Qadin.NET / Joze Saramaqo “Təxirə salınmış ölüm”

Joze Saramaqo “Təxirə salınmış ölüm”

 

Joze Saramaqo “Təxirə salınmış ölüm”

 

Annotasiya

Əsərdə adı çəkilməyən ölkədə qəribə hadisələr baş verir. Ölüm öz işinə ara vermək qərarına gəlir və insanlar daha ölmür. Bundan sonra onların talelərinə əbədi yaşamaq yazılır. Əhalinin eyforiyası ümidsizliyə çevrilir, hamı belə dözülməz vəziyyətdən canını qurtarmaq üçün üsullar axtarmağa başlayır və budur, ölkə müharibə və xaosun astasında olanda Ölüm yeni oyuna başlayır və qaydaları dəyişir. Ancaq bu qaydalara bir adam tabe olmayacaq…

Əsərdən seçilmiş hissələr

Biz insanın nə olduğu barədə getdikcə daha az bilirik. (“Xəbərdarlıq kitabı”)

***

Ertəsi gün kimsə ölmədi.

***

…həm də yaddaşı qədirbilməzlik dərəcəsində yırtıq olan gələcək nəsillərin…

***

Əgər belədirsə, cənab nazir, icazə verin, xatırladım ki, hələ dünən insanlar ölürdü və bundan narahat olmaq heç kəsin ağlına belə gəlmirdi. Əlbəttə, biz insanların ölməsinə adət etmişik və yalnız ölümlərin sayı həddindən çox artanda, məsələn, müharibə, epidemiya zamanı narahatlıq hissi keçirməyə başlayırıq. Daha doğrusu, hadisələrin adi axarı pozulanda. Belə də demək olar. Lakin indi artıq heç kəsin ölmədiyi dönəmdə sizin sakitliyə çağırışınız mənə, ən azı, paradoksal gəlir. Adətin gücü böyükdür; etiraf edirəm ki, bu şəraitdə “həyəcan” sözünü işlətmək lazım deyildi. Bəs hansı söz lazım idi? Mən, cənab nazir, yalnız ona görə bunu soruşuram ki, peşə borcunun tələblərindən doğan öhdəliklərini yaxşı bilən jurnalist kimi həmişə ən dəqiq sözlərdən istifadə etməyə çalışıram.
Bu isrardan azacıq pərtləşmiş nazir bir qədər quru cavab verdi:
- Bir deyil, beş sözdən istifadə etmək lazım idi.
- Hansı beş sözdən, cənab nazir?
- Gəlin, biz əsassız ümidlərə qapılmayaq.

***

Əbədi həyat bizə meydan oxuyur, bu çağırışı qəbul edək.

***

Əgər Tanrının iradəsi belədirsə, biz bu yolda məhz gözəl xalqımızı özünə alət seçdiyi üçün minnətdarlıq duyğularımızı və alqışlarımızı ona öz dualarımızla yollamaqdan yorulmayacağıq.

***

Daha heç vaxt heç kim ölməsə, kilsə nə edəcək?

***

Əgər daha heç kəs ölməsə, hökumət nə edəcək?

***

Lakin həyat belə yaranıb da: gülənlərlə yanaşı həmişə ağlayanlar da tapılır, özü də aşağıda görəcəksiniz ki, həm gülüş, həm göz yaşları üçün səbəb eynidir.

***

Dünyadakı bütün dinlər, biz onları hansı tərəfə, hara fırlasaq da, öz mövcudiyyətlərini bircə şeylə–ölümlə əsaslandırırlar. Çünki ona su, hava kimi ehtiyacları var.

 Din xadimləri etiraz etmədilər. Əksinə, onlardan katoliklərə aid biri dedi:
- Siz tamamilə düz buyurursunuz, biz elə ona görə mövcuduq ki, insanlar bütün ömürləri boyu qorxunun ağır yükünü boyunlarında dəyirman daşı kimi daşısınlar və özlərinin ölüm saatını azadlıq kimi qarşılasınlar. Cənnətə düşəcəklərinə ümid bəsləsinlər.
- Ya cənnətə, ya cəhənnəmə, ya da ki heç hara və onu deməliyəm ki, ölümdən sonra baş verənlər bizi, insanların düşündüyünə rəğmən, daha az maraqlandırır.
- Din, cənab filosof, dünyəvi işlərlə məşğul olur, səmavi məsələlərə qətiyyən aidiyyəti yoxdur.
- Belə bir şey eşitməmişəm.
- Təbii, axı malınızı satmaq üçün nədənsə danışmaq məcburiyyətindəsən. Başqa sözlə desək, siz ölümdən sonrakı həyata inanmırsınız.
- Biz onu nəzərə alırıq.

***

Hər şeyə icazənin olması, heç nəyə icazənin olmaması qədər pisdir.

***

 Joze Saramaqo “Təxirə salınmış ölüm”

 

Onun üçün ki, fəlsəfənin də ölümə ehtiyacı var və bu ehtiyac heç də dininkindən az deyil: biz öləcəyimizi bildiyimizdən filosofluq edirik də və nahaq yerə müsyö Monten deməyib ki, filosofluq etmək ölməyi öyrənməkdir.

***

Bizim üçün mühüm olan fasadı qorumaqdır, onun arxasında nə baş verəcək – bizlik deyil.

***

Sözlərlə davrananda gərək qulaqların şəklənə: onlar insanlardan az dəyişkən deyillər.

***

Birinin həyatı digərinin ölümündən doğur. Buna “metamorfoz” deyilir.

***

Sözlər adi bir qlaf, əşya və hadisələrin üzərinə yapışdırılan etiket kağızı kimi şeydir, hadisənin, əşyanın özü deyil.

***

Aydındır ki, kilsə bu debatlarda özünün sınanmış döyüş atının belinə qalxdı: “Tanrının yolları anlaşılmaz olub və olaraq da qalacaq”. Bunu müasir və bir az küfrə bulaşmış dilə çevirəndə belə çıxır ki, bizim içəridə nə baş verdiyini görmək üçün səma darvazasının kilid deşiyindən baxmağımıza icazə yoxdur.

***

Xoşbəxtlikdən bizim baş qanun keşikçisi elə adamlardan deyil ki, fikirləşməyə vaxt itirsin.

***

Getakomba – mənşəyi yunan dilində yüz sözündəndir, yüz qurbanlıq öküzün kəsilməsi anlamını verir; adətən, böyük qırğınlara, müharibələrə işarə kimi istifadə olunur.

***

Ölüm öz-özlüyündə, kənar kömək olmadan həmişə insandan qat-qat az öldürür.

***

Hər xalq öz hökumətinə layiqdir.

***

Həkim eşitmişdi ki, bəziləri o dünyaya keçidi asanlaşdırmaq üçün cürbəcür narkotik, araq və pozğunluqlarla dolu yığıncaqlar təşkil edirlər, hərçənd ki, bunun da bir riski vardı – belə vida məclislərindən sonra o dünyalıq olsan, lap çox darıxarsan.

***

Amma məktubları kimlərsə daşıyır, onlar özü yerimir ki… Ona görə yox ki, nə ayaqları, nə qanadları var, həm də onun üçün ki, şəxsi təşəbbüsdən tam məhrumdurlar, yoxsa qeyri-ixtiyari daşıdıqları dəhşətli xəbərləri çatdırmaqdan imtina edərdilər.

***

Düzünü desək, hələ görünməyib ki, ölməli olan adam ölməsin.

***

Ölüm, adətən, çox böyük təvazösü ilə fərqlənir və özünün gəlişini heç gözə soxmaq istəmir.

***

Kölgənin axı, etiraf edək, böyük qüsuru var: onu işıq mənbəyi olmadan görmək mümkün deyil.

***

Ölümdən soruşacaqdı ki, yoldan çıxarmaq istədiyi kişi hansı tipə aiddir. Bax açar söz budur: yoldan çıxarmaq.

***

Bütün bu murdarlıqlar mənə yalnız insanlaşdığıma görə yapışıb, başqa bir şey yoxdur.

***

Ölüm anladı ki, öz işiylə məşğul olan sənətkara mane olmaq olmaz.

***

- Heç nə anlamadım, sizinlə danışmaq – çıxışı olmayan labirintdə dolaşmaq kimidir.
- Əla, bu, həyatın əla təyinidir.
- Siz həyat deyilsiniz.
- Hə, mən onun qədər dolaşıq deyiləm.

***

- Deyəsən, biz “siçan-pişik” oynayırıq.
- Bu oyun mütləq pişiyin siçanı tutmasıyla başa çatır.
- Hə, əgər siçan pişiyin boynuna zəng asa bilməsə.

***

- İnanmıram ki, məni bura gəlməyə sövq etmiş şərait bir də yarana.
- “İnanmıram” – hələ “heç vaxt” demək deyil.

***

Təbəssümlərə inandın, onlar isə, əslində, üz əzələlərinin qeyri-iradi yığılmasından başqa bir şey deyil.

KKO

1 dekabr 2014
GO BACK