Annotasiya
Çarlz Dikkens “Böyük Ümidlər”(ingiliscə “Great Expectations”) adlı romanını 1860-61-ci illərdə həftəlik qəzetdə serial roman kimi çap etdirmişdir. “Böyük Ümidlər” Pip adlı bir gəncin yetimlikdən dövlət və şöhrətə gedən yolda keçirdiyi hisslər və yaşadığı hadisələr haqqındadır. Pip gələcəyə böyük ümidlərlə baxır, lakin aldığı hər zərbə ilə onun ümidləri bir az da kiçilir və sonda onun bütün ümidləri boşa çıxır. Lakin işin belə gətirməsində onun yox, taleyin günahı var. Onun günahı taleyinə boyun əyməkdir. Romanda XIX əsrdə sənaye İngiltərəsində həyatın necə acınacaqlı olduğu təsvir edilib. Dikkensin əsəri xoşbəxt sonluqla bitirməsi sonrakı dövrün bir çox yazıçılarının qınağına səbəb olmuşdur. Məlumdur ki, əsərin ilkin versiyasında roman qəmgin sonluqla bitir. Lakin Pipin iztirablarını oxuyan və öz “dərilərində” hiss edən oxucuları naminə Dikkens son bir cümlə ilə əsəri xoşbəxt sonluqla bitirir.
Əsərdən seçilmiş hissələr
Allah bilir, gərək heç vaxt göz yaşlarımızdan utanmayaq. Çünki, onlar gözlərimizi pərdələmiş tozu yatıran yağışdır, çünki onlar bizim daş ürəklərimizi yumşaldır. Ağlayandan sonra özümü əvvəlkindən daha yaxşı hiss edirdim – daha peşman, öz naşükürlüyümdən daha çox xəbərdar, daha zərif.
***
Çəkdiyim əziyyət aldığım dərslər içində ən güclüsü olub və o, mənə sənin ürəyini anlamağı öyrədib. Həyatda çox əyilib qırılmışam, lakin, ümid edirəm ki, bu məni daha yaxşı şəklə salıb.
***
Onu sev, onu sev, onu sev! O səni xoşlayırsa, onu sev. O səni incidirsə, onu sev. O sənin ürəyini parça-parça edirsə – və sən böyüyüb gücləndikcə, ürəyin daha çox sınacaq – yenə də, sev onu, sev onu, sev onu!
***
Bir sözlə, səhv bildiyim hərəkətdən uzaqlaşmaq qədər qorxaq olduğum kimi, düz bildiyim şeyi etmək qədər qorxaq idim.
***
Mütləq həqiqət ondan ibarət idi ki, mən Estellanı sevirdim və onu sadəcə ona görə sevirdim ki, onun cazibəsi qarşısında aciz qalmışdım. Birdəfəlik və böyük təəssüflə dərk etmişdim ki, həmişə olmasa da, çox zaman onu ağlıma, vədlərimə, hüzuruma, ümidlərimə, xoşbəxtliyimə və ümumiyyətlə hiss etdiyim bütün düşgünlüyümə baxmayaraq sevirdim. Bunları bilməyim ona olan sevgimi zərrə qədər də olsa azaltmırdı.
***
“Məni bir həftəyə öz fikirlərindən kənara atacaqsan”
“Öz fikirlərimdən kənara! Sən mənim varlığımın bir hissəsisən, mənim parçamsan. Buraya gəldiyim ilk vaxtdan oxuduğum hər sətirdə səni görmüşəm, mən kasıb, qaba bir uşaq idim, amma hətta onda da sən bu yazıq ürəyimi qırmışdın. O zamandan gördüyüm hər şeydə sən varsan – çayda, gəmilərin yelkənlərində, bataqlıqda, buludlarda, işıqda, zülmətdə, küləkdə, meşədə, dənizdə, küçələrdə. Sən ağlımın qurduğu ən cazibədar təxəyyüllərin təcəssümü olmusan. Sənin orada və hər yerdə mövcudluğun və mənə olan təsirin, ən möhkəm London binalarının tikildiyi daşlardan daha realdır, sənin əllərini o daşlarla əvəz etmək isə daha mümkündür. Estella, həyatımın son anına qədər, istəsən də istəməsən də mənim bir hissəm olacaqsan, mənim xeyrim, mənim şərim. Lakin, bu ayrılığımızda sənin ancaq yaxşı tərəfini saxlayıram və saxlayacam, çünki, sənin mənə ziyandan çox xeyirin dəyib, indi qoy fəlakətimin nə qədər iti olduğunu hiss edim. Allah səni qorusun, Allah səni bağışlasın!
***
Belə, həyatımız boyu, düçar olduğumuz bütün zəifliklər və alçalmalar adətən ən çox nifrət etdiyimiz insanlar naminə olur.
***
Kənardan görüntü aldadıcı ola bilər, dəlillərə inan. Bundan gözəl qayda yoxdur.
***
Yaz ilin elə fəslidir ki, günəşin altında yay, kölgədə qış olur.
***
Olduğum kimi qəbul edilməliyəm. Uğur mənim deyil, uğursuzluq mənə məxsus deyil, amma mən hər ikisindən ibarətəm.
***
Güvələr və onlar kimi bütün eybəcər varlıqlar yanan şamın ətrafında uçur. Şam onlardan yaxa qurtara bilirmi?
***
Sual vermə, və heç kim sənə yalan danışmayacaq.
***
Kimlərin onları böyütməsindən asılı olmayaraq, uşaqların kiçik dünyasında, ədalətsizlik qədər yaxşı qavranan və duyulan söz yoxdur.
***
Mən sənin fikirlərinin və planlarının məhsuluyam. Mən sənin ülgücünəm. Əgər səni kəsirəmsə, şikayət etməyə haqqın yoxdur.
***
Biz dəyişdik və yenə də dəyişdik və artıq çox gec idi və geriyə qayıtmaq üçün çox məsafə qət edilmişdi və mən irəlilədim. Və duman yox olmuşdu və qarşımda dünya var idi.
***
Mən ulduzlara baxdım, fikirləşdim ki, ölən insan üçün üzünü ulduzlara çevirib bu parıldayan çoxluqdan kömək və rəhm görməmək nə qədər dəhşətli olardı.
***
Əvvəllər olduğumuz kimi biz sonra da bərabər idik. Lakin sonralar, sakitlikdə oturub Jona baxanda və onun barəsində düşünəndə, yeni bir hiss məni bürüyürdü, ürəyimdə mən Jona aşağıdan yuxarı baxırdım.
***
Qırılmış ürək. Sən elə fikirləşirsən ki, öləcəksən, lakin yaşamağa davam edirsən, gündən günə, dəhşətli günə.
***
Mən onun ürəyini oğurladım və yerinə buz qoydum.
***
Həyat bir-birinə lehimlənmiş ayrılıqlardan ibarətdir.
***
Düz getməklə qeyri-adi ola bilmirsənsə, əyri getməklə heç vaxt bacarmazsan. Yaxşı yaşa, xoşbəxt öl.
***
Vaxt var idi, hiss edirdim, həyatımın (zənn edirəm ki, çoxunun həyatında belə olur) bütün marağını və sevincini qalın bir pərdə örtüb ki, darıxdırıcı yorğunluqdan savayı hər şeydən təcrid olunmuşam.
***
Oxuduğum hər sətirdə sən varsan.
***
Onun yanında heç zaman bir saatlıq da olsa xoşbəxt olmamışam, amma yenə də günün iyirmi dörd saatını fikirlərimdə ölənə qədər birlikdə xoşbəxt idik.
***
Lütfkar, açıq ürəkli, sədaqətli insanın dünyaya nə dərəcədə təsir göstərdiyini bilmək mümkün deyil, lakin onun xasiyyətinin mənim şəxsiyyətimə necə toxunduğunu bilmək mümkündür.
***
“Sən bilməlisən”, deyərək Estella, gözəl və cazibədar qadın mərhəməti obrazını aldı, “bilməlisən ki, mənim ürəyim yoxdur – əgər bunun mənim yaddaşıma dəxli varsa”.
O qədər özümü bu jarqon sözlərə inandırmışdım ki, onlara inanmamaq qərarını verdim. Mən daha yaxşı bilirəm. Bilirəm ki, belə gözəllik ürəksiz ola bilməz.
“Ah! Mənim bıçaqlanmalı və ya güllələnməli ürəyim var, buna şübhəm yoxdur”, Estella dedi, “və əlbəttə ki, onun döyüntüsü dayansa, mənim də varlığım dayanacaq. Amma sən mənim nə demək istədiyimi bilirsən. Ürəyim yumşaq deyil, məndə rəğbət yoxdur, hiss yoxdur, bunlar boş şeylərdir.
***
Sakit təəccüb içində, düşündürücü tərzdə Estella dedi: “Fikirləşirəm ki, olanları demək olar ki, başa düşdüm. Ögey qızını bu otaqların qaranlıq divarları arxasında böyütmüsənsə və ona gün işığının nə olduğunu heç zaman görməyə qoymamısansa və o, sənin üzünü bu işıqda bircə dəfə də olsa görməyibsə – əgər bunu etmisənsə, sonra da hansısa məqsədlə onun gün işığını görməyini və anlamağını istəmisənsə, onda sən çox məyus və acıqlı olardın?…” Estella davam etdi, “və ya, onun ağlı kəsəndən bəri bütün enerjinlə və gücünlə ona gün işığının mövcudluğunu, amma onun düşməni və məhvinə səbəb olacağını öyrətmisənsə, və işıq səni məhv etmişsə, onu da məhv edəcəyinə görə ondan uzaq durmalı olduğunu demisənsə – əgər bunu etmisənsə, sonra da hansısa məqsədlə onun gün işığını olduğu kimi qəbul etməsini istəmisənsə və o bacarmayıbsa, yenə də məyus və acıqlı olardın?…”
“Onda” Estella dedi, “məni etdiyin kimi qəbul et. Uğur mənim deyil, uğursuzluq mənə məxsus deyil, amma mən hər ikisindən ibarətəm”.
KKO