Qadin.NET / Sürətli oxu-12

Sürətli oxu-12

Sürətli oxu-12

Əhəmiyyət və məna

Gətirilmiş misallar onu sübut edir ki, mətnin başa düşülməsi mürəkkəb prosesdir. Bununla yanaşı, o, insan beyninin işinin fövqəladə xüsusiyyətləri ilə şərtlənən müəyyən qanunlara tabedir. Bu qanunlardan öz məqsədimiz–sürətli oxu zamanı mətni dərindən və tam başa düşmək üçün necə istifadə etməliyik? Bu problemin həlli yolunu tapmaq üçün əvvəlcə oxunan mətndə nəyi yadda saxlamalı olduğumuza qərar verməliyik. Bəzi oxuculara bu sualın özü mənasız görünə bilər: mətndə olan hər şeyi başa düşmək lazımdır. Burada isə bizi maraqlı bir kəşf gözləyir: mətnin hamısını tam oxumaq lazım  deyil. Onu başa düşmək üçün şərti olaraq məzmunun "qızıl özəyi" adlandıra biləcəyimiz müəyyən bir hissəsini oxumaq kifayətdir. Bu, söz çoxluğunu çıxdıqdan sonra mətnin məzmununun yerdə qalan həmin 25%-dir.
Bəs "özək" özü nədir? Bunu başa düşmək üçün mətnin qurulmasının əsas semantik (məna) prinsiplərini nəzərdən keçirək. Müasir dilçiliyin təsbit etdiyi kimi mətnlər vahid daxili məntiqi quruluşa malikdir. Onlar ifadənin vahid məntiqi əlaqəlilik qaydalarına əsasən qurulur.
Bundan başqa, artıq bildiyimiz kimi mətnlərdə söz artıqlığı 75%-ə çatır. Aydındır ki, haqqında danışdığımız “qızıl özək" əsas məna yükünü daşıyır. Əgər bu belədirsə, oxu zamanı mətnin məqsədli olaraq dəyişdirilməsi prosesin daha doğrusu, onun müxtəsərləşdirilməsini, şərti olaraq, bu “özəyin” ayrılması və təşəkkülü hesab etmək olar. Mətn oxucunun görmədiyi müəyyən informasiyanı daşıyır. Sonrakı dəyişiklikləri təsvir edərkən Sovet riyaziyyatcısı və dilçisi Y.A.Şreyderin işləyib hazırladığı informasiyanın semantik nəzəriyyəsinə əsaslanacağıq. Bu nəzəriyyəyə görə, informasiyanı tətdqiq edərək onu hazırda malik olduğu bilik həcmi (onu tezaurus da adlandırırlar) ilə müqayisə edir və daxil olan informasiyanı qiymətləndirir. Bu o deməkdir ki, əgər başlanğıcda oxucu mətni başa düşməyibsə, mətn onun üçün heç bir informasiya daşımır. Əgər bundan sonra hətta uzun müddət keçdikdən sonra belə yenə bilərəkdən oxucu təkrarən bu mətnə qayıdırsa, o artıq ondan özü üxün lazım olan informasiyanı çıxarır. Bundan sonra onunla nə baş verir? Mətnin tədqiqi nəticəsində oxucu ortaya nə çıxarır, bu mahiyyət də sonradan mənaya çevrilir. Bundan sonra baş verən prosesin məğzini açıqlamazdan əvvəl bu izah olunmalıdır: Mahiyyət və məna nədir? “Mahiyyət” və "məna" anlayışlarını ilk dəfə alman riyaziyyatcısı və məntiqçisi Qotlob Freqe tədqiq edib.
1892-СЃi ildə onun "Mahiyyət və məna haqqında" adlı əsəri işıq üzü görür. Bu əsər indiyədək öz aktuallığını itirməyib. O, Freqe mahiyyətə dil ifadəsinin, daha doğrusu, sözlərdə olan fikrin məzmunu kimi tərif verir. Dil ifadəsinin mənası isə şüurunda şifahi şəkildə təsbit olunmuş predmetin məğzidir. Məsələn, Ay sözünün mahiyyəti göy cismi, yaxud Yerin təbii peykidir.
Q. Freqenin konsepsiyasında deyilir ki, adın adlandırdığı, yaxud məna verdiyi şeyə münasibəti adlandırma münasibəti, adlanan əşya isə bu adın mahiyyətidir. İstənilən ad həmişə nəyisə adlandırır (adlandırma və ya nominasiya funksiyası) və bu nə isə müəyyən bir şeydir. Təbii ki, adlandırılmamış əşyalar da ola bilər.

Sürətli oxu-12

Aleksandar Puşkin, dahi rus şairi Dantes tərəfindən öldürülən ifadələri öz mahiyyətinə görə fərqli, mənasına görə isə eynidir. Ümumiyyətlə, dildə və xüsusilə mətnlərdə adlardan istifadənin müxtəlif üsullarını tapmaq mümkündür: pedaqoq-müəllim; həkim- doktor; begemot–hippopotam və s. Bu misallar eyni bir şey haqqında fərqli məlumatlar çatdırır. Mahiyyət məlumatda sosial cəhətdən əhəmiyyətli olan bir şey kimi ötürülən və başa düşülən, həmçinin, məlumat qəbul edilərkən birmənalı başa düşülməli olan şeydir. İfadələr mətnin həyata keçmə strukturunda fərqləndirirlərsə, iki ifadə eyni mənaya və müxtəlif mahiyyəti malik ola bilər. "5" və "3+2" ifadələrinə baxaq . Onların hər birində mahiyyət fərqli, məna isə eynidir.

Mətnin hissəsinin dəyişdirilməsinin yekun mərhələləri alınmış mahiyyətdən mənanın ayrılmasıdır. Bu o deməkdir ki, həmişə istənilən mətndə bu sxemin bütün komponentləri mövcuddur? Heç də belə deyil.
Hər bir elementin məzmunu azalmağa doğru gedir. Əslində mətnlərin tərkibində həmişə informasiya olur. Bir az mənasız söz tapmaq olur. Lakin əksər başa düşülmüş mətnlərin mahiyyəti olmur. Məntiq üzrə ədəbiyyatda, adətən, belə bir boş ifadə nümunə göstərilir. Fransa kralı sözləri ilə ifadə olunmuş anlayışın mahiyyəti var, amma XX əsrə uyğun olaraq onun mənası yoxdur. Bu cür məzmunlu elmi mətnlər mümkün ola bilərmi? Bu cür sitat gətirilən mətndə mənanın olub-olmadığını bilmək kifayətdir. Ümumi, lakin nəticə etibarilə nadir olan bir "A" nüsxəsini nəzərdən keçirək. Nüsxənin onun özü ilə eyniliyinin təyin edilməsini "A" obrazını onun nümunəsi olan "A" kimi əks etdirən bir şey kimi nəzərdən keçirmək olar. "A" nüsxəsi öz təyinatına görə yalnız özü ilə tutuşdurula bilər. Buna görə də inikas daxildir və Stilovun teoreminə görə, topoloji və ardıcıl analtik inikasın super-mövqeyi kimi təqdim edilə bilər. "A" obrazlarının cəmi nöqtə sistemini təşkil edir ki, onun da elementləri ekvivalent nöqtələrdir.
Sovet dilçisi İ.P.Sevbonun apardığı təhlil göstərib ki, zahiri bağlılıq və elmi səslənmə bu mətnin boşluğunu azaltmır. Görünür, biz indiki mətnlərdə məhz nəyi oxumalı olduğumuza dair suala cavab verə bilərik: mənanı tapmağı bacarmaq lazımdır. Bəs mənanı çıxarmağa əməli cəhətdən necə öyrənmək olar?
Daha bir maraqlı halı nəzərdən keçirək. İ.İ.Jinkinin göstərdiyinə görə, hər bir insanın beyni artıq bu qabiliyyətə malikdir, çünki onda mahiyyəti olan istənilən oxunmuş mətndən mənanın çıxarılması proqramı var. Psixoloqların təcrübələri təsdiqləyib ki, mətn emal olunarkən insan beyni zahiri ifadə üsulundan, yaxud mahiyyətindən asılı olmayaraq "özək" mənanı çıxarır. Təcrübələrdən birində sınağa çəkilən qrupa hər dəfə ekranda "doktor" sözü peyda olanda düyməyə basmaq və digər sözlər, hətta yazılışına görə ona oxşayan sözlər, məsələn, "diktor" gəldikdə siqnala reaksiya verməmək şərt qoyulmuşdur. Sınağa çəkilənlərin əksəriyyəti bu tapşırığın öhdəsindən gəlib. Bundan sonra xəbərdarlıq etmədən ekranda "həkim" sözü göstərilib. Demək olar ki, hamı düyməni basıb, hərçənd, bu söz öz yazılışına görə heç də "doktor" sözünə bənzəmirdi.
Bu misal onu sübut edir ki, mətndəki informasiyanın qavranılması zamanı beyin sözün dil strukturuna deyil, onun tərkib hissəsinə reaksiya verir. Alqoritm süzgəsinin mövcudluğu sayəsində beyni "Bənövşəyi ideyalar qəzəblə yatır." ifadəsini buraxmır (o göstərilərkən 0 göstərir).
"Mənim sənin başa düşməmək" ifadəsi üçün müvafiq ifadə formalaşır. Nəhayət, beyin həkim və doktor sözlərinə eyni şəkildə reaksiya verir, halbuki, "diktor" sözü göstərildikdə də 0 reaksiya verilir.

28 sentyabr 2014
GO BACK