Onları ciddi qəbul eləmək axmaqlıqdır.

***

O, kişinin yaxın ərə çevrilməsi üçün lazım olan bütün keyfiy­yətlərə malikdir: yumşaq xarakter, yumor hissi, ekstravaqantlığa qarşı tam laqeydlik.

***

Öz-özünü dolandıra bilən qadın gələcəyə daha inamla baxır.

***

Kişini yaxşı ərə çevirən ehkamlar yox, xırdalıqlardır.

***

İndi hamı ağıllı olub. Gözlə görünəndən savayı, hər şeyi görürlər. Mən də bu nəticəyə gəlmişəm ki, orijinal və məzəli qarı adını qazanmaq üçün onlara görünəni göstərməyim kifayətdir.

***

- Kişilər yaman tez qocalır, elə deyilmi? Bəlkə, keçəlləşib, kökəlib?
- Bəlkə də, evlənib?

***

Kişilər xoşbəxt məxluqlardır, onlar yaşlaşdıqca daha maraqlı olurlar.

***

Bilirsən, illərlə bərabər gözəlliyin də ötüb, keçdiyini nə qədər acı olsa da, istədin-istəmədin özünə etiraf etməlisən. Bunu sənə kənardan heç kəs deməyəcək. Özün isə bu fikirləri özündən qovmaq istəyirsən.

Bernard. Qısa nitq söyləməyimə icazə verərsənmi?
Konstans. Bir şərtlə ki, vaxtı gələndə sözünü kəsə bilim.

***

Bütün kişilər ucdantutma bir şeyi bilir ki, əgər zərif qadın qəlbinə yara vurubsa, onu sağaltmağın yeganə darmanı zərgərdən bahalı ziynət əşyası almaqdır.

***

Centlmenə yaraşmayan hərəkəti yalnız centlmenlər eləyə bilərlər. Özü də tərəddüdsüz. Mortimer hələ bu mərtəbəyə qalxmayıb. Ona görə də həddən artıq ehtiyatlıdır.

***

Con: Mən sənin təyin edəcəyin bütün cəzaları çəkməyə hazıram.
Konstans. (İstehzayla): Heç bir kişi bundan yaxşı söz tapa bilməzdi.

***

Mənim sadiq, sevimli, yalnız ərinin qayğısına qalmaqla məşğul olan həyat yoldaşım. İdeal ana, evdarlıqda tayı-bərabəri olmayan qadın. Məndən on dəfə yaxşı bir insan.

***

Amma kişilər zəif məxluqdurlar, həyasız qadınlar da bundan istifadə eləyirlər.

***

Vurğunluq müvəqqəti bir şeydir. Kişinin ağlına da gəlməz ki, qadın onu sevməyə bilər. Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir çatışmazlıqlarından biridir.

4 oktyabr 2014
GO BACK