Qadin.NET / İrvinq Stoun “İztirab və vəcd”

İrvinq Stoun “İztirab və vəcd”

İrvinq Stoun “İztirab və vəcd”

Annotasiya

“İztirab və vəcd” (ingiliscə “The agony and the Ecstasy”) amerikan yazıçısı İrvinq Stounun İntibah dövrünün böyük heykəltəraşı, rəssamı və şairi Mikelancelo Buonarroti haqqında bioqrafik romanıdır. Hekayəni daha dəqiq təsvir etmək üçün İrvinq Stoun İtaliyaya köçüb orada dörd il, əsəri bitirənə qədər yaşayır. Daşla işi oxucuya daha yaxşı çatdıra bilmək üçün yazıçı əlinə çəkic və kəski alıb daşyonan sənətini öyrənir. Dostlarının köməkliyi ilə arxivlərdən Mikelancelo və onun ailəsinə aid çoxlu sənədlər tapır. Romanın demək olar ki, yarısı açıq sənədlər üzərində qurulmuşdur.

Əsərdən seçilmiş hissələr

Əgər sima sənə artıq verilibsə, onu, bizim Duomo kilsəsinin fasadının planını yenidən çəkdikləri kimi, bir daha çəkə bilməmək çox pisdir.

***

Heykəltəraşlıq sənətlərdən ən alisidir!

***

- Neçə yaşın var?
- On üç.
- Mənim şagirdlərim on yaşda başlayırlar. Son üç ildə nə edirdin?
- Məktəbdə, Françesko da Urbinonun yanında latın və yunan dili əzbərçiliyi ilə vaxtımı boş-boşuna sərf edirdim.

***

- Şəkil çəkməyi bacarırsan?
- Öyrənməyi bacarıram.

***

Səni az tanıyıram, amma təvazökarlıqdan danışsaq, o sənə lazımi miqdarda verilib. Deməli, sən istedadın olmadığı üçün deyil, boyalara laqeyd olduğundan mənim rəqibim olmaq istəmirsən?

***

Rəsm çəkmək üçün böyük əzələlər tələb olunmur.

***

Qirlandayonun Florensiyada yeganə rəqibi olan Rosselini ilə lap çoxdan arası yoxdur: onun da rəssamlıq emalatxanası var idi. Yeddi il əvvəl Qirlandayo, Bottiçelli və Rosselini papa Dördüncü Sikstin dəvəti ilə Romaya yenicə inşa olunmuş Sikstin kapellasının divarlarını çəkməyə getmişdilər. Rosselini onunla papanın rəğbətini qazanmışdı ki, ən qışqıran qırmızı, ən parlaq ultramarindən istifa edirdi, hər buludu, hər bəzəyi, hər ağacı qızıl suyu ilə işləyirdi və bu yolla ən arzuolunan pul mükafatını əldə etmişdi.

***

- Belə də şey olar! Lütf edib məndən dərs almağın üçün pul vermək?!
- Onda sizin üçün işləməyəcəm. Başqa çarə yoxdur.

***

Sən bütün nəzakət qaydalarını pozdun. Ancaq istədiyinə nail oldun!

***

Zira toskaniyalılar daşa aşiq öz sevgilisinə baxdığı şəfqətlə baxırdılar.

***

- Tezliklə görüşənədək, tülkücük xəzçiyə belə dedi!
- Ooo, dərimi soyacaqlar, amma tülkücükdən fərqli olaraq sağ qalacam.

 

İrvinq Stoun “İztirab və vəcd”

 

 

***

Ögey ana öz sevimli torta–kulebyaku yeməyini bişirirdi. Sübh tezdən yağda qızardılmış cücələrin əti döyülür, ona soğan, cəfəri, yumurta və zəfəran əlavə olunurdu. Sonra pendirli vetçina, un, zəncəfil və qərənfildən ravioli–pelmenə oşxayan kətələr hazırlanırdı, onlar da cücə əti, xurma və badam ilə lay-lay düzülür və səliqə ilə xəmirə bükülürdü. Hazır məmulata piroq forması verilirdi–onu ancaq qaynar kömürdə bişirmək qalırdı.

***

Lukresiya di Antonio di Sandro Ubaldini da Qalyano adı tam halda vərəqdə daha çox yer tururdu, nəinki onun cehizinin siyahısı, əks halda belə gənc qadının qırx yaşlı, saçları ağaran, beş oğlu olan dul kişiyə ərə getmək və Buonarroti ailəsini təşkil edən doqquz nəfərə yemək bişirmək nəyinə lazım idi?

***

Mikelancelo da, dörd qardaşı da ögey analarını la Migliore-misilsiz, deyərək çağırırdılar, çünki onun mətbəxt masasına gələn hər şey gərək ən yaxşı, misilsiz olaydı.

***

- Simiclik etməyi və pendirin qabığına da qənaət etməyi qurtar, Lodoviko. Səninki də elə pulları kisəyə yığmaqdır, ailə isə ac-yalavac gəzir.
- Ac-yalavac! Artıq üç yüz ildir ki, heç bir Buonarroti naharsız qalmayıb. Məgər sənə hər həftə Settinyanodan bir buzov gətirmirəm?
- Bəs niyə bazar çoşqa və göyərçinlə dolu ola-ola, biz hər gün ancaq buzov əti yeməliyik?

***

Atası Mikelanceloya əməyin kübar şəhərli üçün alçaldıcı məşğuliyyət olduğunu öyrədirdi və oğlan özü də görürdü ki, Lodovikonun bütün səyləri pul qazanmağa deyil, onları xərcləməməyə yönəlib.

***

- Doğrudanmı elə bilirsən ki, sənə həyatını korlayıb rəssam olmağa icazə verəcəyəm? Nəslimizin adını batırmaq? Axı üç yüz il ərzində bir nəfər Buonarroti olsun o dərəcədə alçalmayıb ki, çörək pulunu öz əllərilə qazansın.
- Doğrudur,–oğlan qəzəblə cavab verd.–Biz axı sələmçilərik.
- Biz Florensiyada ən hörmətli sexlərdən olan pul mübadiləçiləri sexinə mənsubuq. Faizə pul vermək şərəfli peşədir.

***

Donatello ona görə müflis oldu ki, pullarını tavandan asılmış məftil səbətdə saxlayırdı və lazım olanda bütün dostları və köməkçiləri oradan pul götürürdü.

***

- Təsviri incəsənətlə məşğul olmaq eşşəyin başını torta ilə yumaq kimi bir şeydir,–Françesko dayı atalar sözünü əlavə edərək dedi, zira Toskan müdrikliyi başdan-ayağa atalar sözlərindən düzəlmişdi.–it də gedəcək, ip də. Hamı elə bilir ki, əlindəki daş dönüb xalis qızıl olacaq. Boş arzudur!

***

Həmişə öz-özünə nənəsi təkrarlamağı sevdiyi sözləri deyirdi: “Səbr et! İnsan dünyaya gələndə, onunla birgə sənəti də dünyaya gəlir.”

***

“Xoşbəxtlik,– deyə-deyə dururdu,–təkcə o biri dünyada olur.”

***

Əgər biz onlara kömək edə bilmiriksə, niyə mane olmalıyıq?

***

- Həqiqətən, öz üzərimdə heç bir müqəddəsin qazana bilməyəcəyi qədər qələbələr qazandım!

***

Rəssamlıq–şəkil çəkməkdir, əsrlərə hesablanan rəssamlıq isə “mozaika”-dır.

***

Florensiyada orta hesabla ayda doqquz bayram olur. Əgər bazar günlərini də nəzərə alsaq, onda belə çıxır, biz ancaq günaşırı işləməliyik.

***

Gözlər görəni, əl də çəkə bilər.

***

Bütün ustad müdrikliyi Qirlandayonun öz masasının arxasındakı divara mıxladığı lövhəcikdə ifadə olunmuşdu. Ən yaxşı müəllim təbiətdir. Hökmən hər gün rəsm çəkin.

***

Qadın portretlərini yağlı boya ilə çəkmək daha yaxşıdır.

***

- Yadında saxla,–Mikelancelonu öyrədirdi,–üz üç yerə bölünür: birinci saçlar və alın, sonra burun, sonra çənə və ağız və kişi fiqurunun proporsiyalarını əzbərlə. Qadınınkını hesablamıram, çünki elə bir qadın yoxdur ki, proporsional vücuda malik olsun. Biləklə birgə əlini aşağı salsan, ombanın yarısına kimi çatır… Bax, görürsənmi? Kişi fiqurunun uzunluğu onun üzünün uzunluğunun səkkiz mislinə bərabərdir; əgər insan qollarını yanlara açıb dayansa, bu xəttin uzunluğu da üzün uzunluğunun səkkiz mislinə bərabər olacaq. Kişinin sol böyründəki qabırğaların qadından bir ədəd az olduğunu heç vaxt nəzərdən qaçırma.

***

Freskaya çəkilən temperanın ilk layını, xüsusən gənc, təravətli dərisi olan insanları çəkirsənsə, şəhər toyuğunun yumurtasının sarısından hazırlamaq lazımdır; kənd toyuğunun yumurta sarısı parlaq olur, o, ancaq yaşlı və ya qarabuğdayı insan bədənlərini çəkməyə yarayır.

***

Qirlandayonun emalatxanasında Çennininin rəssamlıq haqqında traktatının əlyazma siyahısı saxlanılırdı. Yakopo heç nə oxuya bilməsə də, hərdən şagird masasına əyləşib, ayaqlarını çarpazlaşdıraraq guya manuskripti oxuyurdu: əslində isə ondan cəmi bir neçə hissəni əzbərdən bilirdi.
“Əgər incəsənətlə məşğul olursunuzsa, həyat tərziniz elə olmalıdır, sanki ilahiyyatı, fəlsəfəni və ya başqa bir elmi öyrənirsiniz; başqa sözlə, yeməyiniz, içməyiniz sadə olmalıdır, heç olmazsa gündə iki dəfə… siz daş və dəmir qaldırmaqdan çəkinərək əllərinizi hər vasitə ilə qorumalısınız. Əlinizdə qüvvətsizlik əmələ gətirə bilən başqa səbəb də vardır ki, o, küləkdən titrəyən ağacın yarpaqlarından da möhkəm əsib titrəyəcək, bu qadınlarla ifrat dərəcədə münasibətdə olmaqdır.”

***

İndi onun dərrakəsini üzərində avamlıq və biliyin qara və ağ kvadratları növbələşən şahmat taxtasına bənzətmək olar.

***

- Rəsm gərək ruhu ovsunlasın, təzələsin və oxşasın. Kim mənə çılpaq bədənin buna yaradığını isbat edər? İnsanı gözəl libasda çəkməyi sevirəm…
- Mənsə, istərdim onu Allah-Təala Adəmi yaratdığı şəkildə təsvir edim.

***

Qirlandayonun necə gözü var idi! Onun diqqətindən heç nə yayınmazdı. Əgər ona Florensiyanı təsvir etməyi sifariş etmirdilərsə, oranı Qüds adı altında çəkirdi; fələstin səhrası Toskan səhrasına dönür, bütün bibliya personajları isə onun yerliləri florensiyalılar olurdu və Florensiya öz ruhuna görə xristianlıqdan çox bütpərəstlik şəhəri olduğundan, Qirlandayonun fırçası ilə məharətlə saxtalaşdırılmış portret və şəkillər hamının istisnasız xoşuna gəlirdi.

***

O da həmçinin, gördüyünü səhih şəkildə və ustalıqla çatdırmağı öyrənmək istəyirdi. Ancaq onun üçün əşyanın özünü deyil, onun vasitəsilə yaranmış hissləri göstərmək daha vacib idi.

***

Rəssam hamar səthə boya çəkir və perspektivin köməyilə insanları rəsmi bütövlükdə gördüklərinə inandırmağa çalışır. Ancaq rəssamın çəkdiyi insan və ya ağacın ətrafında dolanmağa çalış! Məgər aydın deyil ki, bu xəyal və sehrdən başqa bir şey deyil! Heykəltəraşı götür, h, o əsl həqiqəti olduğu kimi oyur! Heykəltəraşlıq və rəssamlıq həqiqət və yalan kimidir… Rəssam səhv edəndə, adətən nə edir? İşini yeni boya layı ilə örtür. Heykəltəraş isə mərmər parçasında fikirləşdiyi formanı əvvəlcədən görməlidir. Heykəltəraş qırılmış hissələri yapışdırmağa qadir deyil. İndi heykəltəraşların yoxa çıxmasının səbəbi də bundadır. Əsər heykəltəraşdan rəssamla müqayisədə min dəfə çox dəqiqlik, düşüncə və bəsirət tələb edir.

***

İnsanların daşla rəftar etmək bacarıqlarına görə onların nə qədər mədəni olduqlarını söyləmək olar.

***

Özününkü olmayan işə girişmək səbətdə şorba bişirmək kimi bir şeydir.

***

Hər daşın öz ayrı xüsusiyyəti var. Onu dərk etmək lazımdır. Daşla ehtiyatlı davran, yoxsa parçalanacaq. Heç vaxt o yerə gətirmə ki, daş sənin əllərindən ölsün. Daş sevgi və bacarığa cavab verir.

***

Lap əvvəldən Mikelanceloya öyrətmişdilər ki, daşın bir sirri var–onun üstünü gecələr örtmək lazımdır, zira ona bədirlənmiş ayın şüaları düşsə, hökmən çat verəcək. Hər daş parçasının daxilində boşluq və dəliklər var. Onların üzə çıxmaması üçün daşı gişlə örtərək istidə saxlamaq lazımdır, bu zaman giş yaş olmalıdır. Çox isti daşın səthinə onu dağlarda kəsməmişdən əvvəl olduğu kimi kobud kələ-kötürlük verir. Buz daşın düşmənidir.

***

Rəssam olmaq – ilk növbədə əllərlə işləmək deməkdir!

***

- Boyaları necə qarışdırım ki, dünənki parlaqlıqda olsun?
- Hər dəfə qopartdığın boya hissəsinin çəkisini barmağının ucunda ölç. Bu işdə əl gözdən daha itidir.

***

Mikelancelo heç vaxt mələk görmədiyindən, onları necə təsvir etməyi bilmirdi. Qanadları çəkmək daha çətin idi: heç kəs ona deyə bilməzdi ki, onlar ətdən-qandan yaxud yun və ya ipək sexi hazırlayan hansısa şəffaf, görünən materialdandır. Üstəlik heç kəs parlayan halələrin nədən ibarət olduğunu izah edə bilməzdi, onlar nəsə metala bənzər bərk və ya göyqurşağı kimi yüngül idilərmi?
- Mənim mələyim xarratın oğludur, o, bizdən aşağıda yaşayır. Xarratı dilə tutdum ki, oğlanın qanadlarını kəssin.

***

Biz hamımız Allahın yaratdığı kimiyik.

***

Müəllim də aşpaz kimi bir şeydir: əlinin altında möhkəm toyuq və ya bərk dana əti olsa, onu heç bir yaxşı sous yumşaq edə bilməz.

***

Heykəltəraş üçün rəsm xüsusi bir şeydir. İnsan da, daş da üç ölçülüdür, onların ortaq cəhətləri daha çoxdur nəinki insanla rəssamın şəkil çəkməli olduğu divarın və ya taxta lövhənin.

***

- Bertoldo sənin işini tərifləyirmi?
- Xeyr.
- İstedadın olduğunu deyir?
- Xeyr.
- Bəs gələcək üçün heç zəmanətlər verir?
- O, mənə məsləhətlər verir.
- Bu eyni şey deyil.
- Ammesso. Razıyam.
- Başqalarını tərifləyirmi?
- Hərdən.
- Belə, deməli, sən ən ümidsizisən.
- Ola bilməz.
- Niyə ki?
- Başqalarından yaxşı çəkirəm.
- Çəkirəm! Bunun nə mənası var ki? Əgər orada sənə heykəltəraş olmağı öyrədirlərsə, niyə heykəltəraşlıqla məşğul olmursan?
- Bertoldo icazə vermir.
- Niyə?
- Deyir, hələ tezdir.
- Bəs başqaları nəsə qayırırlar, kəsirlər?
- Hə.
- Məgər sənə bunun nə demək olduğu çatmır?
- Xeyr.
- Bu o deməkdir ki, başqalarının bacarığı səninkindən çoxdur.
- Hər şey əllərimi daşa uzatdığım vaxt məlum olacaq.
- Bu nə vaxt olacaq?
- Bilmirəm.
- Bəs daşla işləməyə başlamayanacan heç bir gəlirin olmayacaq?
- Olmayacaq.
- Sənə daşla işləməyə başlayacağın vaxtı deyirlər?
- Yox, demirlər.
- Elə düşünmürsən ki, bunun hamısı çox ümidsiz görünür?
- Xeyr.
- Nə düşünürsən onda?
- Çaşqınlıq içindəyəm.
- Və nə qədər çaşqınlıq içində qalacaqsan?
- Bertoldo sözünü deyənə qədər.
- Qürurun hardadır? Nə olub sənə?
- Heç nə.
- Bağlarda əldə etdiyin elə budur–“heç nə”.
- Öyrənmək qüruru itirmək demək deyil.
- Sənin demək olar on beş yaşın var. Yəni sən heç vaxt pul qazanmayacaqsan?
- Qazanacam.
- Nə vaxt və hansı yolla?
- Bilmirəm.
- İyirmi dəfə “xeyr” və ya “bilmirəm” dedin. Nə vaxt biləcəksən?
- Bilmirəm. Etməli olduğumu edirəm. Məgər bu məntiqli deyil?

***

Çolaqla ən azı bir il yerimək kifayətdir ki, özün də axsamağa başlayasan.

***

Heykəltəraşın əsl məqsədləri–dərinlik, qabarıqlıq, ölçü; bütün bunları rəssam ancaq xəyali perspektivə əl ataraq işarə edə bilər. Heykəltəraşın ixtiyarında isə möhkəm, duyula bilən reallıq aləmi var; heç kim onun rəsminin dərinliyinə addım ata bilməz, amma hər kəs onun heykəlinin ətrafına dolanıb onu bütün tərəflərdən qiymətləndirə bilər.

***

- "Alla guerra di amor vince chi fugge", – dedi. – "Eşq savaşında meydandan qaçan qələbə qazanır".

***

- Səbir! Allah-Təala bizim belimizi məhz ağır yükü daşımağımız üçün düzəldib.

***

- İndiyədək memarlığın da az qala heykəltəraşlıq qədər böyük sənət olduğunu bilmirdim.–Mikelancelo dedi…
- Toskananın ən yaxşı memarı, Culiano da Sanqallo sənə deyərdi ki, memarlıq heykəltəraşlıqdan başqa bir şey deyil: fəzanı dolduracaq formanı yaratmaq sənəti. Əgər memar eyni zamanda heykərtəraş deyilsə, onun yaratdığı damla örtülmüş divarlardan başqa bir şey olmayacaq. Əgər işsiz qalsan, “Hüzn” əvəzinə saray və ya məbəd layihəsi təklif edə bilərsən.

***

- Sən çox da söhbətcil deyilsən.
- Gəvəzəlik etməyə can atmıram.
- Onda niyə qoyursan ki, sənin əvəzinə gözlərin danışsın?
- Onlar nə danışır ki?
- Mənə çox xoş olan şeylər.
- Yaxşı, sən mənə onların dediklərini danışsaydın. Üstümdə güzgü yoxdur.
- Başqaları haqda düşündüklərimiz bizim şəxsi sirrimizdir.

***

Bu qorxu yox, ehtiram idi. Haradasa şüurunun dərinliyində hiss edirdi: “Bu eşqdir”.

***

- Bəs kopyaçı kopyalamalı deyil?
- Heykəltəraş kopyaçı deyil.
- Bəs şagird? Kopyaçı deyil?
- Xeyr. Şagird köhnəni nəzərə alaraq yenilik yaratmalıdır.
- Bəs yenilik haradan gəlir?
- İncəsənətin gəldiyi yerdən. Rəssamın qəlbindən.

***

Heykəltəraş zamanın hökmdarıdır: öz qəhrəmanının yaşını çoxaltmaq və ya azaltmaq onun əlindədir.

***

- İstedad ucuz qiymətə verilir, baha başa gələn sənətə xidmətdir. O, sənə bütün həyatın bahasına başa gələcək.
- Həyat bizə başqa nə üçün lazımdır ki?
- Əfsuslar olsun ki,–Bertoldo ah çəkdi,-hərdən elə bilirdim çox şey üçün lazımdır: şahinlərlə ov, yeni yemək dadmaq həzzi, gözəl qızların ardınca sürünmək. Məgər Florensiya məsələni bilmirsən: “Ömür kef eləmək üçün verilib”. Heykəltəraş isə bir sürü heykəl düzəltməlidir. O, qırx, hətta, lazım gələrsə, Qiberti və Donatello kimi altmış il çalışmalı və sənəti zənginləşdirməlidir. O qədər şey etməlidir ki, bütün dünya onun əsərlərini tanısın.

***

İncəsənət əsəri məktəb tapşırığı deyil, əsərdə ancaq özünə xas olan, şəxsi bir şey qoymalısan. Onu sənə ürəyin pıçıldamalıdır.

***

Mərmər yunan sözüdür, “şəfəq saçan daş” deməkdir.

***

Eyni zamanda həm memar, həm heykəltəraş olmaq azdır, gərək üstəlik mühəndis də olasan!

***

Biri azadlığını itirəndə, bu başqalarını narahat etmir.

***

Bəs yenə sabah açılacağına əminsənmi?

***

- Mikelancelo… sən mənim davamçımsan… mən Donatellonun davamçısı olduğum kimi.
- Hə. Bertoldo. Bununla fəxr edirəm.
- Sənə öz var-dövlətimi vermək istəyirəm.
- Necə istəyirsiniz, Bertoldo.
- O səni… varlı… məşhur… edəcək. Bu mənim aşbaz kitabımdır.
- Onu xəzinə kimi saxlayacağam.

KKO

29 dekabr 2014
GO BACK