Qadin.NET / Qustav Flober “Madam Bovari”

Qustav Flober “Madam Bovari”

Annotasiya

Qustav Flober dünya ədəbiyyatına obyektiv roman müəllifi kimi düşüb. Yazıçı müşahidəçi olmaqla kifayətlənir, özünün nəzər nöqtəsini oxucuya sırımağa çalışmır. Roman Floberin altı illik əməyinin məhsuludur. Roman XIX əsr Fransa əyalət həyatının ensiklopediyasına çevrilib. Romanın əsas qəhrəmanı Emma Bovari həkim arvadıdır, əyalət həyatının boşluğundan və bayağılığından qurtulmaq ümidi ilə nikahdan kənar əlaqəyə girir. Romanın süjeti sadə və hətta bayağı olsa da, əsərin həqiqi dəyəri detallarda və süjetin təqdimat formasındadır.

Qustav Flober “Madam Bovari”

Əsərdən seçilmiş hissələr

Uşaq vaxtı “Pol və Virciniya”-nı oxumuşdu və sonra uzun müddət bambuk koması, zənci Dominqo, Fidel adlı it haqda arzular qurmağa başladı. Amma ən çox nəhəng, zəng qülləsindən hündür ağaclardan yetişmiş meyvələr dərən, ya da ayaqyalın qumsalda qaçıb əlində quş yuvası ilə onun yanına gələn sevimli kiçik qardaş ilə mehriban dostluq istəyirdi.

***

Dənizdirsə, mütləq coşqun olmalıdır, otdursa, mütləq uçurumun kənarında olmalıdır. Bu bədiidən çox həssas xasiyyət idi, onu təbiət təsvirlərindən çox, hisslərin ifadəsi həyəcanlandırırdı. Hər ifadədə öz sorğularına cavab verən şeyləri axtarırdı, ruhi tələbatını qane etməyən hər şeyi lazımsız bir şey kimi rədd edirdi.

***

Elə yerlər var ki, orda doğulmaq xoşbəxtlikdir – bəzi bitkilər üçün xüsusi torpaq lazım olduğu kimi, çünki başqasına çətinliklə öyrəşirlər.

***

Və o, oğlunun xoşbəxtliyinə səssiz kədərlə baxırdı, – bir vaxtlar özünə məxsus evə baxan və stolun arxasında yad insanların oturduğunu görən müflis olmuş varlı kimi.

***

Buna baxmayaraq Emma vəziyyəti ilə barışdı; bütün gözəl paltarlarını sandığa yerləşdirdi, hətta mumla örtülü, sürüşkən parketdən altlığı saralan atlas ayaqqabılarını da. Ayaqqabıların başına gələn onun ürəyinin də başına gəlmişdi; cah-cəlalla təmasdan onda silinməz izlər qalmışdı. 

Qustav Flober “Madam Bovari”

Bu uzun mantiyalar, böyük sirlər, təbəssüm arxasında gizlənən qəlb ağrıları dünyası idi.

***

Bəlkə məhəbbətin də hind florası kimi yumşaq torpağa, xüsusi temperatura ehtiyacı var?

***

Bayağı qəhrəmanlara və hisslərin nümayişində etidala nifrət edirəm. Onsuz da həyat onlarla doludur.

***

Qadına isə hər yerdə əngəl var. Tənbəl və eyni zamanda təbiət etibarı ilə tez uyğunlaşan qadın iki od – cismani zəifliyi və qanunun ağırlığı arasında qalır. Onun iradəsi eynilə şlyapasının duvağı kimi ipdən asılıdır və bir balaca külək əsən kimi titrəməyə başlayır; onu həmişə hansısa bir şıltaqlıq cəzb edir, həmişə hansısa bir şərtilik dayandırır.

***

Ona elə gəlirdi ki, məhəbbət qəfil, ildırım parıltısı, göy gurultusu ilə gəlir; həyata göydən düşür, onu alt-üst edir, arzuları yarpaq kimi qoparır və ürəyi burulğana sürükləyir. Onun heç ağlına da gəlməzdi ki, su boruları tutulanda yastı damlarda yağışdan göllər əmələ gəlir və öz evinin divarlarında çatlara rast gələnə kimi rahatca yaşayırdı.

***

Məişət bozluğu dəbdəbə, həyat yoldaşının nəvazişləri – xəyanət yanğısı ilə bağlı arzuları oyadırdı. 

Qustav Flober “Madam Bovari”

Ayrılıq yavaş-yavaş məhəbbətin odunu söndürür, adət sıxıntını azaldır, Emmanın tutqun səmasını al qırmızı rəngə bürüyən şəfəqin alovu gün keçdikcə solğunlaşdı, daha sonra isə tamamilə qaraldı.

***

Əyalətdə pəncərə teatrı və gəzintiləri əvəzləyir.

***

İş də orasındadır ki, iki mənəviyyat var, – Rodolf onun sözünü kəsdi. Biri kiçik, şərti, bəşəri mənəviyyatdır – o daim dəyişir, qışqırıqçıdır, indi qarşınızda gördüyünüz bax bu axmaqlar yığını kimi ayaqlarımızın altında palçıqda eşələnir. Amma başqa mənəviyyat da var – əbədi mənəviyyat – o, bax bu təbiət kimi bizi əhatə edir, günəşin bizə işıq saçdığı mavi səma kimi başımızın üstündədir.

***

İbarəli sözlərin arxasında, adətən dayaz bağlılıq gizlənir.

***

İnsanın lovğalığı onu əhatə edən mühitdən asılıdır.

***

Cəsarətsiz itaət – əksər qadınlar üçün bu, etdikləri xəyanətin cəzası, eyni zamanda onun bağışlanmasıdır.

KKO

 Yüklə 

26 oktyabr 2014
GO BACK