Beynin süzgəcdən keçirmə qabiliyyəti
Əksər oxucular mətnin başa düşülməsinin nəzərdən keçirdiyimiz üsullarından intuitiv şəkildə istifadə edirlər. Onların məqsədyönlü şəkildə öyrənilməsi isə müxtəlif mətnlərin başa düşülməsinin məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. Sürətli oxu zamanı mətnin başa düşülməsi fəal və çevrilmiş xarakter daşıyır və bu anlama üsullarının istifadə edilməsi, sözsüz ki, faydalıdır. Anlama prosesinin bəzi xüsusiyyətlərinin üzərində daha ətraflı dayanaq. Bununla yanaşı əvvəllər olduğu kimi beyinin işinin elmə məlum olan qanunauyğunluqlarına əsaslanacağıq. Anlama əqli fəaliyyətin nəticələrindən biridir. Əgər insan düşüncəsi alınmış məlumatın emal edilməsidirsə, anlama bu emal elminin tamlığını və effektivliyini müəyyən edir. Hansısa predmeti sadəcə görmək azdır.
Onun məzmununu başa düşmək və təyinatını dərk etmək-insanın yekun məqsədidir. Oxu zamanı beyinin işinin bu xüsusiyyəti çoxdan məlumdur.
Avstriya şairi R.M. Rilkenin "Döngə" şeirində belə sətrlər var:
Görmə öz dünyasını yaradıb,
Ürək də qoy yaratsın səndə olan rəsmlərdən
Hansı ki, sən onlara qalib gəlmisən,
Amma sən onları tanımırsan...
Ürək sözünü beyin sözü ilə əvəz etsək, məlumatın insan tərəfindən mənimsənilməsinin modelini alacağıq. Əslində insan beyni insanın bütün ömrü boyu istifadə etdiyi, təcrübə və təlim nəticəsində topladığı rəngarəng informasiya anbarıdır. O, hər saniyə bu nəhəng anbardan lazımi məlumatları çıxarır. Mətni oxuyarkən isə insan təkcə yeni məlumat əldə etmir, həm də yaddaşının dərinliklərində artıq mövcud olanları da təkrar edir.
Baş beyinin qabığında iki cür informasiya axını birləşir: xarici və daxili. Bəs onların sonrakı emalı necə baş beynin işinin əsasında böyük yarımkürələrin sağ və sol yarımkürələrin qabığıının müxtəlif strukturlarının qarşılıqlı təsiri dayanır. Beyin informasiyanı süzgəcdən keçirir, onu əlavə şeylərdən azad edərək müxtəsərləşdirir.
Daxil olan informasiyanın emalı mərhələsində insan beynində xüsusi funksional alqoritm süzgəci var ki, mənasız söz birləşmələrini sonrakı emala buraxmır. İnsan düşüncəsindəki bu incə mexanizmdən istifadənin evvektivliyini hələ heç kim ölçməyib. Lakin belə ehtimal etməyə əsas var ki, əksər insanlar bu cür süzgəcin potensial imkanlarından çox az istifadə edirlər. Oxu zamanı insan bir anlıq məlumatın məna tərəfini qiymətləndirməli və onun sonrakı emalının yolunu cızma-qara etməlidir. Özü də burada verilmiş dildə mətnin formal qrammatikasının mənanın qavranılması üçün mühüm əhəmiyyətə malik olmaması xarakterikdir.
Beləliklə, qrammatik cəhətdən düzgün, lakin mənasız ifadə qursaq, o, emal olunmayacaq. Məsələn: "Bənövşəyi ideyalar qəzəblə yatır." və əksinə hətta qrammatik qayda pozuntusu ilə qurulmuş, lakin asanlıqla başa düşülən söz birləşməsi uğurla qavranılır və emal edilir. Məsələn: "Mənim sənin başa düşməmək". Bu vəziyyət görkəmli Sovet psixoloqu L.S. Vıqotski tərəfindən qeyd edilib. O deyirdi ki, nitqin məna tərəfinin inkişaf qanunları ilə onun cümlənin qurulması, qrammatika və s. qaydalarında ifadə olunan xarici fiziki şəklini fərqləndirməyi bacarmaq lazımdır. Qrammatika nöqteyi-nəzərindən səhv olan bir şey düşüncə səviyyəsində psixoloji dəyərə malik ola bilir. Bunun sübutu olaraq A.S.Puşkinin şeirindən misal göstərirdi:
Təbəssümsüz ağız kimi,
Qrammatik səhvsiz olan
Rus dilini sevmirəm.
Məşhur Çexovun cümləsi olan:"Həmin stansiyaya yaxınlaşdıqca... şlyapam uçdu”, həmçinin, psixoloji cəhətdən düzgün, qrammatik cəhətdən isə düzgün olmayan cümlələrə misaldır.
Beynin işinin nəzərdən keçirdiyimiz qanunauyğunluğunu həm də bir fakt izah edir ki, insan istənilən, hətta sanki ən mənasız ifadədə belə məna axtarmağa çalışır. Məşhur Sovet dilçisi L.Şerba psixoloji eksperiment keçirib. Dilçiliyə dair mühazirələrindən birində o, tələbələrə mənasız bir ifadənin məzmununu açmağı təklif edib. O cümlənin mənasız görünməsinə baxmayaraq, tələbələrin əksəriyyəti müəyyən edib ki, bu ifadədə qadın cinsinə mənsub olan hansısa canlının mənsub olan başqa bir canlıya "hücum etməsindən” və eyni hərəkəti onun balasına qarşı da etməsindən danışılır.
Biz də bu təcrübəni təkrarladıq. Eksperimentlərdən birində sınaqdan keçirilənlərə mənasız bir ifadəni təklif etdik. Bu halda da sınaqdan keçirilənlərin əksəriyyəti mətnin strukturunu düzgün başa düşdü.