Qadin.NET / Treysi Letts “Avqust: Oseyc qraflığı”

Treysi Letts “Avqust: Oseyc qraflığı”

Treysi Letts “Avqust: Oseyc qraflığı”

Annotasiya

Bir vaxtlar məşhur olan şair Beverli Ueston qəfildən yoxa çıxır. Ailə bir yerə yığılır və hər şey başlayır: sirlər, xəyanət, qəlb qırıntıları.
Xarakter və hadisələrlə zəngin təsirli və faciəvi pyesdir. “Avqust: Oseyc qraflığı” Oklahomadan olan ailə haqda saqadır. Gülməli, eyni zamanda kədərli komediya.
Son illər Brodveydə səhnələşdirilən ən təsirli pyesdir. Əsər 2008-ci ildə Pulitzer mükafatına layiq görülüb. 2013-cü ildə isə əsər əsasında baş rollarını Culia Roberts, Meril Strip kimi aktrisaların ifa etdiyi film ekranlaşdırılıb.

Əsərdən seçilmiş hissələr

Oğul evə gəlir və valideynlər tələ qurur. Ağsaqqal və ağbirçəyin oğula deyiləsi sözü yoxdur. Onlara lazım olan şey övladlarının bir-iki saat kresloda oturub onlarla bir damın altında yuxuya getməsidir. Bu sevgi deyil. Sevgi kimi bir hissin olmadığını da iddia etmirəm. Mən sadəcə sevgi adından istifadə edib əslində sevgidən fərqlənən şey haqda danışıram. Ola bilsin ki, danışdığım şey olmadan sevgi də olmazdı. Ancaq özlüyündə bu sevgi deyil. Bu insanın qanındadır. Doğma qana meyl – bu hamının alnına yazılıb. Bu insanı özündənrazı məxluqdan fərqləndirən cəhətdir. Siz doğulanda atanız və ananız nəsə itirir və dəridən-qabıqdan çıxır ki, itirdiklərini geri qaytarsınlar – bu elə sizsiniz. Başa düşürlər ki, heç vaxt tamamilə geri qaytara bilməyəcəklər, ona görə, daha çox parçanı qaytarmaq istəyirlər və beləliklə, ağcaqayınlar altında nahar yeməyi ilə ailə bətninə qayıdış səkkizayaqlı ilbizlərin üzdüyü hovuza baş vurmağa oxşayır.

Treysi Letts “Avqust: Oseyc qraflığı”

“Həyat çox uzundur…” T.S.Eliot

- Məncə, … əziyyət çəkib bunu qələmə alıbsa, onun əziyyətini yüksək qiymətləndirmək lazımdır. Düzdür, bunu deyən ilk insan o deyil… və şübhəsiz, bunu düşünən də ilk o deyil. Ya da bunu hiss edən. Ancaq o, bu sözləri vərəqə yazıb və altından imzasını atıb. Ona görə bu ifadəni səsləndirirsinizsə, onun adını da qeyd etməlisiniz, zira bu eynəkli dahi olub.

“Həyat çox uzundur”: T.S.Eliot.

***

Budur, növbəti dəfə təqsirin etiraf əlaməti olaraq başımıza kül tökmək… ailə gəmimizin kursunu düzəltmək ümidilə and vermək əvəzinə İlahi Qüvvəyə arxalanmaq (stəkanı qaldırır) … və sahibkarlar sinfinə qoşulmaq qərarına gəldim.

***

Budur, sonuncu təsəlli yerim, kitablarım: bir küncdə tapılan cır soğan, ya da qarşılıqlı məhəbbət kimi sadə sevinc mənbəyi.

***

Bütün qadınlara kosmetika lazımdır. Bunun əksini deyən olsa, inanma. Dünyada bir qadın var ki, bəzəyə ehtiyacı yoxdur. O da Elizabet Teylordur! O belə tonal kremdən istifadə edirdi.

Treysi Letts “Avqust: Oseyc qraflığı”

Soyqırım törədiləndə heç vaxt dəhşətli görünmür.

***

- Nikah ağır əməkdir.
- Hətta ən əlverişli şəraitdə belə.

***

Bu xüsusiyyətinə görə onda… o vaxt ona aşiq olmuşdum! Müəmmalı göründüyünə görə. Bu mənə elə cazibədar gəlirdi ki. İstənilən yığıncaqda onun hamıdan ağıllı olması gün kimi aydın olurdu, bilirdin ki, ağzını açsa, hamını susduracaq. Amma yox, o sadəcə durur və sakitcə gülümsəyirdi… bircə söz də demirdi.

***

- Hindu ilə nə danışım?
- Ana, onları “yerli amerikalılar” adlandırırlar.
- Kim? Kim elə adlandırır? Kim belə qərara gəlib?
- Belə adlandıranda onların xoşuna gəlir.
- Onlar da elə mənim kimi “yerli”-dirlər.
- Düzün demək gərəkirsə, onlar daha “yerli”-dirlər.
- “Hindu” deməyimdə nə var ki?
- Niyə insanları xoşladıqları kimi çağırmaq belə çətindir?
- Onda gəlin, dinozavrlara da “yerli amerikalılar” deyək.

***

- Axı bilirsən, sən onun sevimlisi idin. Özünü bilməməzliyə də vurma!
- Bu haqda eşitmək belə istəmirəm! Valideynlərimin övladlarının hamısını eyni dərəcədə sevdiyini düşünmək mənə daha xoşdur.
- Yəqin hədiyyələri Santa Klausun gətirdiyini də düşünmək sənə xoşdur. Ancaq, təəssüf ki, bu belə deyil. Özünün bir neçə uşağın olsaydı, başa düşərdin ki, valideynlərin həmişə sevimliləri olur.

***

Sadəcə nəzakətli ol, səni alçaltmaq istəyəndə cavab ver.

***

Məni özünə vurğunluqda ittiham edirsən, sənin haqda danışmaq istəyəndə isə “psixoanaliz”dən razı qalmırsan!

***

Pərvərdigara, nə yaxşı ki, gələcəyi görmə qabiliyyətimiz yoxdur! Yoxsa, ümumiyyətlə, yataqdan qalxmazdıq.

***

Fikirləşirsən, sən öləndən sonra arxanca ağlayacam? Fikirləşirsən ki, digər rolları oynadığımız kimi bu rolu da oynayacam?

***

- Bu aldığım ən bahalı kostyumdur.
- Ona nə qədər xərclədiyinin əhəmiyyəti yoxdur. Eləyə qalsa, dəmir zirehlər də bahadır.

Treysi Letts “Avqust: Oseyc qraflığı”

Qadın cavan olanda gözəldir. Sonra isə yox.

***

- Qadınlar qocalandan sonra cazibədar görünə bilməzlər. Şəxsən mən bununla barışa bilərəm. Bəs sən?
- Mən də barışa bilərəm, ancaq bu fikirlə razı deyiləm. Bəs Sofi Loren? Lena Xorn? Səksən yaşlarında belə dəhşət cazibədar görünürdülər.
- Yer kürəsi yumrudur. Buna alış.

***

Əzizim, reallıq ondan ibarətdir ki, daha gənc qadınla rəqabətə girmək qeyri-mümkündür. Bu həyatın əsas ədalətsizliyindən biridir.

***

Bəzi insanların həqiqətə dözümü yoxdur.

***

Yox bir! “Böyük nəsil”! Onlar yüz faiz o biri nəsilləri yoxlayıblar? Dəmir əsrdən hesablansa, bəlkə daha böyük bir şey tapılar? Ümumiyyətlə, bu “Böyük nəsil” digərlərindən nə ilə fərqlənir? Yalnız ona görə ki, çox yoxsul olublar və faşistlərə nifrət ediblər? Eləyə qalsa, faşistlərə hamı nifrət edib, sonra?

***

- Bax bunu, atamızla anamız haqda xüsusi qeyd etmək lazımdır. Nikahlarını uzun müddət sürdürən şəxslər qarşısında baş əyirəm.
- Karen! Atamız özünü öldürüb!

***

Boşanma hamının gözü qarşısında biabırçı şəkildə öz məğlubiyyətini qəbul etməkdir. Xərçəng isə xərçəngdir, lənət şeytana, onunla heç nə etmək olmaz.

***

- Ailə birliyi və bacılıq bağları haqda miflər zəhləmi töküb. Biz hamımız insanıq, bəzilərimiz təsadüfən genetik cəhətdən əlaqəli olmuşuq; bu ki, ixtiyarı hüceyrə toplusudur. Bu qədər.
- Sən nə vaxt belə abırsız oldun?

***

Qadının neçə yaşı olmasının əhəmiyyəti yoxdur. Həyatının bir səhifəsi ilə ayrılmaq onun üçün həmişə çətin olub.

***

Həm də demək istəyirəm ki, real həyat ağ və qaraya, xeyir və şərə bölünmür. O hardasa ortada bir yerdədir, bizim kimi adi adamların yaşadığı bir yerdə.

KKO

 Yüklə

 

19 oktyabr 2014
GO BACK