Qadin.NET / Riçard Yeyts “Dəyişikliklər küçəsi”

Riçard Yeyts “Dəyişikliklər küçəsi”

Annotasiya

Bu əsər həyatın bayağılığından əziyyət çəkən ağıllı, gözəl və istedadlı cütlük Frenk və Eypril Uilerin hekayəsidir. Frenk iri Nyu-York şirkətində klerk işləyir, Eypril isə aktrisalıq karyerası ilə bağlı ümidlərə qapılaraq evdə uşaqlarını böyüdür, lakin onların hər ikisi nə isə böyük, qeyri-adi, müstəsna bir şeyə can atırlar və budur, onların əlinə fürsət düşür – Parisə gedib həyatlarına sıfırdan başlamaq.

“Dəyişikliklər küçəsi” işıq üzü görən kimi roman Tennesi Uilyams tərəfindən “ədəbi şedevr”, Kurt Vonnequt tərəfindən isə “müasir dövrün “Böyük Qetsbi”-si adlandırıldı.

Riçard Yeyts “Dəyişikliklər küçəsi”

Əsərdən seçilmiş hissələr

Bəli, məqsədsiz ağıl, səssiz səs-küy, məzmunsuz forma.

***

İçəridən bükülmüş qəzet qoyulan atasının köhnə fetr şlyapası başında əla dururdu və “ləyaqətli yoxsulluq” obrazının yaxşı yaxması idi.

***

Heç kimin mənlə maraqlanmadığını həmişə bilmişəm və bunun mənə məlum olduğunu heç kimdən gizlətməmişəm.

***

Konkret məqsədlərdən uzaqlaşmaqla o, konkret məhdudiyyətlərdən canını qurtarır. Hal-hazırda onun fəaliyyət dairəsi bütün dünya və həyatın özüdür.

***

Sanki heç vaxt oğlan olmamış kimi görünən, qaşqabaqla başının üstündə duran kişilərin müşayiətində…

***

Bəlkə başdan-ayağa tüstülü, Jan Pol Sartr kimi düşünən kavalerə başdan-ayağa tüstülü, Jan Pol Sartr kimi düşünən xanımın nəzərdə tutulduğunu güman etmək məntiqli olar?

***

Bilmirəm nəyi sübut eləmək istəyirsən, amma çətin ki, bunu sən özün də bilirsən. Bir şeyi dəqiq bilirəm: mən buna layiq deyiləm.

***

Onda dava nəzarətdən çıxdı. Hər ikisi əsir, üzləri nifrətdən əyilirdi. Nifrət ən zəif yerdən vurmağa səsləyir, hiyləgər ötmələr, düşmən istehkamlar və döyüş taktikasını: yalandan hücum, sonra isə zərbə – pıçıldayırdı. Qısa fasilələrdə onların yaddaşı sağalmış yaraların üst qatını qoparmaq üçün təcrübədən keçirilmiş silah arsenalına doğru üz tuturdu. Döyüşün sonu görünmürdü.

***

Necə qeyri-adi təxəyyülün olmalıdır ki… – o başını yellədi və güləndə dişləri parıldadı, – özünü kişi hesab edəsən!

***

Psixiatrlar ona görə sevinəcəklərsə, gör indi Eyprilə görə necə ziyafət olar.

***

Bəlkə başqa səbəb var idi? Məgər onun əməllərinin nə vaxtsa başqa – daha az xudbin və daha çox mürəkkəb səbəbləri olub?

***

― İndi sən mənə qulaq as. Bunu eləsən… əgər sən… Allaha and olsun, onda mən…
― Sən – nə? Atacaqsan məni? Bu təhdiddir? Yoxsa mükafat?

Riçard Yeyts “Dəyişikliklər küçəsi”

Uşaqlar başlarını onun sinəsinə qoydular, arıq, isti ayaqlarını üstünə atdılar və Frenk ağlar səsinə güc gələrək oxumağa başladı. Onlar bağışlamağı bacarırdılar və onu yaxşı və pis halda qəbul eləməyə hazır idilər, onlar onu sevirdilər. Bəs niyə Eypril sevməyin belə zəruri və asan olduğunu başa düşmür?

***

Bir dəqiqə sonra Şep soruşdu: “İşdə vəziyyət necədir?” – sanki Frenk heç min dəfə başa salmamışdı ki, iş onun həyatında çox əhəmiyyətsiz bir yer tutur və adı yalnız istehzalı şəkildə çəkilməlidir.

***

Qoca Freyd Birləşmiş Ştatlar əhalisi kimi sadiq ardıcıllar sürüsü haqda heç fikirləşə də bilməzdi.

***

Allah şahiddir ki, məsələ ciddi bir şeyə gəlib çatanda, biz hələ də orta əsrlərdəyik. Hamı sanki xam xəyalla yaşamağa sözləşib. Cəhənnəm olsun, reallıq! Gəlin dolanbac yollar salaq və rəngbərəng evlər tikək, yaxşı istehlakçı olaq; əsas odur ki, daha çox həmrəy olaq, uşaqlarımızı isə həssaslığa çağıraq: guya, atamız böyük kişidir, zira pul qazanır, anamız isə böyük qadındır, zira ona dayaq olur; bəs əgər birdən qoca reallıq çıxıb “U-u-u!” desə?!

***

Sadəcə bir il batmamaq, şəxsiyyət kimi özümü qoruyub saxlamaq üçün mənə pul lazımdır. Ona görə tam hüquqla “maraqlı” hesab olunan işlərdən var gücümlə qaçıram. İstəyirəm ki, mənə dəyib dolaşmasınlar. Mənə yüzillik qəflətdə pul çıxaran, köhnə, nəhəng korporasiya lazımdır. Elə bir yer ki, istənilən iş səkkiz əməkdaşa tapşırılır, çünki bilirlər ki, heç biri onu yerinə yetirmək üçün əlini ağdan qaraya vurmaz. Elə bir iş istəyirəm ki, bu sözləri deyə bilim: bax, bu qədər dollar qarşılığında bu sizə gündə bu qədər saat və mənim savadlı oğlan təbəssümüm, qalan şeylərdə bir-birimizə dəyib dolaşmırıq. Mənzərə çatdı?

***

Birinci ilin sonunda zarafat təngə gətirdi, başqalarının onun yumor hissini başa düşməməyi ona əzab verməyə başladı.

***

Bizim idarənin gözəlliyi ondadır ki, səhər doqquzdan iş gününün sonuna qədər beyni sönülü saxlamaq olar və heç kim bunu sezməyəcək.

***

Çıxıb gedən yorğunluqdan sonrakı eyforiya vəziyyəti, səslərin cansız, əşyaların aydın görünmədiyi və hər şeyi edə biləcəyini düşündüyün an.

***

İstənilən ideya, istənilən hiss mütləq əqli əmək tələb etməyən qatı sıyıq səviyyəsinə kimi bayağılaşdırılır, həyata nikbin və sentimental baxış tətbiq edilir: gülümsəyin və hər şey düzələcək.

***

Müstəqil olmaq – daim boşanma astanasında ləngər vuran qadın üçün bu çox vacibdir.

Riçard Yeyts “Dəyişikliklər küçəsi”

Bununla belə insanlar dəyişir və bu dəyişiklik çiçəklənmə olduğu kimi saralıb solma da ola bilər, elə deyilmi?

***

Elə dəhşət idi, həmişəlik ümidini itirmişdi. Ona görə ki, əlli altı yaşı var idi və şişmiş ayaqları çox idbar görünürdü; ona görə ki, məktəbdə qızlar onu sevmirdi və heç vaxt oğlanların xoşuna gəlmirdi; ona görə ki, Hovard Qivinqsə ərə getmişdi, zira başqa heç kim ona evlilik təklifi etməmişdi, və bir də ona görə ki, yeganə övladı ağlını itirmişdi.

***

Bir də mənim belə bir qəribə fikrim var: insanlar xoşlarına gələn işdə daha çox uğur qazanırlar.

***

- Yeganə axmaq sualım budur: nəyi xoşlayırsan?
- Bilsəydim, cavab dalınca getməli olmazdım.

***

― Görürsən indi nə edirsən? Mənimlə vuruşursan.
― Heç də.
― Yox, vuruşursan. Ən pisi də odur ki, özün özünlə vuruşursan. Hər ikimiz fasiləsiz məhz bu işlə məşğul olmuşuq. Ancaq artıq böyümək və müharibəni başa çatdırmaq vaxtıdır.

***

- Nə isə, aydındır, – o dedi. – Mənim də evimə paranoik gəlsəydi, yəqin mən də uşaqlarımı başqa yerə göndərərdim. Əgər uşaqlarım olsaydı. Evim kimi.

***

Pul həmişə yaxşı bəhanədir.

***

Həqiqətən düzgün və doğru şey etmək istəyirsənsə, bunu təkbaşına et.

***

Kədəri ləkələməmək üçün qədərində kədərlənmək lazımdır.

KKO

 Yüklə 

29 oktyabr 2014
GO BACK